Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-228/2024 29.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma və maddi ziyan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı1, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X11, İddiaçı2, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Daşkəsən rayonu Bayan bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyan və qeyri yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(030)-45/2023 nömrəli qətnaməsindən İddiaçı1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 29 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Daşkəsən rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsində 459 inventar nömrəli, 5 - 459 reyestr nömrə ilə qeydiyyata alınmış “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndində ümumi sahəsi 58,0 kv.metr olan fərdi yaşayış evi Daşkəsən rayon İcra hakimiyyətinin 10 avqust 1999cu il tarixli 1-160 nömrəli sərəncamı ilə X6 adına qeydiyyata alınmışdır.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(044)- 1298/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı2 Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab etmə tələbinə dair iddiası təmin edilməmişdir.
3. Cinayət işinin başlanmasının rədd olunması barədə 08 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı1 müraciəti əsasında aparılmış aparaşdırma zamanı Daşkəsən rayonu Bayan kənd sakini Cavabdeh tərəfindən İddiaçı1 məxsus dəmir borular və alətlərin oğurlanması faktı öz təsdiqini tapmamışdır. Qərarın təsviri hissəsində göstərilənlərə və müraciət əsasında toplanmış material üzrə hər hansı cinayət hadisəsi olmadığından cinayət işinin başlnaması rədd edilmişdir.
4. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 dekabr 2022-ci il tarixli 2(125)-561/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı2 cavabdehlər Cavabdeh və X9 qarşı pulun tutulması tələbinə dair iddiası təmin edilməmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 02 may 2023-cü il tarixli 3-21-3-33/2-3825/2023 nömrəli rəyindən görünür ki, Daşkəsən rayonu Bayan kəndi ərazisində aparılmış torpaq islahatı əsasında, mülkiyyətə verilmiş torpaq sahələrinə dair tərtib olunmuş ərazinin kompleks yerqurluşu lashiyəsinə və Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AzCad məlumatlarına istinadən, mübahisəli tövlənin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2023-cü il tarixli 10/4770 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 02 may 2023-cü il tarixli 3-21-3-33/2-3825/2023 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Daşkəsən rayonu Bayan kəndi ərazisində aparılmış torpaq islahatı əsasında, mübahisəli tövlənin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyan və qeyri yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, Daşkəsən rayonu Bayan kəndinə yerləşən mal tövləsinin cavabdehin zəbt etməsi nəticəsində onlara dəyən 5000 manat ziyanının ödənilməsi və Cavabdeh tövlədən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Laçın rayonunda anadan olmuş və Azərbaycan Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. 2 il ixtisası üzrə Ağdam rayonunda baytar işləmiş, lakin rayon ermənilər tərəfindən işğal edildiyi üçün qaçqın düşmüş və Daşkəsən rayonunun Bayan kəndində məşkunlaşmışdır. Malqara saxlamaq üçün tövlə tikməsi üçün İddiaçı2 ona köməklik etməsini xahiş etmişdir. Tövlədə heyvanları mexaniki üsul ilə suvarmaq üçün su çəkdirmişlər, yem verilən axırlar dəmir materialdan hazırlanmışdır. Müəyyən maddi çətinliklər olduğundan, eləcədə pandemiyaya görə işlərini müvəqqəti davam etdirə bilməmişlər. 2022-ci ilin əvvəllərində yenidən heyvan bordamaqla məşğul olmaq istəmişlər. Lakin həmin vaxt məlum olmuşdur ki, xəbərləri olmadan qonşuluqda yaşayan Cavabdeh 2022-ci ilin əvvəlində tövlənin qıfılını sındırıb içəridəki əşyaları çölə tökmüşdür. Cavabdeh tövləni zəbt edərək, təmiri üçün aldıqları taxta və dəmir (turba, armatur, uqolnik və sair) materialların təzələrini satmış, xeyli hissəsini çıxarıb bayıra tökməklə yararsız hala salmışdır. Bununla da cavabdeh tərəfində onlara 5000 manat ziyan vurulmuş və nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin artırılması barədə ərizə verərək, Daşkəsən rayonu Bayan kəndinə yerləşən mal tövləsinin Cavabdeh zəbt etməsi nəticəsində onlara dəyən 5000 manat ziyanının ödənilməsi, cavabdehə məxsus olan əşyaların tövlədən çıxarılması və həmin tövlədən istifadə etmələrinə yardılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılması xahiş etmişlər.
10. Daşkəsən Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(030)- 45/2023 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia tələbi qismən təmin edilərək, cavabdeh Əliyev X10 rayonu Bayan kəndində yerləşən tövlədən çıxarılması və İddiaçı2 həmin tövlədən istifadə etməsinə Cavabdeh tərəfindən törədilən hər hansı maneçilik aradan qaldırılması; Ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat məbləği Cavabdeh alınaraq İddiaçı2 verilməsi; İddia tələbi qalan hissədə təmin edilməməsi; Cavabdeh məhkəmə ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutulub Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Ekspertiza xərci, SAP (XİİS) Hesabı, ADİ Dövlət xəzinədarlğı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ Kodu: 200275, VOEN **********, Müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T.BİK: AİİB, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 152.5, 153.3, 157.2, 1096.1, 1096.2, 1097.1 maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67, 68 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3, 216-220, 227, 233-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin ona aid hissədə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, mübahisələndirilən tövlə tikintisinin onunla İddiaçı2 tərəfindən tikilməsi şahid ifadələri ilə öz təsdiqini tapmışdır. İddiaçı2 şərikli inşa edilmiş tövlədən istifadə etməsinə imkan vermir. Tikili dövlət reyesterində qeydə alınmasada, həmin tövlə onun və İddiaçı2 şərikli vəsaiti hesabına tikilmişdir. Tövlənin tikintisinə sərf edilmiş inşaat materaillarının alınmasında, tikilməsində xərclərin olması, torpaq sahəsinin bələdiyə, yəni ümumi istifadədə olması, bələdiyədən bu tövlə tikintisinə dair heç bir etiraz olmaması nəzərə alınaraq onun istifadə hüququ təmin olunmalıdır. Həmçinin 5000 manat dəyərində materiallar, yəni iqolnik, şiveller və digər dəmir məmulatlarının cavabdeh tərəfindən mənimsənilərək satılması da şahid izahatları ilə tam təsdiqini tapmasına baxmayaraq birinci instansiya məhkəməsi nəzərə almamışdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin olunması hissədə qətnamənin ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, Daşkəsən rayonu Bayan kəndində yerləşən yaşayış evi 1989-cu ildən arvadı X6 xüsusi mülkiyyətindədir. Həmin evin arxasında olan 0,03 ha torpaq sahəsi boş olduğundan arıxana kimi istifadə edir və orada 100 ədəd arı yeşiyi var, eləcədə torpaq sahəsində meyvə ağacları əkmişdir. Torpaq sahəsinin ona satılması barədə Bayan bələdiyyəsinə müraciət etmiş və hazırda həmin məsələyə baxılır. İddiaçı2 atası, RüstəmovYusifəli Araz oğlu isə onun keçmiş tələbəsidir. 2000-2004-cü ildə onun faktiki istifadəsində olan 0,03 ha torpaq sahəsində eni 6 metr, uzunluğu 25 metr ölçüdə tövlə inşa edərək heyvandarlıqla məşğul olur. Atası İddiaçı2 ona bildirmişdir ki, “Yusifəli işsizdir, məndən kömək istəyib, mal-qaraya o baxsın”. İddiaçı1 Ağdam rayonundan məcburi köçkün idi və atasının köməkliyi ilə Bayan kəndində qonşuluqda yerləşən Gəncə şəhər sakini Məmmədtağı Cəfərova məxsus evdə məskunlaşmışdır. Aldığı 15 ədəd iribuynuzlu mal-qaraya 2 il ərzində İddiaçı1 baxmış, lakin sonuncu sonradan onu aldatdığından onunla işləmək istəməmişdir. Ona görədə mal-qaranı satmışdır. Hazırda tövlədə toyuq-cücə saxlayır. İddiaçıların həmin tövlənin tikilməsində heç bir iştirakları və əşyaları olmamışdır. Bayan kəndində yerləşən və arvadı Pərvanə Əliyevanın adına olan evi İddiaçı2 alması, evə hasar çəkdirməsi, otaq tikdirməsi barədə verdiyi ifadələr həqiqətə uyğun deyil. Belə ki, İddiaçı2 problem yaranmaması üçün evi öz adına ala bilmirdisə, onda oğlunun, yəni onun adına ala bilərdi, niyə məhz gəlinin adına almışdır. Şahidlərin hamısı iş üzrə digər İddiaçı1 ailə üzvləri və yaxın qohumlarıdır. Belə ki, şahid X15 Rüstəmovun arvadı, Şirəslan Əhmədov bacısı oğlu, Şahzadə Rüstəmov isə qardaşı oğlu olmaqla iddiaçıların xeyrinə ifadə vermişlər və bu işdə maraqlı olan şəxslərdir. Ona görə də şahid ifadələri mötəbər sübut hesab edilə bilməz. Həmçinin İddiaçı2 ifadəsində bildirmişdir ki, tövlənin tikintisində 8-10 nəfər iştirak edibdir. Əgər tövləni İddiaçı2 tikdirsəydi, Yusifəlinin qohumlarını deyil, elə tövləni tikintisində iştirak etdiklərini bildirdiyi 8-10 nəfərdən bir neçəsini şahid kimi məhkəməyə dəvət edərdi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 02 may 2023-cü il tarixi 3-21-3-33/2-3825/2023 nömrəli rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2023-cü il tarixli 10/4770 nömrəli ekspert rəyindən görünür ki, mübahisəli tövlənin yerləşdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Belə olan halda ona qarşı hazırki iddia tələbi ilə Bayan bələdiyyəsinin məhkəməyə müraciət etmək hüququ var. İddiaçıların, o cümlədən İddiaçı2 ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları yoxdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 2000-ci ildən Daşkəsən rayonu Bayan kəndində məskunlaşmışdır. Tövləni İddiaçı2lə birgə tikmişlər və mal-qara saxlamışlar. İddiaçı2 oğlu Şirin onunla qonşuluqda yaşamışdır. İşə baxan məhkəmə tövlənin tikintisinə onun tərəfindən sərf olunan xərcləri nəzərə almamışdır. İddiaçı1 sonda məhkəmə kollegiyasından cavabdeh tərəfin vermiş olduğu apellyasiya şikayətinin təmin olunmamasını, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, ona aid hissədə iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X11 nümayəndəsi olduğu şəxsin apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Yusifəli Laçın rayonundan məcburi köçkündür və Bayan kəndində məskunlaşmışdır. Nümayəndəsi olduğu şəxs yaşadığı evin yaxınlığında yerləşən və bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tövlə inşa etdirmişdir. Lakin işə baxan məhkəmə bunu nəzərə almamışdır. Eləcədə məhkəmə sübyektiv hüquqa qiymət verməmişdir. X2 məhkəmə kollegiyasından nümayəndəsi olduğu şəxsin vermiş olduğu apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfin vermiş olduğu apellyasiya şikayətinin isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vermiş olduğu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat versədə, lakin əlavə olaraq bildirmişdir ki, mübahisəli tövlə atası Qurban tərəfindən tikilmiş və tövlədə bir il heyvan saxlanılmışdır. İddiaçı1 yay aylarında Bayan kəndinə gəlib-getmişdir. Tövlədə Yusifəliyə, eləcədə atasına məxsus heç bir əmlak olmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiuya şikayətləri üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 verilmiş apellyasiya şikayətlərini qəbul etməyərək bildirmişdir ki, mal-qara saxlamaq üçün Bayan kəndində tövlə tikdirmiş və həmin vaxt Yusifəli ona kömək etmişdir. Lakin tövlənin tikintisinə çəkilən xərc onun tərəfindən ödənilmişdir. Yusifəli ilə birlikdə tövlətə malqara saxlamış, heyvanlara yusifəli baxmışdır. Tövlə tikilən zaman oğlu Şirin Rusiya Federasiyasında olmuşdur. İddiaçı2 sonda məhkəmə kollegiyasından verilmiş apellyasiya şikayətlərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasınin iclasında iştirak edən üçüncü şəxs Daşkəsən rayon Bayan bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirmişdir ki, mübahisəli tövlə 2019-cu ildən əvvəl bələdiyyə mülkiyyətində olan torpaqda titkilmişdir. Torpaq sahəsi hazırda da bələdiyyə mülkiyyətindədir. Tövlənin kimin vəsaiti hesabına tikilməsini bilmir, çünki tövlə əvvəlki bələdiyyənin vaxtında tikilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
27. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
28. Maddə 153 Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
29. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur.
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri
39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini İddiaçı2 münasibətdə təmin, İddiaçı1 münasibətdə isə təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.
43. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin mübahisələndirilən hissələrdə ləğv olunması üçün əsaslar yoxdur.
44. İşin hallarından müəyyən olunur ki, İddiaçı2 və Rüstəmov X8 rayonu Bayan bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş mübahisəli tövlənin onlara məxsus olmasını, lakin 2022-ci ildən Cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunmasını, eləcədə cavabdeh tərəfindən 5000 manat ziyan vurulmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. İşə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir. Bu qətnamənin 42-ci bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
45. Belə ki, İddiaçı1 mübahisəli tövlənin İddiaçı2lə birlikdə qoymuş olduqları vəsait hesabına tikildiyini qeyd etsədə, lakin həmin tövlənin tikintisinə onun tərəfindən vəsait qoyulması sübut olunmur. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X7 (iddiaçı Yüsifəli Rüstəmovun arvadı) ifadəsində göstərmişdir ki, əri Yusifəli ilə birlikdə özlərinə və Qurban müəllimə məxsus heyvanları saxlamışlar. Bayan kəndində yerləşən tövlənin tikintisi üçün pulları Qurban müəllim onlara vermiş, ustaların yeməyini də o hazırlamışdır. X19 isə bildirmişdir ki, əmisi Yusifəli ilə Qurban müəllim birlikdə tövlə tikdirmişlər, eləcədə birlikdə mal saxlamışlar. Sonuncu tövlənin birlikdə tikilməsini qeyd etsədə, lakin kimin vəsaiti hesabina tikilməsini bildirməmişdir. Şahid qismində dindirilmiş X4 ifadəsində Qurban müəllimlə həmkəndlisi Yusifəlinin birlikdə heyvanların bəzilərini sataraq tövlə tikdirməsini göstərsədə, lakin satılan heyvanların kimə məxsus olmasını bildirməmişdir. X5 isə şahid qismində dindirilərkəın bildirmişdir ki, təxminən 2001-2002-ci illərdə dayısı Yusifəli Daşkəsən rayonu Bayan kəndində tövlə tikdirmişdir. Tövləyə beton tokülməsində dayısı Yusifəliyə kömək etmiş və pul almamışdır. X20 tövlənin 2001-2002-ci illərdə dayısı Yusifəli tərəfindən tikildiyini qeyd etsədə, məhkəmə kollegiyasınin iclasında iştirak edən üçüncü şəxs Daşkəsən rayon Bayan bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X3 isə izahatında bildirmişdir ki, mübahisəli tövlə 2019-cu ildən əvvəl bələdiyyə mülkiyyətində olan torpaqda titkilmişdir. X12 isə şahid qismində dindirilərkən bildirmişdir ki, Tahir, Tahirin atası, Mahal və o birlikdə Bayan kəndində İddiaçı2 məxsus tövlənin damına şifer vurmuşlar. Görülən işin pulunu da Qurban müəllim onlara ödəmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə də bələdiyyə mülkiyyətində olan torpaqdakı tövlənin İddiaçı1 vəsaiti hesabina (və ya qoyulmuş vəsaitin bir hissəsinin ona aid olması) tikilməsi sübut olunmur. Bu da onu deməyə əsas verir ki, mübahisəli tövlə İddiaçı2 vəsaiti hesabına tikilmişdir.
46. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə Cavabdeh 5000 manat ziyanın alınmasının təmin edilməməsi hissədə də düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili qətnamənin həmin hissədə də ləğvi üçün əsas deyil. Belə ki, iddiaçılar tövlənin təmiri üçün alınmış taxta və dəmir (durba, armatur, uqolnik və s.) materialların Cavabdeh tərəfindən satılmasını, xeyli hissəsinin tövlədən çıxarılaraq bayıra tökülməsini, onların çoxunun yararsız vəziyyətə düşməsini və nəticədə 5000 manat ziyan dəyməsini iddia etsələrdə, onların bu dəlilidə sübut olunmur.
47. Halbuki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
48. Cavabdeh apellyasiya şikayətinə münasibətdə də kollegiya hesab edir ki, şikayətin dəlilləri iddia tələbinin təmin edilməsi hissədə qətnamənin ləğvi üçün əsas deyil. Belə ki, Cavabdeh istər birinci inbstansiya məhkəməsində, istərsə də apellyasiya şikayətində Daşkəsən rayon Bayan bələdiyyəsinin mülkiyyətində olan tövlənin onun tərəfindən tikilməsini bildirsədə, lakin onun bu dəlili iş materialları ilə sübut olunmur, eləcədə sonuncu apellyasiya icraatı zamanı əvvəlki izahatında fərqli olaraq mübahisəli tövlənin İddiaçı2 tərəfindən tikildiyini bildirmişdir.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissələrdə qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(030)-45/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.