Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-22/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı kredit borcunun silinməsi və pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit borcunun silinməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh KB ASC-nin ondan tələb etdiyi 1675 manat 29 qəpik borc məbləğinin silinməsinə, xx.xx.2017-ci il tarixdə "X8” KB ASC-nin Şirvan şəhər filialında aparılmış sənədləşdirmə zamanı İddiaçı tərəfindən ödənilmiş 127 manat 13 qəpik, həmin sənədləşdirmə zamanı adına almadığı pul kimi rəsmiləşdirilmiş 1947 manat 46 qəpik kredit məbləği üzrə İddiaçı tərəfindən ödənilmiş 1050 manat, ona ayrılmış 600 manat kompensasiya məbləğindən qeyri-qanuni yolla tutulmuş 206 manat pul vəsaitinin Cavabdeh KB ASC-dən tutularaq geri qaytarılmasına, həmçinin 20 manat pul vəsaitinin də dövlət rüsumu kimi Cavabdeh KB ASC-dən tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh KB ASC-dən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1000 USD kredit götürmüş, bir müddət kreditin əsas hissəsini vaxtında ödəsə də sonradan devalivasiya ilə əlaqədar olaraq Cavabdeh KB ASC-yə olan kredit borcunu köhnə məzənnə ilə ödəmiş və bank da bura narazılıq etməyə başlamışdır. xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi üzrə tərtib edilmiş cədvəldə ödəniş qrafiki sona çatmış və xx.xx.2017-ci il tarixdə Cavabdeh KB ASC-nin nümayəndələri İddiaçı Cavabdeh-nun Şirvan şəhərində yerləşən filialına dəvət etmiş və ona təklif etmişlər ki, gecikdirilmiş günlərə görə 127.13 manat ödənərsə krediti dolların cari məzənnəsi ilə manata çevirmək olar. Bu variant İddiaçı maddi baxımdan çətin olsa da ABŞ dollarının gündən-günə bahalaşmasından və borcun daha da böyüyücəyindən ehtiyyat edib borc tapıb 127 manat 13 qəpik məbləği ödəmişdir. Şirvan şəhərində yerləşən filialının əməkdaşları həmin vaxt 800 ABŞ dollarının həmin dövr üçün olan məzənnəsinə uyğun olmadan artıqlaması ilə 1947.46 manata çevrilib İddiaçı yeni kredit cədvəli tərtib etdilər və İddiaçı həmin kredit məbləğini sonuncu ödəniş 2019-cu ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanı qüvvəyə minən günə qədər cəmi 987 manat olmaqla ödəmişdir. Azərbaycan Respublikası Prezidenlinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanından sonra İddiaçı kompensasiya cədvəlinə əsasən öyrəndi ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən “X8" KB ASC-dən aldığı 1000 USD kreditə əsasən ona 600 manat kompensasiya məbləği hesablanıb və ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilən hissədə heç bir banka, həmçinin "X8” KB ASC-yə borcunun olmadığı sistemdə öz əksini tapıb. Bundan sonra İddiaçı kompensasiya məbləğini almaq üçün uzun müddət gözləməyinə baxmayaraq onu banka dəvət etmədiklərindən dəfələrlə ASC-nin qaynar xəttinə müraciət etdikdən sonra onu X8-nun Şirvan şəhərində yerləşən filialına dəvət etdilər və sistemə baxdıqdan sonra əvvəlcə ona kompensasiya ayrılmadığını sonradan sistemdən çıxarışı təqdim etdikdən sonra onun ASC-yə borcunun olduğunu və kompensasiya məbləğinin həmin borcun silinməsinə yönləndiriləcəyini bildirdilər. İddiaçı bank tərəfindən aldadıldığını başa düşmüş və bir neçə dəfə yuxarı instansiyalara o cümlədən ASC-nin baş idarəsinə müraciət etdikdən sonra İddiaçı yenidən Şirvan şəhərində yerləşən filialına dəvət etdilər. Şirvan şəhərində yerləşən filialın əməkdaşları onun etirazlarına baxmayaraq qeyri-qanuni yolla onun adına ayrılmış 600 manat kompensasiyanın 206 manatını guya sistemdə olan borca silib qalan məbləği onun adına ayrılmış və ona bankda təqdim edilən karta köçürtmüşlər. “X8" KB ASC Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanından irəli gələn tələblərə (fiziki şəxslərin əmək haqqı və digər gəlirlərindən bankların xeyrinə aparılan tutulmalarının mövcud borc məbləğlər dəqiqləsdirilənədək dayandırılması) məhəl qoymadan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh KB ASC-dən aldığı 1000 USD kreditə əsasən hesablanmış 600 manat kompensasiya məbləğindən 206 manatı qeyri-qanuni yolla qəsdən sistemdə borc olmadığı halda tutmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanından sonra problemli kreditlərin kompensasiyası cədvəlinə əsasən İddiaçı cəmi bir bank - Cavabdeh KB ASC-də 1000 USD krediti olması, həmin kredit üzrə ona 600 manat kompensasiya məbləğnin ayrılması, sistemdə Cavabdeh KB ASC-yə və ya başqa digər banka kreditimin olmaması səbəbindən həmin kompensasiya məbləğindən heç bir tutulma olmadığı və sonda sərəncamda qalan hissənin 600 manat olması aydın şəkildə öz əksini tapmışdır. Həmçinin İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən “X8" KB ASC-dən aldığı 1000 USD kreditdən xx.xx.2015-ci il tarixdən kredit cədvəlinin son bitmə tarixinə qədər hər ay köhnə məzənnə ilə olsa da 73 manatdan ödəmişdir. Cavabdeh KB ASC bu müddət ərzində tərəfimdən ödənilmiş 950 manata yaxın pul vəsaitini aldığı 1000 USD məbləğdən çıxmadan xx.xx.2017-ci il tarixdə İddiaçı faiz borcları üçün 127.13 manat əlavə pul ödətdirib 800 USD pulu o vaxt üçün maksimum məzənnə olan 1.72 rəqəmi ilə deyil, 2 dəfədən artıq rəqəmə vurmaqla ümumilikdə 1947 manat 46 qəpik kredit məbləğini İddiaçı adına rəsmiləşdirmişdir ki, həmin məbləğin də xx.xx.2017ci il tarixdən xx.xx.2019-cu il tarixədək 21 ay müddətində hər ay minimum 50 manat, cəmi 1050 manatı olmaqla sonuncu ödəniş 2019-cu ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanı qüvvəyə minən günə qədər ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanından sonra kompensasiya cədvəlində onun barəsində Cavabdeh KB ASC-nin daxil etdiyi informasiyadan, bankın özünün İddiaçı borcunun olmamasını sistemə daxil etməsi, sonradan İddiaçı kompensasiya məbləğindən pul tutması, daha sonra götürmədiyi pul məbləğini əsassız olaraq İddiaçı tələb etməsi bankın onualdatdığını bildirməyinə tam əsas verir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 izahat verərək bildirdi ki, İddiaçı banka heç bir borcu olmadığı olda, bankın iddiaçı ilə restrukturizasiya adı altında kredit müqaviləsi bağlayaraq, mövcud olmayan kredit məbləğinin ödənilməsini tələb etmişdir. Halbuki Azərbaycan Respublikası Prezidenlinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı nəinki borcu olmamış, həmçinin ona 600 manat kompensasiya da verilməli idi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, iş materiallarında olan sənədlər idddçının banka borcu olduğunu təsdiq etməyə kifayət edir, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2015-ci il tarixli, CP/80602/54/26 nömrəli kredit sazişinə əsasən Cavabdeh ASC 18 ay müddətinə, illik faiz 27,60% olmaqla, 1000 ABŞ dolları kredit verməyi, İddiaçı isə öz növbəsində müqavilə üzrə müəyyənləşdirilmiş qaydada və müddətlərdə kredit borcunu banka ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli 4003 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı 1000 ABŞ dolları pulu Cavabdeh ASC-dən götürmüş və bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2017-ci il tarixli, US/19974/59/26 nömrəli kredit sazişinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixli, CP/80602/54/26 nömrəli kredit sazişi üzrə kreditləri restrukturizasiya olunaraq, İddiaçı illik faiz 15% olmaqla, 60 ay müddətinə 1947,46 manat borc verilmişdir. Tərəflər təsdiqləmişər ki, İddiaçı xx.xx.2015-ci il tarixli, CP/80602/54/26 nömrəli kredit sazişi üzrə 18,82 ABŞ dolları (müqavilə imzalanan tarixə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə 32.03 manat) hesablanmış, lakin ödənilməmiş cərimələri qalmaqdadır. xx.xx.2017-ci il tarixli, US/19974/59/26 nömrəli kredit sazişinə 1 saylı əlavəyə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 46.33 manat, sonuncu ay isə 47,39 manat pul məbləğini Cavabdeh ASC-yə ödəməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8743 nömrəli ekspert rəyindən məlum olur ki, xx.xx.2015-ci il tarixli, CP/80602/54/26 nömrəli kredit müqaviləsinin şərtləi nəzərə alınmaqla xx.xx.2019cu il tarixə İddiaçı Cavabdeh ASC-yə olan əsas kredit borcu 1353,03 manat, faiz borcu 12,97 manat olmaqla, cəmi 1366 manat borcu vardır. Hazırki ekspertiza zamanı borc məbləği xx.xx.2019-cu il tarixə hesablandığından təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək aparılmış 1361,7 manat məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmadı. "xxxx" MMC tərəfindən sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş çıxarışdan məlum olur ki, İddiaçı xx.xx.2015-ci il tarixli müqavilə üzrə götürdüyü 1000 USD kredit borcu bağlanmışdır, “tam ödənilmiş” statusundadır, sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə ocra edilib. xx.xx.2017-ci il tarixdə verilmiş 1947.46 manat məbləğində kredit borcundan isə 557.10 manat qalıq kredit borcu ödənilməmişdir. Sonuncu ödəniş məbləği 47,39 olmaqla xx.xx.2022-ci il tarixdə edilmişdir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Hacıqabul Rayon Notariat Kontorunun xx.xx.2021-ci il tarixli, 64 nömrəli icra qeydinə əsasən borclu İddiaçı 1675.29 manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pul Cavabdeh ASC-nin xeyrinə tutulmalıdır. Bu səbəbdən də Hacıqabul Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlanılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmiş işin halları ondan ibarətdir ki, iddiaçı X4 Cavabdeh KB ASC ilə 17 noyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlamış və 1000 ABŞ dolları məbləğində vəsait əldə etmişdir.25 may 2017-ci il tarixdə isə eyni tərəflər arasında restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 60 ay ərzində 1947 manat 60 qəpik pul vəsaitini illik 15 faiz ilə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı qüvvəyə minənə qədər 987 manat məbləğində pul iddiaçı tərəfindən banka ödənmişdir. Adıçəkilən Fərmandan sonra iddiaçı ona xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 600 manat kompensasiyanın hesablandığını, həmçinin banka borcu olmadığı barədə məlumat əldə edib. Hazırda məhkəməyə müraciət edərək Cavabdeh KB ASC-nin ondan tələb etdiyi 1675 manat 29 qəpik borc məbləğinin silinməsinə, xx.xx.2017-ci il tarixdə "X8” KB ASC-nin Şirvan şəhər filialında aparılmış sənədləşdirmə zamanı İddiaçı tərəfindən ödənilmiş 127 manat 13 qəpik, həmin sənədləşdirmə zamanı adına almadığı pul kimi rəsmiləşdirilmiş 1947 manat 46 qəpik kredit məbləği üzrə İddiaçı tərəfindən ödənilmiş 1050 manat, ona ayrılmış 600 manat kompensasiya məbləğindən qeyri-qanuni yolla tutulmuş 206 manat pul vəsaitinin Cavabdeh KB ASC-dən tutularaq geri qaytarılmasına, həmçinin 20 manat pul vəsaitinin də dövlət rüsumu kimi Cavabdeh KB ASC-dən tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 422.1-ci maddəsinnə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, iddia ərizəsində göstərilən dəlillər ondan ibarətdir ki, iddiaçının banka borcu olmadığı halda, onun xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri bank tərəfindən əsassız olaraq 25 may 2017-ci il tarixdə restrukturizasiya edilib, üstəlik Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ödənilməli olan kompensasiya da iddiaçıya ödənilməyib. İddiaçı göstərdiyi dəlilləri “Problemli kreditlərin kompensasiyası” ilə əlaqədar internet resursda yerləşdirilmiş çıxarışda İddiaçı qalıq borcunun olmamasının göstərilməsinə istinad edir. Ancaq mülki işin materialları, o cümlədən "xxxx" MMC-nin məhkəmə sorğusuna 30 noyabr 2022-ci il tarixli cavab məktubu və Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçının 25 may 2017-ci il tarixli US/19974/59/26 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 28 fevral 2019-cu il tarixə İddiaçı Cavabdeh ASC-nə olan borcu 1366 manat məbləğində müəyyən edilir. Yəni iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər mülki işin materialları ilə öz təsdiqini tapmır. Buna görə də iddia əsassızdır və rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, İddiaçının müqaviləyi bağladığı vaxt ümid etdiyi gəlirlərin əldə edə bilmədiyi şəraitin əhəmiyyətli dərəcə dəyişməsi hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan və iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit borcunun silinməsi və pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-22/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-22/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver