Məhkəmə qərarları › İş №2(005)-203/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-203/2022

31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-203/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər X6 və "xxxx" MMC-yə qarşı “vurulmuş ziyanın ödəniməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdı̇ İddiaçı cavabdehlər X6 və "xxxx" MMC-yə qarşı “vurulmuş ziyanın ödəniməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə saat 23:15 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə şəhər mərkəzindən M.Hadi küçəsi istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “Kia Rio minik” markalı, **-OJ-*** qeydiyyat nişanlı avtomobilə dəymiş 9115,46 (doqquz min yüz on beş manat, qırx altı qəpik) manat məbləğində maddi zərərin əvəzinin, 30,0 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, 200,0 (iki yüz) manat məbləğində vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xidmət haqqının, 50,0 (əlli) manat məbləğində evakuasiya şirkətinə ödənilmiş xidmət haqqının cavabdehlər Cavabdeh1 və “SİZNN HALL" MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 23:15 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə şəhər mərkəzindən M.Hadi küçəsi istiqamətində baş vermiş yolnəqliyyat hadisəsi zamanı Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi və digər cavabdeh “SİZNN HALL" MMC-nin mülkiyyətində olan “Mercedes-Benz V 220 V-Klasse minik" markalı, **-AS-*** qeydiyyat nişanlı avtomobil ilə İddiaçı məxsus “Kia Rio minik” markalı, **-OJ-*** qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Xətai RPl-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 qəbul etdiyi 31 may 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarının ikinci hissəsinə əsasən, “Mercedes-Benz V 220 V-Klasse minik” markalı, **-AS-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qərara alınmış və qərarın surəti Xətai RPl-nin DYPŞ-nə göndərilmişdir. Qeyd olunanlara əsasən Q.üstəmov barəsində Xətai rayon DYPŞ tərəfindən xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi zamanı “Mercedes-Benz V 220 V-Klasse minik" markalı, **- AS-*** qeydiyyat nişanlı avtomobilin sığortaçısı qismində çıxış edən "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Hesabafa əsasən İddiaçı məxsus “Kia Rio minik" markalı, **-OJ-*** qeydiyyat nişanlı avtomobillə dəymiş ümumi zərər məbləği 12317 (on iki min üç yüz on yeddi) manat təşkil edir. Qeyd olunan məbləğdən 3201,54 (üç min iki yüz bir manat, əlli dörd qəpik) manat məbləğin sığorta ödənişinin olduğunu nəzərə alsaq, yerdə qalan və cavabdehlər tərəfindən ödənilməli olan zərər məbləği 9115,46 (doqquz min yüz on beş manat, qırx altı qəpik) manat təşkil edir. İşin faktiki hallarından da göründüyü kimi, cavabdehlərin iddiaçı qarşısında sonuncunun əmlakına dəymiş zərərlə bağlı məsuliyyəti və həmin zərərin əvəzinin ödənilməsi öhdəliyi vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər X6 və "xxxx" MMC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlərin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iş üzrə verilmiş ekspert rəyi ilə razı deyil, avtomobilə baxış keçirilmədiyindən təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Lakin iş üzrə ekspertiza rəyi verildikdən sonra məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İşdə olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23:15 radələriııdə Cavabdeh1 idarə etdiyi "Mersedes-Benz V 220 V-klasse minik" markalı 10-AS737 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri. Xətai rayonu. Babək prospekti ilə şəhər mərkəzindən M.Hadi küçəsi istiqamətində saatda 60-70 km sürətlə hərəkətdə olduğu zaman idarəetməni itirdiyindən zəncin ari qaydada eyni istiqamətdə hərəkətdə olan "Kia Rio minik” markalı **-OJ-*** qeydiyyat nişanlı, Mersedes-Benz 190 minik markalı **-UA-*** qeydiyyat nişanlı, Mersedes-Benz markalı **-Sİ-*** qeydiyyat nişanlı və köpünün üzərində yolun sağ kənarında dayanmış vəziyyətdə olan "Khazar LX minik markalı **-PZ-*** qeydiyyat nişanlı, avtomobillərin zədələnməsi həmşinin “Kıa Rio minik" markalı **-OJ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı və sərnişini X2 xəsarət alması ilə nəticələnən yol nqliyyaı hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsinə dair məlumat Xətai RPİ-nin «Cinayətlər Haqqında Ərizələr və X7»-nda 315 nömrə ilə qeydiyyata alınmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kia Rio” minik markalı ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes-Benz V 220 V- Klasse minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “SİZNN HALL" MMC-nin adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. AB № 080/18 etibarnamədən görünür ki, bu etibarnamə ilə "SİZNN Halİ” MMC cəmiyyətə məxsus "Mersedes Benz" V220 V-Klasse minik markalı, buraxılış ili 2018, rəngi qara metalik, dövlət qeydiyyat nömrəsi 10AS737 olan avtomaşının idarə edilməsini Cavabdeh1 həvalə edir. Sürücülük vəsiqəsi AC 325536. xx.xx.2014-cü il tarixdə verilmişdir. Etibarnamə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddətə verilmişdir. Xətai rayon DYPİ-nin TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 AR İXM-nin 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Hesabatından görünür ki, “Kia Rio” minik markalı ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 12317 manat təşkil edir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 2628/İ nömrəli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Mercedes Benz V 220 V klass minik” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin Sürücüsünün törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Kia Rio markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə mütənasib qaydada ödəniləcək sığorta ödənişi 3201,54 AZN təşkil edir, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC-yə göstərilən xidmətə görə ümumilikdə 50 manat məbləğində İddiaçı tərəfindən ödəniş edilmişdir. Hüquqi yardımın göstərilməsinə dair xx.xx.2021-ci il tarixli 317№-li müqavilədən görünür ki, İddiaçı ilə Vəkil1 arasında hüquqi yardıma görə razılaşdırılmış haqq 200 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8263 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Məhkəmə volnəaliyyat hadisələri ekspertizası üzrə- qeyd edilir ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələ'ini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Məhkəmə-əmtəəsünaslıq ekspertizası üzrə-Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Rio" markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9326,0 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1359 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Rio” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9326,0 manat müəyyən edilir. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2014-cü il buraxılışlı “Kia Rio” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(005)-203/2022 №-li mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli nöqsan aktı əsasında hesablanır. Hazırda iş üzrə İddiaçı cavabdehlər X6 və "xxxx" MMC-yə qarşı “vurulmuş ziyanın ödəniməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə saat 23:15 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə şəhər mərkəzindən M.Hadi küçəsi istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “Kia Rio minik” markalı, **-OJ-*** qeydiyyat nişanlı avtomobilə dəymiş 9115,46 (doqquz min yüz on beş manat, qırx altı qəpik) manat məbləğində maddi zərərin əvəzinin, 30,0 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, 200,0 (iki yüz) manat məbləğində vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xidmət haqqının, 50,0 (əlli) manat məbləğində evakuasiya şirkətinə ödənilmiş xidmət haqqının cavabdehlər Cavabdeh1 və “SİZNN HALL" MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən hallar: 1) cavabdehlərin hərəkətlərində hüquqazidd əməllərin olub olmaması və bu əməllərlə iddiaçının əmlakına vurulmuş zərərin arasında səbəbli əlaqənin olub-olmaması; 2) əmlaka dəymiş zərərin məbləğinin müəyyən edilməsidir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi cavabdehlər X8 və "xxxx" MMC-nin təqsirli, hüquqqazidd hərəkəti nəticəsində iddiaçının əmlakına zərər dəyməsi halı mülki işin araşdırılmış halları və təqdim edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və onun idarə edilməsi üçün verilmiş etibarnamə ilə müəyyən edilmişdir ki, “Mercedes Benz V 220 V klass minik” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olmuş və iş üzrə digər cavabdeh fiziki şəxs X8 tərəfindən etibarnamə əsasında idarə edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı avtomobili idarə edən X5 əməllərində cinayət tərkibi olmadığından xx.xx.2021-ci il tarixli Bakı şəhəri Xətai RPİ-nin qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, X8 AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində həmin maddə üzrə inzibati tənbeh vermə barədə qərar (xx.xx.2021-ci il / TP 4430269) çıxarılmışdır. Məhkəmə iş üzrə mübahisəli halları qiymətləndirərkən X1 olduğu zərərə görə cavabdeh təşkilat məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, işəgötürənin delikt normaları çərçivəsində yaranan məsuliyyəti təqsirsiz məsuliyyət halıdır. Belə ki, qanunla zərərvuranın təqsiri olmadıqda da zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (§ 26). Bu halda işəgötürənin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına (və ya araşdırılmasına) ehtiyac yoxdur. Çünki yuxarıda sadalanan şərtlər təsbit olunduğu halda, zərər yetirən işçini işlədən hüquqi və ya fiziki şəxsin üzərinə qoyulmuş lazımi diqqət göstərmə öhdəliyini yerinə yetirilmədiyi və zərərin bu səbəbdən meydana gəldiyi qanunda prezumpsiya olaraq qəbul edilmiş və işəgötürən bu zərərdən məsul tutulmuşdur. Göründüyü kimi işçi çalışdıran şəxsin məsuliyyəti öz nəzarət (hakimiyyət) sahəsində baş verən hadisələrə görə cavabdehlik əsasına söykənir (§ 28). Yəni, hər kəs öz nəzarəti altında olan şəxslərdən istifadə edərkən lazımi diqqət və ehtiyyatlılığı göstərmə öhdəliyini daşıyır. Belə ki, işçisini seçərkən, ona işi ilə əlaqədar təlimat verərkən və onun işinə nəzarət edərək yoxlayarkən zərərin meydana gəlməsinin qarşısını almaq üçün lazımi diqqət yetirmədiyi, eləcə də əmək şəraiti zərərin yaranmasına əlverişli olduğundan işəgötürənin məsuliyyəti qaçılmazdır. Məhkəmə iddiaçının əmlakına dəymiş zərərin məbləğini müəyyən edərkən ekspert rəyini və "xxxx" ASC tərəfindən 3201,54 manat məbləğində edilmiş sığorta ödənişini əsas tuturaq iddia ərizəsinin cavabdehlərdən 9115,46 manat maddi zərərin tutulması hissəsində qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, iddiaçı avtomobilə dəymiş zərəri əsaslandırarkən – avtomobilə ümumilikdə 12317 manat məbələğində zərər dəydiyini göstərmiş və ödənilmiş 3201,54 manat məbləğində sığorta ödənişini həmin məbləğdən çıxmaqla 9115,46 manat məbləğində qalan zərərin ödənilməsini tələb etmişdir. Lakin məhkəmə qeyd edilən hesablama ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə araşdırması zamanı avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün iki dəfə ekspertiza təyin edilmiş və hər iki rəy əsasında avtomobilə dəymiş zərər köhnəlmə faizi tətbiq edilməklə 9326 manat məbləğində dəyərləndirilmişdir. Bu halda məhkəmə hesab edir ki, hər iki ekspert rəyi ilə müəyyən edilmiş məbləğ işin mübahisəsiz halı kimi qiymətləndirilməli və 9326 manatdan "xxxx" ASC tərəfindən ödənilmiş 3201,54 manat məbləğində sığorta ödənişi çıxılmaq dəymiş zərər 6124,46 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdehlər X4 və "xxxx" MMC-dən müştərək qaydada maddi zərərin əvəzi kimi 6124,46 (altı min yüz iyirmi dörd manat, qırx altı qəpik) manat, 30,0 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, 200,0 (iki yüz) manat məbləğində vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xidmət haqqı, 50,0 (əlli) manat məbləğində evakuasiya şirkətinə ödənilmiş xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Həmçinin İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X4 və "xxxx" MMC-dən müştərək qaydada maddi zərərin əvəzi kimi 6124,46 (altı min yüz iyirmi dörd manat, qırx altı qəpik) manat, 30,0 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, 200 (iki yüz) manat məbləğində vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xidmət haqqı, 50 (əlli) manat məbləğində evakuasiya şirkətinə ödənilmiş xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat cavabdehlər X4 və "xxxx" MMC-dən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar