Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-217/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 «xxxx» QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli 02L000002721 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 002R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 002R143602282İS saylı, xx.xx.2016-cı il tarixli 002R143602282İSA saylı, xx.xx.2016-cı il tarixli 002R143602282İSB saylı, xx.xx.2016-cı il tarixli 002R143602282İSC saylı, xx.xx.2016-cı il tarixli 002R143602282İSD saylı, xx.xx.2017-ei il tarixli 002R143602282İSE saylı sazişlə dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 13737.39 ABŞ Dolları ödəmiş, onun 6262.61 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 730 gün üçün hesablanmış faiz borcu 5561.37 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gccikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-cıjl tarixə 730 gün üçün hesablanmış cərimə 6043.06 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlor Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 6262.61 ABŞ Dolları məbləğində kredit borcu, 5561.37 ABŞ Dolları məbləğində faiz borcu və 6043.06 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17867 (on yeddi min səkkiz yüz altmış yeddi) ABŞ Dolları 04 (dörd) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı” QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı iddia tələblərini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 002R********** saylı kredit xətti müqaviləsindən görünür ki, 18 ay- müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 002R143602282İS saylı, xx.xx.2016-cı il tarixli 002R143602282İSA saylı, xx.xx.2016-cı il tarixli 002R143602282İSB saylı, xx.xx.2016-cı il tarixli 002R143602282İSC saylı, xx.xx.2016-cı il tarixli 002R143602282İSD saylı, xx.xx.2017-ei il tarixli 002R143602282İSE saylı sazişlərdən görünür ki, müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanan zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh3 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanan müqavilələr üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2008-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanan zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanan müqavilələr üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas məbləğ üzrə 6262,61 ABŞ dolları, faiz borcu üzrə 5561,37 ABŞ dolları, cərimə borcu üzrə 6043,06 ABŞ dolları, cəmi 17867,04 ABŞ dolları təşkil edir. İş materiallarında olan məktublardan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə yaranmış borcunun ödənilməsi əks halda isə məhkəməyə müraciət ediləcəyi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarında olan kreditin verilməsi haqqında qəbzdən görünür ki, 20000 ABŞ dolları məbləğində pul bank tərəfindən Cavabdeh1 hesabına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas məbləğ üzrə 4357,03 ABŞ dolları, faiz borcu üzrə 6762 ABŞ dolları, cərimə borcu üzrə 7692,4 ABŞ dolları, cəmi 18811,43 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/4613 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 002R**********SE saylı, sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı QSC-yə maliyyə arayışının tarixinə yəni xx.xx.2020-ci il tarixə borcu 9.148,69 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 7163,28 ABŞ dolları, faiz borcu üzrə 1985,41 ABŞ dolları. Məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 xx.xx.2008-ci il tarixli 02L000002721 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Daha sonra xx.xx.2014-cü il tarixli 002R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 eyni zamanda öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə zaminlik müqavilələri imzalamışlar. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, kredit razılaşması üzrə 6262.61 ABŞ dolları məbləğində kredit borcu, 5561.37 ABŞ dolları məbləğində faiz borcu və 6043.06 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17867 (on yeddi min səkkiz yüz altmış yeddi) ABŞ dolları 04 (dörd) sent məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləsinin 739.1-ci maddəsinə görə borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kredit və zaminlik müqavilərindən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından iddia tələbi üzrə əsas borc məbləği sonuncu maliyyə arayışına uyğun olaraq 4357,03 ABŞ dolları məbləğində, faiz borcu hissəsində ekspert rəyinə uyğun olaraq 1985,41 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İstinad olunanlara əsasən məhkəmə əsas borca hesablanmış cəriməni tənasübsüz yüksən hesab edib belə qənaətə gəlir ki, cavabdehlərdən iddiaçının xeyrinə dəbbə puluna görə 300 ABŞ dolları məbləğində pul vəsaiti tutulmalı, dəbbə pulu tələbinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada cəmi 6642,44 (altı min altı yüz qırx iki dollar 44 sent) ABŞ dolları məbləğində borcun İddiaçı QSC-nin xeyrinə tutulması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4357,03 ABŞ dolları məbləğində əsas, 1985,41 ABŞ dolları faiz, 300 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 6642,44 (altı min altı yüz qırx iki dollar 44 sent) ABŞ dolları məbləğində borc (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzə manatla) və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-217/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-217/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver