Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2045/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(005)-2265/2021 saylı qətnaməsi ilə 21 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət olunmuş 175 manat məbləğində alimentin ödənilməsinin dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(005)-3734/2022 saylı qətnaməsi ilə 26 yanvar 2011 -ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət olunmuş 190 manat sabit pul məbləğində alimentin ödənilməsinin dəyişdirilərək hər ay 235 manat, cəmi, iki uşaq üçün 470 manat alimentin sabit pul məbləğində cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 27 avqust 2010-cu ildə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahdan 26 yanvar 2011-ci il təvəllüdlü X7 və 21 aprel 2012-ci il təvəllüdlü X8 anadan olmuşdur. Tərtər rayon məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(061)-1272/2019 saylı qətnaməsi ilə nikah pozulmuş, X2 atasının yanında, X1 isə anasının yanında saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə. cavabdehin razılığı əsasında 21 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 avqust 2019-cu il tarixdən hesablanmaqla alimentin 100 manat məbləğində tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04 may 2021-ci il tarixli 2(005)-2265/2021 saylı qətnaməsi ilə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment miqdarında dəyişiklik edilmiş, alimentin sabit pul məbləğində 175 manat məbləğində tutulması qət edilmişdir. Tərtər rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(061)-42/2022 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş 26 yanvar 2011-ci il təvəllüdlü X3 ata valideynindən alınaraq anası X6 himayəsinə verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 oktryabr 2022-ci il tarixli 2(005)- 3734/2022 saylı qətnaməsi ilə 26 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 190 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə qətnamələri qüvvəyə minmiş və icra edilmişdir. Hazırda hər iki övladı İddiaçı himayəsindədir. Lakin, cavabdeh tərəfindən uşaqlara ata valideyni tərəfindən müvafiq maddi dəstək göstərilmir. Belə ki, cavabdeh yalnız məhkəmə qərarına uyğun aliment ödəyəcəyini bildirir. Məhkəmələr tərəfindən müəyyən olunmuş aliment miqdarı isə uşaqların saxlanılmasına yetmir. Uşaqların saxlanılması üçün mübahisəni razılaşma qaydasında həll etmək mümkün olmamışdır. Müvafiq qaydada mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı isə iki uşağın qayğılarını, ehtiyaclarını, dolanacaqlarını təmin etməyə maddi imkanım yetmir. Uşaqların hər ikisi məktəblidir, gündən-günə qayğıları (təhsil, geyiım əşyaları, nəqliyyat, dolanacaq xərcləri və s.) artmaqda davam edir. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancından və sair gəlirlərindən məhkəmə qərarı ilə müəyyən olunmuş aliment miqdarının artırılması zərurəti yaranmışdır. Bu baxımdan, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnamələri ilə müəyyən olunmuş aliment miqdarının ödənilməsində dəyişiklik edilməsi zərurəti yarandığından, yenidən məhkəməyə müraciət edir. Cavabdehin aylıq qazancı dəyişkən xarakter daşıyır. Amma bu qazanca uyğun olaraq övladlarına lazımi qaydada dəstək göstərmir. Hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 2024-cü il üçün müəyyən olunmuş ehtiyac meyarı məbləğində, 235 manat həddi nəzərə alınmaqla, hər bir uşağa ayda 235 manat, cəmi 470 manat sabit pul məbləğində tutulması maddi cəhətdən münasibdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 iddia ərizəsinə uyğun izahat verərək uşaqların orta məktəbə getdiyini, xərclərinin artdığını, cavabdehin bir neçə yaşayış evinin olduğunu və kirayəyə verdiyini, istifadəsində avtomobil olduğunu və hər uşağa görə aylıq 235 manat aliment məbləği döəmək imkanın olduğunu bildirərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddiaya yazılı etiraz ərizəsinə uyğun izahat verərək iddiaçının qeyd etdiyi yaşayış evlərinin onun qhumlarına məxsus olduğunu, bu evlərdən hər hansı qazanc götürmədiyini, aylıq qazancının hazırda tutulan məbləğdən daha çox aliment ödəməyə imkan vermədiyini bildirərək iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2265/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Tərtər Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(061)-1272/2019 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, X2 atasının yanında, X1 isə anasının yanında saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə cavabdehin razılığı əsasında 21 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 avqust 2019-cu il tarixdən hesablanmaqla alimentin 100 manat məbləğində tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04 may 2021-ci il tarixli 2(005)- 2265/2021 saylı qətnaməsi ilə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment miqdarında dəyişiklik edilmiş, alimentin sabit pul məbləğində 175 manat məbləğində tutulması qət edilmişdir Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-42/2022 saylı qətnaməsinə əsasən Cavabdeh və İddiaçı birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilməsi qət olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il, 2(005)-3734/2022 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 manat aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər 27 avqust 2010-cu il tarixdə il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Tərəflərin birgə nikahından 26 yanvar 2011-ci il təvəllüdlü X7 və 21 aprel 2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Tərtər rayon məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(061)-1272/2019 saylı qətnaməsi ilə nikah pozulmuş, X2 atasının yanında, X1 isə anasının yanında saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə. cavabdehin razılığı əsasında 21 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 avqust 2019-cu il tarixdən hesablanmaqla alimentin 100 manat məbləğində tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04 may 2021-ci il tarixli 2(005)-2265/2021 saylı qətnaməsi ilə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment miqdarında dəyişiklik edilmiş, alimentin sabit pul məbləğində 175 manat məbləğində tutulması qət edilmişdir. Tərtər rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(061)-42/2022 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş 26 yanvar 2011-ci il təvəllüdlü X3 ata valideynindən alınaraq anası X6 himayəsinə verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(005)- 3734/2022 saylı qətnaməsi ilə 26 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 190 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X5 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Mülki iş materiallarında cavabdehin gəlirləri barədə hər hansı sübutun olmamasını və iddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində mövcud olan “istehlak qiymətləri indeksinin hesablamasına dair” kalkulyatoru vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(005)-2265/2021 saylı qətnaməsi ilə 21 aprel 2012-ci il təvəllüdlü X4 münasibətdə alimentin məbləğinin sonuncu dəfə artırıldığı dövr (2021cu ilin may ayı) ilə 2024-cü ilin aprel ayının istehlak qiymətləri indeksini müqayisə etdikdə aydın olur ki, bu zaman kəsiyi ərzində respublika üzrə qiymətlərin səviyyəsi 27.3 faiz artmışdır. Eyni zamanda 26 yanvar 2011 -ci il təvəllüdlü X2 yetkinlik yaşına çayanadək saxlanılması üçün aliment məbləğinin müəyyən olunduğu dövr (2022-ci ilin oktyabr ayı) ilə 2024-cü ilin aprel ayının istehlak qiymətləri indeksini müqayisə etdikdə aydın olur ki, bu zaman kəsiyi ərzində respublika üzrə qiymətlərin səviyyəsi 5,5 faiz artmışdır. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2021ci il tarixli 2(005)-2265/2021 saylı qətnaməsi və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(005)-3734/2022 saylı qətnaməsi ilə uşaqlara görə tutulan alimentin məbləği müvafiq olaraq 175 manat və 190 manat müəyyən olunan zaman müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaq üçün müəyyənləşdirilmiş yaşayış minimumu 2024-cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 21 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(005)-2265/2021 saylı qətnaməsi ilə tutulması qət olunmuş aliment məbləği dəyişdirilməli, 21 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, 26 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(005)-3734/2022 saylı qətnaməsi ilə tutulması qət olunmuş aliment məbləği dəyişdirilməli, 26 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 21 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(005)-2265/2021 saylı qətnaməsi ilə tutulması qət olunmuş aliment məbləği dəyişdirilsin. 21 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 26 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(005)-3734/2022 saylı qətnaməsi ilə tutulması qət olunmuş aliment məbləği dəyişdirilsin. 26 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2045/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2045/2024
23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver