Məhkəmə qərarları › İş №2(005)-219/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-219/2022

27.05.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-219/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürən şəxs X13 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı pul tələbinə dair, müstəqil tələb irəli sürən şəxs X6 cavabdeh İddiaçı qarşı əmlak və pul tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2ı mənzil ilə bağlı ödənilmiş pay haqqının üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ünvan 1 ünvan ünvan 2ı mənzil) təmirinə çəkilmiş 51802,63 manat cavabdeh Quluzadə (İsmayılova) Gülnarə Bünyamin qızından tutularaq ona ödənilməsi və cavabdehler Cavabdeh və X5 40000 manatın müştərək qaydada ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı iddia qaldıraraq mübahisəli mənzillə bağlı ödənilmiş pay üzərində mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə baxışında məlum olmuşdur ki, X13 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində iddia ərizəsi verərək, onun mübahisəli mənzildən çıxarılması, mənzilə köçürmə və əldən çıxmış gəlirin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsası kimi, mübahisəli mənzilin mülkiyyətçisi olmasını və bununla bağlı xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış aldığını qeyd etmiş və həmin çıxarışın surətini iddia ərizəsinə əlavə etmişdir. X6 mübahisəli mənzilə dair çıxarış alması ona xx.xx.2021-ci il tarixli məhkəmə baxışında məlum olmuş və bundan sonra iddia tələbinə dəqiqləşdirmə verir. Ailəsi dörd nəfərdən ibarətdir: atası - X17, anası - Cavabdeh, bacısı - X13 və özü. ünvan 2ı mənzil ilə bağlı Cavabdeh ilə “X31” ASC arasında xx.xx.2008-ci il tarixli mənzil alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin mənzil anası Cavabdeh məhkəmədə qaldırdığı iddia tələbi əsasında 2008-ci ildə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası yolu ilə verilmişdir. Onun və ailə üzvlərinin birgə qazancı hesabına mənzillə bağlı pay haqqı tam şəkildə ödənilmişdir. Mənzilin müqavilədə göstərilən dəyəri 88200 manat qiymətləndirilmişdir. Müqavilənin bağlanmasında əsas məqsəd mənzilin gələcəkdə rəsmiləşdirilməsi məqsədi daşıyıb. Bir müddət sonra ailədə valideyinlər onun və digər bacısının mənzillə bağlı ehtiyacını ödəmək məqsədi ilə qərara alınmışdır ki, mübahisəli mənzil ona verilsin. Ona verilən mənzil tam təmirsiz olub. Digər bacısı Gülnarəyə isə Bakı şəhəri, Azadlıq prospekti 116-da yerləşən faktiki 4 otaqlı mənzil verilmişdir. Sonradan 2014-cü ildə o ailə qurmuş və rəsmi nikaha girməmişdən təxminən 8 ay əvvəl həyat yoldaşı ilə birlikdə həmin mənzili təmir etdirməyə başlamışlar. Mənzilin təmir xərcləri ümumi 51.802.63 manat təşkil etmişdir. Hətta şəxsən mənzillə bağlı yığılıb qalmış kommunal borcları ödəmişdir. 2014-cü ilin avqust ayının 8-də mənzil tam təmir edilmiş və toy mərasimindən birbaşa həmin mənzilə gəlmişdir. Mənzil atası tərəfindən uzun illər əvvəl pay haqqı ödənilmiş mənzilin əvəzinə verilmişdir. Sonradan həmin mənzil əvəzləşmə kimi anasına verilmişdir. Atanın ödədiyi pay haqqı ilə illər əvvəl başlanılmış məhkəmə işi olub və məhkəmə qərarının icrası zamanı bu mənzil ailəyə təklif edilib. Ailə üzvləri hətta bildiriblər ki, mənzilə görə ödənilmiş pay haqqı hazırkı vaxtda 30-40 min manat həcmindədir, gələcəkdə vəsaitin olsa ailəmizin rahat yaşaması üçün yeni mənzil alsaq həmin miqdarda köməklik göstərərsən. Bir müddət sonra valideynlərinin də razılığı ilə 2015-ci ildə bacısı cavabdeh X4 rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi 123B ünvanında bağ evi almaq qərarına gəlmişdir. Bağ evinin alışı Accessbank QSC-nin daxili ipoteka üsulu ilə həyata keçirilmişdir. İlkin ödəniş üçün tələb olunan məbləğ 40000 manat təşkil edirdi. Valideynləri və bacısı alınacaq bağ evi üçün ilkin ödənişin ödənilməsi üçün onun həmin bankda (AccessBank) olan şəxsi hesabında olan 46055 manat xx.xx.2015-ci ildə çıxarmış və elə həmin gün cavabdeh Quluzadə Gülnarənin adına ünvan 3 ünvanında bağ evi alınacaq bağ evinin ilkin ödənişi üçün sərf etmişdir. Həmin pul vəsaiti özünün şəxsi pulu olmuş və həyat yoldaşı ilə birlikdə uzun illərdir ki, qənaət edərək toplamışdır. Valideynlərinin məsləhəti ilə həmin pul vəsaiti bacının adına alınmış bağ evinin ilkin ödənişinə sərf edilmişdir. Hətta mübahisəli mənzil ona verildiyi üçün valideynləri tərəfindən hər hansı cehiz verilməmişdir. Tərəfindən mübahisəli mənzilin pay haqqı tam şəkildə ailəsinə ödənilərək həmin pay haqqı üzərində mülkiyyət hüququ əldə edib. Valideynləri ona bacısına köməklik etməsini və tezliklə mübahisəli mənzilin iddiaçının adına keçirilməsi üçün əllərindən gələni edəcəklərini, özlərinin də bağ evində bacısı ilə birlikdə yaşayacaqlarını bildirmişdir. Sonradan xx.xx.2015-ci il tarixdə anası ona etibarnamə vermiş, mənzilin yerləşdiyi bina istismara qəbul edilmədiyi üçün hər hansı rəsmiləşdirmənin aparılması mümkün olmamışdır. Mənzilə görə bacısının bağ evinə ödədiyi 40000 manatdan əlavə təmirinə cəmi 51802,63 manat pul xərcləmişdir. Son zamanlar valideynləri və bacısı maddi durumlarını əsas gətirərək mənzilin satılacağı və mənzildən çıxmasını bildiriblər. Bunun qarşısını almaq və öz hüquqlarını müdafiə etmək üçün məhkəmədə iddia qaldırmış və məlum olmuşdur ki, cavabdeh Quluzadə Gülnarənin adına çıxarış da alınmışdır. Mübahisəli mənzilə çəkilmiş təmir xərcləri və onun mənzilə görə cavabdeh Quluzadə Gülnarənin adına alınan bağ evinin ilkin ödənişi kimi ödədiyi 40000 manat məhkəmə qaydasında ona ödənilməlidir. 51802,63 manat dəyərində apardığı təmir işləri cavabdehlərin mülkiyyətinə keçmişdir. Nəticədə cavabdeh Quluzadə Gülnarə hər hansı xərc çəkmədiyi halda çıxarış aldığı evi təmir edilərək əsassız varlanmışdır. Müstəqil tələb irəli sürən şəxs X13 məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək etiraz ərizəsində bildirmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı qeyd etmişdir ki, mübahisəli mənzilin X6 mülkiyyətində olmasının məhkəmə iclasında bilmişdir. Bununla bağlı X13 qeyd etmək istəyir ki, iddiaçı mənzilə dair kommunal xərclər və digər ödənişlər etdiyini iddia edir. Lakin, ödənişlərini etdiyi mənzilin kimin mülkiyyətində olduğunu bilmir. Əgər həqiqətən də bu ödənişlər iddiaçı tərəfindən edilmiş olsaydı mənzilin kimin mülkiyyətində olması ona məlum olardı. 2015-ci ildə öz hesabından çıxardığı 46.055 manatı X8 və anasına məxsus bağ evinin ilkin ödənişi üçün sərf etdiyini qeyd etsə də lakin ərizənin xahiş etdi hissəsində 40.000 manatı tələb edir. Məbləğlər arasında uyğunsuzluqlar iddiaçının fərziyyələrlə əsaslandığının bariz nümunələrindən biridir. xx.xx.2015-ci il tarixdə X13 "xxxx" QSC arasında 013F**********01 saylı alqısatqı və ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən X13 bağ evinə görə 23498 ABŞ dollarını ilkin olaraq ödəməlidir. İddiaçı isə buna görə 40000 manat verdiyini iddia edir. İddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki. xx.xx.2015-ci il tarixində hesabına əmanət/köçürmə ilə 16055 manat və 30000 manat pul köçürülmüşdür və köçürülmələrin təyinatı bəlli deyildir. İddiaçıya məxsus 46.055 manat pul məbləği X6 tərəfindən banka ödənilən ilkin ödənişdən 2 dəfə çoxdur. İddiaçı bankdan çıxardığı pulu öz şəxsi məqsədləri üçün istifadə edib və hal-hazırda X13 və anasından tələb etməklə əsassız varlanmaq istəyir. Belə ki, xx.xx.2015-ci il tarixdə anası Cavabdeh və "xxxx" QSC arasında ipoteka müqaviləsi imzalanmışdır. xx.xx.2015-ci il tarixdə X13 ilə bank arasında alqı-satqı və ipoteka müqaviləsi imzalanmışdır. "xxxx" QSC-dən 52.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 13 mart 2015-ci il tarixdə bankla Cavabdeh, İddiaçı, X11, X24 arasında zaminlik müqaviləsi bağlanmışdır. Girov qoyduqları evə görə verilən pul və digər məbləğlər bağ evi üçün ödənişləri etmələrinə imkan verirdi. Bu qədər rəsmiləşdirmələr olmağına baxmayaraq necə ola bilər ki, iddiaçı pulun verilməsi ilə bağlı hər hansı yazılı razılıq əldə etməsin. X3 və anasına verilməsini təsdiq edən hər hansı yazılı əqd, müqavilə, etiraf və s. yoxdur. "xxxx" QSC-nin xx.xx.2016-cı il tarixli məktubu ilə Bakı şəhəri, Azadlıq prospekti, 116 saylı evin , 126 saylı mənzilinin ipoteka yüklülüyündən azad olunması xahiş olunmuşdur. Kredit məbləği bir il müddətində tam ödənilmişdir. Bu halın özü də göstərir ki, bizim kifayət qədər ödəniş qabiliyyətləri var, Raminədən əlavə pul götürməyə ehtiyacları olmamışdır. İddia ərizəsində həyat yoldaşı ilə uzun illər yığdığı pulu X8 və anasına verdiyini qeyd etməyinə dair bildirir ki, onlar 2014-ci ildə ailə qurublar. Bağ evi isə 2015-ci ilin mart ayında alınmışdır. Uzun illər ifadəsi yəqin ki, bir ili əhatə etmir. X13 və anası tərəfindən iddiaçıya verilən etibarnamə ilə bağlı bildirir ki, X13 və anası ‘‘İnkişaf’ Sosial və X15 Birliyinin təsisçiləridir. Həmin dövrdə X6 himayəsində azyaşlı övladı olduğuna, anasının və özünün səhhətində problemlər olduğuna görə iddiaçıya etibarnamə vermişlər ki, o, həmin etibarnamə ilə birliyin sənədləşmə işləri ilə yəni hər iki ildən bir sədrin təyin olunmasi ilə bağlı işləri görsün. xx.xx.2017-ci il tarixdə isə həmin etibarnamənin ləğv edilməsi ilə bağlı ərizə verərək həmin etibarnaməni ləğv eləmişlər. Anası Gülarə xanımın mübahisəli mənzili Raminəyə və ya digər şəxsə vermək niyyəti olsaydı bununla bağlı etibarnamədə konkret mənzilin ünvanı ilə bağlı göstəriş olardı və ya mübahisəli mənzilə dair onlar arasında bağışlama müqaviləsi olardı. Mənzilin Raminəyə verilməsi üçün mülkiyyətçi olmamağına baxmayaraq nəyə görə X13 bacısına etibarnamə versin və ya anası bu müddəti etibarnamə verməklə uzatsın. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bağışlama müqaviləsi ilə anası mübahisəli mənzili iddiaçıya bağışlaya bilərdi və ya azından həmin müddətdə iddiaçı həmin mənzil ilə bağlı hər hansısa əməliyat edərdi. Lakin iddiaçı etibarnamənin səlahiyyətli müddətində heç bir tədbir görməmişdir və ümumiyyətlə mənzil ona bağışlanmamışdır. İddianın digər hissəsini təşkil edən mübahisəli mənzilə görə çəkilən təmir xərclərinə dair bildirir ki, onlar anasına məxsus mənzilə müvəqqəti köçməsinin məqsədi əri X21 məxsusu mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 25, 38 saylı mənzili təmir etmək məqsədi ilə müvəqqəti olaraq köçmüşlər. Keçən məhkəmə iclasında ifadə verən şahid X14 evi təmir edən ustalarla iddiaçı ilə onu həyat yoldaşının tanış etdiyini qeyd etməyinə baxmayaraq şahid mənzilin hansı blokda yerləşdiyini heç belə bilmirdi. İddiaçı, iddiaçının həyat yoldaşı və şahid bir yerdə Gilan Holding TOOBM yəni Gilanın təmir tikinti şöbəsində işləyiblər bunu cavabdehlərin vəkilinin sual cavablarından sonra müəyyən etmək mümkün olmuşdur. Şahidin onların xeyrinə, onun yanında dükanda beh pulun verilməsini ilə bağlı ifadə verməyi cəfəngiyyat olmasına baxmayaraq iddiaçının şahidi olması və onların xeyrinə danışmağı ağlabatandır. Həmçinin şahid ilkin olaraq onları evli olduğunu bildirsə də həmin müddətdə onlar evli olmamışdırlar. Şahid iddiaçı və həyat yoldaşı haqqında dəqiq məlumat verə bilməmişdir. Şahid iddiaçı ilə eyni məktəbdə oxuduğunu bildirməyi ilə bağlı qeyd edir ki, 1961-ci il təvəllüdlü biri necə ola bilər ki, 1982-ci il təvəllüdlü bir ilə eyni məktəbdən tanısın biri birini. Daha sonra bilindi ki, ümumiyyətcə iddiaçının əri Timurun dostudur. Şahid qeyri-dəqiq ifadələrlə məhkəməni yanıltmağa və inandırmağa çalışmışdır. İddiaçının təqdim etdiyi qaimələrin mənşəyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, qaimə ciddi hesabat blankı olmalıdır. Lakin, iddiaçı təqdim etdiyi qaimələrdə imza, möhr və mallar barədə, onların çatdırılma ünvanları barədə məlumat yoxdur. İddiaçı və həyat yoldaşı “Gilan Holding TOOBM”də təmir-tikinti şöbəsində bir yerdə işləyiblər. Hər ikisini məlum olan səbəblərdən işdən azad ediblər! Onlar bu qaimələri işlədikləri şirkətdən rahatlıqla götürüblər. Belə ki, təqdim etdikləri qaimələrdə şirkətin möhürü olduğu üçün bu onun bais nümunəsidir. Qaimələrin hansı məqsədlə tərtib olunduğunu müəyyən etmək məqsədilə Gilan Holding şirkətinə vəkil sorğusu veriləcəkdir. Mübahisəli mənzilin cehiz kimi verilməyi ilə bağlı isə bildirir ki, mübahisəli mənzilin dəyəri cehiz üçün kifayət qədər çoxdur. İddiaçıya valideynləri tərəfindən hamıya verildiyi kimi cehiz verilib. İddiaçının X8 və anasına pul verəcək qədər imkanı var idisə nəyə görə özünə cehiz simasında ev almırdı? Eyni zamanda bildirir ki, həyat yoldaşının iki ünvanda mülkiyyəti var. Başqa evləri olmağına baxmayaraq nəyə görə onlara məxsus olmayan mənzili təmir edirdilər. Onlardan anasının evini təmir etməklərini kimsə xahiş etməmişdir və bu barədə heç bir sübut belə məhkəmə təqdim etməmişdir. Ona görə ki, ona müvəqqəti yaşamaq və əri Timurun evini həmin müddətdə təmir etmək üçün yaşayış üçün yararlı vəziyyətdə mənzili təqdim etmişlər. Yaşadığı müddətdə evə hər hansı kosmetik işlərin görülməsini X8 və anasına deməmişdir. Əlavə olaraq qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizası keçirildikdən sonra iddiaçı evdən özünə məxsus əşyalarını götürüb köçüb getmişdir. Hesab edir ki, o müəyyən müddət ərzində mənzildə yaşamaqla özünün və ailəsinin guya burda yaşamasını sübut etməklə əsassız varlanmaq istəyir. Timura məxsus evi təmir eləmək məqsədi ilə müvəqqəti olaraq həmin mənzildə yaşamaqlarına icazə verilmişdir. Lakin, iddiaçı bundan suistifadə etmişdir. Həmin mənzildən uzun müddət istifadə etməsi belə təmirin korlanmasına səbəb belə olmuşdur. Əslində cavabdehlər ondan təmirin xarab olmasına və kirayədə qalma pulunun tələb olunması tam əsaslı iddiadır. Yuxarıda sadaladıqlarımdaıı bir daha görsənir ki. iddia ərizəsində yazılanalar cəfəngiyyatdan ibarətdir. Bütünlüklə iddia ərizəsində göstərilənlər əsassızdır və hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır, müstəqil tələb irəli sürən üçüncü şəxs qarşılıqlı iddia əsaslı olduğu üçün təmin olunmalıdır. Müstəqil tələb irəli sürən şəxs X13 cavabdeh İddiaçı qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh qismində anası Cavabdeh qarşı mənzil ilə bağlı pay üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinin rədd olunması və İddiaçı ailə üzvləri və şəxsi əmlakları ilə birlikdə mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə Ə.Əliyev küçəsi 8 saylı evin, 256 saylı mənzilindən (indiki Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 12, M7, m4 mənzildən) məcburi qaydada çıxarılması və onun həmin mənzilə köçürülməsi, habelə əldən çıxmış gəlirinin əvəzi olaraq 6000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən şəxs X13 iddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil X6 xüsusi mülkiyyəti sayılır və bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********63-05301-093275 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarış verilmiş, habelə həmin çıxarışa əsasən mübahisəli mənzilə yeni Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 12, M7, m4 ünvanı verilmişdir. Halhazırda X13 həmin mənzildə pasport qeydiyyatındadır və ondan başqa həmin mənzildə heç kim qeydiyyatda yoxdur. Həmçinin, mübahisəli mənzil əvvəllər mənzil tikinti müqaviləsi əsasında X6 anası Cavabdeh məxsus olsa da, sonradan anasının müvafiq müraciəti əsasında mübahisəli mənzil onun adına rəsmiləşdirilmişdir və hazırda onun xüsusi mülkiyyəti sayılır. Mülki iş üzrə iddiaçının iddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun deyil və mahiyyətinə görə boş mülahizələrdən başqa bir şey deyildir. Belə ki, iddiaçı ailə qurduğu ərəfədə onun həyat yoldaşı X24 və onun qohumları onlara məxsus ünvan 4 ünvanında yerləşən ümumi binanın çox yaxın zamanlarda sökülərək yerində yeni bina inşa edləcəyini və həmin müddətdə hazırda mübahisələndirilən mənzildə müvəqqəti yaşamaq istədiklərini və bu barədə xahiş etdiklərinə görə anasının razılığı ilə müvəqqəti olaraq mülki iş üzrə iddiaçı ailə qurduqdan sonra həyat yoldaşı ilə birlikdə müvəqqəti yaşamaq üçün Bakı şəhəri ünvan 5 ünvanı ünvan 6zilinə 2014-cü ilin təxminən avqust ayında köçmüşlər. Sonradan mülki iş üzrə iddiaçı həyat yoldaşı X21 məxsus ünvan 4 ünvanında yerləşən bina sökülməmiş və onlar həmin vaxtdan indiyədək hazırda X6 xüsusi mülkiyyətimdə olan mübahisəli mənzildə yaşamışlar. X13 və onun anası Cavabdeh tərəfindən dəfələrlə mübahisəli mənzili təhvil vermələrini mülki iş üzrə iddiaçı və onun həyat yoldaşı X16 tələb olunsa da, onlar müəyyən bəhanələr gətirərək mənzili boşaltmamışlar, habelə X6 və anasının onları məhkəməyə verəcəklrindən narahatçılıq keçirərək mülki iş üzrə iddiaçı onları qablayaraq X6 anasını məhkəməyə vermişdir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş müvafiq vəkil soğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən alınmış **********94 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda ilkin iddia tələbi üzrə İddiaçı əri (həyat yoldaşı) X18 adına Bakı şəhəri Nərimanov rayonu Kaveroçkin küçəsi 25 saylı evin 38 saylı mənzili və JN-13988D KOD 00306016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Bakı şəhəri Şüvəlan Bağ massivində 51a/2858a saylı bağ sahəsində 0,12 ha torpaq sahəsi qeydiyyatdan keçir. X7 olan dəqiq məlumata əsasən mülki iş üzrə İddiaçı əri (həyat yoldaşı) X21 məxsus Bakı şəhəri Nərimanov rayonu Kaveroçkin küçəsi 25 saylı evin 38 saylı mənzilini aylıq kirayə pulu 350 manat olmaqla kirayəyə vermişdir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş "xxxx" SİTK-sı tərəfindən verilmiş müvafiq maliyyə arayışlarından da görünür ki, həmin arayışlar əvvəlcə anası iş üzrə Cavabdeh, sonradan isə X6 adına verilmiş, habelə həmin arayışlarda mübahisəli mənzilə görə borc məbləğinin olmadığı qeyd edilmişdir. Mübahisəli mənzil məhkəmə qərarı əsasında anası Cavabdeh verilib və mahiyyətinə görə həmin mənzilə görə pul çoxdan yəni X13 və ilkin iddia tələbi üzrə bacısı X9 az yaşlı uşaq olarkən ödənilmişdir. Belə ki, mənzil tikinti koperativi ilə Cavabdeh arasında bağlanmış tikinti müqaviləsinə əsasən indiki Atatürk prospektində yeni tikiləcək binada mənzil verilməli idi, lakin, sonradan həmin mənzil tikinti koperativi müqavilə üzrə öz öhdəliklərini icra etmədiyinə görə Cavabdeh ilə həmin MTK arasında uzun sürən məhkəmə çəkişmələri nəticəsində 2008-ci ildə anama başqa yəni indiki mübahisələndirilən mənzil təhvil verilmişdir. 2020-ci ilin sentyabr ayının 23-də isə Cavabdeh həmin mənzili X6 adına rəsimləşdirmişdir. Hesab edir ki, mübahisəli mənzil ilə mülki iş üzrə iddiaçının heç bir hüquqi bağlantısı və subyektiv hüququ yoxdur. İddia ərizəsinə iddiaçı tərəfindən mübahisəli mənzildə pay hüququnun yaranmasını və ya payçı olmasını, habelə mənzilin alınmasında onun tərəfindən hər hansı məbləğdə vəsaitin xərcləndiyini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Həmçinin, iddia tələbi üzrə iddiaçının guya mübahisəli mənzilin təmirinə təxminən 51802,63 manat məbləğində pulun xərcləndiyi barədə iddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun deyil və boş mülahizələrdən başqa bir şey deyildir. Mübahisəli mənzil X6 valideyinlərinin pul vəsaiti hesabına qismən təmin edilmiş və iddiaçı həmin mənzilə köçən zaman yaşamaq üçün yararlı olmuşdur. Bununla yanaşı mülki iş üzrə iddiaçının guya X8 ev almaq üçün 40000 manat məbləğində ilkin ödəniş üçün pul verməsi tam əsassız və boş mülahizələrdən başqa bir şey deyildir. Belə ki, X13 həmin bağ evinə görə 40000 manat deyil, 23498,81 ABŞ dolları məbləğində pulu (24647,90 manat azərbaycan manatına ekvivalenti ilə) ilkin ödəniş etmiş və hal hazırda həmin bağ evinə görə kredit ödəyir. Hesab edir ki, mülki iş üzrə iddiaçı mübahisəli mənzili həmin mənzilə X6 hüquqlarım qeydiyyata alındığı vaxtdan hazıradək dövr üzrə ötən dövrdə X8 təhvil vermədiyinə görə təxminən 6000-7000 manat məbləğində gəliri əldən çıxmış və nəticə etibarı ilə iddiaçı əssasız olaraq varlanmışdır. Belə ki, əgər mülkiyyətində olan mənzil X8 vaxtında qaytarılmış olsaydı X13 həmin mənzili ən azında ayı 500-600 manat olmaqla kirayə verib təxminən 6000-7000 manat gəlir qazanmış olardı. İddiaçıya dəfələrlə X6 mülkiyyət hüquqlarına əməl etməsini tələb etsə də, müsbət nəticə verməmiş və iddiaçın bu kimi qanunsuz hərəkətləri səbəbindən əsəb və iztirab keçirdiyindən X8 əlavə olaraq 10000 manat məbləğində mənəvi ziyan vurulmuşdur. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil2 ayrı-ayrılıqda ifadə verərək, həmin mənzildən iddiaçının ailəsi və şəxsi əşyaları ilə birlikdə çıxdığını bildirdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən şəxs X13 və onun nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında ayrı-ayrılıqda ifadə verərək, mübahisəli mənzildə artıq heç kimin yaşamadığını və həmin mənzilə köçmək üçün heç bir maneənin qalmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia və müstəqil tələb irəli sürən şəxs X6 iddiaları rədd edilməlidir. Məhkəmə iclasında şahid X19 öz ifadəsində bildirdi ki, İddiaçı özü mənzili təmir etmək məqsədi ilə usta tapmağı X10 xahiş etmiş, lakin sonra həmin ustalarla razılaşmamışdır. İş materiallarında olan; xx.xx.2008-ci il tarixli mənzilin alqı-satqı müqaviləsindən müəyyən olunur ki, "xxxx" ASC ünvan 2ı mənzili Cavabdeh satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, 1937 məhəllə, Ə.Əliyev küçəsi, bina 8-də yerləşən 292 saylı mənzil (yeni qaydalarla AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 12, M7, m4) X6 tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Pro Bono” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, X18 adına Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 25, 38 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, X18 adına ünvan 8 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair JN-13988D KOD 00306016 nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1937 məhəllə, Ə.Əliyev küçəsi, bina 8-də yerləşən 4 saylı mənzildə aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 27469.5 manat məbləğində müəyyən olunur. Məhkəmə iddiaçının iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı iddia ərizəsində mübahisəli mənzilə dair çəkdiyini iddia etdiyi təmir xərclərinin əvəzini tələb etsə də, iddiaçının təqdim etdiyi qaimələrin mənşəyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçı təqdim etdiyi qaimələrdə imza, möhr və mallar barədə, onların çatdırılma ünvanları barədə məlumat yoxdur. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı qeyd etmişdir ki, mübahisəli mənzilin X6 mülkiyyətində olmasının məhkəmə iclasında bilmişdir. Lakin, iddiaçı mənzilə dair kommunal xərclər və digər ödənişlər etdiyini iddia edir. Lakin, ödənişlərini etdiyi mənzilin kimin mülkiyyətində olduğunu bilmir ki, bu halı da məhkəmə inandırıcı hesab etmir. İddiaçının ilkin ödəniş üçün cavabdehə etdiyi yardım barəsində məhkəmə qeyd edir ki, iddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixində hesabına əmanət/köçürmə ilə 16055 manat və 30000 manat pul köçürülmüş, lakin, köçürülmələrin təyinatı bəlli deyildir. İddiaçının əri ilə birlikdə mənzilin alınması məqsədi ilə pul yığmaları və anası tərəfindən ona mənzilə mülkiyyət hüququ əldə etmək üçün etibarnamə verməsi ilə bağlı iddiasına münasibətdə məhkəmə qeyd edir ki, tərəflər 2014-ci ildə evləniblər. Bağ evi isə 2015-ci ilin mart ayında alınmışdır. İddiaçının əri ilə birlikdə uzun illər mübahilə mənzilin alınması üçün pul yığmaları da buna dair sübut təqdim edilmədiyindən məhkəmə üçün inandırıcı deyil. Eyni zamanda iddiaçıya anası tərəfindən verilmiş etibarnamə iki il ərzində qüvvədə olmuş, lakin iddiaçı mənzili üz adına keçirməmişdir. əgər tərəfin anasının niyyəti mənzilin bağışlanması olsaydı, bu zaman mənzili bağışlama müqaviləsi əsasında iddiaçıya verə bilərdi ki, bunu nə etibarnəmə veriləndən sonrakı iki il ərzində, nə də daha sonralar etməmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə müstəqil tələb irəli sürən şəxs X13 tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi ilə bağlı qeyd edir ki, tərəflərin son məhkəmə iclasında verdikləri ifadələrdən aydın olur ki, İddiaçı ailəsi və şəxsi əşyaları ilə birlikdə artıq mübahisəli mənzildən çıxmışdır və orda yaşamır. X1 sərbəst və maneəsiz şəkildə mülkiyyətində olan həmin mənzilə köçə və yaşaya bilər. X13 öz iddia ərizəsində məhz İddiaçı ailəsi və şəxsi əşyaları ilə birlikdə mənzildən çıxarılmasını və özünün həmin mənzilə köçürülməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən şəxs X13 tərəfindən edilən iddia tələbləri artıq öz aktuallığını itirmişdir və hal-hazırda bu məsələ üzrə tərəflər arasında heç bir mübahisə mövcud deyildir. Müstəqil tələb irəli sürən şəxs X12ən digər tələbi əldən çıxmış fayda 6000 manatın iddiaçıdan onun xeyrinə tutulmasıdır, lakin bu tələblə bağlı da hər hansı sübut təqdim edilmədiyindən məhkəmə onun təmin edilməsini mümküm hesab etmir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Müstəqil tələb irəli sürən şəxs X6 cavabdeh İddiaçı qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu müstəqil tələb irəli sürən şəxsə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar