Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2218/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yasamal rayon Məhkəməsinin icra vərəqəsində göstərilən borclu "xxxx" MMC tərəfindən 13600 (on üç min altı yüz) manat pulun ödənilməsini X1 massivi M.Xiyabani küçəsi 18 saylı yaşayış binasının yaxınlığında yerləşən Cavabdeh MTK tərəfindən ödənilməsi üçün qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, tələb Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5336/2013 saylı, 20 sentyabr 2013-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlıdır. Həmin icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 11000 (on bir min) manat, gecikdirilmiş müddətə görə 5%-dən 3 ilə hesablanmaqla 1650 (bir min altı yüz əlli) manat məbləğində faiz pulu, 1000 min manat məbləğində nümayəndəlik xərcləri, cəmi 13 650 (on üç min altı yüz əlli) manat və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu məbləğində pulun tutulması qət edilmişdir. Hazırki ərizə isə qeyd olunan icra vərəqəsi ilə "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulmalı olan pul məbləğinin Cavabdeh MTK tərəfindən ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. -231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. -231.3-1-ci maddəsinə əsasən, məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Konstitusiya Məhkəməsi Plenumunun “MPM-in 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarında izah olunmuşdur ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qeyd olunmalıdır ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. ...Qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Göründüyü kimi hazırki tələb Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5336/2013 saylı, 20 sentyabr 2013-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı olmaqla, onun icra qaydasının dəyişdirilməsi ilə bağlıdır. Məhkəmə qətnaməsinin icrası ilə bağlı tələblə məhkəməyə müraciətin prosessual forması iddia ərizəsi ilə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında “ərizə” ilə müraciətdir. Yəni hazırki iş qətnaməsi qəbul etmiş müvafiq məhkəmədə icra icraatı çərçivəsində baxılmalı olan işdir. Bu kimi mübahisələrin icra qaydasında həll olunması, həmçinin qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi qanunvericiliklə müəyyən olunmuş qaydaya riayət edilməməklə verilmişdir ki, bu da ərizənin məhkəmənin icraatına qəbul edilməsini mümkünsüz edir. Digər tərəfdən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddia ərizəsi verilərkən iş materiallarına Yasamal rayon Məhkəməsi üzrə ödənilmiş ********** nömrəli, xx.xx.2025ci il tarixli mədaxil dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzi əlavə edilmiş, bununla belə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2295/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi verilərkən ödənilmiş qeyd olunan 131 (yüz otuz bir) manat dövlət rüsumunun İddiaçı geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından yolverilməzliyə görə imtina olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2218/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2218/2025
19.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver