Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2189/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı Əhmədova (Gülüşova) Fidan Vidadi qızı nümayəndəsi X1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Əhmədova (Gülüşova) Fidan Vidadi qızının Cavabdeh Abuləli oğluna qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Əhmədova (Gülüşova) Fidan Vidadi qızı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 25 fevral 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əhmədova (Gülüşova) Fidan Vidadi qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov rayon məhkəməsinin 13 fevral 2014-cü il tarixli 2(005)-534/2014 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış və Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində 25 yanvar 2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 56 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Həmin qətnamə ilə birgə nikahdan doğulmuş 25 fevral 2013-cü il təvəllüdlü X10 onun yanında saxlanılmış və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 09 dekabr 2013-cü il tarixdən başlayaraq Cavabdeh iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh fərdi fəaliyyətlə, yəni şəxsi avtobusu ilə sərnişin daşımaqla məşğul olaraq hər ay kifayət qədər pul qazanır. Cavabdeh qızının saxlanılması üçün alimenti vaxtlı-vaxtında vermir. Artıq qızının 9 yaşı vardır. Qızı böyüdükcə onun saxlama xərcləri də artır. Ona görə də, cavabdehdən alimentin tutulması Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddində, yəni 193 manat müəyyən edilməlidir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat məbləğində pulun və 50 manat dövlət rüsumunun əvəzinin Cavabdeh Abuləli oğlundan tutulub ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Əhmədova (Gülüşova) Fidan Vidadi qızı nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək, iddia tələbinə dair yazılı ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçı Əhmədova (Gülüşova) Fidan Vidadi qızının göstərilən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Birincisi, ona görə ki, Cavabdeh Abuləli oğlu X8 ilə 07 aprel 2022-ci il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində rəsmi nikah münasibətlərinə girmişdir. Onların qeyri rəsmi nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X18 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı iki uşaqları anadan olmuşdur. Onların buna qədər atalığı müəyyən edilmiş və buna dair onlara müvafiq şəhadətnamə verilmişdir. Onlar hal-hazırda Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 48a, mənzil 12-də yaşayırlar. Bundan başqa xx.xx.2016-cı il təvəllüdlü X12 Şirvan şəhərində yerləşən məktəb-liseyin hq sinfində oxuyur. Bundan başqa iş üzrə Cavabdeh Abuləli oğluna verilmiş arayışdan görünür ki, Cavabdeh Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 48 A, mənzil 12-də qeydiyyatda olmaqla, himayəsində arvadı və 2 azyaşlı uşaqları vardır. Bundan başqa Cavabdeh xx.xx.2020-ci il tarixdə Şirvan rayon X17 axtaran kimi qeydiyyatdadır. Həmin arayış xx.xx.2023-cü ilə kimi qeydiyyatdadır. İkincisi, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 13 fevral 2014-cü il tarixli, 2(005)-534/2014 saylı qətnaməsi ilə Cavabdeh ilə X13 arasında Nərimanov rayon Qeydiyyat şöbəsində bağlanmış 25 yanvar 2011-ci il tarixli, 56 nömrəli akt qeydi pozulmuş, həmin qətnamə ilə onların birgə nikahlarından 25 fevral 2013-cü il təvəllüdlü X10 anasının yanında saxlanılmış və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 dekabr 2013-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq X7 verilməsi qət edilmişdir. Hal-hazırda iş üzrə iddiaçı Əhmədova (Gülüşova) Fidan Vidadi qızı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək, bildirmişdir ki, Cavabdeh fərdi fəaliyyətlə, yəni şəxsi avtobusu ilə sərnişin daşımaqla məşğul olaraq, hər ay kifayət qədər pul qazanır. Uşağın alimentini isə vaxtı vaxtından vermədiyini, qızın 9 yaşı olduğunu bildirmişdir. İş üzrə iddiaçının öz iddia ərizəsində qeyd etdiyindən görünür ki, qət edilən və hazırda icra edilməkdə olan aliment borcunu iş üzrə Cavabdeh ödəyə bilmir. Onun üzərinə xeyli borc yığılmışdır. Budan başqa iddia ərizəsinə və iş materiallarına iş üzrə iddiaçı tərəfindən cavabdehin gəlirinin yaxşı olması, şəxsi avtobus olması, onunla işləyərək yaxşı qazanc əldə etdiyini bildirsə də buna dair heç bir sübut təqdim etməmişdir. Əksinə olaraq iş üzrə cavabdeh iddia tələbinə etiraz təqdim edərək, ikinci dəfə olaraq rəsmi nikah münasibətində olduğunu, ona qədər isə qeyri rəsmi nikahından 2 azyaşlı uşağının olması və onlara atalıq verdiyini, Rəsulun məktəbli olması, yaşayış, qeydiyyat və ailə tərkibi haqqında arayışı və ən əsası isə iş axtaran kimi rəsmi qeydiyyatda olduğu barədə müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə cavabdeh isə etirazının əsası kimi istinad etdiyi halları məhkəməyə yazılı formadan sübut kimi təqdim etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 192740 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X13 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 134 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Salmanova soyadı verilmişdir; Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 920697 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.2013cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası – Cavabdeh Abuləli oğlu, anası – İddiaçıdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-534/2014 saylı, 13 fevral 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 Cavabdeh qarşı “nikahın pozulması, aliment tələbi və uşaq 3 yaşına çatanadək ananın saxlanılması üçün aliment tutulması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, X13 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində 25 yanvar 2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 56 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 25 fevral 2013-cü il təvəllüdlü X10 anası X5 yanında qalması, 25 fevral 2013-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 dekabr 2013-cü il tarixdən başlayaraq Cavabdeh X5 xeyrinə hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulması, 25 fevral 2013-cü il təvəllüdlü X3 3 (üç) yaşı tamam olanadək 09 dekabr 2013-cü il tarixdən başlayaraq Cavabdeh X5 xeyrinə hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir; xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Əhmədova (Gülüşova) Fidan Vidadi qızı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X6 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafıəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı Əhmədova (Gülüşova) Fidan Vidadi qızı ilə Cavabdeh Abuləli oğlunun birgə nikahından 25 fevral 2013-cü il təvəllüdlü X10 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşağın iddiaçının (anasının) yanında qalması müəyyən edilmiş, 25 fevral 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat aliment hesablanaraq iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə tutulan aliment məbləğin yaşayış minimumundan az olduğunu, buna görə də alimentin dəyişdirilərək, hər ay sabit məbləğdə 193 manat müəyyən edilməsini tələb edir. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən aylıq gəlirinin 150 manat məbləğdə alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, cavabdehin hər ay 193 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə 154 manat tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 193 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-534/2014 saylı, 13 fevral 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, 25 fevral 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Abuləli oğlundan hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Əhmədova (Gülüşova) Fidan Vidadi qızına verilməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment üzrə (illik 2316 manat) ödənilməli olan dövlət rüsumu 43.16 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-534/2014 saylı, 13 fevral 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 25 fevral 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Abuləli oğlundan hər aya görə 193 (bir yüz doxsan üç) manat məbləğində aliment tutularaq Əhmədova (Gülüşova) Fidan Vidadi qızına verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Cavabdeh Abuləli oğlundan 50,00 (əlli) manat məbləğində mediasiya xərci alınaraq Əhmədova (Gülüşova) Fidan Vidadi qızına verilsin. Cavabdeh 43.16 (qırx üç manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2189/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2189/2022
31.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver