Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2082/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 80000 manat əsas, 66444,36 manat faiz, 11066,67 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 8610,25 manat faiz borcu olmaqla, cəmi 166121,28 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumunun tutulması Cavabdeh tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 13.12.2016-cı il tarixli, 2172 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 20% ödəmək şərtilə 80000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 18.02.2021-ci il tarixə Cavabdeh kredit borcu üzrə 80000 manat əsas, 66444,36 manat faiz, 11066,67 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 8610,25 manat faiz borcu olmaqla, cəmi 166121,28 manat təşkil edir. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 26.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildirdi ki, iddiaçı bankın təqdim etdiyi 13.12.2016-cı il tarixli, 2172 saylı müqavilədə olan imzalar Cavabdeh məxsus deyildir. Samir 11.02.2016-cı il tarixli, 440/E saylı müqavilə əsasında kredit götürmüş və eyni tarixli ipoteka müqaviləsi imzalamışdır. Qeyd edilən müqavilələrdə olan imza ilə iddiaçı bankın təqdim etdiyi 13.12.2016-cı il tarixli, 2172 saylı müqavilədə olan imzalar tamamilə fərqlidir. Müvafiq ekspert rəyilə də bankın təqdim etdiyi müqavilələrdə olan imzaların cavabdeh Samirə məxsus olduöu sübuta yetirilmir. Bu səbəbdən iddianın əsassız olduğunu bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan; LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunu ilə Cavabdeh arasında bağlanmış 13.12.2016-cı il tarixli, 2172 saylı bank hesabı və kredit müqaviləsində qeyd olunmuşdur ki, cavabdehə 24 ay müddətinə illik 20 faiz ödəməsi şərti ilə 80000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1.2-ci bəndinə əsasən bank Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları və öz daxili qaydalarına uyğun olaraq kreditdən istifadə edilməsi və qaytarılması üçün borcalana **********11023707 saylı cari hesab açır. 31.05.2021-ci il tarixli LPO "xxxx" ASC-nin maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh kredit borcu üzrə 80000 manat əsas, 66444,36 manat faiz, 11066,67 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 8610,25 manat faiz borcu olmaqla, cəmi 166121,28 manat təşkil edir. DİN-in BPQMİ-nin MAPS şöbəsinin 28.12.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3083 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 13.12.2016-cı il tarixli, 2172 nömrəli kredit üzrə Cavabdeh əsas borc üzrə 80000 manat, faiz borcu üzrə 32000 manat olmaqla, cəmi 112000 manat təşkil edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət təqdim edərək, 13.12.2016-cı il tarixli, 2172 nömrəli kredit müqaviləsində borcalan qrafasındaki imzaların Cavabdeh məxsus olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin olunmasını xahiş etmişdir. Ərizəsinə qosma olaraq Cavabdeh imzası olan müqavilələr təqdim etmişdir. 11.02.2016-cı il tarixli 440/E Ödəniş cədvəlinin, 11.02.2016-cı il tairxli 440/E kredit müqaviləsinin səhifələrində həmçinin borcalan qrafasında imza aşkar şəkildə 13.12.2016cı il tarixli, 2172 nömrəli kredit müqaviləsinin borcalan qrafasında olan imzadan fərqlidir. 11.02.2016-cı il tarixli ipoteka müqaviləsinin Cavabdeh aid imza aşkar şəkildə 13.12.2016-cı il tarixli, 2172 nömrəli kredit müqaviləsinin borcalan qrafasında olan imzadan fərqlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10.09.2021-ci il tarixli, 4/1115 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 85-87-ci vərəqələrində olan 11.02.2016-cı il tarixli 440/E saylı kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzalardan və mülki işin 88-90 vərəqələrində olan 11.02.2016-cı il tarixli ipoteka müqaviləsində “Cavabdeh” yazıları önündəki imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 7-10 vərəqələrində olan 13.12.2016-cı il tarixli, 2172 nömrəli müqaviləsində “Borcalan” qrafalarındakı imzaların – Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsvirində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəf cavabdeh ilə kredit müqaviləsi bağlanmasını ərizədə qeyd etsə də, məhkəməyə sübut kimi təqdim etdiyi kredit müqaviləsi və ona əlavələrdəki səhifələrdə imzaların aşkar şəkildə fərqli olduğu müəyyən olunur. İddiaçı tərəf iddianın təmin olunması üçün əsaslı sübutlar təqdim etməmiş, təqdim etdiyi sübutlar şübhə yaratdığından, iddianın təmin olunmasına yetərli deyil. Həmçinin cavabdeh tərəfindən məhkəməyə borcun etirafına dair ərizə daxil olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd olunması daha məqsədəmüvafiqdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı bankın təqdim etdiyi 13.12.2016-cı il tarixli, 2172 saylı müqavilədə olan imzalar ilə həmin bankdan 11.02.2016-cı il tarixli, 440/E saylı müqavilə əsasında kredit götürdüyü və eyni tarixli ipoteka müqaviləsi rəsmiləşdiridiyi imzalar açıq aşkar uyğunluq təşkil etmir. Bu səbəbdən məhkəmə cavabdeh tərəfin vəsatəti əsasında ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10.09.2021-ci il tarixli, 4/1115 nömrəli ekspert rəyilə müəyyən edilmişdir ki, 11.02.2016-cı il tarixli ipoteka müqaviləsində “Cavabdeh” yazıları önündəki imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 7- 10 vərəqələrində olan 13.12.2016-cı il tarixli, 2172 nömrəli müqaviləsində “Borcalan” qrafalarındakı imzaların – Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. İşin halarından göründüyü kimi iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 955.2-ci maddəsinə əsasən “Bank hesabı müqaviləsinin yazılı formasına riayət edilməməsi bi, müqavilənin etibarsızlığına səbəb olur. Belə müqavilələr əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbi təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondundan tutularaq, 104 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondundan tutularaq, 104 (bir yüz dörd) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2082/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2082/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver