Məhkəmə qərarları › İş №2(005)-2121/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2121/2021

04.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2121/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı İddiaçı “İddiaçı“ Məhdud Məsuliyyətli Cəmiyyətinin (“K@TV 1”) Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İspəndıyar oğlundan “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 366 manat 30 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 536 manat 70 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən “İddiaçı“~Məhdud MəsulıyyətTi Cəmiyyəti Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqlann qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət- A” hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.116 saylı YİKİS tərəfindən verilmiş arayışlara əsasən qeyd olunan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, 22.02.2009-cu il tarixdə həmin ünvanda yaşayan Abbasov İlqar ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 22.05.2009-cu il tarixinədək etmiş və həmin ünvan 09.07.2009-cu il tarixdə 20 manat 70 qəpik borc ilə şəbəkədən ayrılmışdır. 29.07.2009-cu il tarixdə “K@TVP kabel şəbəkəsinə qanunsuz qoşulmaya görə Cavabdeh inzibati cərimə edilmiş, qeyd olunan və habelə 04.01.2010-cu il tarixlərdə həmin ünvanda aşkar edilmiş qanunsuz qoşulma faktları nəticəsində vurulmuş maddi ziyana, əldən çıxmış faydaya və çəkilən məhkəmə xərclərinə görə Nərimanov Rayon Məhkəməsinin 2(005)- 84/2011 saylı 21.02.2011-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən İddiaçı MMC-nin xeyrinə cəmi 366.60 manat ödənilməsi qət edilmişdir. Buna baxmayaraq, sonrakı dövrcə də cavabdeh tərəfindən kabel şəbəkəsinə dələlərlə qanunsuz qoşulma halları davam etmişdir. Belə ki, 06.11.2010-cu il tarixdə “xxxx” hüquq firmasının və “K@TVr kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0123 C saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 29.07.2009-cu il tarixdə “K@TVP kabel şəbəkəsinə qanunsuz qoşulmaya görə Cavabdeh inzibati cərimə edilmiş, qeyd olunan və habelə 04.01.2010-cu il tarixlərdə həmin ünvanda aşkar edilmiş qanunsuz qoşulma faktları nəticəsində vurulmuş maddi ziyana, əldən çıxmış faydaya və çəkilən məhkəmə xərclərinə görə Nərimanov Rayon Məhkəməsinin 2(005)-84/2011 saylı 21.02.2011-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən İddiaçı MMC-nin xeyrinə cəmi 366.60 manat ödənilməsi qət edilmişdir. Buna baxmayaraq, sonrakı dövrdə də cavabdeh tərəfindən kabel şəbəkəsinə dələlərlə qanunsuz qoşulma halları davam etmişdirBelə ki, 06.11.2010cu il tarixdə “xxxx” hüquq firmasının və “K@TVr kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0123 C saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvana 23.12.2010-cu il, 18.01.2011-ci il, 29.10.2011-ci il, 07.01.2013cü il, 13.03.2014-cü il və 09.12.2014-cü il tarixlərdə keçirilən qrafıkdən kənar nəzarət baxışları zaman cavabdehin dəfələrlə yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktları aşkar edilmiş, bu barədə müvafiq olaraq 0550 C, 0137 (\ 08X8 İ), 0586 KA, 0076 N və 1973 N saylı aktlar tərtib edilmişdir. 07.01.2013-cü il tarixli 0586 KA saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə 28.07.2012-ci il tarixdə baxış keçirilmişdir. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat. 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Beləliklə, sözügedən ünvanda qanunsuz qoşulma faktının aşkar edildiyi 06.11.2010-cu il tarixdən 0888 D saylı aktın tərtib olunduğu 29.10.2011-ci il tarixədək 357 gün və 0586 KA saylı akt tərtib olunanadək həmin ünvana son baxışın keçirildiyi 28.07.2012-ci il tarixdən sonuncu dəfə qanunsuz qoşulma faktının aşkar edildiyi 09.12.2014-cü il tarixədək olan müddət 864 gün olmaqla cəmi 1221 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə iddiaçıya müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində vurulan zərər 366 manat 30 qəpik təşkil edir. Bundan əlavə, “İddiaçı*' MMC “xxxx” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu çatdırılmış, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “AG Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş aktların surətindən görünür ki, İddiaçı MMC–yə hüquqi xidmət göstərən “xxxx” MMC-nin əməkdaşları ünvan 1 ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktları aşkar edilmişdir. İş materiallarında olan 24 may 2018-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Abbasov İlqar arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 22.02.2009-cu il tarixində bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulub, 22.05.2009-cu il tarixinədək isə son ödəməsini etmiş, 09.07.2009-cu il tarixində 20.70 manat borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan 24 may 2018-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 123, 24 saylı mənzil akt tərtib olunana qədər sonuncu dəfə 28.07.2012 –ci il tarixində həmin binaya baxış keçirilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, “Bakı şəhəri Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi ev 134 mənzil 24-də qeydiyyatda olan Cavabdeh abunə haqqı qismində vurulmuş zərərə görə 68,10 (altmış səkkiz, manat on qəpik) manat, əldən çıxmış faydaya görə 178,50 (bir yüz yetmiş səkkiz manat əlli qəpik) manat, nümayəndəyə çəkilən xərcə görə 100 (bır yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 'iyirmi) manat, cəmi isə 366,60 (üç yüz altmış altı manat altmış qəpik) manat alınıb iddiaçı «İddiaçı” məhdud məsuliyyətli cəmiyyətə (KATVİ) ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC–yə hüquqi xidmət göstərən “xxxx” MMC-nin əməkdaşları ünvan 1 ünvanında kabel şəbəkəsinə baxış keçirmiş, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktları aşkar edilmiş, bu barədə 0123 C nömrəli akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə, Cavabdeh İspəndıyar oğlu təqsirli olaraq törətdiyi hüquqa zidd əməl (kabel televiziyasına qanunsuz qoşulma) nəticəsində iddiaçıya zərər vurulması faktı mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə iddia tələbinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün çəkilən xərclərə görə 150 manat məbləğində pulun ödənilməsinə dair iş materiallarına qəbz əlavə edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İspəndıyar oğlundan “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 366 manat 30 qəpik abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqı, ümumilikdə 536 manat 70 qəpik məbləğində pul “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 366 manat 30 qəpik abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqı, ümumilikdə 536 manat 70 qəpik məbləğində pul “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar