Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2098/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və cababdeh «Panda Market»-in sahibi Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh «Panda Market»-in sahibi Cavabdeh qarşı “mülkiyyətin müdafiyəsi, maneələrin aradan qaldırılması, qanunsuz tikintinin sökülməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh «Panda Market»-in sahibi Cavabdeh qarşı “mülkiyyətin müdafiyəsi, maneələrin aradan qaldırılması, qanunsuz tikintinin sökülməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan əmlakdan istifadəsinə maneələrin aradan qaldırılması, cavabdehin ona məxsus kafenin zəbt etdiyi sahəsini öz hesabına sökülməsi və qanuni sahibliyə qaytarılması, ona dəymiş 10000 manat maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən “Araz” kafesi ilə Panda marketin arasında olan yolun əvvəlki vəziyyətinə gətirilərək, ona məxsus texniki pasportda olan göstəricilərə əsasən Panda marketə açılan 2 ədəd qapılardan və 2 ədəd pəncərələrdən istifadəyə maneənin aradan qaldırılması, zəbt edilmiş sahənin cavabdehin hesabına sökülməsi, Araz kafesinə aid 2.3 kv.m zəbt edilmiş sahənin boşaldılaraq ona təhvil verilməsi, ona dəymiş 5000 manat maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən «Araz» kafesi iddiaçının xüsusi mülkiyyətindədir. «Araz» kafesinə olan mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və ona RX № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Cavabdeh ona məxsus «Araz» kafesinin 3 kv.m sahəsini zəbt etmiş, dam örtüyünü kəsməklə kafenin daxilinə ziyan vurmuş, pənçərəni hördürüb, yanğın söndürən çıxışı bağlamaqla mülkiyyət hüquqlarını kobudcasına pozmuş və mülkiyyətindən istifadə etməyə maneə yaradır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «Panda Market»-in sahibi Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda iddianın əsassız olduğunu qeyd edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası (“Araz” kafesi”) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və 29.08.2017-ci il tarixdə adına qeydiyyata salınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsinin Texniki Pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının (“Araz” kafesi”) hüquqi subyekti İddiaçıdır və texniki pasport 25.08.2017-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuşdur. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. 09.03.2021-ci il tarixli DİN-in BPQMİ-nin Maps arayışından görünür ki, Rustamov X3 rayonu, Mürtülü kəndində qeydiyyatdadır. Məhkəmə Ekspertiza Mərkəzinin 25.09.2021-ci il tarixli, 10/1935 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi ünvanında yerləşən Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsi (“Panda” market) ilə İddiaçı məxsus “Araz” kafesi üst-üstə düşür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası (33 saylı mağaza kafesi”) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur və 11.04.2013-cü il tarixdə adına qeydiyyata salınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsinin Texniki Pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının (33 saylı mağaza kafesi”) hüquqi subyekti Cavabdehdur və texniki pasport 09.04.2012-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuşdur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxaq hüququn prinsipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunverciliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi, iddia tələbi qanunsuz sahiblikdən özgənin əmlakının geri qaytarılması ilə bağlıdır. Məhkəmə iclasında müəyyən edilmiş hallardan göründüyü kimi, iddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qeyd olunan qeyri-yaşayış obyektlərinin aralarında olan yolun əvvəlki vəziyyətə qaytarılmasını xahiş etmiş, lakin həmin yolun mövcud olub-olmaması barədə məhkəməyə sübut təqdim etməmiş, iş materiallarında olan sənədlərdə də qeyd olunan yol öz əksini tapmamışdır. Bundan başqa, mülki işə əlavə olunmuş qeyri-yaşayış binaların çıxarışlarından da görünür ki, cavabdeh öz mülkiyyətinə dair çıxarışı iddiaçı tərəfdən daha əvvəl almışdır. Ekspert rəyində isə, tərəflərin mülkiyyətində olan qeyri-yaşayış sahələrin üst-üstə düşməsi qeyd olunmuş, hər hansı tərəfin bir birinin sahəsinə girməsi barədə məlumat yoxdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri İddiaçı tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. İddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Panda Market»-in sahibi Cavabdeh qarşı “mülkiyyətin müdafiyəsi, maneələrin aradan qaldırılması, qanunsuz tikintinin sökülməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri İddiaçı tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2098/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2098/2021
24.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver