Məhkəmə qərarları › İş №2(005)-2235/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2235/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2235/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı X4 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ogluna qarşı “kredit müqaviləsi üzrə öhdəliklərin icrası, kreditin, faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ogluna qarşı “kredit müqaviləsi üzrə öhdəliklərin icrası, kreditin, faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1895.66 manat məbləğində əsas kredit borcunun, 69.73 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 1403.95 manat məbləğində cərimə borcunun, cəmi 3369.34 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı X4 xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli 14011-1218/199158 saylı kredit müqaviləsinə əsasən Cavabdeh124 ay müddətinə illik 23% dərəcəsi ilə 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində nağd kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh2 ilə 14011-1218/476134 Z saylı xx xxxxxx 2014-cü il tarixli və Cavabdeh3 ilə 14011-1218/476131 Z saylı xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmış və onlar, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh1 ərizəsinə, eləcədə onun zaminləri Cavabdeh2 və Cavabdeh3 razılıqlarına (rəsmi ərizələrinə) əsasən əsasən xx xxxxxx 2014-cü il tarixli 14011- 1218/199158 saylı kredit müqaviləsinə xx xxxx 2015-ci il tarixli Əlavə №1 bağlanmış və həmin Əlavəyə əsasən kreditin qaytarılma müddəti 8 ay uzadılmış və kredit üzrə faiz dərəcəsi 20%-ə dəyişdirilmişdir. Cavabdeh1 ərizəsinə, eləcədə onun zaminləri Cavabdeh2 və Cavabdeh3 razılıqlarına (rəsmi ərizələrinə) əsasən xx xxxxxx 2014-cü il tarixli 14011-1218/199158 saylı kredit müqaviləsinə Əlavə № 2 bağlanmış və həmin Əlavəyə əsasən qeyd edilən müqavilə üzrə qalıq borc məbləği manata konvertasiya (cəmi 15706.44 ABŞ dolları, kurs 1.055=16570 AZN) edilmişdir. xx xxxxxx 2015-ci il tarixli Əlavə № 2-ə əsasən Cavabdeh1 36 ay müddətinə illik 25% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 16570 manat məbləğində krediti yenidən tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminləri Cavabdeh2 və Cavabdeh3 dələlərlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə 1895.66 manat məbləğində əsas kredit borcu, 69.73 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 1403.95 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3369.34 manat məbləğində borcu qalmaqdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı X4 nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ogluməhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx xxxxxx 2014-cü il tarixli, 14011-1218/199158 nömrəli krediti müqaviləsindən görünür ki, İddiaçı X4 “Azadlıq” filialı tərəfindən borclu Cavabdeh1 illik 23% dərəcəsi ilə, 24 ay müddətinə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir; xx xxxxxx 2014-cü il tarixli, 14011-1218/476134 Z nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı X4 “Azadlıq” filialı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür; xx xxxxxx 2014-cü il tarixli, 14011-1218/476131 Z nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı X4 “Azadlıq” filialı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür; Cavabdeh1 ilə İddiaçı ASC arasında baglanmış xx xxxxxx 2014-cü il tarixli 14011- 1218/199158 saylı kredit müqaviləsinə xx xxxx 2015-ci il tarixli Əlavə №1 əlavəyə əsasən kreditin qaytarılma müddəti 8 ay uzadılmış və kredit üzrə faiz dərəcəsi 20%-ə dəyişdirilmişdir. Cavabdeh1 ilə İddiaçı ASC arasında baglanmış xx xxxxxx 2015-ci il tarixli Əlavə № 2-ə əsasən Cavabdeh1 36 ay müddətinə illik 25% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 16570 manat məbləğində krediti yenidən tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2014-cü il tarixli, 14011- 1218/199158 nömrəli krediti müqaviləsinə əsasən İddiaçı X4 “Azadlıq” filialı tərəfindən borclu Cavabdeh1 illik 23% dərəcəsi ilə, 24 ay müddətinə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə İddiaçı ASC arasında baglanmış xx xxxxxx 2014-cü il tarixli 14011- 1218/199158 saylı kredit müqaviləsinə xx xxxx 2015-ci il tarixli Əlavə №1 əlavəyə əsasən kreditin qaytarılma müddəti 8 ay uzadılmış və kredit üzrə faiz dərəcəsi 20%-ə dəyişdirilmişdir. Cavabdeh1 ilə İddiaçı ASC arasında baglanmış xx xxxxxx 2015-ci il tarixli Əlavə № 2-ə əsasən Cavabdeh1 36 ay müddətinə illik 25% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 16570 manat məbləğində krediti yenidən tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklədə müqavilənin şərtlərini pozmuşdur. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 oglu ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırda Cavabdeh1 1895.66 manat məbləğində əsas kredit borcu, 69.73 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 1403.95 manat məbləğində cərimə borcu, cəmi 3369.34 manatməbləğində borcu vardır. Həmin zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zaminlər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 borcalan Cavabdeh1 kredit müqaviləsinə əsasən götürdüyü öhdəliklərin icrası üçün onunla birgə və eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 2.1-ci bəndinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, xx.xx.2014-cu il tarixli 14011-1218/199158 saylı müqaviləyə və xx xxxxxx 2015-ci il tarixli Əlavə № 2-ə əsasən zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. İddiaçı X4 Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, sonuncu ödəniş xx xxxxxx 2018-ci il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizləri ən geci xx xxxxxx 2018-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, xx xxxxxx 2014-cü il tarixli, 14011-1218/199158 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx xxxxxx 2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh1 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə rədd edilməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kredit müqaviləsinə iddiaçı tərəfindən hesablanmış əsas faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində tam təmin edilməli, əsas məbləğ üzrə borc: 1895.66 manat, hesablanmış və ödənilməmiş faiz borcu: 69.73 manat Cavabdeh1 tutularaq İddiaçı X6 ödənilməlidir. Məhkəmə iddianın əsas borca hesablanmış 1403.95 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 200 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçınınxeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1895.66 manat məbləğində əsas kredit borcu, 69.73 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 200 manat məbləğində cərimə borcu, cəmi 2.165,39 manat məbləğində pul vəsaiti İddiaçı X4 xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1895.66 manat məbləğində əsas kredit borcu, 69.73 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 200 manat məbləğində cərimə borcu, cəmi 2.165,39 (iki min yüz altmış beş manat otuz doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı X4 xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar