Məhkəmə qərarları › İş №2(005)-2067/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2067/2022

22.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2067/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «maddi zərərin ödənilməsi» tələbinə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əməlləri nəticəsində ona dəymiş 15000 manat zərərə görə pulun, həmçinin 135 manat dövlət rüsumunun ona verilməsi və cavabdehlərin əməllərinə hüquqi qiymət verilərək onlar haqqında xüsusi qərardad çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tanışı vasitəsilə "xxxx"-ın Səbail filialının müdiri Cavabdeh1 ilə tanış oldu və ona həmin bankdan kredit götürməyinə köməklik (bunun əvəzinə ondan 3000 manat “şapka” almaq şərtilə) göstərərək, 12 ay müddətinə 18 faizlə 30000 manat bankdan pul götürməyi barədə kredit müqaviləsi bağladı. Bankla bağlanmış kredit müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 111, ev 34 ünvanında yerləşən evin girov qoyulmuşdur. Bu pulu bizneslə əlaqədar götürmüş və vaxtında da ödəyirdi. Lakin biznesində yaranmış problemlərlə bağlı pulun ödənilməsində müəyyən gecikmələr yaranmışdı. Bank bunun müqabilində onu məhkəməyə vermiş və pulu girovda olan evinə yönəltmişdir. Səbail Filialının müdiri Cavabdeh1 təşəbbüsü ilə, həmin bankın hüquqşünası olan Cavabdeh2 evin satışını təşkil etmişdir. Cavabdeh2 ona verdiyi etibarnamədən yararlanaraq evi notariusda satışında əldə edilmiş pulun bir hissəsini müdiri olan Ehtiramla mənimsəmişdirlər. Evi satılana qədər iddiaçının banka olan borcu 29000 ( faizlə birlikdə) manat olmuşdur. Lakin onun evi 39000 manata satılmışdır. Cavabdeh2 İldırım oğlu etibarından sui istifadə edərək 2013-cü il fevral ayının 19-da natarisun qəbzi əsasında dərhal digər bankdan evə görə ödənilmiş pulu götürmüşdür (halbuki notariusdə iddiaçıya dedilər ki iki-üç gün ərzində pulu götürə bilərlər, lakin Pərviz, şəxsi tanışlığı vasitəsilə pulu evin satıldığı gün götürmüş və bu barədə iddiaçıya da məlumat verməmişdir. "xxxx" -ın Səbail filianının keçmiş vəzifəli şəxsləri tərəfindən , filialın müdiri olmuş Cavabdeh1 və oranın hüquqşünası olan Həsənov Perviz vəzifələrindən sui istifadə edərək , onun onlara inamından istifadə etmişlər və onun Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən evini satıb, pulunu mənimsəmişdilər. Bankın müdiri olan Ehtiram ( ***-***-**-**) və hüquqşünas Perviz onun evini heç bir hərrac keçirmədən salıb pulunu mənimsəmişdilər. Belə ki iddiaçı bununla bağlı dəfələrlə Ehtiramın yanında, yəni bankda görüşəndə hələ o zamanda da deyirdi məlumat verəcəklər, pulların, hara xərclənməsi barədə deyəcəklər. Bankın hüquqşünası olmuş Pərviz iddiaçının evini sataraq pulu mənimsəmişdir. Lakin iddiaçıya və ailənəə heç bir məlumat verməmişdir. Belə ki, 80 min dəyərində olan evini 39 min manata sataraq pulunu qaytarmamışdır. İddiaçıdan və ailəsindən gizlin keçirilən bu əməliyyatlar zamanı vəzifələrində sui istifadə edən bu şəxslər əmlak hüquqlarını ələ keçirmək niyyətində olmuşdular. Üç il bundan qabaq qohum olan Xəlil Cəlilova bu barədə danışdıqda, o iddiaçıya dedi ki, bu barədə maraqlanıb ona məlumat verər. Bəli hüquqşünas olan Xəlil ( ***-***-**-**) bankda Pərvizlə görüşdükdən sonra , Pərviz etiraf etmişdi ki, o pulun hamısını bank müdiri olan Ehtirama vermişdir və demişdir ki. Ehtiramla görüşməyiniz yaxşıdır. Bu barədə iddiaçıya məlumat verən qohumu da iddiaçıya məsləhət verdi ki, pulun hamısı müdirə verilib. İddiaçı Ehtiramı tanıdığı üçün onuna zəng etdi və görüşdü. Bu zaman onu bankda etdiyi maxinasiyalara görə işdən çıxartmışdılar. Lakin o yeni kredit təşkilatı yaratmış və orda işləyirdi. Ehtiramla bu barədə dəfələrlə görüşüb , hər dəfə də iddiaçıya vədlər verərək, bankda olan evlərdən ona təşkil edəcəyini, narahat olmayaraq iddiaçıya köməklik edəcəyini bildirirdi. İddiaçının ona artıq inanmadığını görüb iki dəfədə iddiaçıya pul vermişdir. Birinci dəfə İnqilab küçəsi ilə Azadlıq küçəsinin yerdə elektronika maqazinin yanında 500 manat pul verdi və yenə də ona bildirdi ki, narahat olma iddiaçıya köməklik edəcəklərini, o yenə də ona inanaraq heç bir orqana müraciət etmədi. Axırıncı dəfə isə üç ay bundan qabaq da görüşəndə 300 manatda verib onu yenə sakitləşdirdi. ona ev verəcəyini, yəni banklar olan evlərdən düzəldəcəyini bildirdi. Bir neçə dəfə onunla görüşmək istəsə də, artıq o iddiaçının telefonlarına cavab vermir, hətta iş yerinə getdikdə isə orda ola ola iddiaçıya deyirdilər ki, burda yoxdur. Təbii ki, bunların cinayət xarakterli əməlləri nəticəsində, yəni pullarını mənimsədiklərini ört basdır etmək üçün Ehtiram iddiaçıya ümumilikdə 800 manat pul vermişdir. İddiaçı isə buna inanaraq , hesab edirdi ki, bunlar həqiqətən də iddiaçıya köməklik etmək istəyirlər. Lakin sonradan bildi ki, onlar iddiaçının inamından sui istifadə edir və iddiaçını aldatmışlar. Məhkəməyə bildirmək istəyir ki, bankın iddiaçı qismində iştirak etdiyi məhkəmə qərarına əsasən iddiaçı banka 32665 manat ödəməli idi. Lakin məhkəmədə proses gedənə qədər bu vəsaitdən iddiaçı artıq banka pul ödəmişdi. Ümumiyyətlə 'Beynəlxalq Bank –in Səbail Filialının müdiri Cavabdeh1 və hüquqşünası Cavabdeh2 vəzifələrindən sui istifadə edərək iddiaçının 15000 manatını mənimsəmişdirlər. Belə ki evini satmamışdan öncə və ondan sora evimin satışı nəticəsində ödədiyi pulla onun banka olan borcu bağlanırdı və bu şəxslər iddiaçıya 15000 manat qaytarmalı idilər. Qeyd edilən halları nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çxıarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, o hərracda satılan daşınmaz əmlaklar üzrə həmişə etibarnamə əsasında bankın adından hərəkət etmişdir. Hazırki iddia tələbi üzrə isə ona mübahisəli mənzilin satılması üçün etibarnamə verilmiş, tərəflərin notariusda iştirakı ilə mübahisəli əmlakın satışı həyata keçirilmiş, mənzilin alqı-satqı dəyərini isə daha sonra bankdan götürə biləcəyi qeyd olunmuş, iddiaçının borcunun ödənilməsindən sonra qalıq məbləğin onun tərəfindən mənimsənilmədiyini, həmin pulun iddiaçıya qaytarıldığını, lakin bu zaman hər hansı qəbzin olub-olmadığını uzun müddət keçməsi səbəbindən xatırlamadığını, habelə onun bankda işlədiyi zaman yüzlərlə daşınmaz əmlak satılması səbəbindən konkret məsələ ilə bağlı iddiaçının bankdan gəlib nə zaman qalıq pulunu götürməsi yadında qalmadığını, eyni zamanda iddiaçının belə tələb irəli sürməsi üçün iddia müddətini ötürdüyünü, bu səbəbdən də iddia müddətinin ötürülməsi barədə ərizə təqdim edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Beynəlxalq Bankı (ABB) Sahil filialının müdiri olduğu dövrdə İddiaçılə 2010-cu ildə bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən ona müvafiq məbləğdə kredit vəsaiti ayrılmışdır. Kreditin təminatı kimi ona məxsus mənzil ipoteka predmeti kimi yüklü edilmişdir. Lakin sonradan S. Əliyev kredit borcunu ödəmədiyindən, ABB ona qarşı müvafiq iddia qaldırmış, iddia təmin edilərək, ipoteka predmetinin satılaraq borcun ödənilməsinə dair Qətnamə qəbul edilmiş, ipoteka predmeti realizasiya olunaraq borcun ödənişinə yönəldilmişdir. Bildirir ki, iddia ərizəsində göstərilənlər və iddiaçıya qarşı olan tələb əsaslandırılmamışdır. Kredit verildikdən ötən müddət ərzində heç bir zaman İddiaçılə görüşməmişdir, ona tərəfindən heç bir pul vəsaiti verilməmişdir. Eyni zamanda bildirir ki, son 12 il ərzində İddiaçı tərəfindən iddia ərizəsində göstərilənlər barədə nə iddiaçıya, nə bankın rəhbərliyinə, nə də məhkəmə orqanlarına şikayət edilməmişdir. Məlumat üçün bildirir ki, 01 avqust 2015-ci il tarixində öz ərizə ilə vəzifəsindən azad edilib. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki məcəlləsinin 354.2-ci və 1095-ci maddələrini nəzərə alaraq, iddia müddətinin bitməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2013-cu il tarixli notarial təsdiq edilmiş etibarnamənin məzmunundan aydın olur ki, X8 tərəfindən Cavabdeh2 adına Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi 111 saylı evin 34 saylı mənzilinə dair dövlət reyestrindən arayışı almağı, həmin əmlak üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə bağlı ərizə verməyi, digər hərəkətlər etməyi etibar etmişdir. İş materiallarına əlavə olunmuş 2(005)-453/2012 saylı 27 yanvar 2012-ci il tarixli qətnamənin sürətindən görünür ki,iddia qismən təmin edilmişdir.Cavabdeh İddiaçı 30000 manat əsas borc,2155 manat faiz borcu, 510 manat dəbbə pulu, ümumilikdə 3266 manat kredit borcu,mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin.İddia tələbi kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş,cavabdeh X4 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Reyestri Xidmətinin xx.xx.2008—ci il tarixli , MH seriyalı, ******* saylı çıxarışa əsasən tam mülkiyyət hüququ əsasına məxsus olan, Bakı şəhəri,Nərimanov rayonu,X9 küçəsində istifadədə olan 111 saylı evin, 34 saylı mənzilinə yönəldilsin, həmin ipoteka predmeti açıq hərracdan satılsın və satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş 26 avqust 2021-ci il tarixli Səbail rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın sürətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 əməlində cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri,Nərimanov rayonu,X9 küçəsi 111,ev 34 saylı mənzili xüsusi mülkiyyət kimi X5 məxsus olmaqla, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ******* saylı Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Akademik H.Əliyev küçəsində istifadədə olan 0,060455 ha torpaq sahəsində yerləşən 111 saylı, 4 mərtəbəli binada 37,53 kv.m olan ümumi, 25.63 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil tam mülkiyyət hüququ əsasında X5 məxsusdur, bu hüquq xx.xx.2008-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli 77 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfinən borcalan X2 12 ay müddətinə, aylıq faiz dərəcəsi 18% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 077 N-li təkrar İpoteka müqaviləsinin məzmunundan görünür ki, ipoteka qoyan X8, borcalan İddiaçı və ipoteka saxlayan "xxxx" ASC arasında xx.xx.2010cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı məqəsdilə ipoteka müqaviləsi bağlanılmış, öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan X5 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 111, ev 34 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin : 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddəsinə əsasən, satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: 47.4-cü maddəsinə əsasən, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2-ci maddəsinə əsasən, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, müvafiq məhkəmə qətnaməsi əsasında cavabdeh İddiaçı 30000 manat əsas borc, 2155 manat faiz borcu, 510 manat dəbbə pulu, ümumilikdə 3266 manat kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsiiddia tələbi kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, cavabdeh X3 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli , MH seriyalı, ******* saylı çıxarışa əsasən tam mülkiyyət hüququ əsasına məxsus olan, Bakı şəhəri,Nərimanov rayonu,X9 küçəsində istifadədə olan 111 saylı evin, 34 saylı mənzilinə yönəldilməsi, həmin ipoteka predmeti açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı ipoteka predmeti olan əmlakın cavabdehlər tərəfindən 39000 manata satılaraq, satışdan əldə edilmiş pul vəsaitidən banka olan borcunun ödənildiyini, qalan 15000 manatın isə cavabdehlər tərəfindən mənimsənildiyini, ona geri qaytarılmadığını əsas gətirərək, belə bir iddia tələbi irəli sürmüşdür. Cavabdehlər isə iddia tələbini qəbul etməyərək, hazırki mülki iş üzrə iddia müddətinin ötürüldüyünü bildirərək, iddia tələbinə etiraz etmişdir. Məhkəmədə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Başqa sözlə, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübutetmək öhdəliyini daşıyır. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilən hallara dair (cavabdehlərin onu aldadaraq evinin satmaları, evin satışından əldə edilmiş pulun cavabdehlər tərəfindən əldə edilməsinə, həmin puldan onun banka borcuna ödənilməsindən sonra qalan pulun ona geri qaytarılmaması və nəticədə qeyd edilən məbləğdə pul vəsaitindən məhrum olması hallarına dair) heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının ona məxsus olan qeyd edilən məbləğdə pul vəsaitindən məhrum olması halının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi ona məxsus evin cavabdehlər tərəfindən satılması və pulunun mənimsənilməsi, ona qaytarılmaması kimi hallarına istinad etsə də, həmin hallara dair heç bir sübutu (mənzilin satış pulunun cavabdehlər tərəfindən mənimsənilməsinə dair) məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilən halla bağlı iddiaçı tərəfindən yeganə sübut qismində cinayət işinin başlanmasının rədd olunması barədə müvafiq qərara istinad edilmişdir. Məhkəmə qeyd olunan sübutla bağlı onu qeyd edir ki, həmin sübut vasitəsi iddia tələbinin əsası kimi istinad olunan halları birbaşa təsdiq edən mötəbər sübut qismində çıxış etmədiyindən, habelə həmin qərarda qeyd edilmiş izahatlarını Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizədəki izahatı ilə qəbul etmədiyindən, iddiaçı isə cavabdehin ərizəsindəki izahatını təkzib edə biləcək hər hansı digər mötəbər sübutu təqdim edə bilmədiyindən, qeyd edilən sübut vasitəsi iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə yuxarıda sadalanan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdehlər hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə təqdim etmişlər. İddiaçı tərəf məhkəməyə cavabdehlərin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, tanışı vasitəsilə "xxxx"-in Səbail Filialının müdiri Cavabdeh1 ilə tanış oldu və o iddiaçıya həmin bankdan kredit götürməsinə köməklik ( bunun əvəzində məndən 3000 manat “şapka” almaq şərtilə) göstərərək , 12 ay müddətinə 18 faizlə 30000 manat bankdan pul götürməyi barədə kredit müqaviləsi bağladı. Bankla bağlanmış kredit müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 111, ev 34 ünvanında yerləşən evi girov qoyulmuşdur. Bu pulu bizneslə əlaqədar götürmüşdü və vaxtında da ödəyirdi. Lakin biznesində yaranmış problemlərlə bağlı pulun ödənilməsində müəyyən gecikmələr yaranmışdı. Bank bunun müqabilində iddiaçını məhkəməyə vermiş və pulu girovda olan evinə yönəltmişdir. X7 müdiri Cavabdeh1 təşəbbüsü ilə, həmin bankın hüquqşünası olan Cavabdeh2 evin satışını təşkil etmişdir. Belə ki, Cavabdeh2 ona verdiyi etbamamədən yararlanaraq evin notarisda satışında əldə edilmiş pulun bir hissəsini müdiri olan Ehtiramla mənimsəmişdilər. Bildirmək istəyir ki, evi satılana qədər iddiaçının banka olan borcu 29000 ( faizlə birlikdə) manat olmuşdur. Lakin evi 39000 manata satılmışdır. Cavabdeh2 etibarından sui istifadə edərək 2013-cü il fevral ayının 19-da natarisun qəbzi əsasında dərhal digər bankdan evə görə ödənilmiş pulu götürmüşdür. ( halbuki notariusda iddiaçıya dedilər ki iki-üç gün ərzində pulu götürə bilərlər, lakin Pərviz şəxsi tanışlığı vasitəsilə pulu evin satıldığı gün götürmüş və bu barədə iddiaçıya da məlumat verməmişdir. Beynəlxalq Bank” -nın Səbail filialının keçmiş vəzifəli şəxsləri tərəfindən , filialın müdiri olmuş Cavabdeh1 və oranın hüquqşünası olan Həsənov Perviz vəzifələrindən sui istifadə edərək , mənim onlara inamımdan istifadə etmişlər və iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən evini satıb pulunu mənimsəmişdilər. Bankın müdiri olan Ehtiram ( ***-***-**-**) və hüquqşünas Perviz onun evini heç bir hərrac keçirmədən satıb pulumu mənimsəmişdilər. Bele ki iddiaçı bununla bağlı dəfələrlə Ehtiramın yanında , yəni bankda görüşəndə hələ o zamanda da deyirdi məlumat verəcik, pullarınız hara xərclənməsi barədə deyəcik. Bankın hüquqşünası olmuş Pərviz iddiaçının evini sataraq pulu mənimsəmişdir. Lakin iddiaçıya və ailəsinə heç bir məlumat verməmişdir. Belə ki, 80 min dəyərində olan evini 39 min manata sataraq pulunu qaytarmamışdır. İddiaçıdan və ailəsindən gizlin keçirilən bu əməliyyatlar zamanı vəzifələrində sui-istifadə edən bu şəxslər əmlak hüquqlarını ələ keçirmək niyyətində olmuşdular. Üç il bundan qabaq qohum olan Xəlil Cəlilova bu barədə danışdıqda, o iddaiçıya dedi ki, bu barədə maraqlanıb ona məlumat verər. Bəli hüquqşünas olan Xəlil ( ***-***-**-**) bankda Pervizlə görüşdükdən sonra , Perviz etraf etmişdi ki, o pulun hamısını bank müdiri olan Ehtirama vermişdir və demişdir ki, Ehtiramla görüşməyi yaxşıdır. Bu barədə iddiaçıya məlumat verən qohumu da ona məsləhət verdi ki, pulun hamısı müdirə verilib. İddiaçı Ehtiramı tanıdığı üçün ona zəng etdi və görüşdü. Bu zaman onu bankda etdiyi maxınasiyalara görə işdən çıxartmışdılar. Lakin o yeni kredit təşkilatı yaradmış və orda işləyirdi. Ehtiramla bu barədə dəfələrlə görüşüb, hər dəfədə iddiaçıya vədlər verərək, bankda olan evlərdən iddiaçıya təşkil edəcəyini, narahat olmayaraq ona köməklik edəcəyini bildirirdi. İddiaçının ona artıq inammadığını görüb iki dəfədə iddiaçıya pul vermişdir . Birinci dəfə İnqilab küçəsi ilə Azadlıq küçəsinin kəsişdiyi yerdə elektronika maqazinin yanında 500 manat pul verdi və yenə də iddiaçıya bildirdi ki, narahat olma köməklik edəcək və iddiaçı yenə də ona inanaraq hec bir orqana müraciət etmədi. Axırıncı dəfə isə üç ay bundan qabaq da görüşəndə 300 manatda verib onu yenə sakitləşdirdi ki, ev verəcək, yəni banklarda olan evlərdən duzəldəcək. Bir neçə dəfə onunla görüşmək istəsə də, artıq o iddiaçının telefonlarına cavab vermir, hətda iş yerinə getdikdə isə orda ola ola ona deyirlər ki, burda yoxdur. Təbii ki, bunların cinayət xarakterli əməlləri nəticəsində, yəni pullarını mənimsədiklərini ört-basdır etmək üçün Ehtiram iddiaçıya ümumilikdə 800 manat pul vermişdir. İddiaçı isə buna inanaraq , hesab edirdi ki, bunlar həqiqətən də iddiaçıya köməklik etmək istəyirlər. Lakin sonradan bildi ki, onlar iddiaçının inamından sui istifadə edir və onu aldatmışlar. Yuxarıda göstərdiyi faktlardan da görsənir ki, bankın Hüquqşünası olmuş Perviz bankın müdiri ilə əlbir olaraq vəzifələrindən sui istifadə edərək, iddiaçının evini 39 min manata sataraq , pulunu mənimsəyib, neçə illərdir ki, onu kirayədə yaşamağa məcbur etmişdilər. Məhkəməyə bildirmək istəyir ki, bankın iddiaçı qismində iştirak etdiyi məhkəmə qərarına əsasən iddiaçı banka 32665 manat ödəməli idi. Lakin məhkəmədə proses gedənə qədər bu vəsaitdən iddiaçı artıq banka pul ödəmişdi. Ümumiyyətlə "xxxx"-in Səbail Filialının müdiri Cavabdeh1 və hüquqşünası Həsənov Perviz vəzifələrindən sui istifadə edərək onun 15000 manatını mənimsəmişdirlər. Beləki evini satmamışdan öncə və ondan sora evinin satışı nəticəsində ödədiyi pulla iddiaçı banka olan borcu bağlanırdı və bu şəxslər iddiaçıya 15000 manat qaytarmalı idilər. Mülkiyyət hüququ pozulması nəticəsində cəmiyyətdə və ailə vəziyyətində maddi tələbatları ödəyə bilmədiyi üçün çox böyük sarsıntılar, psixoloji durumu pisləşməsini keçirmiş və ürək xəstəliyinə düçar olmuş. Sual olunur kim keçirməz. Ümidnən ev almaq üçün topladığın pulu ona qaytarmırlar... Məhz bu baxımdan cavabdehlər iddiaçıya mənəvi zərər yetirmişdir. "xxxx" ASC-nin baş ofisində bu məsələnin araşdırılması zamanı bankın işçiləri bir daha etiraf etdilər ki, keçmiş müdir və hüquqşünas əvvəlcədən əlbir olaraq bu cinayət xarakterli əməli etmişdilər. Bununla yanaşı bildirmək istəyir ki, keçmiş bank müdiri Cavabdeh1 başqa şəxslərə etdiyi dəfələrlə cinayət xarakterli əməlləri Baş Mütəşəkkil Cinayətlərə Mübarizə İdarəsində araşdırılmış lakin yüksək vəzifəli şəxslərini himayəsi nəticəsində məsuliyyətdən yayınmışdır. İddiaçının da şikayəti əsasında Səbail Polis İdarəsində 2021-ci ildə araşdırma nəticəsində Cavabdeh1 izahatında göstərmişdir ki, iddiaçıya ayrı-ayrı vaxtlarda müəyyən pul qaytarmışdır. Digər tərəfdən bankın hüquqşünası olmuş Həsənov Perviz keçən il 20 yanvar ərazisində yerləşən “Bravo” marketin qabağında iddiaçıya 500 manat verdi və dedi ki qalan pul Cavabdeh1dır ondan istə. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Cavabdeh2 bundan öncə keçirilən məhkəmə iclasında etiraf etdi ki, keçən il 20 yanvar ərazisində yerləşən “Bravo” marketin qabağında iddiaçıya 500 manat vermişdi. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə pozulmuş hüquq müdafiə edilməlidir. Üzrlü səbəblərə ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a. aiddir. Cavabdehlərin əməllərini tövsif etdikdə görünür ki, onlar iddiaçının savadsızlığından və etibarından sui-istifadə edərək pulunu mənimsəmişlər. Bununla yanaşı Səbail Pİ-də aparılan araşdırma zamanı da hər ikisinin iddiaçıya müəyyən məbləğ qaytardıqları etiraf etmişlər və bir il bundan qabaq pul verdiklərini bildiriblər. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Digər tərəfdən bildirir ki, dəymiş maddi zərər delikt nəticəsində baş verib və mülkiyyətə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən MM-nin 1095-ci maddəsinin tələbinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş 2 illik iddia müddəti ötürüldüyündən, iddia tələbi eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə tətbiq edilməklə də rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.4-ci maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının iddia tələbinin əsasını cavabdehlər tərəfindən ona məxsus pul vəsaitinin mənimsənilməsi ilə bağlı münasibətlər təşkil etdiyindən və əsassız varlanma obyektini qaytarmaq hüququnun öz hüququnun ona məlum olduğu vaxtdan 2 il müddətində mövcud olduğundan, hazırda isə iddiaçının hüququnun pozulduğunu bildiyi (2013-cü i tarixdən) vaxtdan iki ildən çox müddət keçdiyindən, hazırki mülki iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddiaçının iddia müddətinin axımının kəsilməsinə dair etirazına münasibətdə isə məhkəmə bildirir ki, həmin etiraz əsassızdır. Birincisi ona görə ki, cavabdehlər ona hər hansı pul məbləğini verərkən borcun qaytarılması kimi qeyd etmirlər, digər tərəfdən isə həmin qərarda tərəflərin izahatında pulun verilməsinin müddəti bəlli deyil, həmçinin də iddiaçının qeyd etdiyi (Bununla yanaşı Səbail Pİ-də aparılan araşdırma zamanı da hər ikisinin iddiaçıya müəyyən məbləğ qaytardıqları etiraf etmişlər və bir il bundan qabaq pul verdiklərini bildiriblər. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. ) müddətlə hesablansa belə iddia müddəti ötürülmüşdür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (İddiaçıanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Həmçinin, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, araşdırılan məsələdə əməllərində cinayət tərkibi olduğunu nəzərə alaraq, cavabdehlərin barəsində xüsusi qərardadın çıxarılaraq araşdırılması üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdehlər barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Gürzəli oğlunın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, ödənilmiş 135 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 135 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar