Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2042/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə "xxxx" QSC ərizəsi ilə məhkəməyə müraciət edərək, 424.56 manat əsas, 38.18 manat faiz, 142.18 manat cərimə, 2.50 manat müqavilə üzrə öhdəlikləri pozduğuna dair cavabdehə bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, həmçinin, 20 manat dövlət rüsumu və 1 manat dövlət rüsumunun ödənilməsi üçün bank xərci olmaqla, cəmi 628.42 manat məbləğində pulun Cavabdeh tutularaq, "xxxx" QSC-yə ödənilməsi barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, 17 sentyabr 2014-cü ildə tərəflər arasında bağlanmış 209/65209 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 1000 manat məbləğində pul ayrılmışdır və o, 24 ay müddətində kreditin əsas məbləğini və ona illik 21% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3811/2017 nömrəli, 28 aprel 2017-ci il tarixli məhkəmə əmri ilə xx.xx.1975-ci il tarixdə Rusiya Federasiyası, Amur vilayətində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 628-ci məhəllə, C.Məmmədquluzadə küçəsi 73G üvanında yerləşən "xxxx" QSC-nin xeyrinə 424.56 manat əsas, 38.18 manat faiz, 142.18 manat cərimə, 2.50 manat bildirişlərin göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 607.42 manat, 20 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqının tutulması əmr edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh məhkəməyə etiraz təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3811/2017 nömrəli, 28 aprel 2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilərək işə yenidən baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2042/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qərardadı ilə kreditor "xxxx" QSC-nin borclu Cavabdeh qarşı borcun tutulmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3811/2017 nömrəli, 28 aprel 2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsi və mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı "xxxx" QSC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 246.91 manat əsas, 12.93 manat faiz, 125.09 manat cərimə olmaqla, cəmi 384.93 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun "xxxx" QSCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən, 100 manat əsas borc və tələb olunan faiz borcu hissəsində qəbul etdiyini bildirdi. İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 209/65209 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh istehlak yönümlü 1000 manat məbləğində kredit ayrılmış və o, 24 ay müddətində kreditin əsas məbləğini və ona illik 21% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməyi öhdəsinə götürmüşdür; Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh 24 ay ərzində, yəni xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək hər ay 51.39 (sonuncu ay 51.62) manat ödəməli idi; "xxxx" QSC tərəfindən cavabdehə ünvanlanan xx.xx.2015-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə kredit müqaviləsindən irəli gələn borcun 5 iş günü müddətində ödənilmədiyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; xx.xx.2016-cı il tarixli ödəniş qəbzinə əsasən "xxxx" QSC 20 manat məbləğində dövlət rüsumu ödəmişdir; xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" QSC-yə xx.xx.2014cü il tarixli, 209/65209 nömrəli kredit müqaviləsi üzrə 246.91 manat əsas, 12.93 manat faiz, 125.09 manat cərimə olmaqla, cəmi 384.93 manat məbləğində borcu var. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 avqust 2023cü il tarixli, 3-16-16/2-9/5094/2023 nömrəli rəyinə əsasən "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 209/65209 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2016-cı il tarixə banka olan borcu 460.46 manat əsas borc, 8.33 manat faiz borcu olmaqla, ümumillikdə 468.79 manat məbləğində müəyyən edilir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 209/65209 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh istehlak yönümlü 1000 manat məbləğində kredit ayrılmış və o, 24 ay müddətində kreditin əsas məbləğini və ona illik 21% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etmək hüququ vardır. Lakin borclu kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə borc məbləğini geri qaytarmamışdır. Bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə aparılmış araşdırmanın nəticələrinə istinadən belə qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə tələb olunan əsas borc hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı 246.91 manat əsas borcun tutulmasını tələb etdiyindən iddia tələbi əsas borc hissəsində tələb edilən məbləğdə təmin edilməlidir. Məhkəmə faiz borcu hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı 12.93 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş etsə də, mülki iş üzrə alınmışı ekspert rəyindən faiz borcunun 8.33 manat olduğu müəyyən edildiyindən iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdəndən faiz borcu olaraq 8.33 manat tutulmalıdır. Məhkəmə cərimə borcu hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləği 25 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" QSC-nin xeyrinə 246.91 manat əsas, 8.33 manat faiz, 25 manat cərimə olmaqla, cəmi 280.24 manat borc və 20 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 246.91 manat əsas, 8.33 manat faiz, 25 manat cərimə olmaqla, cəmi 280.24 (iki yüz səksən manat iyirmi dörd qəpik) manat və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2042/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2042/2023
22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver