Məhkəmə qərarları › İş №2(005)-2158/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2158/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2158/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Quliyeva Nigar Ülfət qızının katibliyi, İddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi və kredit borcu” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi və kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 11500 (on bir min beş yüz) manat, faiz borcu 5397.54 (beş min üç yüz doxsan yeddi manat əlli dörd qəpik) manat olmaqla, ümumilikdə 16.897.54 (on altı min səkkiz yüz doxsan yeddi manat əlli dörd qəpik) manat məbləğində kredit borcunun, həmçinin, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq “X3 Olmayan Kredit Təşkilatı" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2020-ci il tarixli, № 174/SM-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 33 ay müddətinə, illik 42% dərəcəsi ilə 11500 (on bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş, kredit borcunu vaxtında və lazımi qaydada ödəməmiş, nəticədə “Brand Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC-yə 19 fevral 2020-ci il tarixli, A« 174/SM-20 saylı kredit müqaviləsi üzrə əsas borc 11500(on bir min beş yüz) manat, faiz borcu 5397.54(beş min üç yüz doxsan yeddi manat əlli dörd qəpik) manat olmaqla, ümumilikdə 16897.54(on altı min səkkiz yüz doxsan yeddi manat əlli dörd qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, “Brand Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. “Brand Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2020-ci il tarixli, № 174/SM-20 saylı kredit müqaviləsinin 5.1 -ci maddəsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə hər gün illik 42 %-lə hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanun da və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, yuxarıda göstərilən.ərə və qanunvericiliyin tələblərinə əsasən hesab edirəm ki, “X3 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2020-ci il tarixli, № 174/SM-20 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc 11500(on bir min beş yüz) manat, faiz borcu 5397.54(beş min üç yüz doxsan yeddi manat əlli dörd qəpik) manat olmaqla, ümumilikdə 16897.54(on altı min səkkiz yüz doxsan yeddi manat əlli dörd qəpik) manat məbləğində kredit borcu, həmçinin, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq “X3 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməlidir. Məhkəmə iclasında iddiaçı «X3 Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək, bildirdi ki, iddiaçı "xxxx" MMC “kredit müqaviləsinin ləğvi, kredit borcunun, faizlərin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar məhkəməyə bildirir ki, iddiaçı həqiqətə uyğun olmayan uydurma və işin hallarını əks etməyən “faktları” əlində bayraq tutaraq ona qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Zəruri olan sübutların heç birini iddiada əks etməyib, halbuki onların hamısı özlərində mövcuddur. Belə ki, cavabdeh tanışının vasitəsi ilə həmin təşkilatın müdirü ilə tanış oldu və ona bildirdi ki, lombardda onun 165 qr. 750 əyarlıq və 50 qr. 585 əyarlıq qızıl-zinət əşyaları var. Bu da külli miqdarda pul təşkil edir. Cavabdehin isə həmin lombarda 9300 manat pul borcu var. Yəni, o qızılı lombarddan onlar götürsələr 30 min manata sata bilərlər və əldə olunan gəliri bölərlər. Təşkilatın müdiri cavabdehlə razılaşdı, Firudin adlı öz əməkdaşına pulu verərək ona dedi ki, get pulu özün şəxsən lombardın müdirinə ver, qızıl-zinət əşyaları girovdan çıxart və gətir cavabdehə təhvil ver. Beləliklə, cavabdeh həmin əməkdaşla lombarda gedib və həmin əməkdaş (Firudin adlı şəxs) 9300 manat lombardın müdiri Cəmilə Səfıyevaya ödəmişdir. Cəmilə ona bildirmişdir ki, qaydalara əsasən qızıl-zinət əşyalarını 2-3 gündən sonra gəlib apara bilərlər. Lakin, Cəmilə cavabdehi və kredit təşkilatının nümayəndəsini aldadaraq nə qızıllarını qaytardı, nə də həmin təşkilatın pulunu. O bu barədə məcbur olub Azərbaycan Respublikasının Prokurorluğunun Korrupsiya İdarəsinə və Nəsimi rayon Polis İdarəsinə şikayət etdim. Nəsimi rayon Pİ-nin müstəntiqi Mahmud Mirzəyev cavabdehin göstərdiyi halları təsdiq etməklə 29 mart 2020-ci ildə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Qərarda göstərmişdir ki, bu iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək tövsiyyə edilir. Eyni zamanda bildirir ki, Cəmilə Səfiyeva həmin kredit təşkilatına rəsmi izahat vermiş və izahatında göstərmişdir ki, “Cavabdeh pulu tam ödəyib və müştərinin heç bir borcu yoxdur. Belə bir halda belə bir sual ortalığa çıxır: cavabdeh o pulu götürübsə hansı səbəbə kredit təşkilatı özü öz əməkdaşı vasitəsilə Səfiyeva Cəmiləyə həmin pulu ödəyir və sonradan isə ondan izahat alır. Belə nəticəyə gəlmək olar ki, kredit təşkilatının fikrinə görə cavabdehin həm 30 min manatlıq qızılı getməlidi, həm də kredit təşkilatına borclu olmalıdır. Kredit təşkilatı guya cavabdehə pul verməkdə məqsədi qızılları girovdan götürüb pul qazanmaq idi. Bütün bu cavabdeh göstərdiyi hallan iddiaçı öz iddiasında əks etməyib. Ona görə ki, onların etdiyi hərəkətlər hamısı qanunsuzdu. Pulu kimə veriblərsə getsinlər ondan da tələb etsinlər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, “X3 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 19.02.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən illik 42% hesablanmaqla 33 aylıq müddətə şəxsi məqsədilə 11.500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 19.02.2020-ci il tarixli 174/SM-20 saylı Kredit müqaviləsinə əsasən verilmiş kreditin və faizin ödənilmə qrafikindən görünür ki, borcalan Cavabdeh 11500 manat məbləği illik 42%-lə, 33 ay müddətinə aylıq 625,27 AZN annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 18.03.2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 19 fevral 2020-ci il tarixli, 174/SM-20 nömrəli “Kredit Müqaviləsi" üzrə 18 mart 2021-ci il tarixinə kredit borcunun qalıq hissəsi əsas ödənilməli 11500.00 (on bir min beş yüz) manat, qrafik üzrə hesablanmış faiz 5397 (beş min üç yüz doxsan yeddi) manat 54 (əlli dörd) qəpik olmaqla cəmi 16897 (on altı min səkkiz yüz doxsan yeddi) manat 54 (əlli dord) qəpik təşkil edir. İş materiallarında olan 02.03.2021-ci il tarixli “X3 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, "xxxx" MMC ilə bağlanan 19 fevral 2020-ci il tarixli, 174/SM-20 saylı kredit müqaviləsi üzrə yaranmış 11500 (on bir min beş yüz) manat məbləğində borcun "xxxx" MMC-yə ödənilməsi tələb olunmuş, əks təqdirdə həmin borcun və borca hesablanmış faizlərin ondan tutulması ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4607 saylı, 04.08.2021-ci il tarixli ekspert rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.02.2020-ci il tarixli 174/SM-20 saylı kredit müqaviləsi üzrə Cavabdeh 18 mart 2021-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 16.529,50 manat məbləğində müəyyən olunur. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyindən görünür ki, cavabdehin 11.500 manat əsas borc, 5029,50 manat faiz borcu olmaqla, ümumilikdə borcu 16.529,50 manat təşkil edir və cavabdeh 19.11.2022-ci il tarixdə müddəti bitəcək müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, cavabdehdən də cəmi 16.529,50 manat məbləğ tutulmalıdır. Məhkəmə cavabdehin etirazında istinad etdiyi hallara dair qeyd edir ki, cavabdeh ona üçüncü şəxslər tərəfindən vurulmuş maddi ziyanı tələb etmək hüququndan məhrum olmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, hazırda tərəflər arasındakı müqavilə ləğv edilməmiş, etibarsız hesab edilməyib, qüvvədədir. Belə olan təqdirdə isə cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2020-ci il tarixli, 174/SM-20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 11.500 manat məbləğində əsas borc, 5029,50 manat faiz borcu, cəmi 16.529,50 manat borc və 30 manat dövlət rüsumu iddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar