Məhkəmə qərarları › İş №2(005)-2184/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2184/2022

21.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2184/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü Məmmədxanlı Ömər Məlik oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat alimentin və Məmmədxanlı Ömər Məlik oğlunun əlavə xərcləri üçün 100 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların həmin nikahdan xx.xx.2011-ci il tarixdə Məmmədxanlı Ömər Məlik oğlu adlı bir övladları doğulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-1839/2019 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən Məmmədxanlı Ömər Məlik oğlu iddiaçının yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat məbləğində aliment ödənilməsi qət olunmuşdur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyatı əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2019-cu ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Uşaq böyüdükcə onun saxlanılması üçün çəkilməli olan xərclərin həcmi də artır. Hal-hazırda qiymətlər qalxdığından onun yeyibiçməyini, geyimini və günü-gündən artan digər tələbatlarını ödəməkdə iddiaçı maddi baxımdan əziyyət çəkir. Eyni zamandan Məmmədxanlı Ömər Məlik oğlunun sağlamlıq imkanları məhdud uşaqdır. O, eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli çox ağır (İİİ-İV) dərəcəlisensonevrol tipli eşitmə xəstəliyindən əziyyət çəkir. Qeyd olunan xəstəlik üzrə müainələr, habelə müvafiq eşitmə aparatlarının təmin edilməsi çətindir. Ona görə də Cavabdeh Məmmədxanlı Ömər Məlik oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılması üçün alimentin məbləğini artırılması zəruridir. İddiaçı tərəfindən mediasiyaya müraciət edilmiş, lakin heç bir müsbət nəticə alınmadığından məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki: İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1839/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü Məmmədxanlı Ömər Məlik oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatdan görünür ki, Məmmədxanlı Ömər Məlik oğlu sağlamlıq imkanları məhdud uşaq əsas diaqnozu H90.3 eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli çox ağır (İİİ- İV) dərəcəli sensonevral tipli eşitmə azlığı olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehin birgə nikahından xx.xx.2011-ci il tarixdə Məmmədxanlı Ömər Məlik oğlu doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1839/2019 nömrəli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Məmmədxanlı Ömər Məlik oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər 160 manat alimentin ödənilməsi qət edilmişdir. Eyni zamanda Məmmədxanlı Ömər Məlik oğlu sağlamlıq imkanları məhdud uşaq əsas diaqnozu H90.3 eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli çox ağır (İİİ-İV) dərəcəli sensonevral tipli eşitmə azlığı xəstəliyindən əziyyət çəkir. Hal-Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək aliment məbləğinin artırılaraq 193 manat və əlavə xərclərə görə aylıq 100 manat müəyyən edilməsi xahiş etmişdir. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin artırılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa məhkəmə Məmmədxanlı Ömər Məlik oğlu sağlamlıq imkanları məhdud uşaq əsas diaqnozu H90.3 eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli çox ağır (İİİ-İV) dərəcəli sensonevral tipli eşitmə azlığı xəəstəliyinin olmasına dair müvafiq sübutların nəzərə alaraq iddiaçı tərəfindən iddia tələbində göstərilmiş əlavə xərclərə görə 100 manat ödənilməsi hissəsinin qismən yəni 50 manat miqdarında təmin edilməsini məqsədəmüvafiq hesab etdi. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli xx.xx.2011-ci il təvəllüdlü Məmmədxanlı Ömər Məlik oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat və əlavə xərclərə görə aylıq 50 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Məmmədxanlı Ömər Məlik oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1839/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Məmmədxanlı Ömər Məlik oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Məmmədxanlı Ömər Məlik oğlunun əlavə xərcləri üzrə hər ay 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar