Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-211/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu,” tələbinə və İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcunun, ödənilmiş dövlət rüsumunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 03 iyul 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Almaniya Respublikasında yaşayarkən iddiaçı şəxsdən aldığı və onun tərəfindən ödənilmiş 1.427.364 (bir milyon dörd yüz iyirmi yeddi min üç yüz altmış dörd) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2012-ci ilin iyun ayında övladının xəstəliyi adı ilə Almaniya Respublikasına gedərkən ondan qaytarmaq şərtilə 5.000 (beş min) manat məbləğində pul vəsaiti alaraq respublikanı tərk etmişdir. Almaniya Respublikasında yaşadığı müddətdə övladının müalicəsinin uzandığını və pula ehtiyacının çox olduğunu qeyd edərək, orada olduğu müddətdə hər ay ona pul göndərməyini xahiş etmişdir. İddiaçı isə ona nağd olaraq pulu olmadığından bu məsələni yalnız bankdan götürməklə həll edə biləcəyini bildirmişdir. Cavabdeh isə heç-bir narahatçılığın olmadığını bildirərək, qayıdanda ümumi məbləği və faizləri qaytarmaq şərtilə razılaşaraq, mütəmadi hər ay 5.000 (beş min) manat məbləğində pul vəsaitinin göndərilməsini xahiş etmişdir. O, qardaş olaraq inanıb Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu və 740-cı maddələrinin tələblərinə əsasən şifahi olaraq müqavilə əsasında 2016-cı ilin mart ayına qədər pulun göndərilməsini mütəmadi olaraq hər ay həll etmişdir. Cavabdeh göndərilən pulların bankdan götürüldüyünü və əlavə faiz borcu ödədiyini bilərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən qayıdana qədər nə qədər hesablanacağını hesablayıb qaytaracağını bildirdi. İddiaçı şəxs əvvəllər hər ay 5.000 (beş min) manat məbləğində pul vəsaitini “xxxx” Qapalı Səhmdar Cəmiyyəti vasitəsil iə, sonralar isə 2014-cü il tarixdə ona problem yarandığını qeyd etdikdən sonra, həmin pulları bir-neçə dəfə gəlib-gedərkən nağd şəkildə və sonradan onun planlaşdırılmış fikrinə əsasən tərəflərin hər ikisinə qohum olan X2 adına plastik kart açaraq daha rahat olsun deyə həmin pulları karta ödənilməsini ona bildirmişdir. İddiaçı əslində qardaş olaraq cavabdehə göndərdiyi pulların hansı qaydada göndərilməsinə əhəmiyyət vermirdi. Çünki, o Amaniya Respublikasında olarkən, qardaş olaraq çətin vəziyyətə düşməsin deyə, uşağın xəstəliyi və ən əsas ona hansı qaydada rahat idisə o qaydada da göndərilməsinə etiraz etməmişdir. Amma Cavabdeh əldə pul etmək, ona qarşı hansı qərəzli addımlar atmaq, öz aləmində hansı planlar çəkdiyini qardaş olaraq düşünmək belə əqlindən keçirmirdi. Cavabdeh əslində gedərkən qısa müddətli getdiyini bildirmişdir. Lakin, uşağın xəstəliyini qeyd edərək, bu ad altında sui-istifadə edərək oradan ona qarşı planlar əsasında Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkara qarşı müflisləşdirmək məqsədi ilə orada qalması çox uzun müddət çəkmişdir. O isə artıq vaxtlı-vaxtında pulları ona göndərirdi. Bu ödəniş 2016-cı ilin mart ayına kimi davam etmişdir. Amma sonralar artıq imkan zəiflədiyindən və iddiaçının həmin pulu bankdan götürdüyü üçün faizlər çoxaldığından, tək qaldığı üçün və ona köməyi olmadığından qardaş olsa da belə ona ayrılmış karta pul ödəyə bilməmişdir. O, hal-hazırkı tarixə kimi ABŞ dolları ilə faiz ödəyir və ona göndərdiyi həmin pulları bankdan götürdüyünü bildiyi halda, problem olmadığını bildirərək qayıdanda qaytaracağını bildirmişdir. Bankdan götürdüyü pullar ABŞ dolları ilə olmuş, həmçinin bu müddət ərzində kurs yuxarı qalmışdır. Cavabdehə qardaş olaraq Almaniya Respublikasına gedərkən ona ödədiyi və hal-hazıra kimi qaytarmadığı 1.427.364 (bir milyon dörd yüz iyirmi yeddi min üç yüz altmış dörd) manat məbləğində borcun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən 10 (on) gün müddətində ona qaytarılması ilə bağlı 10 iyun 2020-ci il tarixdə rəsmi xəbərdarlıq göndərmişdir. Cavabdeh adında olan əmlakları başqa şəxslərin adlarına keçirtdiyini başa düşdükdə borcun dərhal qaytarılmasını düşünmüşdür. İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 23 iyul 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mülki iş üzrə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən cəmi 5.511.983 (beş milyon beş yüz on bir min doqquz yüz səksən üç) manat, Cavabdeh 8.252.479 (səkkiz milyon iki yüz əlli iki min dörd yüz yetmiş doqquz) manat olmaqla, cəmi 13.764.462 (on üç milyon yeddi yüz altmış dörd min dörd yüz altmış iki) manat məbləğində borcun tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı müvafiq iddia ərizəsi onunla əsaslandırmışdır ki, o və ikinci cavabdeh olan qardaşı Cavabdeh ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2008-ci il tarixdə eyni məzmunlu müqavilələr bağlayaraq, ünvan 1 ünvandakı 2008-ci il tarixdə tikilməkdə olan 18 mərtəbəli binanın birinci və ikinci mərtəbəsindən ayrı-ayrılıqda 275 kv.metr olmaqla, cəmi 550 kv.metr sahəni ilkin olaraq hər biri 100.000 (bir yüz min) manat və 109.000 (bir yüz doqquz min) manat olmaqla, cəmi 209.000 (iki yüz doqquz min) manat, ümumilikdə isə 418.000 (dörd yüz on səkkiz min) manat onu “xxxx” Qapalı Səhmdar Cəmiyyətindən 12 avqust 2008-ci il tarixli, 05L000000738 nömrəli ktredit xətt razılaşması üzrə götürdüyü 600.000 (altı yüz min) ABŞ dolları hesabına ödəməklə həmin sahələri kredit müqaviləsi əsasında almışdılar. 2008-2009-cu il tarixlərində onun tərəfindən həm qardaşı Cavabdeh, həm də öz adına ayrı-ayrılıqda 314.715 (üç yüz on dörd min yeddi yüz on beş) manat, cəmi 629.430 (altı yüz iyirmi doqquz min dörd yüz otuz) manat məbləğində pul vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsinə nağd formada ödəniş etmişdir. Lakin, buna baxmayaraq həmin ödəniş nağd formada Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsinə deyil, bankda açılmış hesabına ödənilməli idi. Bir müddət sonra, yəni 2009-cu il tarixdə qardaşının qərəzli mövqeyi nəticəsində sözügedən obyektin hamısının onun adına keçrilməsini bildirmişdir. Bu halda onun ödədiyi pulların onun və 314.715 (üç yüz on dörd min yeddi yüz on beş) manat məbləğində öz adına ödədiyi pul vəsaitini isə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qaytarılması şərtilə razılaşmışdır. X4 Cəmiyyəti arasındakı müqavilə qanunvericiliyin tələbinə əsasən ləğv olunmalı halda, ya da ona aid pul vəsaiti qaytarılmaqla həmin müqaviləyə xitam verilməklə, yəni onun ödədiyi 314.715 (üç yüz on dörd min yeddi yüz on beş) manat məbləğində pul vəsaiti qaytarılaraq, tam şəkildə yenidən müəyyən şərtlər daxilində Cavabdeh ilə bağlaya bilərdi. Lakin, onun ödədiyi 314.715 (üç yüz on dörd min yeddi yüz on beş) manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsində qalaraq, ikinci Cavabdeh ilə 16 dekabr 2009-cu il tarixdə “mənzil tikintisinə və satışına” dair yeni müqavilə bağlanmışdır. Yəni əvvəlki müqavilənin hansı şərt daxilində ləğv edilməsi ilə əlaqədar onun məlumatı olmamış və ona məlumat verilməmişdir. Bu özü qanun pozuntusudur. Bundan sonra o ikinci cavabdehə, yəni qardaşına inanaraq onun adına olan həmin müqavilə əsasında 2012-ci il tarixdə Almaniya Respublikasında olması ilə əlaqədar heç bir notarial qaydada etibarnamə olmadan Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 yanvar 2017-ci il tarixli 6 nömrəli arayışına əsasən 2011-ci il daxil olmaqla, 2016-cı ilə qədər 340.000 (üç yüz qırx min) manat məbləğində pul ödənildiyinə dair direktor və mühasiblərin imzası ilə rəsmi sənəd təsdiqlənmişdir. Amma 2010-cu il tarixdə ödənilmiş 65.000 (altımış beş min) manat məbləğində ödəniş həmin arayışda öz əksini tapmamışdır. Əlavə alaraq, 2011-ci il tarixdə qəbzlər əsasında 30.000 (otuz min) manat ödənildiyi halda, arayışda həmin il üçün 10.000 (on min) manat göstərilmişdir. Bu halda onun tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyətinə 1.054.430 (bir milyon əlli dörd min dörd yüz otuz) manat məbləğində ödəniş edilmişdir. Qeyd edilən məbləğdən 314.715 (üç yüz on dörd min yeddi yüz on beş) manat bu günə hesablanmış ABŞ dollarının manata olan nisbəti əsasında faizlə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona qaytarılmalıdır, 739.715 (yeddi yüz otuz doqquz min yeddi yüz on beş) manat bu günə hesablanmış ABŞ dollarının manata olan nisbəti əsasında faizlə birlikdə ikinci Cavabdeh tərəfindən ona qaytarılmalıdır. Lakin, ikinci cavabdeh Mişiyev X5 Respublikasında olduğu müddətdə, birinci cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh adına ödənilən pulların hansı əsasla ödədiyini və ya buna icazəsi olmadığını, həmçinin bu ödənişin qanun pozuntusu olduğu barədə heç-bir fikir bildirmədən pulları xəzinəyə mədaxil edirdi. X6 Cəmiyyəti şahid idi ki, bu pulları onun özü etibarnamə olmadan ödəyirdi. Bu halda pullar hesaba qəbul edilməməli idi. Hazırda isə bu pullar deponent halında saxlanılmalıdır. Bu pul vəsaiti yuxarıda qeyd edilən bankdan götürülmüş kredit hesabına “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilmişdir. O, hal-hazırda da həmin banka 2008-ci il tarixdən kredit ödəyir. Bu halda hər iki cavabdeh ona olan qeyd edilən borclarını hazırkı tarixə kimi ABŞ dollarına olan nisbətdə faizlə birlikdə qaytarmalıdırlar. Yəni, Məhdud Məsuliyyətli Cəmiyyəti 314.715 (üç yüz on dörd min yeddi yüz on beş) manat məbləğində əsas borc, bu bu günə olan ABŞ dollarının manata olan nisbətdə hesablanmış kurs və faiz borcu ilə 5.511.983 (beş milyon beş yüz on bir min doqquz yüz səksən üç) manat, ikinci cavabdeh 739.715 (yeddi yüz otuz doqquz min yeddi yüz on beş) manat məbləğində əsas borc, bu günə olan ABŞ dollarının manata olan nisbətdə hesablanmış faiz borcu ilə 8.252.479 (səkkiz milyon iki yüz əlli iki min dörd yüz yetmiş doqquz) manat olmaqla, cəmi 13.764.462 (on üç milyon yeddi yüz altmış dörd min dörd yüz altmış iki) manat məbləğində pul vəsaiti cavabdehlər tərəfindən ona qaytarılmalıdır. Əks halda, Cavabdeh adına bağlanmış 16 dekabr 2009-cu il tarixli müqavilə ləğv edilərək, yenidən onun adına bağlanılmaqla tam olaraq onun adına keçrilməlidir. Yuxarıda qeyd edilən məbləğlərin güzəştli formada ona qaytarılması ilə bağlı 10 iyun 2020-ci il tarixdə Məhdud Məsuliyyətli Cəmiyyətə, 19 iyun 2020-ci il tarixdə isə Cavabdeh tərəfindən xəbərdarlıq məktubu göndərilmişdir. Lakin, hər bir cavabdeh tərəfindən verilmiş xəbərdarlıqlara münasibət bildirilməmişdir. Baş vermiş prosedurlara görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339, 391, 394, 421, 421.1, 421.2, 421.3-cü maddələrinin tələbi pozulmuşdur. Mübahisəli əmlaka dair yaranmış problemlərin əsasını təşkil edən bir əsaslı hal olmadığından, ya həmin əmlak tam olaraq, ya da hesablanmış pul və faiz borcları tam olaraq ona qaytarılmalıdır. Onun adına olan pay üzrə müqavilənin ləğvi və tam olaraq Cavabdeh adına yeni müqavilə bağlanmasında cinayət tərkibi görünür. Yəni, o mübahisəli sahəni satmamışdırsa, bağışlamamışdırsa, əvəzli dəyişməmişdirsə, bu obyekt iki cavabdeh arasında hansı sənədləşmə əsasında ona aid pay adından çıxarılmışdır və onun adına olan pul vəsaiti 12 ildir Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istifadə edilir. Bu qanun pozuntusudur və onun pozulmuş mülkiyyət hüququ bərpa olunmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2(005)-2664/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi əsasında 2(005)-2664/2020 nömrəli mülki işlə İddiaçı Cavabdeh qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcunun, ödənilmiş dövlət rüsumunun qaytarılması” tələbinə dair iddia ərizəsi əsasında 2(005)-2521/2020 nömrəli mülki işin birləşdirilməsi, həmin işlərə bir icraatda baxılması və mülki işə 2(005)-2521/2020 nömrəsinin verilməsi qərara alınmışdır. İddiaçı Cavabdeh qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcunun, ödənilmiş dövlət rüsumunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə 05 oktyabr 2020-ci il tarixdə 28 sentyabr 2020-ci il tarixli iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ümumi iddia tələbinə 200.000 (iki yüz min) manat məbləğində mənəvi ziyanı əlavə edərək, ondan tutulması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə 18.05.2021-ci il tarixdə ərizə təqdim edərək, İddiaçı adına ödəmiş olduğu 314715 manat pul vəsaitinə 01.01.2021-ci il tarixədək hesablanmış faizlərlə birlikdə ******* manat, Cavabdeh adına ödəmiş olduğu 315000 manat pul vəsaitinə 01.01.2021-ci il tarixədək hesablanmış faizlərlə birlikdə ******* manat, ümumilikdə ******* manat pul vəsaitinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə 18.05.2021-ci il tarixdə ərizə təqdim edərək, Cavabdeh Almaniya Respublikasında olduğu müddətdə 2012-ci ilin iyun ayından, 2016-cı ilin iyul ayına qədər - 48 ay ərzində, hər ay 5000 manat olmaqla, tərəfindən ona göndərilmiş ümumilikdə 240.000 (iki yüz qırx min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə 18.05.2021-ci il tarixdə ərizə təqdim edərək, Cavabdeh Almaniya Respublikasında olduğu müddətdə 2012-ci ilin iyun ayından, 2016-cı ilin iyul ayına qədər - 48 ay ərzində, hər ay 5000 manat olmaqla, tərəfindən ona göndərilmiş ümumilikdə gecikdirməyə görə faizlərlə birlikdə hesablanmış ******* manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-24/2018 saylı, 10 may 2018-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh qarşı “payın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri təmin edilməməsi, ilkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8400/2018 saylı, 05 oktyabr 2018-ciil tarixli qətnaməsi ilə iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti qismən təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 may 2018-ci il tarixli qətnaməsi ilk iddianın tam təmin edilməməsi hissəsində ləğv edilməsi və ilk iddianın qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2017-ci il tarixli 2(103)-2017 saylı qərardadı ilə siyahıya alınmış (üzərinə həbs qoyulmuş) və ünvan 2 ünvanlarında yerləşən 37 ədəd - 35.077 çeşid, 3.128.141 manat dəyərində olan mal və məhsulların dəyərinin yarısı, yəni 1.564.070 (bir milyon beş yüz altmış dörd min yetmiş) manat məbləğində pul cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh ödənilməsi, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 may 2018-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli, 2(102)-2225/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh və cavabdeh İddiaçı ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8400/2018 saylı, 05 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması, qərarın qəbul edildiyi andan qüvvəyə minməsi qərara alınmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2011-ci il tarixli Razılaşma müqaviləsinin surətindən və məzmunundan görünür ki, tərəflər müqavilə üzrə aşağıdakılara dair razılığa gəlmişlər: Biz İddiaçı və Cavabdeh qardaşları qərara alırıq ki, illər boyu fəaliyyətimiz nətiəsində Bakı şəhərində qazandığımız aşağıda göstərilən ticarət obyektləri belə bölünsün: ünvan 3 ünvanda məhəllədəki “Kaspian” TM-dəki 36 saylı mağaza, Nobel prospekti 23 ünvanda “A.M.A.Y” TM-dəki 7 saylı mağaza və Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 10 ünvanda yeni tikilən “xxxx” binadakı obyekt Cavabdeh verilərək adına sənədləşdirilsin; qardaşların birgə fəaliyyətinin maliyyə hesabatlarını və ödənişlərini apardığına və bu işə bilavasitə rəhbərlik etdiyinə görə İddiaçı Cavabdeh adına yazılmış “xxxx” binasındakı yeni tikilən obyektin tikintisinə qalan vəsaiti mütəmadi olaraq ümumi hesabdan tam ödənilməsini həyata keçirsin; qardaşlar birgə fəaliyyəti davam edərək alış verişdən vəsaiti (gəliri) fəaliyyətindən kənar məqsədlərə sərfi yalnız hər ikisinin razılığı əsasında həyata keçirə bilər; Cavabdeh və İddiaçı yuxarıda qeyd edilən şərtlərlə və bölgü ilə razı olurlar və onların şərtsiz yetirdiyi halda bir-birinə qarşı heç bir iddia təqdim etməyəcəklər. Hər hansı gözlənilməz hadisə baş verərsə hər iki tərəf bərabət payda məsuliyyət daşıyırlar. “xxxx” QSC-nin İddiaçı ünvanlanmış məktundan görünür ki, 26.09.2018-ci il tarixinə onun “xxxx” QSC qarşısında borcunun əsas məbləği 612,163 ABŞ dolları 50 sent, hesablanmış faiz 106719 ABŞ Dolları 68 sent, hesablanmış cərimə 130088 ABŞDolları 39 sent təşkil edir. “xxxx” MMC-nin 05 may 2021-ci il tarixli 100№-li məktubundan görünür ki, məhkəmənin N 2 (005)-211/2021 il, 30 aprel 2021 il tarixli müraciətinizə əsasən bildiririk ki, 12 avqust-2008-ci ildə “xxxx” MMC tərəfindən vətəndaşlar Cavabdeh və İddiaçı ilə mənzil tikintisinə və Satışına dair ayrıayrı müqavilələr bağlanmışdir. Müqaviləyə əsasən Cavabdeh avqust 2008-ci ildən,noyabr 2009-ci iləqədər MMC-nin xəzinəsinə 309715manat ödəmişdir. İddiaçı avqus 2008-ci ildən,noyabr 2009-ci ilə qədər MMC-nin xəzinəsinə 314715manat ödəmişdir. 16 dekabr 2009-ci il tarixində İddiaçı müraciətinə əsasən onun adma olan müqavilənin ləğvi barədə xahiş etmiş və onun tərəfindən ödənilən 314 715 manat məbləği Cavabdeh hesabına köçürülməsini xaiş etmişdir və müqaviləsi ləğv edilmişdir. Eyni vaxtda Cavabdeh da 12 avqust-2008-ci ildə bağlanan müqaviləsi ləqv olunub və onunla təzə müqavilə 16 dekabr 2009 ildə bağlanıb. 2012-ci il iyun ayından, sentyabr 2015-ci ilə qədər İddiaçı tərəfindən, Cavabdeh adma 315000min manat gətirilib ödənilmişdir. Bildiririk ki,avqust 2008-ci ildən,sentyabr 2015-ci ilə qədər X8,İddiaçı,Cavabdeh tərəfindən 1054430manat daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; İş materialları və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8400/2018 saylı, 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı və qardaşı Cavabdeh arasında 17.12.2011-ci il tarixdə razılaşma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin bəndlərinə əsasən Bakı şəhərində qazandıqları aşağıda göstərilən ticarət obyektləri - ünvan 3 ünvanda məhəllədəki “Kaspian” TM-dəki 36 saylı mağaza, Nobel prospekti 23 ünvanda “A.M.A.Y” TM-dəki 7 saylı mağaza və Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 10 ünvanda yeni tikilən “xxxx” binadakı obyekt Cavabdeh verilərək adına sənədləşdirilməsi; qardaşların birgə fəaliyyətinin maliyyə hesabatlarını və ödənişlərini apardığına və bu işə bilavasitə rəhbərlik etdiyinə görə İddiaçı Cavabdeh adına yazılmış “xxxx” binasındakı yeni tikilən obyektin tikintisinə qalan vəsaiti mütəmadi olaraq ümumi hesabdan tam ödənilməsinin həyata keçirilməsini; qardaşların birgə fəaliyyəti davam edərək alış verişdən vəsaiti (gəliri) fəaliyyətindən kənar məqsədlərə sərfi yalnız hər ikisinin razılığı əsasında həyata keçirlməsinə dair öhdələrinə götürmüşlər. İddiaçının iddia etdiyi, qardaşı üçün göndərdiyi və “xxxx”a ödədiyi məbləğlər həmin razılaşmadan irəli gələn öhdəliyin icrasıdır. Bütün bu faktlar qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır və mübahisələndirilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu,” tələbinə və İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizələri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13 fevral 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu,” tələbinə və İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizələri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-211/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-211/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver