Məhkəmə qərarları › İş №2(005)-2047/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2047/2021

20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2047/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakların geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakların geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan iddia ərizəsində qeyd etdiyiəmlaklarımın və ya onların dəyərində olan 6690 (altı min altı yüz doxsan) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının vətəndaşı Bakı şəhərində yaşayan X9 oglu hazırki iş üzrə Cavabdeh məxsus Bakı şəhəri Azərbaycan Prospekti 28 ünvanında “TADİM DÖNƏR” adlı qeyri yaşayış sahəsində xidmət sahəsinin işlətdiyi zaman onun şəxsi əmlakların (restoran ləvazimatları) həmin qeyri yaşayış sahəsində olduğundan həmin əmlakların oradan götürməyimə dair Cavabdeh dəfələrlə məlumat və xəbərdarlıq etməyimə baxmayaraq həmin şəxsi əmlaklarımın qeyri-yaşayış sahəsindən götürməyinə mane olmuşdur. Son vaxtlar ona məlum olmuşdur ki, cavabdeh qeyri-yaşayış sahəsində olan əmlaklarını məhv etmiş və ya sıradan çıxarmışdır. Qeyriyaşayış sahəsində əmlakların aşağıdakılardan ibarət olmaqla onların bazar qiymətini istismarını nəzərə alaraq qeyd edir. 1 .Atalay şirkətinə məxsus Türkiyə istehsalı dönər bişirən ləvazimat. 1 ədəd qiyməti 700 (yeddi yüz) manat; 2) Köpüklü ayran aparatı 1 ədəd. Qiyməti 3000 (üç min) manat 3)Yemək dəzgahı 1 ədəd nerj materialdan. Qiyməti 800 (səkkiz yüz) manat. 4)Divar rəfi 2 ədəd. Qiyməti 200 (iki yüz) manat. 5) Krosna aparatı 1 ədəd (dəst). Qiyməti 150 (yüz əlli) manat. 6) Elektron tərəzi 1 ədəd. Qiyməti 100 (yüz) manat; 7)Bicaq itiləyici 1 ədəd. Qiyməti 100 (bir yüz) manat. 8) Ugur soyuducusu 1 ədəd. Qiyməti 500 (beş yüz) manat. 9)Mikrodalgalı soba 2 ədəd (Samsung). Qiyməti 300 (üç yüz) manat. 10) Qaz balonu 20 İt. 4 ədəd. Qiyməti 200 (iki yüz) manat. 11) Led işıqlar 7 ədəd. Qiyməti 140 (yüz qırx) manat. 12). Elektrik sistemi işləri 500 manat dəyərində. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, iddiaçı ilə birlikdə işləyiblər. Onları həmin obyektdən cavabdeh zorla çıxarmışdır. Onlar çıxarılarkən iddiaçının mebelləri həmin obyektdə qalmışdır. İddiaçı mebellərinin geri qaytarılması üçün dəfələrlə müraciət etsə də, cavabdeh mebelləri geri qaytarmamışdır. İddiaçının köpüklü ayran aparatı, elektron tərəzisi, yemək dəzgahı, soyuducusu həmin qeyri-yaşayış sahəsində qalmışdır. Hazırda hamısını xatırlaya bilmir, lakin qeyd etdiyi mebellər qeyri-yaşayış sahəsindən çıxarılmamışdır. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, o iddiaçının işçisi olub. Həmin qeyri-yaşayış sahəsində yoldaşı, iddiaçı və o birlikdə işləyiblər. Cavabdeh onları iddiaçı ilə birlikdə sözügedən yaşayış sahəsindən zorla çıxarmışdır. İddiaçı obyektdən çıxarılan zaman iddiaçıya məxsus bir neçə mebel həmin qeyri-yaşayış sahəsində qalmışdır. Həmin qeyri-yaşayış sahəsində iddiaçıya məxsus dönər bişirilən ləvazimat, köpüklü ayran aparatı, yemək dəzgahı, soyuducu, bıçaq itiləyici və digər ləvazimatlar qalmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd edir ki, baxılan iş üzrə iddiaçının tələb etdiyi əmlakların mövcudluğu, həmin əmlakların ona mənsubluğu, həmçinin tələb olunan əmlakların cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Beləliklə İddiaçı bildirir ki, onun şəxsi əmlakları (restoran ləvazimatları) Cavabdeh məxsus Bakı şəhəri Azərbaycan Prospekti 28 ünvanında “TADİM DÖNƏR” adlı qeyri yaşayış sahəsində qalmışdır. Həmin əmlakların oradan götürməsinə dair Cavabdeh dəfələrlə məlumat və xəbərdarlıq etməsinə baxmayaraq əmlakların qeyri-yaşayış sahəsindən götürməsinə mane olmuşdur. Ona məlum olmuşdur ki, cavabdeh qeyriyaşayış sahəsində olan əmlaklarını məhv etmiş və ya sıradan çıxarmışdır. Məhkəmə ilk öncə iddia tələbi üzrə əmlakların qaytarılması ilə bağlı qeyd edir ki, tələb olunan əmlakların mövcudluğu, onun iddiaçıya mənsubluğu sübuta yetirilməlidir. Bu baxımdan işin mübahisələndirilən halı əvvala ondan ibarətdir ki, iddiaçının əmlakları cavabdehə məxsus qeyri-yaşayış sahəsində restoranın işlədilməsi üçün verilmişdir. 2-ci bir mübahisəli məsələ həmin əmlakalrın cavabdeh tərəfindən məhv edildiyi və satılmasıdır. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi əmlaklara dair hər hansı sübut təqdim etməmiş, habelə həmin əmlakların hal-hazırda Cavabdeh qanunsuz sahibliyində olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, tərəflər (həm ilkin iddia üzrə iddiaçı, həm də qarşılıqlı iddia üzrə iddiaçı) isə iddia tələblərinə dair ifadələrində bildirdikləri etirazlarında qızıl-zinət və digər əşyaların tərəflərin özündə olduğunu qeyd etdiyindən, ilkin iddia və qarşılıqlı iddia tələblərinə qarşı etirazlarının əsası kimi istinad etdikləri halları sübut etmə öhdəliyini daşıdıqları halda, qızıl-zinət və digər əşyaların kimdə olmasına dair hər hansı bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının tələbləri əsassızdır və bu səbəbdən də təmin edilməməlidir. Bununla yanaşı məhkəmə yuxarıda sadalanan hallardan əlavə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün müəyyən şərtlər olmalıdır, o cümlədən mübahisələndirilən əmlak mövcud olmalı, faktiki olaraq cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Hazırki mülki iş üzrə iddia tələbinin dəlillərindən, iddiaçının izahatlarından belə müəyyən edilir ki, mübahisələndirilən əmlakların bir qismi məhv edilmiş və özgəninkiləşdirilmişdir. Belə olan təqdirdə isə iddiaçı vindikasiya tələbi irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X2 və X4 şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əmlaklarının olduğu iddia edilən restoranda həmin əmlaklardan istifadə edən və orada işlədiyini bildirən şahidlər həmin əmlakların iddiaçıya məxsus olduğunu bildirir. Şahidlər iddiaçının mübahisələndirdiyi əmlakları istifadə etdiyini bildirməklə yanaşı habelə iddiaçı ilə yaxın münasibətləri olduğuna və mübahisənin öz yaxınının xeyrinə həll edilməsində maraqlı olduğuna görə onların ifadəsi əmlakların mövcudluğu, kimə məxsus olduğu müəyyən edilərkən mötəbər sübut sayıla bilməz. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halı (iddia ərizəsində göstərilən əmlakların mövcudluğu və mənsubiyyəti) sübut edilmədiyindən həmin əmlakların geri qaytarılması barədə tələb Mülki Məcəllənin 157-ci maddəsinin tələbi baxımından əsassızdır. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə şahid ifadələrinə münasibətdə isə qeyd edir ki, həmin ifadələr hazırki iş üzrə mötəbər sübut hesab edilə bilməz. Belə ki, mülki prosessual qanunvericiliyin müddəalarına əsasən müəyyən sübutetmə vasitələri ilə sübut edilməli olan işin halları digər sübutlarla təsdiq oluna bilməz. (AR MPM 81-ci maddəsi) Hazırki halda mübahisələndirilən əmlakların mövcudluğu, onların məxsus olması, həmin əmlakların dəyəri və s. barədə məlumatlar mötəbər sübutlarla təsdiqlənməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X1 cavabdeh X3 qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması, əşyalar olmadıqda dəyərinin kompensasiya ilə əvəz olunaraq ödənilməsi” tələbinə dair iddia tələbi məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakların geri qaytarılması və ya onun dəyərində pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar