Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2133/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı “xxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Abdullayev Bəhman Zöhrab oğluna qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2018ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1 və Abdullayev Bəhman Zöhrab oğlundan 9,673.94 (doqquz min altı yüz yetmiş üç manat, doxsan dörd qəpik) manat əsas borcu, 1264.93 (bir min iki yüz altmış dörd manat, doxsan üç qəpik) manat faiz borcunun, cəmi 10,938.87 (on min doqquz yüz otuz səkkiz manat, səksən yeddi qəpik) manatın, həmçinin ərizəyə görə ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun iddiaçı “xxxxxxxxxxxxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 15 000 (on beş min) manat məbləğində kredit verilmiş və bununla bağlı «xxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh1 arasında xx xxxx 2018-ci il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx xxxx 2018-ci il tarixli, 1004479/12304 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Abdullayev Bəhman Zöhrab oğlu ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirinədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 30 aprel 2020-ci il tarixinə əsas borcu 9,673.94 (doqquz min altı yüz yetmiş üç manat, doxsan dörd qəpik) manat, faiz borcu 1264.93 (bir min iki yüz altmış dörd manat, doxsan üç qəpik) manat, cəmi 10,938.87 (on min doqquz yüz otuz səkkiz manat, səksən yeddi qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, bunlar heç bir fayda verməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin. Kredit Müqaviləsinə əsasən «xxxxxxxxxxxxxx» ASC-yə olan əsas və ona hesablanmış faiz borcu 10,938.87 (on min doqquz otuz səkkiz manat, səksən yeddi qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Həmçinin bildirilmişdir ki, bu kredit Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmür. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1 və Abdullayev Bəhman Zöhrab oğlundan əsas borca görə 9,673.94 (doqquz min altı yüz yetmiş üç manat, doxsan dörd qəpik) manat, 2218,89 (iki min iki yüz on səkkiz manat, səksən doqquz qəpik) manat faiz borcunun, cəmi 11,892.83 (on bir min səkkiz yüz doxsan iki manat, səksən üç qəpik) manatın, həmçinin ərizəyə görə ödənilmiş 30,40 (otuz manat, qırx qəpik qəpik) manat dövlət rüsumunun iddiaçı “xxxxxxxxxxxxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdirlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxxxxxxxxxxxx” ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxx” ASC Cavabdeh1 istehlak məqsədi üçün 36 ay müddətinə illik 25% ödəmək şərti ilə 15.000 (on beş min) manat məbləğində kredit verməyi, Cavabdeh1 isə kredit müqaviləsinə əsasən krediti qəbul etməyi və müqavilədə göstərilən müddətlərdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi barədə öhdəlik götürmüşdür; “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh1 xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 596,40 manat sonuncu ay xx.xx.2021-ci il 596,27 manat ödəməli idi; “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1004479/12304 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsindən Cavabdeh1 irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “xxxxxxxxxxxxxx” ASC qarşısında tam məsuliyyəti və Cavabdeh1 ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür; xx.xx.2018-ci il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, 14,850.00 manat (on dörd min səkkiz yüz əlli) məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh1 verilmişdir; “xxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2018-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “xxxxxxxxxxxxxx” ASC-yə 9673,94 məbləğində əsas, 1264,93 məbləğində faiz, cəmi 10938,87 manat məbləğində borcu var; “xxxxxxxxxxxxxx” ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehlərdən 5 gün müddətinə qeyd olunan borcun ödənilməsi tələb edilmiş, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdar edilmişdilər; xx.xx.2016-cı il tarixdə Tovuz Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1978-ci il tarixdə Tovuz şəhərində anadan olmuş Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır; xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatdadır; xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, “xxxxxxxxxxxxxx” ASC tərəfindən qaldırılmış iddia üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə 36 ay müddətinə 15.000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 həmin məbləğdə krediti Bankdan qəbul etmiş və kredit, habelə ona hesablanmış faizləri, gecikdirməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Həmçinin xx.xx.2018-ci il tarixində bağlanmış müqavilə çərçivəsində zamin Cavabdeh2 borcalan Cavabdeh1 borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla onunla eyni həcmdə Bank qarşısında birgə cavabdehlik daşımağı barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 kredit yenidən razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı “xxxxxxxxxxxxxx” ASC Cavabdeh1 xx.xx.2018-ci il tarixli, ******* saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə banka 9673,94 məbləğində əsas, 1264,93 məbləğində faiz, cəmi 10938,87 manat məbləğində borcunun yarandığını qeyd etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Abdullayev Bəhman Zöhrab oğlundan əsas borca görə 9,673.94 manat, 2218,89 manat faiz borcunun, cəmi 11,892.83 borcunun yarandığını iddia edir və həmin məbləğləri cavabdehlərdən tələb edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kredit razılaşması üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi tam təmin edilməli, Cavabdeh1 9673,94 manat məbləğində əsas borc “xxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı “xxxxxxxxxxxxxx” ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdülər. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh1 zamin kimi borcalan Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas və faiz borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxxxxxxxxxxxx” ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 9,673.94 manat əsas, 2218,89 manat faiz, cəmi 11,892.83 manat məbləğində kredit borcu və habelə 30,40 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxxxxxxxxxxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1 və Abdullayev Bəhman Zöhrab oğlundan müştərək qaydada 9,673.94 (doqquz min altı yüz yetmiş üç manat, doxsan dörd qəpik) əsas borc, 2218,89 (iki min iki yüz on səkkiz manat, səksən doqquz qəpik) faiz borcu, cəmi 11,892.83 (on bir min səkkiz yüz doxsan iki manat, səksən üç qəpik) manatın, həmçinin ərizəyə görə ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxxxxxxxxxxxx" ASC-nin xeyrinətutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2133/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2133/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver