Məhkəmə qərarları › İş №2(005)-2095/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2095/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2095/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı CavabdehMMC-ə qarşı qüsurlu əşyaların dəyişdirilməsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx”MMC-ə qarşı qüsurlu əşyaların dəyişdirilməsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə cavabdeh Cavabdeh MMC-dən 16.06.2020-ci il tarixli, ******* N-li alqı-satqı müqaviləsinə əsasən aldığı malların lazımi keyfiyyətli mallara dəyişdirilməsi, bu mümkün olmadıqda isə müqavilənin ləğv edilməsi və 347 (üç yüz qırx yeddi) manat dəyərində çəkdiyi xərclərin ona tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC-dən ******* N-li 16.06.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 566 (beş yüz altmış altı) manat dəyərində 2 (iki) ədəd Einhcll TE-AG 230 və Einhell TE-AG 125/750 modelində Laqon və 2 (iki) ədəd Einhell TC-İD 650 E və Einhcll TE-İD 750/1E modelində Drel almışdır. Aldığı malların müqavilədə də göstərildiyi kimi ümumi dəyəri 629 (altı yüz iyirmi doqquz) manat təşkil etmişdir. O, ilkin olaraq cavabdehə 63 (altmış üç) manat ödəniş etmişdir, buna görə də müqavilədə kredit məbləği 566 (beş yüz altmış altı) manat təşkil etmişdir. Bıından əlavə, cavabdehə 4 ay hər ay 71 (yetmiş bir) manat olmaqla, cəmi 284 (iki yüz səksən dörd) manat məbləğində pul ödəmişdir. Lakin, əşyalar aldığı gündən etibarən düzgün işləməmişdir. İşlətdiyi əşyanın tez bir zamanda qızmasını və işləməməsini buna misal göstərə bilər. Müvafiq müqaviləsinin 6.2.7-ci maddəsində nəzərdə tutulur ki, "Alıcı” bu müqaviləyə əsasən aldığı əmlakın dəyərini tam ödəyənədək əmlakda hər hansı bir nasazlıq yaranarsa, nasazlığı aradan qaldırmaq üçün “Alıcı” əmlakı yalnız zəmanət talonu vermiş rəsmi səlahiyyətli təmir xidmətinə təqdim edə bilər. Buna görə də “xxxx” MMC-yə bir neçə dəfə müraciət etmişdir. Şirkət tərəfindən əşya bir dəfə təmir olunsa da, bir neçə gün ərzində yenidən əvvəlki kimi işlənməz vəziyyətə düşmüşdür. Həmin əşyalardan təyinatına uyğun istifadə edə bilməmişdir. Buna görə də 21.10.2020-ci il tarixdə “xxxx” MMC-yə alqı-satqı müqaviləsi əsasında alınmış əşyaların qüsurlu olması barədə pretenziya əsasında şikayət ərizəsi yazmışdır. Lakin cavabdeh tərəfindən onun müraciətinə (pretenziyasına) heç bir münasibət bildirilməmişdir. O, həmçinin bununla bağlı eyni tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Ximətinə də şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin orqan tərəfindən ona 03.11.2020-ci il tarixli məktubla bildirilmişdir ki, onun müraciətinə baxılaraq, nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. İşin hallarından da göründüyü kimi, o, ilk öncə pretenziya qaydasında qanunvericiliyin tələblərinə uyğun olaraq “xxxx” MMC-yə müraciət etmişdir. Lakin, onun pretenziyasına və şikayətinə baxılmadığına, ona satılan malların yararlılıq müddətində tez zamanda sıradan çıxmasına və cavabdeh tərəfindən müqavilə şərtlərinə müvafiq olaraq əşyaların qüsurunun aradan qaldırılmamasına görə istehlakçı kimi hüquqlarının tam bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətamə qəbul edilməsini xahiş etmişdir. CavabdehMMC-ə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı CavabdehMMC-ə onun hüquqularının təmin edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı CavabdehMMCdən 566 (beş yüz altmış altı) manat dəyərində 2 (iki) ədəd Einhcll TE-AG 230 və Einhell TE-AG 125/750 modelində Laqon və 2 (iki) ədəd Einhell TC-İD 650 E və Einhcll TE-İD 750/1E modelində drel almışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, İddiaçı hər ay üçün ödəniş borcu 70.75 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581-ci maddəsində alğı-satqı müqaviləsində əşyaların keyfiyyəti ilə bağlı tələblər müəyyənləşdirilmişdir: a) Satıcı alıcıya keyfiyyəti alğı-sa:qı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. b) Həmin Məcəllənin 581.2-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. c) Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. d) Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 582.1 -ci maddəsinə görə, satıcının alıcıya verməli olduğu əşya ahcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin Məcəllənin 582.2-ci maddəsinə görə, alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Həmin Məcəllənin 582.3-ci maddəsinə görə, əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (kompleklləşdirici məmulata) də şamil edilir. Həmin Məcəllənin 587.1-ci maddəsinə görə, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: - alış qiymətinin mütənasib azaldılması; - əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; - əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 587.2-ci maddəsinə görə Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırda bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: - alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; - lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 589-cıı maddəsinə görə verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri aşağıdakı qaydada müəyyənləşdirilmişdir: a) əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. b) Əgər əşya üçün qarantiya və ya yararlilıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələblər həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çaldırıldığı gündən hesablanır. c) Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirdiksə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında’' Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə görə, istehlakçının qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə və öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə hüquqları vardır. Həmin qanunun 5-ci maddəsinə görə, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin maddənin 3-cü bəndinə əsasən, satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim eldiyi məlumata uyğun olan mal verməlidir. Həmin qanunun 6-cı maddəsinə görə, istehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir. Həmin maddənin 3-cü bəndinə əsasən, istehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir. Həmin qanunun 7-ci maddəsinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan tələb etmək hüququna malikdi: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasım və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə. dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı qarşısındakı öhdəliyini müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə aldığı pulu iddiaçıya geri ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, CavabdehMMC -dən 16.06.2020-ci il tarixli, ******* N-li alqı-satqı müqaviləsinə əsasən iddiaçının aldığı malların lazımi keyfiyyətli mallara dəyişdirilməsi, bu mümkün olmadıqda isə müqavilə ləğv edilməli və 347 (üç yüz qırx yeddi) manat dəyərində çəkdiyi xərclər iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və rüsumun iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-nin üzərinə 16.06.2020-ci il tarixli, ******* N-li alqı-satqı müqaviləsinə əsasən İddiaçı aldığı malların lazımi keyfiyyətli mallara dəyişdirilməsi vəzifəsi qoyulsun. Bu mümkün olmadıqda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilsin və 347 (üç yüz qırx yeddi) manat CavabdehMMC-dən iddiaçı İddiaçı xeyrinə tutulsun. Cavabdeh MMC-ə qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar