Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2051/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Şəhəri 51 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Bakı Şəhəri 51 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 3anov rayonu, 51 saylı notariat ofisinin notariusu X8 tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli, 8İ-9020 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bildirir ki, bu ərizə üzrə üçüncü şəxs "xxxx" ASC İddiaçı MMC-dən və zaminlərdən 10 sentyabr 2021-ci il tarixli, 113-MFSİF-137 nömrəli müqaviləsi əsasında 104603 (yüz dörd min altı yüz üç) manat əsas borcun, 540 (beş yüz qırx) manat 29 qəpik cərimə və 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 105 168 (yüz beş min yüz altmış səkkiz) manat borcun tutularaq ona ödənilməsinə dair icra qeydinin qəbul edilməsi üçün Bakı şəhəri, ünvan 3anov rayonu, Azadlıq prospekti 132 ünvanında yerləşən 51 saylı notariat ofisinin notariusu X5 müraciət etmişdir. Bakı şəhəri 51 saylı notariat ofisinin notariusu X8 17 oktyabr 2023-cü il tarixli, 8İ-9020 saylı icra qeydini qəbul edərək icra olunması üçün aidiyyəti üzrə ünvan 3anov rayon İcra Şöbəsinə göndərmişdir. Tələbkar "xxxx" ASC qanunvericiliyin tələbinə əsasən icra qeydi barədə tutma ilə bağlı nə əsas borclunu nə də zaminləri xəbərdar etmədiyindən İddiaçı MMC və zaminlərin bu icra qeydindən məlumatı olmamış, daha sonra şirkətin qanuni nümayəndəsinə ünvan 3anov Rayon İcra şöbəsi tərəfindən icra qeydi təqdim edilmişdir. Bu ərizə üzrə iddiaçı notarisun icra qeydindən narazı qalmışdır. Beləki, 36 aylıq kredit müqaviləsi üzrə tərəflərindən 21 ay gecikmə olmadan cəmi 145 594 (bir yüz qırx beş min beş yüz doxsan dörd) manat ödənildiyi halda, necə olur ki, tələbkar borcludan yenə verilən borc üzrə əsas məbləğin yarısından çoxunu tələb edir. Qanunvericiliyin tələbinə əsasən icra qeydi üzrə tələblər mübahisəsiz olmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, bildirdi ki, icra qeydi üzrə hesablanan məbləğ mübahisə doğurmamalıdır. X4 tərəfindən edilmiş ödənişlərə dair sənədlər də notariusa təqdim olunmalı və onun əsasında icra qeydi tərtib olunmalı idi. Onlar sadəcə mübahisənin obyektiv şəkildə iddia icraatı qaydasında araşdırılması niyyətindədir. SKMF tərəfindən icra qeydinə qədər ödənişlər edilməsinə baxmayaraq, bank bununla bağlı sənədləri düzgün təqdim etmədiyindən, icra qeydi üzrə borc əsassız olaraq çox hesablanmışdır. Bu səbəbdən belə əsassız icra qeydi iddiaçının müdafiə hüquqlarını məhdudlaşdırır. Həmçinin, icra qeydi ilə bağlı bildiriş iddiaçı müəssisəyə aidiyyəti olmayan şəxsə göndərilmişdir. Bundan əlavə, bank tərəfindən bütün məktublar şirkətin deyil, onun təsisçisinin faktiki ünvanına göndərilmişdir ki, həmin ünvanda da yaşayış yoxdur. Eyni zamanda, iş materiallarında tələbin güzəşti barədə hər hansı müqavilə mövcud deyil. Əsas borcun sığorta hissəsinin tələb edilməsinə münasibətdə isə bankın subyektiv hüququ mövcud deyil. 104.000 manat borcla bağlı icra icraatı çərçivəsində iş davam etməkdədir. Halbuki, onların banka 104.000 deyil, 39.000 manat borcları var. Bildirdi ki, iddiaçı kredit üzrə 145.000 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 bildirdi ki, iddia tələbini qəbul etmir. Hazırki kredit SKMF, yəni dövlət tərəfindən maliyyələşdirilir. İddiaçı isə borcun ödənilməsini təmin etmə müddətini uzatmaq məqsədilə müxtəlif iddia tələbləri irəli sürməkdədir. “Notariat haqqında” AR Qanununun 76-cı maddəsinə görə, 20 gün müddətində borc məbləği mübahisələndirilməmişdirsə, həmin məbləğ icra qeydi çıxarıldıqdan sonra mübahisə predmeti ola bilməz. İcra qeydinin çıxarıldığı tarixə hər hansı mübahisə olmadığından onun ləğvi üçün əsas yoxdur. xx.xx.2023-cü il tarixli X1 banka ünvanlandığı məktubdan görünür ki, faiz borcunun yarısı və əsas borcun sığorta hissəsi Fond tərəfindən iddiaçı əvəzinə ödənilmiş və tələb hüququ banka ötürülmüşdür. Həmçinin, bank tərəfindən bütün məktublar şirkətin qeydiyyatda olduğu hüquqi ünvanına göndərilmişdir və bildirişlərin faktiki ünvana göndərilməsi nəzərdə tutulmur. X4 tərəfindən icra qeydindən sonra, xx.xx.2024-cü il tarixdə ödəniş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada cavabdeh Bakı şəhəri 51 saylı Notariat Ofisinin nümayəndəsi xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Bakı şəhəri 51 saylı Notariat Ofisinin nümayəndəsi iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: - İş materiallarında olan xx.xx.2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, “Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X8 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzra AZ1065 Baki Şəhəri ünvan 3 ünvanında yerləşən "xxxx" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ / VÖEN ********** xeyrinə AZ1029 Baki Şəhəri ünvan 3anov Rayonu Ələsgər Qaibov ev 12 mənzil ünvanında yerləşən borclu İddiaçı Mahdud Masufayyətli Cəmiyyət VÖEN 15O26668181 zamin Baki Şəh, Nəsimi Ray, Abay Dön, 360 Məh 64 ünvanında qeydiyyatda olan Nümayəndə2 (AA0283234 xx.xx.2019, Asan 5, FİN xxxxxxx. d/t xx.xx.1984), zamin-Bakı, Binəqədi, Biləcəri Qəs, Xaqani küç 14 64 ünvanında qeydiyyatda olan X3 (AZE16282550, 04.08. 2016, Asan3, FİN 29GWQS9, d/t xx.xx.1980) 113-MFSİF- 137 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 104603 manat 00 qəpik (yüz dörd min altı yüz üç manat sıfır qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borclu- AZ1029, BAKİ ŞƏHƏRİ ünvan 3ANOV RAYONU, ƏLƏSGƏR QAİBOV, ev 12 mənzil. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidən zamin-Nümayəndə2, zamin-X6 540 manat 29 qəptk (beş yüz qırx manat iyirmi doqquz qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənməmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqqı) olmaqla cəmi 105168 manat 29 qəpik pul tutulsun”. - İş materiallarında olan 113-MFZSİF-137 №-li Kredit Müqaviləsindən görünür ki, İddiaçınə 36 ay müddətinə illik 15 % dərəcəsi ilə 200000 manat kredit verilmişdir. - İş materiallarında olan 113-MFZSİF-137 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 113-MFZSİF-137 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 6933,07 manat, xx.xx.2024-cü il tarixdə isə 3988,29 manat ödəməyi öhdəsinə götürmüşdür. - İş materiallarında olan 113-MFZSİF-137 №-li Zaminlik Müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti-"xxxx" ilə İddiaçı MMC-"Borcalan” xx.xx.2021-ci il tarixli, 113-MFZSİF-137 nömrəli kredit müqaviləsi əsasında ona veriləcək 200000 AZN məbləğində kreditlə əlaqədar olaraq Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin" - X9, “Borcalan" ilə birlikdə qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. - İş materiallarında olan 113-MFZSİF-137 №-li Zaminlik Müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti-"xxxx" ilə İddiaçı MMC-"Borcalan” xx.xx.2021-ci il tarixli, 113-MFZSİF-137 nömrəli kredit müqaviləsi əsasında ona veriləcək 200000 AZN məbləğində kreditlə əlaqədar olaraq Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin" - Nümayəndə2, “Borcalan" ilə birlikdə qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. - İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC-nin Bankla bağladığı xx.xx.2021-ci-il tarixli, 137 №li kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə vaxtı keçmiş kredit borcu aşağıdakı kimidir. İddia qaldırılan günə əsas borcu 99.998,98 manat, xx.xx.2023-cü il tarixə faiz borcu 4.604,02 manat, xx.xx.2023-cü il tarixə gecikdirilmiş əsas borca görə hesablanmış dəbbə pulu-penya 540,29 manat olmaqla cəmi borc 105.143,29 manat təşkil edir. - İş materiallarında olan xx.xx.2023-cü il tarixli - "xxxx" ASC tərəfindən İddiaçı MMCyə, X7, Nümayəndə2 ünvanlanmış bildirişdə qeyd edilir ki, 10 Sentyabr 2021-ci il tarixli, № ******* saylı kredit müqaviləsinə əsasən öhdəliyin icra edilməməsi nəticəsində bu günə 103707.06 (bir yüz üç min yeddi yüz yeddi manat 06 qəpik) məbləğində ümumi borc tərəfinizdən ödənilməlidir. Borcun 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2024-cü il tarixli 9/7698 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 10 sentyabr 2021- ci il tarixli, 113-MFSİF-137 saylı Kredil Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı MMC-nin banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; - xx.xx.2023-cü il (maliyyə arayışında borcun hesablandığı) tarixə: - əsas borc üzrə - 99998,55 manat - faiz borcu üzrə - 4205,18 manat - xx.xx.2023-cü il (icra qeydinintərtib olunduğu) tarixə: - əsas borc üzrə - 99998,55 manat - faiz borcu üzrə - 4496,84 manat - xx.xx.2024-cü il (ekspert rəyinin verildiyi ) tarixə: - əsas borc üzrə - 39999,11 manat - faiz borcu üzrə - 13980,0 manat. Bundan başqa məlumat üçün qeyd edilir ki, tərəflər arasında imzalanmış xx.xx.2021ci il tarixli, 113-MFSİF-137 saylı kredit müqaviləsi üzrə cavabdeh bank tərəfindən təqdim edilmiş, iş materiallarının 72-ci səhifəsində öz əksini tapmış maliyyə arayışında MMC-nin xx.xx.2023-cü il tarixə olan faiz borcu 4604,02 manat göstərilmişdir. Eyni zamanda həmin iş materiallarının 29-34-cü və 146-149-cu səhifələrində öz əksini tapmış, müvafiq olaraq xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli Azərbaycan Kredit Bürosundan çıxarış məlumatlarında (bankın təqdim etdiyi məlumata əsasən) MMC-nin faiz borcunun həmin tarixlərə 4604,02 manat olması göstərilmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, bank maliyyə arayışında qeyd olunan xx.xx.2023-cü il tarixdən sonra əsas borca hesablanan faiz dərəcəsini dayandırmışdır. Lakin bununla bağlı iş materiallarında hər hansı bir məlumat qeyd edilmədiyi üçün yuxarıdakı hesablama zamanı faizin dayandırılması nəzərə alınmadı. Əgər xx.xx.2023-cü il tarixdən faizin dayandırılması ilə bağlı yuxarıda göstərilər məhkəmə tərəfindən nəzərə alınsa, icra qeydinin tərtib olunduğu və ekspert rəyinin verildiyi hazırkı tarixə MMC-nin faiz borcu 4205,18 manat təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, üçüncü şəxs "xxxx" ASC İddiaçı MMC-dən və zaminlərdən 10 sentyabr 2021-ci il tarixli, 113-MFSİF-137 nömrəli kredit müqaviləsi əsasında 104603 (yüz dörd min altı yüz üç) manat əsas borcun, 540 (beş yüz qırx) manat 29 qəpik cərimə və 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 105 168 (yüz beş min yüz altmış səkkiz) manat borcun tutularaq ona ödənilməsinə dair icra qeydinin qəbul edilməsi üçün Bakı şəhəri, ünvan 3anov rayonu, Azadlıq prospekti 132 ünvanında yerləşən 51 saylı notariat ofisinin notariusu X5 müraciət etmişdir. 51 saylı notariat ofisinin notariusu X8 17 oktyabr 2023-cü il tarixli, 8İ-9020 saylı icra qeydini qəbul edərək icra olunması üçün aidiyyəti üzrə ünvan 3anov rayon İcra Şöbəsinə göndərmişdir. İddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, tələbkar "xxxx" ASC qanunvericiliyin tələbinə əsasən icra qeydi barədə tutma ilə bağlı nə əsas borclunu nə də zaminləri xəbərdar etmədiyindən İddiaçı MMC və zaminlərin bu icra qeydindən məlumatı olmamış, şirkətin qanuni nümayəndəsi yalnız ünvan 3anov Rayon İcra şöbəsi tərəfindən icra qeydini aldıqdan sonra bu barədə məlumatlı olmuşdur. Hazırda ərizəçi icra qeydi verilərkən qanunvericiliyin tələblərinin pozulduğunu əsas gətirərək həmin icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması qaydasını müəyyən edən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın qeyd edilən bəndində həmçinin göstərilir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il (maliyyə arayışında borcun hesablandığı) tarixə: əsas borc üzrə - 99998,55 manat, faiz borcu üzrə - 4205,18 manat, xx.xx.2023-cü il (icra qeydinin tərtib olunduğu) tarixə: əsas borc üzrə - 99998,55 manat, faiz borcu üzrə - 4496,84 manat, xx.xx.2024-cü il (ekspert rəyinin verildiyi ) tarixə: əsas borc üzrə - 39999,11 manat, faiz borcu üzrə - 13980,0 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddia tələbinin dəlilləri (onun banka ödənişlərinin nəzərə alınmadan) ekspertiza rəyi ilə təkzib olunmuşdur. Bununla belə məhkəmə qeyd edir ki, borclunun icra qeydinin verilməsi üçün elektron qaydada tərtib olunmuş ərizəyə əsasən borclu olduğu məbləğ, əsas borc üzrə 99998,98 manat, faiz borcu üzrə 4604,02 manat və cərimə borcu üzrə 540,29 manat olmaqla, ümumilikdə 105143,39 manat təşkil etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən məsələlərdən biri olan icra qeydinin aparılacağı barədə bildirişin kredit təşkilatı tərəfindən borcluya təqdim edilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, xx.xx.2023-cü il tarixli icra qeydinin aparılacağı ilə bağlı bildirişlər zaminlərə və borcluya göndərilmişdir. Hazırki iş üzrə iddiaçının (borclu) hüquqi ünvanı kimi ünvan 6ən məhkəməyə təqdim olunmuş iddia ərizəsində də həmin ünvan qeyd olunmuşdur. Tələbkar tərəfindən “AzerExpressPost” Sürətli Poçt Xidməti vasitəsilə borclu və zaminlərin ünvanına bidirişlər göndərilmişdir. Bildirişlərdən TA007369435AZ kodu ilə göndərilən bildiriş xx.xx.2023-cü il tarixdə “Kərimova” adlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Qəbzdə olan ünvan iddiaçıya məxsusdur, bu ünvanda kənar şəxslərin olması (işləməsi) ehtimalı azdır, qeydiyyatda olduğu ünvanda qəbzi başqa şəxsin imzalamasını sübuta yetirmək cavabdeh tərəfin deyil, ünvan sahibi olan iddiaçının üzərinə düşür. Bu baxımdan məhkəmə qeyd edir ki, icra qeydi bununla bağlı “Notariat haqqında” qanunda nəzərdə tutulmuş prosedur və qaydalara əməl etməklə çıxarılmışdır. İcra qeydi çıxarılmamışdan əvvəl öhdəlik barədə borclu xəbərnaməli bildiriş vasitəsilə məlumatlandırılmışdır. Nəticə etibarilə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, icra qeydi tələbkar və borclu arasında bağlanmış müqavilə üzrə verilmiş, icra qeydi verilməmişdən öncə borcluya müvafiq bildiriş göndərilmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Qanunun 76-cı maddəsinin 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi, borcun ödənilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur, icra qeydi qanuni əsaslarla aparılmış, habelə icra qeydi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının əsas gətirdiyi dəlillər məhkəmədə işin araşdırılması zamanı öz təsdiqini tapmadığından İddiaçı MMC belə iddia irəli sürməkdə haqlı olmamışdır, bu səbəbdən də iddia tələbi təmin edilməməlidir. Belə ki, üçüncü şəxs "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-yə xəbərnaməli poçtla bildiriş göndərilməsi, həmin bildirişin ünvan sahibinə çatdırılması (qəbul edən soyadı: Kərimova) öz təsdiqini tapdığından, nəhayət borclu tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən cavabdeh notarius tərəfindən xx.xx.2023-cü il tarixdə icra qeydi verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış aparılmış mühasibatlıq ekspertizasının dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində pul İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizasının hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh Bakı Şəhəri 51 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində pul İddiaçı MMC-dən tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri ünvan 3anov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2051/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2051/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver