Məhkəmə qərarları › İş №2(005)-2131/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2131/2022

21.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2131/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının vəkili X3 Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “təhsil hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “təhsil hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 052 saylı əmrinin ləğv edilərək, təhsil hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata götürülərək qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişini təqdim edərək, icraatdakı 2(005)-2131/2022 nömrəli mülki işlə bağlı barışıq sazişinin təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Biz bir tərəfdən AZ1010, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh MMC, baş hüquqşünas bir tərəfdən (bundan sonra “Universitet” adlanacaq) və digər tərəfdən ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı digər tərəfdən (Ş/V AA*******, fin.kod.xxxxxxx) (bundan sonra “Tələbə” adlanacaq) (bundan sonra birlikdə “tərəflər” adlanacaq) Azərbaycan Respublikası Qanunvericiliyinə və Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq bu sazişi aşağıdakı məzmunda bağladıq:

1. “Tərəflər” öhdəsinə götürür ki, Nərimanov Rayon Məhkəməsində icraatda olan 2(005)-2131/2022 saylı iş ilə bağlı iddia və şikayətlərini geri götürür, bununla bağlı heç bir iddia qaldırmayacaq və “Universitet” və “Tələbə” arasında bağlanmış müqavilə və məhkəmə qətnamələrinə dair bu razılaşmadan kənar hər hansı hüquqlarını tələb etməyəcəklər və gələcəkdə bununla bağlı hər hansı bir tələbi (mülki və ya hər hansı bir digər məhkəmə və inzibati iddia qaydasında) olmayacaqdır. “Tələbə” “Universitet” ilə aralarında bağlanmış bu sazişdən irəli gələrək heç mübahisə predmeti yaratmayacaqlar.

2. “Universitet” öhdəsinə götürür ki; Azərbaycan Universitetinin rektorunun Humanitar fənlər fakultəsinin Politologiya ixtisası üzrə 202210 qrupunun tələbəsi İddiaçı Universitetdən xaric olunma barədə xx.xx.2022-ci il tarixli 052 nömrəli əmrini xx.xx.2022-ci il tarixdə ləğv edib. Tələbəni Universitetə öz oxuduğu kursa bərpa edəcək. Tələbənin 2021-2022-ci tədris ili 2-ci semestrində yaranan akademik borclarının onun ümumi təhsil ilinin 4 ili keçməməsi və əlavə ödəniş alınmaması şərtilə, Təhsil qanunvericiliyi çərçivəsində tələbənin “Təkrar Mənimsəmə” və “Yay məktəbləri”ində iştirak edərək mənimsəməsini və imtahanlarda iştirakını təşkil edəcək.

3. “Tələbə” öhdəsinə götürür ki; 2021-2022-ci tədris ili də daxil olmaqla bütün təhsil haqllarını ödəyəcək. Bərpa olunduğu andan “Universitet”in nizam-intizam qaydalarına riayət edəcək. Təşkil olunacaq dərslərdə intizamla və davamiyyətlə iştirak edəcək.

4. Bağlanmış hazırki saziş yalnız qarşılıqlı razılıq əsasında dəyişdirilə bilər.

5. Tərəflər hazırki sazişi icra etməkdən birtərəfli qaydada imtina etməməyə və onun şərtlərini birtərəfli qaydada dəyişdirməməyə öhdəlik götürürlər.

6. “Tərəflər” öhdəsinə götürür ki, bu sazişə uyğun olunaraq Nərimanov Rayon Məhkəməsində icraatda olan 2(005)-2131/2022 saylı iş barışıq sazişi ilə tamamlanacaq. Saziş imzalandıqdan sonra Sazişin bir nüsxəsini məhkəməyə təqdim edəcəklər.

7. Hazırki saziş “Universitet” və “Tələbə” tərəfindən imzalanmaqla üç nüsxədə tərtib olunur və imzalandığı andan qüvvəyə minir. Hər bir tərəfə bir təsdiq olunmuş nüsxə təsdiq olunur. Bu saziş imzalandığı andan “Tələbə” və “Universitet” üçün hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılmış və protokol müvafiq surətdə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “təhsil hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə tərəfər arasında 21 iyun 2022-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Biz bir tərəfdən AZ1010, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh MMC, baş hüquqşünas bir tərəfdən (bundan sonra “Universitet” adlanacaq) və digər tərəfdən ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı digər tərəfdən (Ş/V AA*******, fin.kod.xxxxxxx) (bundan sonra “Tələbə” adlanacaq) (bundan sonra birlikdə “tərəflər” adlanacaq) Azərbaycan Respublikası Qanunvericiliyinə və Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq bu sazişi aşağıdakı məzmunda bağladıq:

1. “Tərəflər” öhdəsinə götürür ki, Nərimanov Rayon Məhkəməsində icraatda olan 2(005)-2131/2022 saylı iş ilə bağlı iddia və şikayətlərini geri götürür, bununla bağlı heç bir iddia qaldırmayacaq və “Universitet” və “Tələbə” arasında bağlanmış müqavilə və məhkəmə qətnamələrinə dair bu razılaşmadan kənar hər hansı hüquqlarını tələb etməyəcəklər və gələcəkdə bununla bağlı hər hansı bir tələbi (mülki və ya hər hansı bir digər məhkəmə və inzibati iddia qaydasında) olmayacaqdır. “Tələbə” “Universitet” ilə aralarında bağlanmış bu sazişdən irəli gələrək heç mübahisə predmeti yaratmayacaqlar.

2. “Universitet” öhdəsinə götürür ki; Azərbaycan Universitetinin rektorunun Humanitar fənlər fakultəsinin Politologiya ixtisası üzrə 202210 qrupunun tələbəsi İddiaçı Universitetdən xaric olunma barədə xx.xx.2022-ci il tarixli 052 nömrəli əmrini xx.xx.2022-ci il tarixdə ləğv edib. Tələbəni Universitetə öz oxuduğu kursa bərpa edəcək. Tələbənin 2021-2022-ci tədris ili 2-ci semestrində yaranan akademik borclarının onun ümumi təhsil ilinin 4 ili keçməməsi və əlavə ödəniş alınmaması şərtilə, Təhsil qanunvericiliyi çərçivəsində tələbənin “Təkrar Mənimsəmə” və “Yay məktəbləri”ində iştirak edərək mənimsəməsini və imtahanlarda iştirakını təşkil edəcək. 3.“Tələbə” öhdəsinə götürür ki; 2021-2022-ci tədris ili də daxil olmaqla bütün təhsil haqllarını ödəyəcək. Bərpa olunduğu andan “Universitet”in nizam-intizam qaydalarına riayət edəcək. Təşkil olunacaq dərslərdə intizamla və davamiyyətlə iştirak edəcək. 4.Bağlanmış hazırki saziş yalnız qarşılıqlı razılıq əsasında dəyişdirilə bilər. 5.Tərəflər hazırki sazişi icra etməkdən birtərəfli qaydada imtina etməməyə və onun şərtlərini birtərəfli qaydada dəyişdirməməyə öhdəlik götürürlər. 6.“Tərəflər” öhdəsinə götürür ki, bu sazişə uyğun olunaraq Nərimanov Rayon Məhkəməsində icraatda olan 2(005)-2131/2022 saylı iş barışıq sazişi ilə tamamlanacaq. Saziş imzalandıqdan sonra Sazişin bir nüsxəsini məhkəməyə təqdim edəcəklər. 7.Hazırki saziş “Universitet” və “Tələbə” tərəfindən imzalanmaqla üç nüsxədə tərtib olunur və imzalandığı andan qüvvəyə minir. Hər bir tərəfə bir təsdiq olunmuş nüsxə təsdiq olunur. Bu saziş imzalandığı andan “Tələbə” və “Universitet” üçün hüquqi qüvvəyə minir. İddiaçı Cavabdeh MMC-nə qarşı “təhsil hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar