Məhkəmə qərarları › İş №2(005)-2164/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2164/2024

13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2164/2024 13.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh1 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtoqəza nəticəsində “Zil-130-76” yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş maddi zərərin əvəzi olaraq cavabdehlər “Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkətindən 1460 manat və Cavabdeh1 1530 manat məbləğində pulun və ödənilmiş 49.90 manat dövlət rüsumunun müştərək qaydada alınaraq İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı1 ona məxsus “Ziİ-130-76” yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini İddiaçı2 öz aralarında alqı-satqı edərək satmışdır. Ona əvvəl sürücülük, xx.xx.2023-cü il tarixində isə nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir. 17 may 2023-cü il tarixində Bakı- Şamaxı-Yevlax yolunun Ağdaş rayonu, Qəribli kəndi ərazisindən keçən 273-cü km-də İddiaçı2 idarə etdiyi “Zil-130-76” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Cavabdeh1 idarə etdiyi “Mercedes Benz C220D” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Cavabdeh1 təqsirli hərəkətləri nətəcəsində onun yük avtomobilinə maddi zərər dəymiş və onun barəsində Ağdaş RPŞ tərəfindən protokol tərtib edilmiş, müvafiq olaraq cərimələnmişdir. Hadisə zamanı “Mercedes Benz C220D” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi tərəfindən onun “Zil-130-76” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili tam yararsız vəziyyətə salınmış və ilkin ziyan aktına əsasən 6530 manat dəyərində maddi ziyan dəymişdir. Yük avtomobilinə dəymiş maddi ziyan “Mercedes Benz C220D” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil Dövlət Sığorta Kommersiya sığorta şirkəti tərəfindən icbari sığortalı olduğundan və aralarında bağlanılmış sığorta müqaviləsinə əsasən 5.000 manat hissəsi şirkət tərəfindən ödənilməli idi. Dəymiş maddi ziyan məbləğinin qalan hissəsi 1530 manatı isə Cavabdeh1 tərəfindən qarşılanmalı idi. Lakin sığorta şirkəti tərəfindən “Zil-130-76” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş ziyan əsassız olaraq “Bakı Ekspertiza Mərkəzi” tərəfindən ümumilikdə 3540 manat hesablanmış və İddiaçı2 ödənilmişdir. Hətta sığorta ödənişinin edilməsi üçün ondan 150 manat məbləğində ilkin ödəniş də alınmışdir. O, sığorta şirkətinə yük avtomobilinə dəymiş maddi ziyanın dəyərinin düzgün hesablanmadığını bildirərək etirazını bildirmişdir. Belə ki, avtoqəza nəticəsində “Zil-130-76” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə ilkin ziyan aktına əsasən dəymiş 6530 manat maddi ziyanın cavabdehlər tərəfindən ödənilməyən 2990 manat (1460 manat "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətindən və 1530 manat Cavabdeh1) hissəsi məcburi qaydada alınaraq onlara verilməlidir. Ona görə də qeyd olunan mübahisənin həll olunması üçün məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, Dövlət Vergi Xidmətinin informasiya sistemindən göründüyü kimi, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 69 kimi qeyd edilmişdir. Digər Cavabdeh1 daimi qeydiyyatda olduğu ünvan isə Yevlax rayonu, Nemətəbad kəndidir. Hazırki iş üzrə cavabdehlərin ünvanları Nərimanov Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir. Beləliklə o, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə uyğun olaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsində cavabdeh "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin ünvanı Bakı şəhəri, Cəlil Məmədquluzadə küçəsi, 102A, City X1raq qeyd edilsə də, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 69 ünvanıdır. Digər Cavabdeh1 rəsmi qeydə alındığı ünvan isə iddia ərizəsində də qeyd edildiyi kimi, Yevlax rayonu, Nemətabad kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.2 və 40.1-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən isə iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh1 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 40, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh1 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar