Məhkəmə qərarları › İş №2(005)-2163/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2163/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2163/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı LPO “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh cəmi 2338.88 (iki min üç yüz otuz səkkiz manat səksən səkkiz qəpik) manat-bundan 585.96 (beş yüz səksən beş manat doxsan altı qəpik) manat əsas, 874.05 (səkkiz yüz yetmiş dörd manat beş qəpik) manat faiz, 673.99 (altı yüz yetmiş üç manat doxsan doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 204.88 (iki yüz dörd manat səksən səkkiz qəpik) manat borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan “xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filalı ilə Cavabdeh Elbrus oğlu arasında bağlanmış 01 №-li 27 sentyabr 2012ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə mənzilin təmiri məqsədi ilə 12 (on iki) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi İlə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 598 saylı 23.02.2017-ci il tarixli və **********790 saylı 02.11.2018-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar. Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh kredit üzrə cəmi borcu 2338.88 (iki min üç yüz otuz səkkiz manat səksən səkkiz qəpik) manat təşkil edir. Bundan 585.96 (beş yüz səksən beş manat doxsan altı qəpik) manat əsas, 874.05 (səkkiz yüz yetmiş dörd manat beş qəpik) manat faiz, 673.99 (altı yüz yetmiş üç manat doxsan doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 204.88 (iki yüz dörd manat səksən səkkiz qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; 27.09.2012-ci il tarixli 01 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən 12 (on iki) ay müddətinə, 27.09.2013-cü il tarixindən illik 30% (otuz) faiz ödəmək şərti ilə, 1000 (bir min) AZN məbləğində Cavabdeh birdəfəlik kredit verir. Bu müqavilənin 1.2-ci bəndinə əsasən borcalan banka ödəmə müddəti ötmüş kredit və ya faizlərə görə hər gecikdirilən gün üçün illik 60% hesabı ilə pul ödəyir. Müqavilənin 1.3-cü bəndinə əsasən borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürür. 01 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh cədvəl üzrə hər ay 98 (doxsan səkkiz) manat məbləğində kredit ödənişinin öhdəsinə götürmüşdür. LPO “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2012-ci il tarixli 3-1- ******************** saylı kredit müqaviləsi üzrə 1 oktyabr 2020-ci il tarixinə yaranmış borc tələbinə əsasən müqavilə üzrə əsas borc 585 (beş yüz səksən beş) manat 96 (doxsan altı) qəpik, müqavilənin müddəti 27 sentyabr 2012-ci il-27 sentyabr 2013-cü il, müqavilə müddəti üçün hesablanmış və tələb olunan fazilər, 874 (səkkiz yüz yetmiş dörd) manat 05 (beş) qəpik, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 673 (altı yüz yetmiş üç) manat 99 (doxsan doqquz) qəpik,Azərbaycan Respublikası MMnin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5% (beş faiz), düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayısı 0 (sıfır) manat 08 (səkkiz) qəpik 2561, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 204 (iki yüz dörd) manat 88 (səksən səkiz) qəpik, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 2338 (iki min üç yüz otuz səkkiz) manat 88 (səksən səkkiz) qəpik təşkil edir. Nərimanov RPİ tərəfindən verilmiş 13.09.2010-cu il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 11.11.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. Ləğv prosesində olan “xxxx” ASC tərəfindən 23.02.2017-ci il və 02.11.2018-ci il tarixlərdə borclu Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubun surətində qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə 2060 (iki min altmış) AZN məbləğində vaxtı-keçmiş borcun qıssa zamanda ödənilməsini, əks təqdirdə İddiaçı tərəfindən borcun ödənilməsi üçün Azərbaycan Respublikasının qanunverciliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir. 16.03.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Ona görə də iddia tələbi Cavabdeh münasibətdə təmin edilərək bu barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə dəbbə pulunun cavabdehlərdən tutulması ilə bağlı aşağıdakı nəticəyə gəlmişdir: İddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş 06 oktyabr 2020-ci il tarixli **********159 nömrəli məktubdan görünür ki, Cavabdeh 27 sentyabr 2012-ci il tarixli 3-1-******************** saylı müqavilə üzrə 673.99 (altı yüz yetmiş üç manat doxsan doqquz) manat cərimə borcu vardır. Məhkəmə hesab edir ki, cərimə məbləği azaldılmalı və 50 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdeh X2 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, “xxxx” ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2012-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə Cavabdeh 585,96 (beş yüz səksən beş manat, 96 qəpik) manat əsas, 874,05 (səkkiz yüz yetmiş dörd manat sıfır beş qəpik) manat faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 204.88 (iki yüz dörd manat səksən səkkiz qəpik) manat faiz, 50 (əlli manat) manat cərimə borcu olmaqla, ümumilikdə 1714,89 (min yeddi yüz on dörd manat, 89 qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı LPO “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2012-ci il tarixli 01 nömrəli kredit müqaviləsinə əsasən 585,96 (beş yüz səksən beş manat, 96 qəpik) manat əsas, 874,05 (səkkiz yüz yetmiş dörd manat 05 qəpik) manat faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 204.88 (iki yüz dörd manat səksən səkkiz qəpik) manat faiz, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1714,89 (min yeddi yüz on dörd manat səksən doqquz qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı LPO “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar