Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2055/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunla müəyyən edilmiş hüquqlarını pozduğuna görə Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Vişnyovka-2, bağ sahəsi 0.118714 ha torpaq sahəsi üzərində yerləşən 65,35 kv.m olan 2 otaqlı 720 saylı bağ evini 28000 manata satdığına görə ona 14000 manat məbləğində maddi zərərin və 132 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1756/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən mübahisəli əmlak Rəna Ağamirovanın istifadəsinə verilmişdir. İddiaçı həmin vaxtdan mübahisəli bağ sahəsində yerləşən evdə yaşamaqla Rəna Ağamirova ilə birgə təsərrüfat aparmışdır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 1317№-li sərəncamına əsasən xx.xx.2014-cü il tarixdə bağ sahəsi və üzərindəki bağ evi xüsusi mülkiyyət hüququ üzrə Rəna Ağamirovanın adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. Rəna Ağamirova xx.xx.2015-ci il tarixdə X4 daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlayaraq bağ evini sonuncuya bağışlamış və həmin daşınmaz əmlak RX seriyalı ******* nömrəli çıxarışa əsasən xx.xx.2015-ci il tarixdən Salman Ağamirovun xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Daha sonra Salman Ağamirov xx.xx.2015-ci il tarixdə Cavabdeh ilə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlayaraq bağ evini Cavabdeh bağışlamış və həmin daşınmaz əmlak RX seriyalı ******* №-li çıxarışa əsasən xx.xx.2015-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Həmin qətnamə ilə izah edilmişdir ki, İddiaçı həmin evə istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Qətnamə qanuni qüvvəsini almışdır. Lakin buna baxmayaraq Cavabdeh qeyd edilən və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarını pozmuş, ona hər hansı bir kompensasiya vermədən və xəbəri olmadan xx.xx.2020-ci ildə X8 28000 manata satmış və həmin puldan ona verməmişdir. Cavabdehlər Cavabdeh və X8 qarşı «bağ evindən istifadə etməyimə süni maneələr yaradılmasının qadağan edilməsi və həmin bağ evinə köçürülməyim» barədə iddia ərizəsinə, X6 isə cavabdeh qismində ona qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinə Sabunçu Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixdə baxılmış, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Vişnyovka-2, bağ sahəsi ******* ha torpaq sahəsi üzərində yerləşən 65,35 kv.m olan 2 otaqlı 720 saylı bağ evindən onun istifadə hüququ itirilmiş hesab edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, «Lakin məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi zərər tələbi ilə iddia irəli sürə bilər. Belə ki, yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsində izah edilmişdir ki, İddiaçı mübahisəli əmlaka istifadə hüququna mülkiyyətçinin, yəni Cavabdeh məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Cavabdeh bunu etmədən, İddiaçı həmin evdə qeydiyyatda olmadığından istifadə edərək mübahisəli əmlakı satmış və onu istifadə hüququndan məhrum etmişdir. Məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, ilkindən mübahisəli əmlak İddiaçı qızının mülkiyyəti olmuşdur». Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə baxışının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsini nəzərə alaraq, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; Sabunçu Rayon Məhkəməsinin 2(008)-1997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh və X8 qarşı bağ evindən istifadə etməyinə süni maneələr yaradılmasının qadağan edilməsi və həmin bağ evinə köçürülməsi tələbinə dair ilk iddia ərizəsi üzrə; X6 cavabdeh İddiaçı qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizə üzrə mülki işə baxılmışdır. İlk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsi 0.118714 ha torpaq sahəsində yerləşən 65.35 kv.m olan 2 otaqlı 720 saylı bağ evindən İddiaçı istifadə hüququ itirilmiş hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1756/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməsi, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddiada cavabdeh İddiaçı qarşı irəli sürülmüş tələblərin təmin edilməsi hissəsində ləğv edilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, , Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsi ünvanında yerləşən 0.118714 ha torpaq sahəsində yerləşən 65.35 kv.m olan 2 otaqlı 720 saylı bağ evi satıcı Cavabdeh tərəfindən alıcı X1. Prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənləri nəzərə alaraq və mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verməklə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi üçün əsaslar müəyyən edilmədi. Belə ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1756/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsində qeyd edilmiş «İddiaçı mübahisəli evə olan istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər» abzasına istinad edərək, cavabdehdən mübahisəli əmlakın alqı-satqısı zamanı ona kompensasiya verilməli olduğunu iddia etmişdir. Lakin həm qeyd olunan abzasda, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində kompensasiyanın məhkəmə qaydasında mülkiyyətçi tərəfindən təklif olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindəm məhkəmə hesab edir ki, tərəflər ödəmiş dövlət rüsumları özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2055/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2055/2022
24.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver