Məhkəmə qərarları › İş №2(005)-2194/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2194/2022

03.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2194/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutulan alimentin məbləğinin dəyişdirilərək və artırılaraq tərəflərin birgə nikahdan olan övladları xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X1 üçün hər uşağa 500 manat olmaqla cəmi 1000 manat məbləğində pulun hər ay Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının keçmiş həyat yoldaşı öz faktiki iş yerini, əmək haqqını, əlavə gəlirlərini və yaşadığı yeri uşaqlarından və eləcə də məhkəmədən gizlədir. Bununla da iddiaçı qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 104-cü maddəsini kobud şəkildə pozur. Cavabdeh qeyrirəsmi işləyərək öz vəzifəsini (iş, yaşayış yeri haqqında məlumat vermək) icra etməkdən yayınır. Bu səbəbdən də iddiaçı hesab edir ki, bir də məhkəmə istintaqı yolu ilə bunların aşkar edilməsinə uzun müddət tələb olunacağından, iddiaçı iki uşağının saxlanılmasına görə Azərbaycan dövləti tərəfindən hər ay bir uşaq üçün 2022-ci il üzrə müəyyən etdiyi 193 manat məbləğə qədər alimentin müvəqqəti olaraq artırılmasını Nərimanov Rayon Məhkəməsindən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə əmri ilə iddiaçının müraciəti qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas hüququ təsbit olunmuşdur. İddiaçı qeyd edir ki, artıq 3 aydır ki, ərzaqların, kommunal xərclərin qiymətlərinin kəskin qalxması uşaqların maddi tələbatlarını Azərbaycan Respublikası Ailə Məcəlləsi 78-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq maksimal dərəcədə ödənilməsinə imkan vermir. İddiaçı hesab edir ki, Cavabdeh öz qeyrirəsmi gəlirini uşaqlarının tələbatlarına deyil, pis tərəfə israf edir. İddiaçı, məhkəmədən cavabdehin qeyri-rəsmi əmək haqqını, əlavə gəlirlərini, ona məxsus daşınmaz əmlakın Abşeron rayonu İcra və X5 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Məşğulluq idarəsinin vasitəsi ilə aşkar olunsun və Azərbaycan Respublikası Ailə Məcəlləsi 78-ci maddəsi 2-ci bəndi ilə uşaqlarının hüquqları təmin olunması ilə hər bir uşağı üçün alimentin məbləği artırılaraq 500 (beş yüz) manat, ümumilikdə 1000 (min) manat alimentin artırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbi ilə eyniməzmunlu izahat verərək, iddiasının əsaslı olduğunu, bu səbəbdən də təmin edilməsini, lakin mülki işin baxılmasından ötrü başqa hakimə verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında hazırda onun təqaüdündən aliment tutulduğunu, aliment ödənilməsindən yayınmadığını, bu səbəbdən də iddia tələbi ilə bağlı məsələnin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X7 doğulmuş, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, 21 aprel 2006-cı il təvəllüdlü X6və xx.xx.2004-cü il təvəllüdlü X7 anasının yanında qalır və onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli , 2(005)-1048/2022 saylı əmrindən görünür ki, 21 yanvar 2022-ci ildən başlayaraq, xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay həy uşağa tutulan alimetin məbləği dəyişdirilərək, 193 manat, ümumilikdə 386 manat müəyyən edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli , 2(005)-1048/2022 saylı qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1048/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə əmrində borclunun qeydiyyat ünvanı qrafasında “ABŞERON RAYONU, XİRDALAN ŞƏHƏRİ, QUŞÇULUQ MASSİVİ” sözləri əvəzinə “ABŞERON RAYONU, XİRDALAN ŞƏHƏRİ, QUŞÇULUQ MASSİVİ, 7-Cİ KÜÇƏ, EV 112” kimi, əmrin nəticə hissəsində düzəliş edilərək «21 yanvar 2022» sözləri və rəqəmləri əvəzinə “10 yanvar 2022” kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırda tələb olunan aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, onların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını, habelə cavabdehin etiraz etməməsini, iddiaçının xəstəliyi ilə əlaqədar ağır maddi vəziyyətini nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 21 aprel 2004-cü il təvəllüdlü X6 və xx.xx.2004-cüil təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 200 manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli , 2(005)-1048/2022 saylı əmri (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli , 2(005)- 1048/2022 saylı qərardadı nəzərə alınmaqla) ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar