Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2056/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 36.500 (otuz altı min beş yüz) ABŞ dolları məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının əmisi oğludur. Həsən öz biznesini inkişaf etdirmək üçün ona pul lazım olduğunu bildirmiş və bu məqsədlə iddiaçıdan borc pul istəmişdir. İddiaçı da qohum olduğuna görə ona inanmış və Həsənə 36.500 (otuz altı min beş yüz) ABŞ dolları məbləğində borc pul vermişdir. Həsən aldığı pulu 2020-ci ilin sonuna qədər qaytaracağına dair öhdəlik götürmüşdür. İndi isə müxtəlif bəhanələr gətirərək guya pulu alan zaman 2021-ci ilin dekabr ayına kimi qaytaracağına dair iddiaçıya söz verdiyini bildirir. Bundan başqa Həsən iddiaçının qaynı X7 da 40.000 (qırx min) ABŞ dolları məbləğində borc almış və həmin pulu da 2020-cı ilin sonuna qədər qaytaracağına dair öhdəlik götürmüşdür. X14 da borcunu hazırkı vaxtadək qaytarmamışdır. Bu səbəbdən Salman həm özünün, həm də iddiaçının adından polisə müraciət etmişdir. Müraciət əsasında toplanmış material üzrə araşdırılma aparılmış və aidiyyəti üzrə Səbail RPİ-nə göndərilmişdir. Həmin araşdırma zamanı Cavabdeh da izahatı alınmış və o izahat verərkən şirkət qurmaq üçün iddiaçıdan 36 500 (otuz altı min beş yüz) ABŞ dolları məbləğində borc pul aldığını etiraf etmiş, borcunu 2021-ci ilin dekabr ayının sonunadək qaytaracağını bildirmişdir. Lakin iddiaçı 36.500 ABŞ dollarını Həsənə verən zaman pulu ən geci 2020-ci ilin sonuna qədər qaytarmasına dair Həsənlə öz aralrında razılaşmışlar. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; ASAN 1 tərəfindən verilmiş 01.08.2015-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 15725251 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, X12 11.10.1986-cı ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Təbriz küçəsi, ev.6, m. 8 ünvanında qeydiyyatdadır. 11.03.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 03.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov ray, A.Gəraybəyli küç, ev.11/15, m. 54 ünvanında qeydiyyatdadır. Xəzər RPİ-nin 18.01.2021-ci il tarixli materialın araşdırma aidiyyəti üzrə göndərilməsi haqqında qərarın surətindən görünür ki, X12 və X1 Həsən Xəlil oğlunun yaxın qohumlarıdır. O qohumu X7 öz biznesini inkişaf etdirmək məqsədi ilə 36500 ABŞ dolları pul aldığını bildirmişdir. Sonra Azərbaycan Manatının ucuzlaşması ilə bağlı işlərinin zəifləməsi səbəbindən qohumları X10 olan 40000 ABŞ dollarını və digər qohumu X3 olan 36500 ABŞ dollarını qaytara bilməməsini bildirmişdir. Vəkil sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********79 nömrəli 11.02.2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 108, 48 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədqulzadə küçəsi, ev 108, 45 saylı mənzil, ünvan 4 ünvanda yerləşən qeyri yaşayış binası qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir. X2 adına ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 11, 14 saylı fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.2250 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X4 Xəzər RPİ-nin 1-ci PŞ-də 15.01.2021-ci il tarixdə yazdığı izahatından görünür ki, o, 2016-cı il tarixdə qohumu X5 öz biznesini qurmaq üçün 40.000 ABŞ dolları məbləğində pul aldığını və İddiaçı 36.500 ABŞ dolları məbləğində pul vəsaitini aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X9 36.500 (otuz altı min ABŞ dolları) ABŞ dolları məbləğində pul vəsaitini sonucunun biznes qurması məqsədilə vermiş, cavabdeh isə həmin məbləği qaytarmamışdır. Həmçinin cavabdeh polis şöbəsində yazdığı izahatında iddiaçıdan qeyd edilən məbləğdə pulu aldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə X11 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 36500 (otuz altı min beş yüz) ABŞ dolları məbləğində pul (ödəniş günü manata məzənnə ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2056/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2056/2021
07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver