Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2091/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh X1 14400 (on dörd min dörd yüz) ABŞ dolları və 9074 (doqquz min yetmiş dörd) manat məbləğində borcun, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar ödədiyi 30 (otuz) manat dövlət rüsumunun tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, 2017-ci ilin sonlarında çoxdan tanıdığı Cavabdeh 14500 (on dörd min beş yüz) ABŞ dolları və 9074( doqquz min yetmiş dörd) manat məbləğində borca pul verdi. Pullar veriləndə yazılı formada istifadə olunub, yəni Cavabdeh tərəfindən pulların alınması barədə qəbz tərtib olunub. Razılaşmaya görə cavabdeh X2 həmin məbləği 19.04.2018-ci il tarixədək qaytarmalı idi. Müddət bitib, lakin cavabdeh ona həmin borcdan 100 ABŞ dolları qaytarmışdır. Qalan borcu qaytarılmasını süründürür. Üzərinə götürdüyü öhdəliyi icra etmir. Bununla əlaqədar iddiaçı hüquq-mühafizə orqanlarına şikayət etdi. Lakin bir xeyri olmadı. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən imzalanmış iltizamdan görünür ki, Cavabdeh İddiaçı 14500 ABŞ dolları və 3074 manat borc almışdır və bir il ərzində qaytaracağı barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş 05.09.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X7 tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı şikayəti üzrə toplanmış material üzrə cinayət işinin rədd edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh tərəfindən imzalanmış iltizamdan görünür ki, Cavabdeh İddiaçı 14500 ABŞ dolları və 3074 manat borc almışdır və bir il ərzində qaytaracağı barədə öhdəlik götürmüşdür. Bu məqsədlə tərəflər iltizam tərtib edərək həmin iltizamı imzaları ilə təsdiq etmişlər. Sonradan iddiaçı ödədiyi pulun geri qaytarılmasını tələb etmişdir. 05.09.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X7 tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı şikayəti üzrə toplanmış material üzrə cinayət işinin rədd edilməsi qərara alınmışdır. Həmin qərarda iddiaçının izahatından görünür ki, cavabdehə 2017-ci ilin sonlarında iki ədəd “X9” markalı və “Mersedes Benz C 220” markalı avtomobilləri satması üçün vermişdir. Dünyamalı isə həmin avtomobilləri satdıqdan sonra hər iki avtomobilə görə ona 17.000 ABŞ dolları və borca aldığı avtomobil hissələrinə görə 10.000 manat verməli imiş. Lakin Dünyamalı avtomobilləri satsa da ona cəmi 2.500 ABŞ dolları pul vermişdir. Avtomobillərin satışına görə qalan 14.500 ABŞ dollarını və aldığı avtomobil ehtiyyat hissələrinə görə borclu qaldığı 10.000 manat pulu isə verməmişdir. Cavabdeh isə izahatında bildirmişdi ki, İltifat onun avtomobil alveri ilə məşğul olduğunu bilib, ona əlində pul olmasını deyərək, onunla birlikdə şərik avtomobil alveri ilə məşğul olmaq istədiyini bildirmişdir, sonra İltifat ona müəyyən miqdarda pul vermiş, o da öz pulunu da onun pulunun üstünə qoyaraq, avtomobil alıb satmışdır. Həmin müddət ərzində İltifat ona avtomobil almaq üçün təxminən 21.000 ABŞ dolları vermişdir. Həmin avtomobilləri almaq üçün İltifatdan aldığı pulun bir hissəsini şəxsi ehtiyacları üçün, bir hissəsini isə bəzi gətirdikləri avtomobillərdə ziyan elədiyi üçün xərcləmişdir. Lakin İltifatın izahatında qeyd eldiyi 10.000 manat puldan xəbəri yoxdur. Onun İltifata 14.400 ABŞ dollar borcu qalmışdır. Hazırki mülki iş üzrə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı cavabdehə “X9” markalı və “Mersedes Benz C 220” markalı avtomobilləri satması üçün vermişdir. Odur ki, cavabdehin ona 14400 ABŞ dolları və 9074 manat borcu yarandığını bildirir, cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçıdan hər hansı məbləğdə borc almadığını, iş materiallarında olan əl yazmanın onun tərəfindən yazılmadığını, həmin yazının və imzanın ona aid olmadığını bildirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 4/676- 5/746 saylı, 14 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən, Ekspertizaya təqdim edilmiş, dama-dama dəftər vərəqinin üzərində “Мэн Мэммэдов Дунjамалы Илтифада 14500 $” yazıları ilə başlayıb, “Сешганы сатыб пулу кэтрмушэм. Имза ....” yazıları ilə bitən yazılar, qəbzin orta hissəsində olan "Имза: Мэммэдов” yazıları qarşısında imza və aşağıda 1-ci “Имза:” qarşısındakı imza - MƏMMƏDOV DÜNYAMALİ NİZAMİ oğlu tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş qəbzin üzərində olan “14500” rəqəmlərindəki sonuncu “0” rəqəmi sonradan əlavə edilmişdir. Tədqiqata təqdim edilmiş qəbzin üzərində olan “19-04-2018” rəqəmlərindəki “8” rəqəminin yerində : “6" rəqəmi olmuş, sonradan əlavə cizgi artırılmaqla indiki rəqəmə dəyişdirilmişdir. Tədqiqata təqdim edilmiş qəbzin üzərində olan “2017” rəqəmlərindəki “7” rəqəminin yerində “1” rəqəmi olmuş, sonradan əlavə cizgi artırılmaqla indiki rəqəmə dəyişdirilmişdir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, mülki qanunvericiliyin ayrı-ayrı müddəalarında zərərin ödənilməsi tələbini özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Hazırkı mübahisə üzrə iddiaçının tələbi (tələbin hüquqi əsası) mülki hüquq pozuntusuna (deliktə) söykənir. Mülki hüquq pozuntusunun anlayışını, ünsürlərini və ümumi qaydalarını müəyyən edən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehdən avtomobillərin satışından əldə etdiyi pulu tələb edir. Tərəflərin birgə avtomobil alıb-satması, gəlir əldə etməsinin real olması, lakin sonradan cavabdehin həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləməsi və bunun nəticəsində cavabdehin iddiaçının pulunu qaytarmaq öhdəliyi daşıması işin təkzib olunmayan hallarıdır. Bununla yanaşı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardakı iddiaçının izahatından görünür ki, iddiaçı cavabdehə 2017-ci ilin sonlarında iki ədəd “X9” markalı və “Mersedes Benz C 220” markalı avtomobilləri satması üçün vermişdir. Dünyamalı isə həmin avtomobilləri satdıqdan sonra hər iki avtomobilə görə ona 17.000 ABŞ dolları və borca aldığı avtomobil hissələrinə görə 10.000 manat verməli imiş, lakin sonradan əldə etdikləri razılığa əsasən əldə etdiyi pul vəsaitinin verilməsi öhdəliyini pozmuş, bundan sonra iltizam tərtib edərək, İddiaçı 14500 ABŞ dolları və 3074 manat borc aldığını, avtomobillərin satışından əldə edilmiş pulu götürdüyünü bildirərək, həmin pulun qaytarılması barədə öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan qeyd olunmalıdır ki, hazırda iddiaçının cavabdehlə arasındakı münasibətlər xidmət göstərilməsi ilə bağlı olmuş və o, avtomobillərin satışı üçün cavabdehin ona köməklik göstərməsini, əldə ediləcək vəsaitin ona verilməsini xahiş etmiş, lakin avtomobillərin satışından əldə edilmiş vəsait ona verilmədiyindən hazırda pulunun qaytarılmasını tələb edir. Cavabdeh isə bunu təkzib edərək, bir il ərzində İltifatla birgə avtomobil alıb-satıb, gəlir əldə etdiklərini, həmin müddət ərzində iddiaçının ona avtomobil almaq üçün təxminən 21.000 ABŞ dolları verdiyini, həmin puldan hissə-hissə iddiaçıya qaytardığını, hazırda ona 14.400 ABŞ dolları borcu qalmasını, iddiaçının ona satmaq üçün “X9” markalı və “Mersedes Benz C 220” markalı avtomobilləri vermədiyini, həmin avtomobillərin özü tərəfindən Bərdə şəhərindən alınıb gətirildiyini, satıldığını və əldə olunan gəliri isə iddiaçı ilə birlikdə böldüklərini bildirir. Əlavə olaraq izahatında qeyd edir ki, hazırda İddiaçı 14.400 ABŞ dollar borcu qalmışdır. Lakin İddiaçı izahatında qeyd etdiyi 10.000 manat puldan xəbəri yoxdur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin məhkəmə araşdırması zamanı verdiyi izahatlarla iddiaçının şikayəti üzrə polis orqanında aparılmış araşdırmadakı izahatları oxşar olsa da, məhkəmədə hazırda iddiaçıya heç bir borcunun qalmadığını bildirmiş (halbuki cinayət işinin başlanmasının rədd edilməsi qərarında isə izahatında İddiaçı 14.400 ABŞ dollar borcu qaldığını bildirmişdir), lakin məhkəmədə əlyazmadan xəbəri olmadığını, həmin əlyazmanın onun tərəfindən icra edilməsini inkar etmişdir, təyin edilmiş məhkəmə ekspertizasının rəyi ilə əlyazmanın Cavabdeh tərəfindən icra olunduğu təsdiqlənmişdir. Ekspert rəyində müəyyən edilmiş bəzi dəyişikliklərlə bağlı isə məhkəmə hesab edir ki, həmin hallar hazırda mübahisələndirilən predmet üzrə əhəmiyyətli hesab edilə bilməz, çünki əlyazmanın tarixi, verilmiş borcun məbləği (“14500” rəqəmlərindəki sonuncu “0” rəqəmi sonradan əlavə edilmişdir.) mübahisəsizdir və həmin dəyişikliklər hazırki mülki işin obyektiv həlli baxımından əhəmiyyət kəsb etmir. O səbəbdən ki, iddiaçının şikayəti üzrə polis orqanında aparılmış araşdırma zamanı cavabdehin özü tərəfindən verilmiş izahatda 14.400 ABŞ dollar borcu qaldığı etiraf edilmişdir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14400 ABŞ dolları və 3074 manat məbləğində pul İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 162 manat məbləğində ekspertiza xərci Cavabdeh tutulmalı, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu baxımdan iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14400 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə manatla) və 3074 manat məbləğində pul İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 162 manat məbləğində ekspertiza xərci Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2091/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2091/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver