Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2037/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və əlavə xərcin tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh X4 qarşı “alimentin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(005)-3197/2018 saylı və 20 iyun 2018ci il tarixli 2(005)-3196/2018 saylı qətnamələrinin dəyişdirilərək Cavabdeh 06 noyabr 2016-cı il təvəllüdlü X10 və 15 fevral 2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ayda 200 (iki yüz) manat məbləğində alimentin və hər uşağın müalicəsi üçün hər ay 80 (səksən) manat əlavə xərcin, eləcə də ilkin mediasya sessiyasında ödənilmiş xidmət haqqının 50%-nin tutulub cavabdeh İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında nikah 17 may 2013-cü il tarixdə İmişli rayonu Qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan 15 fevral 2014-cü il təvəllüdlü Rasim adlı oğlumuz anadan olmuşdur. Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2015-ci il tarixli 2(005)-967/2015 saylı qətnaməsinə əsasən Cavabdeh ilə Quluzadə (Salahova) Aynur Mirələm qızı arasında nikahın pozulması, birgə nikahdan anadan olmuş 15 fevral 2014-cü il təvəllüdlü X9 anası Quluzadə (Salahova) Aynur Mirələm qızının yanında qalması, iddiaçıdan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən hesablanmaqla hər ay 108 manat sabit pul məbləğində alimentin tutulub cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Onunla cavabdeh arasında xx.xx.2017-ci il tarixdə nikahın pozulmasından sonra valideynlərin və yaxın qohumların təkidi ilə münasibətləri bərpa olunmuş və bir müddət faktiki nikahda olmuşlar. Birgə nikah dövründə ikinci övladları - 06 noyabr 2016-cı il təvəllüdlü X16 anadan olmuşdur. 2017-ci ilin aprel ayından cavabdehlə faktiki nikah münasibətləri yenidən tamamilə pozulmuş, azyaşlı övladları onun himayəsində qalmaqla cavabdehdən ayrı yaşayırıq. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(005)-3197/2018 saylı qətnaməsinə əsasən onunla Cavabdeh birgə nikahından olan 06 noyabr 2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 may 2018-ci il tarixdən başlayaraq Cavabdeh 154 manat sabit pul məbləğində alimentin mənim xeyrinə tutulması qət edilmişdir. Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli 2(005)-3196/2018 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2015-ci il tarixli 2(005)-967/2015 saylı qətnaməsi dəyişdirilərək xx.xx.2014cü il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2018-ci il tarixdən hər ay 155 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda azyaşlı uşaqlar onun himayəsində yaşayırlar, özü də işləmir. Çünki, onların vaxtaşırı müayinə və müalicəsi ilə əlaqədar daimi diqqət və qayğıya ehtiyacları var. Uşaqlardan böyüyü həm məktəbə və hazırlığa, kiçiyi isə məktəbəqədər bağçaya və hazırlığa gedirlər. Zəruri istehlak mallarının qiymətlərinin gündən-günə artması nəticəsində onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün hər ay verilən alimentin məbləği kifayət etmir. Bu da azyaşlı övladlarının sağlam böyüməsinə mənfi təsir göstərir. Bundan əlavə, uşaqların səhhətində tez-tez problemlər yaranır. Belə ki, böyük oğlunun gözündə zəiflik var, eynək taxır. Mütəmadi olaraq 3 aydan və 6 aydan bir müalicə olunur. Müalicə xərclərini ödəyə bilmir, bu da onun oxumasında problemlər yaradır. Ona görə də müalicəni dayandırmaq sonradan bərpası mümkün olmayan ciddi fəsadlar yarada bilər, müalicə zəruridir. Bundan başqa, ikinci uşağın - Uğurun ayağında problemlər var, gipsə qoyulmalıdır, yerişində çətinliklər yaradır, zəruri müalicəyə ehtiyacı vardır. Əsəbidir, psixoloji müalicə lazımdır. Nitq qabiliyyəti qüsurludur, kəkələməyə görə əvvəllər uzun müddət müalicə olunub, hazırda da müalicəyə ciddi ehtiyacı vardır. Ona görə də uşaqların alimentinin artırılmasına və uzun müddət vaxtaşırı müalicə olunmalarına tibbi ehtiyac vardır. Həm də uşağın ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o təkbaşına edə bilməz. Hal-hazırda inflyasiyanın getdikcə gücləndiyi və yaşayış minimumunun yüksəldiyi bir dövrdə verilən aliment uşaqlarımın zəruri tələbatını tam ödəmir. Cavabdeh İmişli rayon mərkəzi xəstəxanasında, əhali sayı çox olan rayonda yeganə olan “USM” aparatında həkim işləyir, yüksək məbləğdə gəlirlər və qazanclar əldə edir. uşaqların və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, cavabdehin gəlirləri yüksək olduğuna görə uşaqların saxlanması üçün ondan hər uşağa görə hər ayda 200 (iki yüz) manat, hər uşağın müalicəsi üçün hər ay 80 manat alınıb ona verilməsi onun maddi vəziyyətinə və imkanına tamamilə uyğundur. Məhkəməyə müraciət edənədək ailə mübahisəsi (alimentin məbləğinin artırılması və əlavə xərc ) üzrə ilkin mediasiya sessiyasınının keçirilməsi üçün cavabdehə təklif göndərilmiş, lakin cavabdeh təklifə heç bir cavab verməmişdir. Bıından sonra mediatorun təyin edilməsi barədə Mediasiya Şurasına ərizə ilə müraciət edilmiş və həmin müraciət əsasında mediator təyin edilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsində tərəllər iştirak etsələr də, lakin ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və bununla bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olan 15 fevral 2014-cü il təvəllüdlü X9 və 06 noyabr 2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının qazancın (başqa gəlirlərin) üçdə bir hissəsini tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında nikah 17 may 2013-cü il tarixdə İmişli rayonu Qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan 15 fevral 2014-cü il təvəllüdlü Rasim adlı oğlu anadan olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2015-ci il tarixli 2(005)-967/2015 saylı qətnaməsinə əsasən Cavabdeh ilə Quluzadə (Salahova) Aynur Mirələm qızı arasında nikah pozulması, birgə nikahdan anadan olmuş 15 fevral 2014-cü il təvəllüdlü X9 anası Quluzadə (Salahova) Aynur Mirələm qızının yanında qalması, iddiaçıdan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən hesablanmaqla hər ay 108 manat sabit məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı ilə cavabdeh arasında olan nikahın pozulmasından sonra faktiki nikahda olmuşlar və 06 noyabr 2016-cı il təvəllüdlü X16 anadan olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(005)-3197/2018 saylı qətnaməsinə əsasən birgə nikahından olan 06 noyabr 2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatan kimi saxlanılması üçün may 2018-ci il tarixdən başlayaraq Cavabdeh 154 manat sabit məbləğində alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli 2(005)-3196/2018 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayonu Məhkəməsinin 06 iyun 2015-ci il tarixli 2(005)-967/2015 saylı qətnaməsi dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2018-ci il tarixdən hər ay 155 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı X2 ilə faktiki nikaha daxil olaraq ailə qurmuşdur. Faktiki nikahdan xx.xx.2021-ci il təvəllüdlü X17 anadan olmuşdur. X2 ikinci uşağa 11 həftəlik hamilədir. İddiaçı “İmişli rayon Mərkəzi Xəstəxanası” X19 Şüa diaqnostika şöbəsində şüa diaqnostikası üzrə həkim vəzifəsində işləyir, aylıq əmək haqqısı 471 manat təşkil edir. İddiaçının işlədiyi xəstəxanadan başqa gəlir yeri yoxdur. Bu səbəbdən də, mövcud iddia tələbi irəli sürülür. Aşağıdakı hüquq normalarına əsasən və iddia ərizəsinin B hissəsində göstərilən işin faktiki hallarına əsasən hesab edirik ki, ilk iddia tələbinin təmin edilməməsi (rədd edilməsi), qarşılıqlı iddia tələbi təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Birincisi, cavabdeh iddiasını onunla əsaslandırır ki, hazırda azyaşlı uşaqlar onun himayəsində yaşayırlar, özü işləmir. Çünki, onların vaxtaşırı müayinə və müalicəsi ilə əlaqədar daimi diqqət və qayğıya ehtiyacları var. Uşaqlardan böyüyü həm məktəbə və hazırlığa, kiçiyi isə məktəbəqədər bağçaya və hazırlığa gedirlər. Zəruri istifadə mallarının qiymətlərinin gündən-günə artması nəticəsində onların əvvəlki təminat səviyyəsinin müəyyən qədər maksimal saxlanması üçün hər ay verilən alimentin məbləği kifayət etmir. Bu da azyaşlı övladlarının sağlam böyüməsinə mənfi təsir göstərir. Bu baxımdan iddiaçı valideyn kimi üzərinə düşən vəzifəsini icra edir və bunu etməkdən boyun qaçırmır. Mövcud iddia tələbini o səbəbdən qəbul etmir ki, iddia tələbində göstərilən məbləği ödəmək iqtidarında deyil. İkincisi, iddiaçı yenidən X3 ilə (şəxsiyyət vəsiqəsi əlavə olunur) ailə qurmuş və bu nikahdan xx.xx.2021-ci il təvəllüdlü X17 anadan olmuşdur. Onun əlavə 1 (bir) uşağını da və hamilə olan arvadını da saxlamaq üçün müəyyən məbləğdə vəsait tələb olunur. Üçüncüsü, iddiaçının qazancı (gəliri) nə qeyri-müntəzəm, dəyişən deyil, nədə ki, qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə almır. Belə ki, iddiaçı əmək müqaviləsinə əsasən 8 (səkkiz) saatlıq iş rejimi ilə “İmişli rayon Mərkəzi Xəstəxanası” X19 Şüa diaqnostika şöbəsində şüa diaqnostikası üzrə həkim vəzifəsində işləyir, aylıq əmək haqqısı 471 (dörd yüz yetmiş bir) manat təşkil edir. İddiaçının işlədiyi xəstəxanadan başqa gəlir yeri yoxdur. Dördüncüsü, göründüyü kimi iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. İşin faktiki hallarından görünür ki, iş üzrə 2 qətnamə mövcuddur belə olan halda hər iki uşağa görə 309 manat alimentin tutulması onun qazancına (gəlirlərinə) uyğun deyil. Məhkəmə iclaslarında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilk iddia ərizəsinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını, ilk iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ilk iddia qismən və qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 270663 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 263 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Quluzadə soyadı verilmişdir; İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 924761 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X18 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası – Cavabdeh, anası – X5r; İmişli rayonu Qızılkənd kəndi İcra Nümayəndəliyi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 255627 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X13 xx.xx.2014cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası – Cavabdeh, anası – İddiaçıdır; İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən İddiaçı Cavabdeh birgə nikahından olan 06 noyabr 2016-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət etdiyi vaxtdan, 22 may 2018-ci il tarixdən başlayaraq Cavabdeh 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehncan hər ay 155 (bir yüz əlli beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İş materiallarında olan “İmişli rayon Mərkəzi Xəstəxanası” tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh “İmişli rayon Mərkəzi Xəstəxanası” X19 Şüa diaqnostika şöbəsində şüa diaqnostikası üzrə həkim vəzifəsində işləyir, aylıq əmək haqqı 471.00 manatdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında nikah pozulmuş, tərəflərin birgə nikahından 15 fevral 2014-cü il təvəllüdlü X9 və 06 noyabr 2016-cı il təvəllüdlü X16 anadan olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(005)-3197/2018 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh birgə nikahından olan 06 noyabr 2016-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət etdiyi vaxtdan, 22 may 2018-ci il tarixdən başlayaraq Cavabdeh 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli 2(005)-3196/2018 saylı qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 155 (bir yüz əlli beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə ilk iddianın « Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(005)-3197/2018 saylı və 20 iyun 2018-ci il tarixli 2(005)-3196/2018 saylı qətnamələrinin dəyişdirilərək Cavabdeh 06 noyabr 2016-cı il təvəllüdlü X10 və 15 fevral 2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ayda 200 (iki yüz) manat məbləğində alimentin tutulması» hissəsində iddianı qismən əsaslı hesab edir. Belə ki, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən məbləğdə alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, cavabdehin hər ay 200 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2022ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin «hər uşağın müalicəsi üçün hər ay 80 (səksən) manat əlavə xərcin tutulub cavabdeh İddiaçı verilməsinə» münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, iddiaçı uşağın müalicəsi ilə əlaqədar çəkilən xərclər çəkməsini, müalicəyə və dərmana ehtiyacının olmasına istinad etmiş olsa da, müalicə və dərman pulunun hər ay 80 manat təşkil etməsi və ya artıq məbləğ sərf etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Belə ki, ilk iddia ərizəsinin qeyd olunan hissəsini iddiaçı tərəf Ailə Məcəlləsinin 81-ci maddəsinə əsaslanmaqla irəli sürmüşdür. Ailə Məcəlləsinin 81-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, valideynlər əlavə xərclərin ödənilməsinə o halda cəlb edilə bilərlər ki, bu xərclər ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə və digər hallarla əlaqədar olsun. Başqa sözlə, valideynin əlavə xərclərin çəkilməsinə cəlb edilməsi üçün əsas, müstəsna halların – ağır xəstə və şikəst uşaqların, habelə əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların mövcudluğudur. İş materiallarından göründüyü kimi, uşağın saxlanılması ilə bağlı təhsil haqqı ilə bağlı əlavə xərclərdə iştiraka valideynlərin cəlb olunması isə onların hüquqi öhdəliyi kimi qanunla nəzərdə tutulmamışdır və valideynlər bu cür iştirakı könüllü icra edə bilərlər. Bu səbəblə məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisənin həllində Ailə Məcəlləsinin 81-ci maddəsinin müddəaları tətbiq oluna bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, əlavə xərclərə cəlb olunduğu zaman uşaq yanında saxlanılmayan valideynin maddi vəziyyəti də nəzərə alınmalıdır; işin materiallarına görə isə, Cavabdeh sabit məbləğdə 386 manat tutulması barədə iddia təmin olunmuşdur ki, bu da uşağın əvvəlki təminatının saxlanılması üçün kifayətdir. Cavabdlehin əlavə xərclərə cəlb olunmasına imkan verəcək maddi vəziyyətə sahib olduğu müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki ilk iddiaçının “əlavə olaraq 80 manat tutulması” tələbinin qanuni əsasının (Ailə Məcəlləsinin 81-ci maddəsinin) dispozitiv şərtləri mövcud deyil. Bu baxımdan, iddia tələbi əlavə xərcin tutulması hissəsində rədd olunmalıdır. Məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh «uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulması» tələbinə münasibətdə qeyd edir ki, ilk iddia üzrə cavabdeh tərəf isə qazancı barədə arayış təqdim etməklə alimentin üçdə bir hissədə tutulması qeyd etsə də, məhkəmə alimentin göstərilən qaydada müəyyən olunması tələbini uşaqların mənafeyi baxımından ədalətli və əsaslı hesab etmir. Hazırkı aliment məbləğini müəyyən edərkən məhkəmə hər uşaq üçün yaşayış minimumunun 193 manat olduğunu, uşaqların üstün maraqlarını və təminatının daha əlverişli olmasını nəzərə alaraq alimentin cavabdehin qazancının və başqa gəlirlərinin üçdə bir hissəsinə yönəldilərək tutulmasını uşağın mənafeyinə uyğun hesab etmir. Alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və əlavə xərcin tutulması” tələbinə dair ilk iddia ərizəsi qismən təmin olunmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(005)-3197/2018 saylı və 20 iyun 2018-ci il tarixli 2(005)-3196/2018 saylı qətnamələri ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək 06 noyabr 2016-cı il təvəllüdlü X10 və 15 fevral 2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 193, cəmi 386 manat məbləğində aliment tutularaq Cavabdeh verilməli. ilk iddia tələbi qalan hissədə rədd olunmalı, iddiaçı Cavabdeh X4 qarşı “alimentin 1/3 hissədə tutulması ” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunmalı,i, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment üzrə (illik 4632 manat) ödənilməli olan dövlət rüsumu 66,32 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və əlavə xərcin tutulması” tələbinə dair ilk iddia ərizəsi qismən təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(005)-3197/2018 saylı və 20 iyun 2018-ci il tarixli 2(005)-3196/2018 saylı qətnamələri ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. 06 noyabr 2016-cı il təvəllüdlü X10 və 15 fevral 2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193, cəmi 386 manat məbləğində aliment tutularaq Cavabdeh verilsin. İlk iddia tələbi qalan hissədə rədd olunsun. İddiaçı Cavabdeh X4 qarşı “alimentin 1/3 hissədə tutulması ” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunsun. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Ödənilməmiş dövlət rüsumu olaraq 66,32 (altmış altı manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2037/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2037/2022
06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver