Məhkəmə qərarları › İş №2(005)-2189/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2189/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2189/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və Əkbərova X3 müştərək qaydada “İddiaçı’- ASC-nin xeyrinə 25 oktyabr 2019-cü il tarixli kredit müqaviləsi üzrə 4166.68 manat əsas borc, 1037.67 manat faiz borcu olmaqla ümumilikdə cəmi 5204.35 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 oktyabr 2019-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 25 oktyabr 2019-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 25 oktyabr 2019-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09 mart 2021-dək Cavabdeh1 cğlu nun banka 25 oktyabr 2019-cü il tarixli kredit müqaviləsi üzrə 4166.68 manat əsas borc, 1037.67 manat faiz borcu olmaqla ümumilikdə cəmi 5204.35 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 25.10.2019cu il tarixli 11-MZ-2-0-2626-1 saylı kredit müqaviləsinə əsasən borcluya 5000 manat məbləğində 24 ay müddətinə, 30 % illik faiz dərəcəsi ilə kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 25.10.2019-cu il tarixli 11-MZ-2-0-2626-1 saylı kredit müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, Cavabdeh1 25.11.2019- 25.10.2021-ci il tarixləri üçün ümumilikdə 6302.08 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 25.10.2019-cu il tarixli 11-MZ-2-0-2626-1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə öhdəlik daşıyır. İş materiallarında olan 01.05.2020-ci il tarixli 11-MZ-2-0-2626-1 saylı kredit müqaviləsinə əlavə saziş 1-dən görünür ki, Cavabdeh1 ilə bank 25.10.2019-cu il tarixli 11- MZ-2-0-2626-1 saylı kredit müqaviləsinə bu dəyişiklikləri etmişlər ; Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25( iyirmi beş ) % təşkil edir, müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 (uç ) ay təşkil edir, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənlməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu Sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir, müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş İllik faiz dərəcəsi 72( yetmiş iki ) % təşkil edir. İş materiallarında olan 01.05.2020-ci il tarixli 11-MZ-2-0-2626-1 saylı zaminlik müqaviləsinə əlavə saziş 1-dən görünür ki, Cavabdeh2 ilə bank 11-MZ-2-0-2626-1 saylı zaminlik müqaviləsinə bu dəyişiklikləri etmişlər; Müqavilə üzrə kreditin müddəti 25.01.2022 tarixədək uzadılır, kreditin illik faiz dərəcəsi 25( iyirmi beş ) % təşkil edir,k redit üzrə əsas borc məbləğinin ödənilməsi üçun güzəşt müddəti 3 (üç ) ay təşkil edir, kredit müqaviləsi üzrə kreditin qaytarılması gecıkdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72( yetmiş iki) % təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin 01.05.2020-ci il tarixli 11-MZ-2-0-2626-19 saylı kredit müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, Cavabdeh1 25.01.2020- 25.01.2021-ci il tarixlər ərzində ümumlikdə 5381.44 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, bank 25.10.2019-cu il tarixli 11-MZ-2-0-2626-1 saylı kredit müqaviləsinə əsasən borcalanın yaranmış borcun 5 gün müddətində qaytarılmalı, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 02.06.2020-ci il tarixli, maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1un 15 25.10.2019-cu il tarixli 11-MZ-2-0-2626-1 saylı kredit müqaviləsinə əsasən əsasən İddiaçı ASC-yə 4166,68 manat əsas, 1037,67 manat faiz borcu, 0 manat dəbbə pulu borcu vardır. İş materiallarında olan məxaric qəbzindən görünür ki, 3229 manat məbləğində pul Cavabdeh1 bank tərəfindən verilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, 1737 manat məbləğində pul Cavabdeh1 hesabıına bank tərəfindən köçürülmüşdür. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh1 5000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25 oktyabr 2019-cü il tarixli kredit müqaviləsi üzrə 4166.68 manat əsas borc, 1037.67 manat faiz borcu olmaqla ümumilikdə cəmi 5204.35 manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Digər tərəfdən kredit müqaviləsinin müddəti 25.01.2022 tarixədək qüvvədə olduğundan və iddiaçı müqavilənin ləğvini tələb etdiyindən bu hissədə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış 25 oktyabr 2019-cü il tarixli kredit müqaviləsinin ləğv edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4166.68 manat əsas borc, 1037.67 manat faiz borcu olmaqla ümumilikdə cəmi 5204.35( beş min iki yüz dörd, otuz beş) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar