Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2172/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət oğlunun katibliyi İddiaçı "İddiaçı" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “İddiaçı" ASC-nin Yasamal filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, YSNPU-2852 saylı kredit müqaviləsinə əsasən illik 22 % (iyirmi iki) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri'. xx xxxxxx 2019cu il tarixli, YSNPU-2852 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, YSNPU-2852 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli Kreditin ödəniş cədvəli əsasında, hər ayın 15-dan gec olmayaraq hər ay 259,4 (iki yüz əlli doqquz manat 40 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, YSNPU-2852 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 4424,02 (dörd min dörd yüz iyirmi dörd manat 02 qəpik) manat, faiz borcuna görə 348,22 (üç yüz qırx səkkiz manat 22 qəpik) manat, dəbbə borcuna görə 599,42 (beş yüz doxsan doqquz manat 42 qəpik) manat, borcun cəmi məbləği 5371,66 (beş min üç yüz yetmiş bir manat 66 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, YSNPU-2852 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 4424,02 (dörd min dörd yüz iyirmi dörd manat 02 qəpik) manat, faiz borcuna görə 348,22 (üç yüz. qırx səkkiz manat 22 qəpik) manat, dəbbə borcuna görə 599,42 (beş yüz doxsan doqquz manat 42 qəpik) manat, cəmi 5371,66 (beş min üç yüz yetmiş bir manat 66 qəpik) manat, cəmi 5371,66 (beş min üç yüz yetmiş bir manat 66 qəpik) manat pul tutulmalıdır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, YSNPU-2852 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 4424,02 (dörd min dörd yüz iyirmi dörd manat 02 qəpik) manat, faiz borcuna görə 348,22 (üç yüz qırx səkkiz manat 22 qəpik) manat, dobbə borcuna görə 599,42 (beş yüz doxsan doqquz manat 42 qəpik) manat, cəmi 5371,66 (beş min üç yüz yetmiş bir manat 66 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh mülki iş üzrə təyin olunmuş məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlar verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbləri qismən əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, YSNPU-2852 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 22% olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "İddiaçı " ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, YSNPU-2852 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixə olan borcu 4424,02 manat əsas və 348,22 manat faiz, 599,42 manat cərimə borcu olmaqla, cəmi 5371,66 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, bank xx.xx.2019-cu il tarixli, YSNPU-2852 saylı kredit müqaviləsinə əsasən borcalanın yaranmış borcun 3 iş günü müddətində qaytarılması, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiaalrında olan ödəniş qrafikindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 259,38 manat, son ay üçün isə 259,46 manat təşkil edir. İş materiallarına əlavə edilmiş kassa məxaric orderindən görünür ki, Cavabdeh 4924 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanmış normaları tətbiq edərkən, məhkəmə müəyyən etmişdir ki, cavabdeh xx.xx.2019-cu il tarixli, YSNPU-2852 saylı kredit müqaviləsinə əsasən öhdəliklərini yerinə yetirməmiş, kreditin qaytarılması müddəti başa çatdığı halda borcverənə 4424,02 manat əsas, 348,22 manat faiz borcu ödənilməmiş qalmışdır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən bank qarşısında cavabdehlik daşıyır, bankın isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Bununla yanaşı məhkəmə 4424,02 manat əsas borc üzrə 599,42 manat, məbləğində cərimənin hesablanmasını tənəsübsüz surətdə yüksək hesab edir və onun 100 manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək iddiaçının ödədiyi dövlət rüsumunun cavabdehlərə aid edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, YSNPU-2852 saylı kredit müqaviləsi üzrə 4424,02 manat əsas, 348,22 manat faiz və 100 manat cərimə, cəmi 4872,24 (dörd min səkkiz yüz yetmiş iki manat, iyirmi dörd qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat "İddiaçı" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2172/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2172/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver