Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2214/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat (on min manat) məbləğində pul vəsaitinin; 16000 manat (on altı manat) məbləğində pul vəsaitinin;70 manat (yetmiş manat) məbləğində vəkil xidmət haqqı, 85 manat (səksən beş manat) məbləğində dövlət rüsumunun, ümumilikdə,26155 (iyirmi altı min yüz əlli beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh 10000 (On min) manat məbləğində pul vəsaiti vermişdir. Cavabdeh pula ehtiyacı olduğunu və əldə etdiyi məbləği 2 (iki) ay müddətində iddiaçıya qaytaracağını vəd etmişdir. xx.xx.2022-ci il tarixdə ona lazım olan 10000 manat (on min manat) məbləğində pul vəsaitini verdiyini öz əlyazması ilə təsdiq etmiş və 2 ay müddətində hissə-hissə geri ödəməyi öhdəsinə götürmüşdür. Pul vəsaiti verildiyi dönəmdə iddiaçı lombard işlətdiyinə görə, o, hər ay sözügedən vəsaitinin 5 faiz məbləğində ödəniş etməli olduğundan, keçən 32 ay (959 gün) dönəm ərzində toplanan faiz borcu 16000 manata çatmışdır. Bütün bunları nəzərə alaraq,iddiaçı 26 min manat borcu olan, cavabdeh bu pul vəsaitini də ödəməyi öz üzərinə götürsə də, bundan yayınmışdır.Cavabdeh verdiyi vədə və əlyazmasına sadiq qalmamış, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bildirir ki, şəxsin iddiaçıdan borc qismində aldığı 10000 (on min) manat pul vəsaitini müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırması onun maddi vəziyyətini çətinləşdirmişdir. Bildir ki, cavabdeh şəxsin qanunsuz əməlləri nəticəsində iddiaçı əlavə olaraq çəkdiyi xərcin dəyəri cavabdehdən tutulmalıdır. Əlavə olaraq onu da qeyd edir ki, sonradan alınan razılığa görə, girov olaraq Şamaxı rayonunun ərazisində Pirqulu istiqamətində yerləşən, X1 mülkiyyətində olan torpaq sahəsinin verilən pulun müqabilində girov qoyulmuşdur.Torpaq sahəsinin yerləşdiyi ərazidə keçirilən baxış zamanı məlum olub ki, X2 tərəfindən AR İİ#490199 nömrəli etibarnamə əsasında cavabdəhə mülkiyətə sərəncam huququ verilmiş, ancaq bu sərəncamın verilməsi üçün cavabdehə dəfələrcə edilən müraciətlər cavabsız qalmışdır. Belə ki, ədalət mühakiməsini həyata keçrən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 70 manat (yetmiş manat) məbləğində vəkil xidmət haqqının və 85 manat (səksən beş manat, məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsini qanunamüvafiq hesab edir. Məhz bu xüsusatlara əsasən, Cavabdeh tərəfindən borc qismində alınmış 10000 manat (on min manat) məbləğində pul vəsaitinin, faizə mütanasib olaraq 1600 manat (on altı min manat) pul vəsaitinin, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 70 manat (yetmiş manat) məbləğində vəkil xidmət haqqının və 85 manat (səksən beş manat) məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair tələb ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi X6 ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığı olduğundan məhkəmə müvafiq qərardad qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Mülki işin materialları: - xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İddiaçı Cavabdeh 2000 (iki min) manat borc pul vəsaiti verməyi,Cavabdeh isə həmin pul məbləğini 2 ay ərzində geri qaytarılması öhdəliyi götürmüşdür.Həmin müqavilənin təminatı kimi Cavabdeh sürücülük vəsiqəsi,hərbi bilet və əmək haqqı kartını girov qoymuşdur. Müqaviləni tərəflər öz imzası ilə təsdiq etmişdir. - xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İddiaçı Cavabdeh 2500 (iki min beş yüz) manat pul vəsaiti verməyi,Cavabdeh isə həmin pul məbləğini 5 ay müddətinə,hər gecikən gün üçün əlavə 1(bir) manat ödəməklə, geri qaytarılması öhdəliyi götürmüşdür. Müqaviləni tərəflər öz imzası ilə təsdiq etmişdir. - xx.xx.2022-ci il tarixli iltizama əsasən, İddiaçı 4500(dörd min beş yüz) manat pul vəsaitini, həmin pul məbləğinin faiz olaraq 10000 manat pul vəsaitini Cavabdeh verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin təminatı kimi Cavabdeh Şamaxı rayonunda yerləşən torpaq sahəsini girov qoymuşdur. Müqaviləni tərəflər öz imzası ilə təsdiq etmişdir. -14 mart 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 85 manat dövlət rüsumu ödəmişdir. Mülki iş tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 491.3-cü maddəsinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 739.1 maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 882.1-ci maddəsinə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
242. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.
244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.
248. Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İşə baxan məhkəmənin mövqeyi:
Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı və Cavabdeh arasında münasibətləri yaranmış, cavabdehin imzaladığı yazılı iltizama əsasən o iddiaçıya 10000 manat məbləğində pul vəsaitini qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilsə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət edərək, 10000 (on min) manat pul vəsaiti və 16000 faiz borcu olmaqla ümumiilikdə 26000 (iyirmi altı min) pul vəsaitinin, vəkil xidmət haqqı və ödənilmiş dövlət rüsumunun ona qaytarılmasını xahiş edir. Beləliklə, mülki qanunvericiliklə tənzimlənən müqavilələrin növü olan borc və borcun etirafı müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və müqavilənin onun tərəfindən imzalanmadığına dair hər hansı bir sübut təqdim edilməmişdir. Borcun etirafına dair müqavilə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək öz razılığı çərçivəsində müəyyənləşdirilmişdir. Borcunu etiraf etməsi barədə yazılı müqavilənin mahiyyətcə qeyri obyektiv olması və həqiqəti əks etdirmədiyi təsdiq edilmir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının qarşısında 26000 dollar məbləğində pul öhdəliyi vardır. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 10000 manat məbləğində pul verməsi təqdim edilmiş həmin sənədlərlə təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı, yəni cavabdehin hazırda iddiaçiya 10000 manat məbləğində pul əsas borcu olduğunu sübut etmişdir. Eyni zamanda tərəflərin arasında baş tutmuş razılaşmaya əsasən, cavabdeh hər gecikdirilmiş günə görə 1 manat, hər aya görə vəsaitin 20 faizi məbləğində pul ödəməyi də öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki prosessual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddiaçı cavabdehə pulun borc verilməsini sübut etməlidir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh bağlanmış borc müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, cavabdehin hüquqlarının müdafiəsi üçün müvafiq tədbirlər görməməsi, onun hüquqlarını həyata keçirməkdə passiv və laqeyd mövqe sərgilədiyini açıq şəkildə nümayiş etdirir. Belə bir vəziyyətdə, subyektin hüququnun müdafiəsi məsələsinə baxılarkən onun yalnız formal hüquq sahibi olması deyil, bu hüququ həyata keçirməkdəki aktivlik səviyyəsi və davranış səmimiyyəti də nəzərə alınmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 10000 (on min) manat əsas borc,16000 (on altı min) manat hesablanmış faiz borcu, 70 manat (yetmiş manat) məbləğində vəkil xidmət haqqı və mülki iş üzrə ödənilmiş 85 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 10000 (on min) manat əsas borc,16000 (on altı min) manat dəbbə pulu, 70 manat (yetmiş manat) məbləğində vəkil xidmət haqqı və mülki iş üzrə ödənilmiş 85 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə