Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2128/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Sərhəd qızına qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəminin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sərhəd qızına qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İBnə vurulmuş 2692 manat məbləğundə zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2722 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********,İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “İddiaçı" İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 08/35595 nömrəli «qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı" İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı" İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1302AZ**********33 nömrəli qaz sayğacı quraşdırılmışdır. (xx.xx.2020-ci il tarixdə Zenner marka//, G-4T mexaniki tipli, **********4 zavod nömrəli qaz sayğacı ilə əvəzlənib) Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “qazdan istifadə qaydalarının tələblərinə əməl etmək) və "qazdan İstifadə qaydalarının 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. ‘’İddiaçı" İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında,1.xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 561,60 m; 2.xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64.80 manat; 3.xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 93.60 manat; 4.xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 93,60 manat; 5.xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 187.20 manat; 6.xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 46,80 manat; 7.xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 90 manat; 8.xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 90 manat; 9.xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 90 manat; 10.xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 90 manat; 11.xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 90 manat; 12. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 136.80 manat; 13.xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 27,60 manat;14.xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 27,60 manat; 15.xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 27,60 manat; 16.xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 27,60 manat; 17.xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 27,60 manat; 18.xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 27,60 manat; 19. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 50,40 manat; 20.xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 155,60 manat; 21. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165,60 manat; 22.xx.xx.2020-cu il tarixli ******* saylı akt əsasında 165,60 manat; 23.xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.60 manat; məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). 3E ödəniş proqramına (GASREP'ə) nəzərə salsaq onu da müşahidə etmiş olaraq ki, abonentin əvvəlki dövrdən istifadə etdiyi təbii qaza görə ödənməmiş ümumilikdə 1000,80 azn məbləğində borcu qalmaqdadır. Müəyyən olunmuş həmin məbləğ (813,60+187,20=1000.80) 2018-ci ilin sentyabr və oktyabr aylarında 3E ödəniş proqramına (GASREP'ə) köçürülmüşdür. İstehlakçı tərəfindən edilmiş ödəmələr əsasında aparılmış borca görə tutulmalar da nəzərə alınmaqla bu günki gün üçün cavabdehin "İddiaçı” İB-yə ümumilikdə 2692 manat məbləğində borcu qalmaqdadır. (GASREP-1000,80+AGİS- 1691.20=2692) "İddiaçı” İB-nın nümayəndələri tərəfindən cavabdehə 2692 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh onun nümayəndəsi X2 iddia tələbini rədd edərək, iddiaçının iştirakı olmadan işə baxılmasını, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsinin xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; xx xxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1962-ci ildə Ermənistan Respublikası, Krasnoselsk rayonunda anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 08/35595 nömrəli müqavilə imzalanmışdır. xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli,xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli,xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli aktların təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh müxtəlif vaxtlarda qazxəttinə qeyri qanuni olaraq qoşulmuşdur. xx.xx.2020-ci il tarixli abonent saldosu vərəqəsindən görünür ki, Cavabdeh 2 nəfər ailə tərkibindən ibarətdir. Yaşadığı ünvanda 4 gözlü qaz piltətləri (PQ-4) (1/1) qızdırıcı radiator peçi mövcuddur. Aktlardan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə 2808 m3, xx.xx.2018-ci il tarixdə 324 m3, xx.xx.2018-ci il tarixdə 468 m3, xx.xx.2018-ci il tarixdə 468 m3, xx.xx.2018-ci il tarixdə 936 m3, xx.xx.2018-ci il tarixdə 468 m3, xx.xx.2018-ci il tarixdə 900 m3, xx.xx.2018-ci il tarixdə 900 m3, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə,xx.xx.2019-cu il tarixdə 276 m3, xx.xx.2019-cu il tarixdə 276m3, xx.xx.2019-cu il tarixdə 276m3, xx.xx.2019-cu il tarixdə 276m3, xx.xx.2019-cu il tarixdə 276 m3, xx.xx.2019-cu il tarixdə 504m3, xx.xx.2019-cu il tarixdə 1656 m3, xx.xx.2020-ci il tarixdə 1656m3, xx.xx.2020-ci il tarixdə 1656m3, xx.xx.2020-ci il tarixdə 1656m3, xx.xx.2020-ci il tarixdə 1656m3, fərdi evdə (müəssisədə istixanada) “qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilərək itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanmaqla ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlər icra olunmuşdur. Həmin aktlardan görünür ki, bu aktlar Afiq Camalov, Vaqif Rəhimov, Yaqub Nəcəfov və digərləri İddiaçı İB-nin nümayəndələridir. Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən Cavabdeh daxil olmuş məlumatı əsasında cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri, Xətai rayon, İcra Hakimiyyətinin cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli M-12-012 nömrəli məktubundan görünür ki, “Ağ şəhər” layihəsi çərçivəsində 2017ci ildə sökülmüş Turşu küçəsində yerləşən tikiliyə xx.xx.2020-ci ildə İddiaçı ASC tərəfindən cərimə yazıldığını, evin sökülməsi barədə arayışın verilməsi xahiş olunmuşdur. Turşu küçəsi 2210 (Babək prospekti 21) ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış sahəsi üçün 2017-ci ilin avqust ayında kompensasiya ödənilərək sökülmüşdür. “Everton” firmasının xx xxxxxx 2021-ci il tarixli 252 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh Sərhəd qızı Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən 28 c saylı evin 25 nömrəli mənzilində qeydiyyatsız yaşayır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi 2210 (Babək prospekti 21) ünvanında yerləşən Cavabdeh məxsus olmuş ev 2017-ci ilin avqust ayında kompensasiya ödənilərək sökülmüşdür. Həmin tarixdən orada yaşayış yoxdur. Bununla belə Cavabdeh xx.xx.2018-ci il tarixdə 2808 m3, xx.xx.2018-ci il tarixdə 324 m3, xx.xx.2018-ci il tarixdə 468 m3, xx.xx.2018-ci il tarixdə 468 m3, xx.xx.2018-ci il tarixdə 936 m3, xx.xx.2018-ci il tarixdə 468 m3, xx.xx.2018-ci il tarixdə 900 m3, xx.xx.2018-ci il tarixdə 900 m3, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə,xx.xx.2019-cu il tarixdə 276 m3, xx.xx.2019-cu il tarixdə 276m3, xx.xx.2019-cu il tarixdə 276m3, xx.xx.2019-cu il tarixdə 276m3, xx.xx.2019-cu il tarixdə 276 m3, xx.xx.2019-cu il tarixdə 504m3, xx.xx.2019-cu il tarixdə 1656 m3, xx.xx.2020-ci il tarixdə 1656m3, xx.xx.2020-ci il tarixdə 1656m3, xx.xx.2020-ci il tarixdə 1656m3, xx.xx.2020-ci il tarixdə 1656m3, fərdi evdə (müəssisədə istixanada) “qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilərək itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanmaqla ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlər icra olunmuşdur. Həmin aktlardan görünür ki, bu aktları tərtib edən şəxslər Afiq Camalov, Vaqif Rəhimov, Yaqub Nəcəfov və digərləri İddiaçı İB-nin nümayəndələridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4.-cü bəndinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin müddəalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyvəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsində qeyd olunur ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin hallarından göründüyü kimi İddiaçı İB nümayəndələri tərəfindən aktlar tərtib edildiyi tarixdə Turşu küçəsi 2210 (Babək prospekti 21) ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış sahəsi Ağ şəhər” layihəsi çərçivəsində 2017-ci ilin avqust ayında kompensasiya ödənilərək sökülmüşdür. Bu hal Bakı şəhəri, Xətai rayon, İcra Hakimiyyətinin cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli M-12-012 nömrəli məktubunda öz təsdiqini tapır. Eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahatından və xx.xx.2019-cu il tarixli İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, iddia tələbinin əsaslandırılmasına dair iddia tərəfinin təqdim etdiyi aktların tərtib olunmasında mənzil kommunal təsərrüfat birliyinin nümayəndəsinin iştirakı təmin olunmamışdır. Aktlara imza edən şəxslər Afiq Camalov, Vaqif Rəhimov, Yaqub Nəcəfov və digərləri İddiaçı İB-nin nümayəndələridir. İş materiallarından göründüyü kimi iddiaçı iddia tələbində cavabdehin təqsirli olması barədə mötbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2128/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2128/2021
12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver