Məhkəmə qərarları › İş №2(005)-2058/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2058/2023

01.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2058/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Canar oğlundan və “Çinar-Trans" MMC-dən müştərək qaydada İddiaçı xeyrinə 1405 manat avtomobilə vurulmuş maddi ziyanın, 35 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbini pozaraq idarə etdiyi "xxxx" MMC-yə məxsus "İsuzi Citiport” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtobusla xx.xx.2023-cü il tarixdə, saat 0749-da Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində İddiaçı Volkswagen Passat markalı **-CB-*** d.q.n avtomobili qabaq hissəsində vurmuşdur. Hadisə zamanı avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh1 bu hərəkətinə görə DYPİ-nin yol inspektoru tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati Xəta haqqından qərar tərtib edilmiş və İXM-nin 469.3-cü və 327.1-ci maddələri ilə təqsirli bilinərəq 50 manat cərimə edilmişdir. Bundan əlavə, inzibati iş materillarından görünür ki, İsuzi Citiport markalı ** JD *** d.q.n avtobus Cavabdeh2 MMC-yə məxsusdur. Belə ki, şirkət tərəfindən verilmiş Yol vərəqəsinə əsasən məlum olur ki, şirkətə məxsus avtobusların idarə edilməsi Cavabdeh1 həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 10/2023 saylı qüsur aktından aydın olur ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar İddiaçı məxsus olan “Volkswagen Passat” markalı **-CB-*** d.q.n avtomobilə 1405 manat maddi ziyan dəymişdir. Qeydə əsasən iş prosesində qüsur aktında qeyd olunmayan kiçik qüsurların aşkar oluna bilməsi müəyyən edilir. Həmin avtomobil icbari sığorta edilmədiyindən İddiaçı dəymiş ziyan ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehlərə avtomobilə dəymiş ziyanın ödənilməsi barədə dəfələrlə müraciət edilməsi baxmayaraq, onlar dəymiş ziyanın ödənilməsində imtina etmişdirlər. Hazırda İddiaçı cavabdehlər tərəfindən 1405 manat maddi ziyan vurulmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması və cavabdehlərin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməməsini nəzərə alaraq məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və eyni tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, "İsuzi Citiport” markalı ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə dən Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir və barəsində 50 manat məbləğində cərmə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 MMC-yə ünvanlanmış bildirişdən aydın olur ki, İddiaçı ona vurulmuş maddi zərərin əvəzinin 5 gün ərzində ödənilməsini tələb etmiş, əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə qarşı tərəfləri xəbərdar etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 10/2023 saylı qüsur aktından aydın olur ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar İddiaçı məxsus olan “Volkswagen Passat” markalı **-CB-*** d.q.n avtomobilə 1405 manat maddi ziyan dəymişdir. Cavabdeh2 MMC tərəfindən verilmiş yol vərəqəsinə əsasən məlum olur ki, Cavabdeh2 MMC-yə məxsus digər avtobuslarla yanaşı "İsuzi Citiport” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtobusun da idarə edilməsi Cavabdeh1 həvalə edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbini pozaraq idarə etdiyi "xxxx" MMC-yə məxsus "İsuzi Citiport” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtobusla İddiaçı Volkswagen Passat markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili toqquşaraq avtomobilə maddi ziyan vurmuşdur. Cavabdeh1 barəsində xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati Xəta haqqından qərar tərtib edilmiş və İXM-nin 469.3-cü və 327.1-ci maddələri ilə təqsirli bilinərəq 50 manat cərimə edilmişdir. “İsuzi Citiport” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh2 MMC-yə məxsusdur. Cavabdeh2 MMC tərəfindən verilmiş yol vərəqəsinə əsasən məlum olur ki, şirkətə məxsus avtobusların idarə edilməsi Cavabdeh1 həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 10/2023 saylı qüsur aktından aydın olur ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar İddiaçı məxsus olan “Volkswagen Passat” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1405 manat maddi ziyan dəymişdir. Həmin avtomobil icbari sığorta edilmədiyindən İddiaçı dəymiş ziyan ödənilməmişdir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq 1405 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 1405 (bir min dörd yüz beş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sisemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar