Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1934/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh3 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mülkiyyət hüququnun müdafiəsi, əmlakın qanunsuz sahiblikdən geri alınması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, işin ümumi məhkəməyə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlundan və Inzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh3 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 sıra) ünvanında yerləşən (“XXX” Ticarət Mərkəzi adlanan ərazidə) hər biri 27 kv.metr olmaqla, 2 ədəd qeyriyaşayış obyekti sayılan 40 və ** nömrəli mağazaların cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, mülkiyyətində olan qeyri-yaşayış obyektlərini qanunsuz sahibliyində saxlamaqla, iddiaçıya vurulmuş maddi ziyan və əldən çıxmış faydanın əvəzi olaraq 14900 manat məbləğində pulun (hüquqi yardıma görə 500 manat, ekspert rəyi üçün 500 manat, məhrum olduğu icarə haqqına görə 13900 manat), ödənilmiş dövlət rüsumuna görə 151 manat məbləğində pulun, mənəvi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pulun – ümumilikdə 20051 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti birinci instansiya məhkəməsinə vəsatət verərək, mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
3. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsində bildirilir ki, “xxxx” MMC tərəfindən iddiaçıya məxsus olan qeyri-yaşayış sahələri icarəyə verilmiş və bu səbəbdən də məhrum olduğu icarə haqqına görə 13.900 manat pul vəsaitini tələb edir. Hazırkı iddia üzrə mübahisənin predmetini “xxxx” MMC-nin sahibkarlıq fəaliyyətindən irəli gələn hallar təşkil edir. Belə olan halda, mübahisənin predmetini və subyektiv tərkibi nəzərə alınmaqla hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır.
4. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim F.Əyyubov) mülki işin aidiyyəti üzrə göndərilməsinə dair cavabdehin vəsatəti təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 25.1, 26.1, 32.4, 32.5-ci maddələrinə istinad edərək göstərmişdir ki, subyekt tərkibi baxımından iddiaçı fiziki şəxs, cavabdehlərdən cavabdeh3 fiziki şəxs, digər cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti isə kommersiya hüquqi şəxsidir. Bununla yanaşı, tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti də hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmasını istisna edir. Belə ki, iddianın əsasını mülkiyyət hüquqlarının müdafiəsi, əmlakın qanunsuz sahiblikdən geri alınması təşkil edir. Məhkəmə qanunvericiliyin tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh3 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyət hüququnun müdafiəsi, əmlakın qanunsuz sahiblikdən geri alınması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi aidiyyət qaydalarına uyğun olaraq verilmişdir. Belə ki, iddiaçının iddia tələbi tərəflər arasında sahibkarlıq fəaliyyəti ilə deyil, mülkiyyət hüquqlarının müdafiəsi (əmlakın qanunsuz sahiblikdən geri alınması) ilə əlaqədardır. Yəni iddiaçı öz tələbinə əmlakın qanunsuz sahiblikdən geri alınması kimi yanaşır.
Şikayətin dəlilləri:
6. Cavabdeh “xxxx” MMC şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə yeni qərardad çıxarılmasını və ya vəsatətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60, 62, 125, 127, 129-cu, Mülki Prosessual Məcəllənin 24, 26, 31-ci maddələrinin tələbləri pozulmuşdur.
8. Belə ki, iddia ərizəsinin əsaslandırıcı hissəsində qeyd olunur ki, iddiaçı müəyyən gəlir əldə etmək məqsədi ilə şifahi razılaşma əsasında obyektlər “xxxx” MMC tərəfindən (sahibkarlıq fəaliyyəti əsasında) üçüncü şəxslərə icarəyə verilmişdir. Həmçinin, “xxxx” MMC tərəfindən iddiaçıya icarə haqqına görə 500 manat ödəniş olunmuş, qalıq icarə haqqı isə ödənilməmişdir. Bu səbəbdən məhrum olduğu icarə haqqına görə 13900 manat pul vəsaitini tələb edir. Göründüyü kimi, hazırkı mübahisə üzrə iddiaçı tərəfindən bir-biri ilə əlaqədar olan bir neçə tələb birləşdirilməklə, Abşeron Rayon Məhkəməsində iddia irəli sürülmüşdür. Bu zaman onlardan bir qismi ümumi məhkəməyə aid olsa da, iddiaçının “xxxx” MMC ilə birgə sahibkarlıq fəaliyyətindən (icarə münasibətlərindən) yaranmış mübahisə ilə bağlı tələbi sırf kommersiya məhkəməsinə aiddir. Belə olan halda, hazırkı mübahisə üzrə tələblərdən bir qismi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır.
9. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş və baxılması üçün mülki işin materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
10. Şikayətə etiraz verilməmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının:
11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
15. Hazırkı işdə mübahisəli məsələ tərəflərin subyektiv tərkibi ilə bağlıdır.
16. Belə ki, cavabdeh onun kommersiya hüquqi şəxsi olmasını və mübahisənin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən cavabdeh tərəfindən istifadə nəticəsində vurulmuş ziyandan irəli gəlməsini əsas götürərək, işin kommersiya məhkəməsində baxılmalı olmasını iddia etmişdir.
17. Lakin, iddiaçının fərdi sahibkar kimi vergi orqanında qeydiyyata alınmasına dair hər hansı sübut birinci instansiya məhkəməsinə təqdim olunmamış, məhkəmə özü də bu halı müəyyən etməmişdir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin işdə iştirak edən şəxslərin subyektiv tərkibinə görə kommersiya məhkəməsinə aidiyyəti istisna olunduğundan, digər meyarlar (mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri) üzrə qiymətləndirilməyə prosessual qənaət prinsipinə uyğun zərurət yoxdur.
19. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin tələbləri, istərsə də Ali Məhkəmənin Plenumunun hüquqi mövqeləri baxımından hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.
20. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
21. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.