Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2234/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1 cğlundan, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2726.95 (iki min yeddi yüz iyirmi altı manat, doxsan beş qəpik) manat məbləğində əsas borcu, 498.20 (dörd yüz doxsan səkkiz manat, iyirmi qapik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3225.15 (üç min iki yüz iyirmi beş manat, on beş qəpik) manat və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il' tarixli, 103840-G51586/1 nömrəli krediti müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi üçün 12 ay müddətinə, illik 24% dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdehlər - Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxxxx 2019-cu il tarixli, 103840- 651586\1 və xx xxxxxx 2019-cu il tarixli, 103840-651586\1\2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. xx xxx 2020-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2726.95 (iki min yeddi yüz iyirmi altı manat, doxsan beş qəpik) manat məbləğində əsas borcu, 498.20 (dörd yüz doxsan səkkiz manat, iyirmi qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3225.15 (üç min iki yüz iyirmi beş manat, on beş qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Əvvəlki məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçıya və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Lakin İddiaçı ASC-nin nümayəndəsi X4 xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə müraciət edərək, mülki iş üzrə maliyyə arayışının iş materiallarına əlavə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının səlahiyyətli nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, onu iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 103840-651586/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 24% dərəcəsi ilə 10000 manat olan kredit verməyi, Borcalan isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və kredit qaytarmağı habelə kreditdən istifadəyə görə razılaşdırılmış faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan məlum olur ki, Məlumat üçün bildiririk ki, X1 ilə bağlanmış xx xxxxxx 2019 il tarixli 103840-651586/1 nömrəli Kredit müqaviləsinə əsasən 24 faiz dərəcəsilə, 12 ay müddətinə 10000 (on mir) manat məbləğində kredit götürmüşdür. Belə ki, kredit müqaviləsinin bitmə tarixinə, yəni xx xxxxxx 2020 il tarixə Borcalanın Banka 2,726.95 manat əsas borcu və 189.13 manat faiz borcu olmuşdur. Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra isə (xx xxxxxx 2020 il tarixindən xx xxxxxx 2020 il tarixinədək) Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə hesablanmış 101.88 manat faiz borcu olmaqla, cəmi 3,017.96 (üç min on yeddi manat 96 qəpik) manat kredit borcu mövcuddur. Qanunvericiliyin tələblərinə müvafiq olaraq Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə hesablanmış faizlərin məbləği aşağıdakı kimidir: 2726,95 (iki min yeddi yüz iyirmi altı manat, 95 qəpik) manat əsas borc üzrə: 2726,95 x 5 % /360 x 269 = 101.88 (yüz bir manat, 88 qəpik) manat. İzah: 2,726.95 x 5 % (MB uçot faiz dərəcəsini keçməməklə) = bir illik faiz məbləği; Bir illik faiz məbləği /360 = bir günlük faiz məbləği; Bir günlük faiz məbləği x 269 gecikdirilmiş gün=269 gün üçün faiz məbləği; İş materiallarında olan xx.xx.2020-ci il tarixli İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borcunun tam olaraq xx.xx.2020-ci il tarixədək ödəməyi əks təqdirdə bankın borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 103840-651586/1/2 nömrəli Zaminlik Müqaviləsinin surətindən görünür ki, “Zamin” Cavabdeh3 “Bank” qarşısında “Borcalanın” kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 103840-651586/1 nömrəli Zaminlik Müqaviləsinin surətindən görünür ki, “Zamin” Cavabdeh2 “Bank” qarşısında “Borcalanın” kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncular zaminlik müqavilələrini imzalamış, həmin müqavilələrdə zaminlərin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas və faiz borcu, dəbbə pulu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından da görünür ki, cavabdehlərin 2726,95 manat əsas borc, 189,13 manat faiz borcu olmaqla ümumilikdə 2916,08 manat borc təşkil edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2726,95 manat əsas borc, 189,13 manat faiz borcu olmaqla ümumilikdə 2916,08 manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2234/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2234/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver