Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-45/2023 30.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı onlara məxsus Daşkəsən rayonu Bayan kəndinə yerləşən mal tövləsinin cavabdehin zəbt etməsi məticəsində onlara dəyən ziyanının 5000 manat pulun ödənilməsi və cavabdehin tövlədən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus Daşkəsən rayonu Bayan kəndinə yerləşən mal tövləsinin cavabdehin zəbt etməsi məticəsində onlara dəyən ziyanının 5000 manat pulun ödənilməsi və cavabdehin tövlədən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu Bayan kəndinə yerləşən mal tövləsinin cavabdehin zəbt etməsi nəticəsində onlara dəyən ziyanının 5000 manat pulun ödənilməsi, cavabdehə məxsus olan əşyaların tövlədən çıxarılması və həmin tövlədən istifadə etmələrinə cavabdeh tərəfindən maneçilik edilməsinin aradan qaldırılması barədə qətnamə çıxarılması xahiş etmişlər. İddia tələbi Cavabdeh məxsus olan əşyaların tövlədən çıxarılmasına dair hissədə baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, o, Laçın rayonunda anadan olmuş və Azərbaycan X1rtarmışdır. İnstitutu qurtardıqdan sonra 2 il ixtisası üzrə Ağdam rayonunda baytar işləmişdir. Həmin dövrdə Ağdam rayonu ermənilər tərəfindən işğal edildiyi üçün qaçqın düşmüş və Daşkəsən rayonunun Bayan kəndində məşkunlaşmışdır. Həmişə heyvandarlıqla məşğul olmuşdur. Daşkəsən rayonunda ixtisası üzrə və başqa sahədə iş tapa bilmədiyi üçün ailəsini dolandırmaq üçün Bayan kəndində qonşusu olan İddiaçı2 mal-qara saxlamaq üçün tövlə tikməsi üçün ona köməklik etməsini xahiş etmişdir. Müəyyən maddi çətinliklər olduğundan və Pandemiyaya görə işlərini müvəqqəti davam etdirə bilməmişdir. 2022-ci ilin əvvəllərində yenidən mal bordamaqla məşğul olmağa qərar vermişdir. Lakin onların xəbəri olmadan qonşuluqda yaşayan Cavabdeh 2022-ci ilin əvvəlində tövlənin qapısını qıfılını sındırıb içəridəki əşyalarını çölə tökmüşdür. O, malları mexaniki üsul ilə suvarmaq üçün yem verilən axırları dəmir materialdan hazırlanmış və həmin axırda mali suvarmaq üçün su çəkdirmişdir. Cavabdeh onun tövləsini zəbt edərək, tövlənin təmiri üçün aldıqları taxta və dəmir (turba, armatur, uqolnik və sair) materialların təzələrini satmış, xeyli hissəsini tövlədən çıxarıb bayıra tökməklə yararsız hala salmışdır. Bununla da cavabdeh tərəfində ona 5000 manat məbləğində ziyan vurulmuşdur. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Daşkəsən rayonu Bayan kəndində yerləşən və onlara məxsus olan mal tövləsinin cavabdehin zəbt etməsi nəticəsində onlara dəyən ziyanın əvəzi olaraq 5000 manat pul ödənilməsi və onun tövlədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, İddiaçı1 tanıyır. Yaxın münasibətləri vardır. Cavabdeh isə onun doğma oğludur. 1988-ci ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutundan prorektor vəzifəsinə təyin edilmişdir. Sovet dövründə vəzifəli şəxlər mülk, maşın və sair aldıqda onlardan deklorasiya tələb edildiyi üçün Gəncə şəhərində yaşadığı evi arvadının adına almışdır. Gələcəkdə ona qarşı problem yaranmaması üçün 1989-cu ildə Daşkəsən rayonu Bayan kəndində erməni ailəsindən aldığı evi onlarla birlikdə yaşayan gəlini Pərvanə Tağıyevanın adına rəsmiləşdirmişdir. Ev yararsız vəziyyətsə olduğu üçün 2018-ci ilə qədər yay aylarında həmin evdə yaşamaqla, təmir-tikinti və abadlıq işləri görmüşdür. Evin sağ tərəfindən sanitar qovşağı tikdirmiş, dərin quyu qazdırıb kanalizasiya xətti çəkdirmiş, dağın zirvəsində yerləşən 4 kilometr məsafədən bulaq suyu çəkdirmiş, məhlənin dörd tərəfinə 3 metr hündürlükdə hasar çəkdirmiş, evin sol tərəfində əlavə alt-üst 2 otaq tikdirmişdir. 2018-ci ilə qədər Cavabdeh ailə üzvüləri ilə bilrilikdə onunla yaşamışdır. Həmin dövrdə ailənin maddi təminatı üçün bütün ərzaqların, təmir-tikinti və abadlıq üçün lazım olan materialları o, almış, ustaların zəhmət haqqını ödəmişdir. O, İddiaçı1 ilə birlikdə çalışmış və qazandıqları gəliri birlikdə istifdə etmişlər. Əvvəllər onla xırdabuynuzlu heyvan saxlamış, sonradan qoyun saxlamaq çətin olduğu üçün onları satıb mal saxlamaq üçün tövlə tikmişlər. Xırdabuynuzlu heyvan saxlayarkən Cavabdeh bir dəfə də olsun onlara köməklik etməmişdir. Tövlə tikilən zaman 8-10 nəfər işləmiş, onların yeməyini Yusifəlinin ailəsi bişirib vermiş, qulluq etmişdir. Tövlə tikilərkən mallara yem verilməsi üçün dəmir materialdan hazırlanmış, axurlar tikilmiş, tövləyə 25 sm qalınlığında sement-beton tökülmüş, tövlənin damının üzərinə torpaq və kövsan daşınmış,və damın üzərinə qaldırılmış və döşənmiş, tövləyə su və kanalizasiya xətti çəkilmiş, əl ilə əvvəlcə daş basdırılmış, sonra isə üzərinə 25 sm qalınlığında beton tökülmüşdür. Bu işləri Yusifəlinin ailəsi və qohumları, etni zamanda dostu və qonşuları Rəhim tərəfindən həyata keçirlimişdir. Tövlənin damına vurulan şiferlər böyük ölçüdə və köhnə olduğu üçün müxtəlif vaxtlarda və ayrı-ayrı yerlərdən yararlı və keyfiyyətli tikinti materialları 1000 manat dəyərində 10 m3 həcmində müxtəlif ölçülü taxtalar, 160 manat dəyərində 4 m – 6 mil döşəmə, 300 manat dəyərində müxtəlif ölçülü bucaq dəmiri – uqolnik, 300 manat dəyərində 350 metr armatur, 2500 manat dəyərində 197 ədəd dəmir şifer (asinkobi), 300 manat dəyərində 133 ədəd müxtəlif ölçülü dəmir borcu alıb yığmışlar. Lakin sonra pandemiya səbəbindən nəzərdə tutuduqları işi vaxtında yerinə yetirə bilməmişlər. Tövlə tikilən zaman Cavabdeh Azərbaycanda olmamışdır. 2018-ci ildə arvadı X11 vəfat etdikdən sonra münasibətləri pozulmuşdur. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Daşkəsən rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evi 1989-cu ildən arvadı X4 xüsusi mülkiyyətindədir. Evin arxa hissəsində yerləşən, Bayan bələdiyyəsinin mülkiyyətində olan 0,03 ha boş torpaq sahəsində uzun illər arı saxlamış və 100 ədəd arı yeşiyini həmin torpaq sahəsinə yerləşdirmiş, eyni zamanda meyvə ağacları əkmişdir. İddiaçılardan İddiaçı2 atasıdır. Digər İddiaçı1 isə atasının keçmiş tələbəsidir. Atası İddiaçı2 yay aylarında hərdən gəlib onların Bayan kəndində yerləşən evlərində qonaq qalmışdır. 2000-2004-cü ildə o, heyvandarlıqla məşğul olmaq üçün faktiki istifadəsində olan 0,03 ha torpaq sahəsində eni 6 metr, uzunluğu 25 metr ölçüdə tövlə tikdirmişdir. Atası İddiaçı2 “İddiaçı1 işsiz olduğunu, ondan kömək istədiyini, mal-qarasına baxmasını” bildirmişdir. İddiaçı1 Ağdam rayonundan məcburi köçkün düşmüş, atasının köməkliyi ilə Bayan kəndində qonşuluqda yerləşən Gəncə şəhər sakini Məmmədtağı Cəfərova məxsus evdə məskunlaşmışdır. O, da atasının dedikləri ilə razılaşmışdır. Cavabdeh İddiaçı1 2 il müddətində ona məxsus olmuş 15 baş iribuynuzlu mal-qaraya baxmışdır. Sonrada İddiaçı1 onu aldatdığından şübhələndiyi üçün onunla işləmək istəməmiş, mal-qaranı satmış, həmin vaxtdan tövlədə toyuq-cücə saxlamağa başlamışdır. İddia ərizəsindən göründüyü kimi İddiaçı1 məcburi köçkün kimi Bayan kəndində gəldikdə işsiz olmuş, tövləni hansı vəsaitə və neçənci ildə inşa etdirməsini göstərməmişdir. Ona məxsus tövlədə İddiaçı1 məxsus heç bir əşya, taxta və dəmir materialları olmamışdır. Tövlədə olan bütün əşya və materiallar ona məxsus olmuşdur. 2018-ci ildə anası X11 vəfat etdikdən sonra atası İddiaçı2lə münasibətləri pozulmuş, bundan sonra atası ona qarşı haqsızlıqlar etmiş, müxtəlif tələblərlə məhkəməyə müraciət etmişdir. İş üzrə mütəxəssis rəyi ilə razı deyildir. Ona görə də, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, İddiaçı1 əridir. İddiaçı2 əri İddiaçı1 müəllimi olmuşdur. O və əri özlərinə və Qurban müəllimə məxsus heyvanları saxlamışlar. Daşkəsən rayonu Bayan kəndində yerləşən evi 2001-ci ildə almışlar. Sonradan evin üst tərəfindən tövlə tikdirmişlər. Onlar heyvanı satıb qayıdana kimi Qurban müəllim bəzi işləri gördürmüşdür. Ustaların pulunu onlara Qurban müəllim vermişdir. Yeməyi isə o, hazırlamışdır. Heyvanların tövləyə gedibgəlməsi üçün qarajını və hasarını sökmüşdür. Qurban müəllim gedəndən sonra sözsöhbət yaranmışdır. Qış aylarında heyvanları arana qışlağa aparmışlar. Yayda qayıdan zaman tövlənin qapısının qıfılının qırıldığını, onlara məxsus əşyaların satıldığını, yararsızların isə həyətə atıldığını görmüşlər. Tövlə 2001-ci ildə inşa edilmişdir. Cavabdeh tövlənin tikilməsindən xəbəri olmamışdır. 2003-2004-cü illərdə məlumatı olmuşdur. Gəncə şəhəri və Bayan kəndində yerləşən evləri, maşını Cavabdeh Qurban müəllim almışdır. Şirin heç vaxt zəhmət çəkməmişdir. Məhkəmə iclasında İddiaçı1 vəsatəti əsasında dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, Cavabdeh tanımır. İddiaçı1 isə onun kəndicisidir. İddiaçı2 ilə Yusfəli vasitəsi ilə tanış olmuşdur. Qurban ilə Yusifəli heyvanların bəzilərini satıb tövlə tikdirmişlər. Evin üst tərəfi yöndəmsiz vəziyyətdə olmuşdur. Həmin yeri onun məsləhəti ilə Yusifəli almışdır. Məhkəmə iclasında İddiaçı1 vəsatəti əsasında dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, tərəflər tanıyır. İddiaçı1 dayısıdır. Təxminən 2001-2002-ci illərdə, yay ayında dayışı Yusifəli Daşkəsən rayonu Bayan kəndində tövlə tikdirmişdir. Tövləyə 20-30 metr uzunluğunda beton tökmüşlər. O, da dayısına köməklik etmiş, pul almamışdır. Məhkəmə iclasında İddiaçı1 vəsatəti əsasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, İddiaçı1 əmisidir. Qurban müəllimi tanıyır. Universitetdən tanışdılar. 2001ci ildə APU-ni bitirmişdir. X16 rayonu Bayan kəndində tövlə tikdirmişdir. Tövləyə beton tökülən zaman o, da əmisinə köməklik etmişdir. Əvvəl elə bilmişdir ki, tövlə və mal-qara əmisinə məxsusdur. Lakin sonradan tövləni əmisi Yusifəli ilə Qurban müəllimilə birlikdə tikdirdiklərini və mal-qaraya birlikdə baxdıqlarını öyrənmişdir. Məhkəmə iclasında İddiaçı1 vəsatəti əsasında dindirilmiş şahid X12 ifadəsində göstərmişdir ki, Daşkəsən rayonu Bayan kəndində yaşayır. Tərəfləri tanıyır. Bayan kəndində İddiaçı2 məxsus tövlənin damına şifer vurmuşlar. O, Tahir, Tahirin atası və Mahal usta kimi işləmişlər. 3-4 gün işlədikləri müddətdə zəhmət haqqını, yeməkləri və digər zəruri tələbatlarını İddiaçı2 vermişdir. İddiaçı2 2 dəfə onların yanında pulu Mahala vermiş, o, isə onlara paylamışdır. Sonra İddiaçı2 Rusiya Federasiyasına getdiyi üçün pulun qalanını Yusfəli Rüstəmov vermişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daşkəsən rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsində 459 inventar nömrəli, 5- 459 reyestr nömrə ilə qeydiyyata alınmış “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndində ümumi sahəsi 58,0 kv.metr olan fərdi yaşayış evi Daşkəsən rayon İcra hakimiyyətinin 1-160 saylı 10 avqust 1999-cu il tarixli sərəncamı ilə X4 adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş 20 sentyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Bayan kənmd İƏDÜN-si Firudin Həsənov, Bayan kənd İƏDÜN-nin müavini Ülvi Allahyarov, Bayan kənd İƏDÜN-nin mühasibi Qorxmaz Ağayev, Bayan kənd sakini Cavabdeh və Pərvanə Əliyevanın iştirakı ilə tərtib edilmişdir ondan ötrü ki, Cavabdeh həyətyinə plastik borcu ilə gələn su xəttinin qırılaraq yarasız hala salındığı barədə ərizəsi əsasında 20 sentyabr 2022-ci il tarixdə yerində baxış keçirilmiş və həqiqətən X8 adına olan xüsusi evinin məhləsində olan 25 və 5 tonluq su çəninə plastik boru ilə gələn su xəttinin təxminən 5 metrlik məsafəsi 2 yerdən dağıdılaraq su çənindən aralanaraq dağıdılıb kənara atıldığı müəyyən edilmişdir. Dəyən ziyan az olduğuna görə zərərçəkən tərəfindən düzəldilməsi Cavabdeh tapşırılaraq nöqsan aradan götürüb və su xəttinin çənə gəlməsini təmin etməsi tapşırılmışdır. İşə əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(044)-1298/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı2 Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab etmə tələbinə dair iddiası təmin edilməmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Polis X6 təhqiqatçısı, polis leytenantı X17 cinayət işinin başlanmasının rədd olunması barədə 08 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı1 müraciəti əsasında aparılmış aparaşdırma zamanı Daşkəsən rayonu Bayan kənd sakini Cavabdeh tərəfindən İddiaçı1 məxsus dəmir borular və alətlərin oğurlanması faktı öz təsdiqini tapmamışdır. Qərarın təsviri hissəsində göstərilənlərə və müraciət əsasında toplanmış material üzrə hər hansı cinayət hadisəsi olmadığından cinayət işinin başlnaması rədd edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 dekabr 2022-ci il tarixli 2(0125)-561/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı2 cavabdehlər Cavabdeh və X9 qarşı pulun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 02 may 2023-cü il tarixli 3-21-3-33/2-3825/2023 saylı rəyindən görünür ki, Daşkəsən rayonu Bayan kəndi ərazisində aparılmış torpaq islahatı əsasında, mülkiyyətə verilmiş torpaq sahələrinə dair tərtib olunmuş ərazinin kompleks yerqurluşu lashiyəsinə və Azərbaycan Respublikası tənzimlənməsi sahəsinə əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AzCad məlumatlarına istinadən, mübahisəli tövlənin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2023-cü il tarixli 10/4770 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 02 may 2023-cü il tarixli 3-21-3-33/2-3825/2023 saylı rəyinə əsasən müəyyən eidlmişdir ki, Daşkəsən rayonu Bayan kəndi ərazisində aparılmış torpaq islahatı əsasında, mübahisəli tövlənin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı2 doğma oğludur. Daşkəsən rayonu Bayan kəndində ümumi sahəsi 58,0 kv.metr olan fərdi yaşayış evi Daşkəsən rayon İcra hakimiyyətinin 1-160 saylı 10 avqust 1999-cu il tarixli sərəncamı ilə X4 adına qeydiyyata alınmışdır. Şahid ifadələri ilə də müəyyən edilmişdir ki, Daşkəsən rayonu Bayan kəndində yerləşən tövlə İddiaçı2 tərəfindən inşa edilmişdir. Cavabdeh qeyd edilən tövlənin tikintisinə heç bir xərc çəkməmişdir. İddiaçılar İddiaçı2 ilə İddiaçı1 həmin tövlədə birlikdə çalışmış və qazandıqları gəliri birlikdə istifdə etmişlər. Hazırda iddiaçılar Daşkəsən rayonu Bayan kəndinə yerləşən mal tövləsinin cavabdehin zəbt etməsi nəticəsində onlara dəyən ziyanının 5000 manat pulun ödənilməsi, cavabdehə məxsus olan əşyaların tövlədən çıxarılması və həmin tövlədən istifadə etmələrinə cavabdeh tərəfindən maneçilik edilməsinin aradan qaldırılmasını tələb edirlər. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş üzrə təsdiq olunduğu kimi, Daşkəsən rayonu Bayan kəndi ərazisində aparılmış torpaq islahatı əsasında, mübahisəli tövlənin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olsa da, həmin ərazidə yerləşən tövlə İddiaçı2 tərəfindən inşa edilmişdir. Həmin tövlə mülkiyyət hüququ ilə İddiaçı2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasa da, tövlənin tikintisində istifadə edilmiş materiallar mülkiyyət hüququ ilə İddiaçı2 məxsusdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh Əliyev X10 rayonu Bayan kəndində yerləşən tövlədən çıxarılmalı, İddiaçı2 həmin tövlədən istifadə etməsinə Cavabdeh tərəfindən törədilən hər hansı maneçilik aradan qaldırılmalıdır. Məhkəmə İddiaçı1 münasibətdə qeyd edir ki, Daşkəsən rayonu Bayan kəndində yerləşən tövlə İddiaçı2 tərəfindən inşa edildiyi müəyyən edildiyindən İddiaçı1 Cavabdeh və ona məxsus olan əşyaların tövlədən çıxarılmasını tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məhkmə tərəfindən araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırki iş üzrə hüquqla və ya qanunla müdafiə edilən zərərçəkən qismində iddiaçıya qarşı cavabdeh tərəfindən birbaşa ziyan və zərər vurlmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törədilməsi müəyyən edilmədiyindən iddiaçı üçün belə ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin Daşkəsən rayonu Bayan kəndinə yerləşən mal tövləsinin cavabdehin zəbt etməsi nəticəsində onlara dəyən ziyanının 5000 manat pulun ödənilməsinə dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun 40 manatı cavabdehə, 40 manatı isə iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza xərci Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Əliyev X10 rayonu Bayan kəndində yerləşən tövlədən çıxarılsın və İddiaçı2 həmin tövlədən istifadə etməsinə Cavabdeh tərəfindən törədilən hər hansı maneçilik aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat məbləği Cavabdeh alınaraq İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutulub Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Ekspertiza xərci, SAP (XİİS) Hesabı, ADİ Dövlət xəzinədarlğı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ Kodu: 200275, VOEN **********, Müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T.BİK: AİİB, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-45/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-45/2023
30.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver