Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2185/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas X1 Xıdır qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “öhdəliyin icra edilməməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “öhdəliyin icra edilməməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli EKK-003832 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə borcu 75 manat əsas, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 1 il 9 ay üçün 7,1 manat, habelə 50 manat cərimənin, xx.xx.2020-ci il tarixli 9.902.001409 nömrəli nisyə alğı satqı müqaviləsinə görə 180 manat əsas borcun, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 1 il 9 ay üçün 17,1 manat, habelə 50 manat cərimənin, ümumilikdə 379,2 manat vəsaitin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı “Evfemiya" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli EKK-003832 nömrəli və xx.xx.2020-ci il tarixli 9.902.001409 nömrəli nisyə alğı-satqı müqavilələrinə əsasən müvafiq olaraq 199 manat və 199,60 manat deyərində məişət avadanlıqlarını əldə etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli EKK-0C3832 nömrəli müqavilə üzrə ilkin ödəniş olaraq 19 manat ödəniş etmiş, qalıq 180 manatı 12 ay müddətində hər ay 15 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə 105 manat ödənilmiş, qalıq borc isə 75 manat təşkil edir. xx.xx.2020-ci il tarixli 9.902.001409 nömrəli müqaviləyə əsasən isə o, ilkin ödəniş olaraq 19,60 manat ödəmiş, qalıq 180 manatı 6 ay müddətinə hər ay 30 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə ümumiyyətlə ödəniş edilməmiş, qalıq borc isə 180 manat təşkil edir. Borcun ödənilməsini təmin etmək məqsədilə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış, həmçinin, Cavabdeh xx.xx.2021-ci il tarixli 061 nömrəli məktubla xəbərdarlıq göndərilərək borcun 5 gün ərzində ödənilməsi xahiş olunsa da, tələb icra edilməmişdir. Qeyd olunur ki, müqavilələrin 2.3-cü bəndinə əsasən bu Müqavilənin 1.1-ci bəndində göstərilmiş məbləği bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə müəyyən edilmiş müddətdə satıcıya ödəməlidir. Müqavilələrin 4.2.3-cü bəndinə əsasən alıcı əmlakın dəyərini vaxtı-vaxtında ödəməlidir.Həmin Müqavilələrin 5.2-ci bəndinə əsasən tərəflərdən biri bu müqavilə ilə üzərinə düşən öhdəlikləri və qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Bu halda zərər vurmuş tərəf digər tərəfə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada zərərin əvəzini tam həcmdə ödəməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənələri nəzərdən keçirərək hesab edir ki iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilədən görünür ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli EKK-003832 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən satıcı malı satmağı alıcı isə cəmi 199 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd Berghoff Cov.ste 24 cm X3 və 1 ədəd Berghoff Cov.ste 20 cm X3 alıcı Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 9.902.001409 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən satıcı malı satmağı alıcı isə cəmi 199,6 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 1 nömrəli əlavədən görünür ki, 1 ədəd Mugs in the heart-X4 Kiss və 1 ədəd X2 1501 Purplegold alıcı Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 061 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən tərəflər arasında bağlanmış müqavilələr üzrə ödənilməmiş qalıq borcu 5 gün ərzində ödənilməsi bildirirlmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısına dair iki müqavilə bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə iddiaçı tərəfindən götürülmüş öhdəliklər yerinə yetirilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə ona satılmış malların dəyərini tam olaraq ödəməmişdir. İddiaçı bu səbəbdən qalıq borcun ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq iddia tələbi üzrə qeyd olunmuş əsas, faiz və cərimə borcu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, yuxarıda göstərilən hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli xx.xx.2019-cu il tarixli EKK-003832 saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə borcu 75 manat əsas, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 1 il 9 ay üçün 7,1 manat, habelə 50 manat cərimənin, xx.xx.2020-ci il tarixli 9.902.001409 nömrəli nisyə alğı satqı müqaviləsinə görə 180 manat əsas borcun, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 1 il 9 ay üçün 17,1 manat, habelə 50 manat cərimənin, ümumilikdə 379,2 manat vəsaitin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli EKK-003832 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə borcu 75 manat əsas, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 1 il 9 ay üçün 7,1 manat, habelə 50 manat cərimənin, xx.xx.2020-ci il tarixli 9.902.001409 nömrəli nisyə alğı satqı müqaviləsinə görə 180 manat əsas borcun, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 1 il 9 ay üçün 17,1 manat, habelə 50 manat cərimənin, ümumilikdə 379,2 manat vəsaitin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2185/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2185/2022
20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver