Məhkəmə qərarları › İş №2(005)-2173/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2173/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2173/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı“ ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 134555-1-14441 saylı “Nağd pul krediti müqaviləsi” və həmin müqaviləyə xx xxxxxx 2015-ci il tarixli 134555-1-14441/1 saylı razılaşmaya əsasən xx.xx.2020-ci il tarixə Banka borclu olduğu 3.285,28 (üç min iki yüz səksən beş, iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 510.27 (beş yüz on, iyirmi yeddi) manat məbləğində faiz borcu, 260.61 (iki yüz altmış, altmış bir qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 4.056,16 (dörd min əlli altı, on altı) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq “İddiaçı“ ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı X1 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 134555-CNS-14276 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 14.000 (on dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra, Bank ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 134555-1-14441 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 13.391,33 (on üç min üç yüz doxsan bir, otuz üç) ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Cavabdeh arasında bağlanmış “xx.xx.2015ci il tarixli 134555-1 -14441 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” xx xxxxxx 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh xx.xx.2015-ci il tarixə Banka mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilmiş və o, 13.476 (on üç min dörd yüz yetmiş altı) manat məbləğində borcu illik 27 (iyirmi yeddi) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx xxxxxx 2020-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 3.285,28 (üç min iki yüz səksən beş, iyirmi səkkiz) manat məbləğində əsas borc, 510,27 (beş yüz on manat, iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu, 260,61 (iki yüz altmış, altmış bir) manat məbləğində cərimə borcu, ümumilikdə isə 4.056,16 (dörd min əlli altı, on altı) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələblərinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən G.X.Dostuvevə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2005-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı 03908509 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.2005-ci il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; xx.xx.2014-cü il tarixli 134555-CNS-14276 saylı nağd pul krediti müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 36 ay müddətinə illik 22% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 14000.00 (on dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 134555-CNS-14276 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 535,00 USD, sonuncu ay xx.xx.2017-ci il 525,28 USD ödəməli idi; xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin surətinə əsasən Cavabdeh xx.xx.2014-cü il tarixdə İddiaçı ASC-dən 13.652 (on üç min altı yüz əlli iki) USD dolları məbləğində pulu qəbul etmişdir; xx.xx.2015-ci il tarixli 134555-1-14441 saylı nağd pul krediti müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 22% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 13391.33 (on üç min üç yüz doxsan bir ABŞ dolları, otuz üç sent) ABŞ dolları məbləğində kredit verilmişdir; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 134555-1-14441 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 373,07 USD, sonuncu ay xx.xx.2020-ci il 37,14 USD ödəməli idi; “xx.xx.2015-ci il tarixli 134555-1-14441 saylı kredit müqaviləsinə” dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşmasına əsasən xx.xx.2015-ci il tarixə Banka mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 13476.00 (on üç min dörd yüz yetmiş altı) manat məbləğində müəyyən edilmiş və illik 27 (iyirmi yeddi) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə uzadılmışdır; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 134555-1-14441 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci il tarixədək (birinci ay 411,17 AZN, sonuncu ay 466,82) 60 ay müddətinə ödəməli idi; xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli, 134555-1-14441/1 saylı nağd pul kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 3285,28 manat məbləğində əsas, 510,27 manat məbləğində faiz borcu, 260,61 manat məbləğində cərimə borcu, ümumilikdə 4056,16 AZN məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli pretenziyasından görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit borcunun ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 134555-CNS-14276 nömrəli saylı nağd pul krediti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 22% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 14000.00 (on dörd min) ABŞ məbləğində kredit verilmişdir. Daha sonra, Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 134555-1-14441 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 faiz 60 ay müddətinə 13391.33 ABŞ dolları məbləğində kredit verilmişdir. ““xx.xx.2015-ci il tarixli 134555-1-14441 saylı kredit müqaviləsinə” dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşmaya əsasən Cavabdeh xx.xx.2015-ci il tarixə Banka mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 13476.00 manat məbləğində müəyyən edilmiş, illik 27 (iyirmi yeddi) faiz hesablanması şərti ilə 60 ay müddətinə uzadılmışdır. Lakin borclu şəxs Cavabdeh xx.xx.2015-ci il tarixli 134555-1-14441 saylı Nağd pul krediti müqaviləsi”nə və xx.xx.2015-ci il tarixli, 134555-1-14441/1 razılaşması üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2020-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 3.285,28manat məbləğində əsas borc, 510.27 manat məbləğində faiz borcu, 260.61 manat məbləğində cərimə borcu, cəmi 4056,16 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 3.285,28 (üç min iki yüz səksən beş, iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 510.27 (beş yüz on, iyirmi yeddi) manat məbləğində faiz borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış 260.61 (iki yüz altmış, altmış bir qəpik) manat məbləğində cərimənin ödəniməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, 260,61 manat məbləğində cərimə əsas borc məbləğinə mütənasib olmadığından dəbbə pulu 100 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan artıq olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 134555-1-14441 saylı “nağd pul krediti müqaviləsi” və həmin müqaviləyə xx xxxxxx 2015-ci il tarixli 134555-1- 14441/1 saylı razılaşmaya əsasən 3.285,28 (üç min iki yüz səksən beş, iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 510.27 (beş yüz on manat, iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə borcu, ümumilikdə 3.895,55 (üç min səkkiz yüz doxsan beş manat, əlli beş qəpik) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar