Məhkəmə qərarları › İş №2(005)-2211/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2211/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2211/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı kredit müqaviləsi üzrə qalıq borcun konvertasiya edilməsi və həmin məbləğin restruktruzasiya edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı kredit müqaviləsi üzrə qalıq borcun konvertasiya edilməsi və həmin məbləğin restruktruzasiya edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx xxxxxxxx 2014-cü il tarixli razılaşmaya əsasən 5000 (beş min) ABŞ dolları məbləğində nəğd pul krediti götürmüşdür. Bir müddət vaxtı-vaxtında öhdəliyi tam icra etmişdir. Lakin, ölkədə baş vermiş ardıcıl devolvasiya nəticəsində bütün sektorlar üzrə qiymətlər qalxmış, ailəsinin yeganə qazanc gəliri üzvü olaraq, öhdəliyini icra edə bilməmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə problemli kreditlər üzrə güzəştlər müəyyən edilmişdir. Hazırda pretenziya qaydasında cavabdehə müraciət etmiş və İddiaçı və X1 ilə "Cavabdeh” ASC arasında 2014-cü il tarixli bağlanmış kredit müqaviləsi üzrə qalıq qalmış məbləği müəyyən edilməsi, həmin məbləği Azərbaycan manatına çevirməsi (konverlasiya edilməsi), çevrilmiş vəsaitin Ölkə Başçısının xx xxxxxx 2019-cıı il tarixli Fərmanına uyğun olaraq ümumi borcun restruktruzasiya edilərək. 60 ay müddətinə bölünərək hər ay 60 manat ödəmək şərli ilə yeni ödəniş qrafikin verilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli imtina məktubu ilə məlum etmişdir ki, ancaq ümumi borcun 40% ilkin ödənişi qismində etdiyi halda, yerdə qalan məbləği konvertasiya edib 12 ay müddətinə yenidən rəsmiləşdirilə bilər, ümumi borc isə 1900 ABŞ dolları təşkil edir, həmin məbləğin 40 faizini qarşılıya bilmir və bu onun maliyyə çətinlikləri ilə bağlıdır. Hazırda yekun olan məbləğin müəyyən edilməsinə, həmin məbləğin Azərbaycan manatına konvertasiya edilməsinə, konvertasiya edilmiş məbləği xx xxxxxx 2019-cıı il tarixli Fərmana əsasən 60 ay müddətinə restruktruzasiya edilməsinə ehtiyac yarandığından məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı və X2 ilə '‘Cavabdeh” ASC arasında 2014-cü il tarixli MK/68530/44/10 saylı bağlanmış kredit müqaviləsi üzrə qalıq qalmış məbləği müəyyən edilməsi, həmin məbləği Azərbaycan manatına çevirməsi (konverlasiya edilməsi), çevrilmiş (konvertasiya edilmiş) vəsaitin Ölkə Başçısının xx xxxxxx 2019-cıı il tarixli Fərmanına uyğun olaraq ümumi borcun restruktruzasiya edilərək, 60 ay müddətinə bölünməsi və bununla bağlı yeni ödəniş qrafikin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh ASC-nə məlumat verilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələblərinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit sazişindən göründüyü kimi, Cavabdeh ASC İddiaçı ilə müqavilə bağlanmışdır. Bank cavabdehə, istehlak məqsədləri üçün illik 29 % olmaqla 24 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ərizədən görünür ki, iddiaçı cavabdehə İddiaçı və X1 ilə Cavabdeh ASC arasında xx.xx.2014-cü il tarixli bağlanmış kredit müqaviləsi üzrə qalıq qalmış məbləği müəyyən edilməsi, həmin məbləği Azərbaycan manatına çevirməsi, çevrilmiş vəsaitin Ölkə Başçısının xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq ümumi borcun restruktruzasiya edilərək, 60 ay müddətinə bölünərək hər ay 60 manat ödəmək şərti ilə yeni ödəniş qrafıkin 7 gün müddətinə verilməsinə göstəriş verilməsinə dair pretenziya məktubu ünvanlamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 4569№-li məktubdan görünür ki, İddiaçı xx xxxxx 2020-ci il tarixli müraciətinə cavab olaraq bildirilir ki, müraciət əsasında onunla Bank arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, BAL1383923/13 saylı müqaviləyə əsasən Bolkart kredit kartı, xx.xx.2014-cü il tarixli, BS-DK9958410/14 saylı baş saziş və R- BS-DK9958410/14 saylı razılaşmaya əsasən Dostlar klubu kartı və MK/68530/44/10 saylı müqaviləyə əsasən 5000 ABŞ dolları məbləğində nağd pul krediti rəsmiləşdirilmişdir. O, Cavabdeh ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi üçün Bank tərəfindən Şamaxı rayon məhkəməsinə müraciət edilmiş və Bankın müraciəti müvafiq məhkəmə orqanı tərəfindən xx.xx.2017-ci il tarixli, 2(074)-723/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2(074)-1042/2017 saylı və xx.xx.2017-ci il tarixli, 2(074)- 1112/2017 saylı məhkəmə əmrləri ilə təmin edilmişdir. Qeyd edilir ki, cari kreditlər üzrə qalıq borc məbləğlərinə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanında nəzərdə tutulmuş güzəştlərə uyğun olaraq restrukturizasiya şərtləri təklif olunmuş, lakin iddiaçı təklif olunmuş güzəşt şərtlərindən yararlanmamışdır. Sonda qeyd edilmişdir ki, müştəri məmnuniyyətinin təmin olunmasını özünün əsas fəaliyyət prinsiplərindən biri kimi müəyyən edən Bank tərəfindən ona xx.xx.2020-ci il tarixinədək ABŞ dolları valyutasında olan kreditiniz üzrə borcun 40 (qırx) faizini ilkin ödəniş etmək şərti ilə qalıq borc məbləğinin manata konvertasiya edilərək yenidən rəsmiləşdirilməsi, AZN valyutasında olan kreditləri üzrə isə ümumi borcun 40 (qırx) faizini ilkin ödəniş etmək şərti ilə qalıq borc məbləğinin 12 ay müddətinə yenidən rəsmiləşdirilməsi təklif olunur. Göründüyü kimi, iddiaçı xx xxxxxxxx 2014-cü il tarixli razılaşmaya əsasən 5000 (beş min)ABŞ dolları məbləğində nağd pul krediti götürmüşdür. Ölkədə baş vermiş ardıcıl devolvasiya nəticəsində öhdəliyini icra edə bilməmişdir. xx xxxxxx 2019-cu il tarixli Fərmanından sonra pretenziya qaydasında cavabdehə müraciət etmiş kredit müqaviləsi üzrə qalıq qalmış məbləğin müəyyən edilməsi, həmin məbləği Azərbaycan manatına çevirməsi, çevrilmiş vəsaitin uyğun olaraq ümumi borcun restrukturizasiya edilərək, 60 ay müddətinə bölünərək hər ay 60 manat ödəmək şərli ilə yeni ödəniş qrafikin verilməsini xahiş etmişdir. Lakin bank tərəfindən yalnız kredit üzrə borcun 40 faizi ödənildikdən sonra ərizəsinə baxılmasının mümkün olacağını bildirmişdir. Nəticədə İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli Fərmanının 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü tələbi ümumiyyətcə əsaslandırılmamışdır. İş materiallarından göründüyü kimi, qeyd edilən Fərmamın onun borcuna münasibətdə tətbiqi ilə bağlı iddiaçıya təklif olunmuş, lakin o, həmin təklifdən yararlanmamışdır. Məlumdur ki, Fərmanın tətbiq edilmə qaydalarına uyqun olaraq, onun problemli kreditlərə münasibətdə tətbiqi müəyyən müddət çərçivəsində nəzərdə tutulmuşdur. Həmin müddət artıq bitmiş və məhkəmə cavabdehin üzərinə iddiaçının borcunun restrukturizasiya edilməsi vəzifəsinin qoyulması üçün heç bi əsas görmür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-nə qarşı kredit müqaviləsi üzrə qalıq borcun konvertasiya edilməsi və həmin məbləğin restruktruzasiya edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı kredit müqaviləsi üzrə qalıq borcun konvertasiya edilməsi və həmin məbləğin restruktruzasiya edilməsi tələbinə dair iddia ərizə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar