Məhkəmə qərarları › İş №2(005)-2200/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2200/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2200/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “Unibank” X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz və cərimə borcunun, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Unibank” X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz və cərimə borcunun, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı “Unibank” X1 Səhmdar Cəmiyyətinin xeyrinə 2.760,55 (iki min yeddi yüz altmış dollar əlli beş sent) ABŞ dolları məbləğində əsas, 3.347,45 (üç min üç yüz qırx yeddi dollar qırx beş sent) ABŞ dolları məbləğində faiz, 182,86 (bir yüz səksən iki dollar səksən altı sent) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 6.290,86 (altı min iki yüz doxsan dollar səksən altı sent) ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Unibank” X1 Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “Unibank” X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 794nkNAR/15 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 60 (altmış) ay müddətinə illik 24% ödəmək şərtilə 8.500 (səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli 794nkNAR/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə xx xxx 2020-ci il tarixinə “Unibank” X1 Səhmdar Cəmiyyətinə 2.760,55 (iki min yeddi yüz altmış dollar əlli beş sent) ABŞ dolları məbləğində əsas, 3.347,45 (üç min üç yüz qırx yeddi dollar qırx beş sent) ABŞ dolları məbləğində faiz, 182,86 (bir yüz səksən iki dollar səksən altı sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 6.290,86 (altı min iki yüz doxsan dollar səksən altı sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “Unibank” X1 Səhmdar Cəmiyyəti öz tələbinin məlikəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı “Unibank” X1 Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı “Unibank” X1 Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdehnun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Unibank” X1 Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 794nkNAR/15 nömrəli kredit və bank hesabı müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 60 (altmış) ay müddətinə illik 24% ödəmək şərtilə 8.500 (səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür (1.1-ci maddə); “Unibank” X1 Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 794nkNAR/15 nömrəli kredit və bank hesabı müqaviləsinin 1 nömrəli əlavəsi olan ödəniş cədvəlinin məzmunundan görünür ki, müvafiq müqavilə üzrə Cavabdeh “Unibank” X1 Səhmdar Cəmiyyətinə 60 (altmış) ay müddətində hər ay 245 (iki yüz qırx beş) ABŞ dolları (sonuncu ay 206,36 (iki yüz altı dollar otuz altı sent) ABŞ dolları) məbləğində aylıq ödəniş etməyi öz üzərinə götürmüşdür; xx xxx 2020-ci il tarixli UB-BANK/PİKMD/898052 nömrəli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, 794nkNAR/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə xx xxx 2020-ci il tarixinə iddiaçı “Unibank” X1 Səhmdar Cəmiyyətinə 2.760,55 (iki min yeddi yüz altmış dollar əlli beş sent) ABŞ dolları məbləğində əsas, 3.347,45 (üç min üç yüz qırx yeddi dollar qırx beş sent) ABŞ dolları məbləğində faiz, 182,86 (bir yüz səksən iki dollar səksən altı sent) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 6.290,86 (altı min iki yüz doxsan dollar səksən altı sent) ABŞ dolları məbləğində borcu yaranmışdır; “Unibank” X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli sazişin məzmunundan görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 794nkNAR/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə 7.336 (yeddi min üç yüz otuz altı) ABŞ dolları məbləğində əsas və 28,55 (iyirmi səkkiz dollar əlli beş sent) ABŞ dolları məbləğində faiz qalıq borcu üzrə aylıq ödənişlərin əsas borcun (ssuda borcu) ödənilməsinə yönəldilməsi, faizlərin isə müddətin qurtardığı vaxtda alınması, kredit müqaviləsinin müddətinin xx xxxxxx 2021-ci il tarixədək müəyyən olunması barədə tərəflər arasında razılıq əldə edilmişdir; “Unibank” X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 794nkNAR/15 nömrəli kredit və bank hesabı müqaviləsinin 2 nömrəli əlavəsi olan ödəniş cədvəlinin məzmunundan görünür ki, “Unibank” X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli saziş üzrə Cavabdeh “Unibank” X1 Səhmdar Cəmiyyətinə 65 (altmış beş) ay müddətində hər ay 114 (bir yüz on dörd) ABŞ dolları məbləğində əsas borcun, sonuncu ay isə 40,77 (qırx dollar yetmiş yeddi sent) ABŞ dolları məbləğində əsas borcun və 4.004,10 (dörd min dörd dollar on sent) ABŞ dolları məbləğində faiz borcunun ödənilməsi barədə öhdəlik götürmüşdür; “Unibank” X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx xxxx 2020-ci il tarixli UB-BANK/PİKMD nömrəli bildirişin məzmunundan görünür ki, “Unibank” X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 794nkNAR/15 nömrəli kredit müqaviləsinə əsasən borclu şəxsin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün onun banka xx xxxx 2020-ci il tarixinə 2.760,55 (iki min yeddi yüz altmış dollar əlli beş sent) ABŞ dolları məbləğində əsas, 3.346,19 (üç min üç yüz qırx altı dollar on doqquz sent) ABŞ dolları məbləğində faiz, 136,15 (bir yüz otuz altı dollar on beş sent) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 6.142,89 (altı min bir yüz qırx iki dollar səksən doqquz sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. Borclu şəxs kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən, banka olan bütün borc məbləğini tam olaraq 3 (üç) iş günü müddətində ödəməklə tərəflər arasında bağlanmış kredit müqaviləsini 3 (üç) iş günü müddətində ləğv etməyi ona təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 9/3703 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, xx xxxxxx 2015-ci il tarixli, 794nkNAR/15 nömrəli kredit və bank hesabı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx xxxxxx 2020-ci il tarixinə “Unibank” X1 Səhmdar Cəmiyyətinə olan borcu 5.730,34 (beş min yeddi yüz otuz dollar otuz dörd sent) ABŞ dolları (əsas borc üzrə 2.757,79 (iki min yeddi yüz əlli yeddi dollar yetmiş doqquz sent) ABŞ dolları və faiz borcu üzrə 2.972,55 (iki min doqquz yüz yetmiş iki dollar əlli beş sent) ABŞ dolları) məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manat təşkil etmişdir; xx xxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı “Unibank” X1 Səhmdar Cəmiyyəti tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə xx xxxxxx 2015-ci il tarixli, 794nkNAR/15 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 9/3703 nömrəli ekspert rəyi əsas götürülməli, 2.757,79 (iki min yeddi yüz əlli yeddi dollar yetmiş doqquz sent) ABŞ dolları məbləğində əsas və 2.972,55 (iki min doqquz yüz yetmiş iki dollar əlli beş sent) ABŞ dolları) məbləğində faiz borcu olmaqla, cəmi 5.730,34 (beş min yeddi yüz otuz dollar otuz dörd sent) ABŞ dolları məbləğində borc Cavabdeh tutularaq iddiaçı “Unibank” X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə iddianın əsas borca hesablanmış 182,86 (bir yüz səksən iki dollar səksən altı sent) ABŞ dolları məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından 30 (otuz) ABŞ dolları məbləğində cərimə borcu Cavabdeh tutularaq iddiaçı “Unibank” X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, “Unibank” X1 Səhmdar Cəmiyyətinin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2.757,79 (iki min yeddi yüz əlli yeddi dollar yetmiş doqquz sent) ABŞ dolları məbləğində əsas, 2.972,55 (iki min doqquz yüz yetmiş iki dollar əlli beş sent) ABŞ dolları) məbləğində faiz və 30 (otuz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 5.760,34 (beş min yeddi yüz altmış dollar otuz dörd sent) ABŞ dolları məbləğində borc vəsaiti iddiaçı “Unibank” X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı “Unibank” X1 Səhmdar Cəmiyyətinin xeyrinə, aparılmış ekspertiza tədqiqatının xərci olan 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaiti isə Cavabdeh dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2.757,79 (iki min yeddi yüz əlli yeddi dollar yetmiş doqquz sent) ABŞ dolları məbləğində əsas, 2.972,55 (iki min doqquz yüz yetmiş iki dollar əlli beş sent) ABŞ dolları) məbləğində faiz və 30 (otuz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 5.760,34 (beş min yeddi yüz altmış dollar otuz dörd sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Unibank” X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının xərci olan 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar