Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2236/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları xx.xx.2025-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, icarəyə verən İddiaçı MMC mülkiyyət hüququ ilə ona məxsus olan 2019-cu il buraxılışlı **-TK-*** dövlət nömrə nişanlı Z94K241CBLRİS7220 BAN №-li HYUNDAİ ACCENT markalı avtonəqliyyat vasitəsini Cavabdeh müvəqqəti istifadəsinə verməyi, Cavabdeh isə həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixdə Cavabdeh idarə etdiyi Hyundai Accent minik markalı, 99TK975 dövlət qeydiyyat nişanlı avtomobillə Yundai Elantra minik markalı, 99 VC021 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh barədə AR İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün barəsində inzibati tənbeh tədbirirtətbiqi barədə protokol tərtib edilmişdir. Paşa Sığorta” ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 367881№-li zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 2019-cu il buraxılışlı **-TK-*** dövlət nömrə nişanlı, HYUNDAİ ACCENT markalı avtonəqliyyat vasitəsinin təmir bərpa xərci 1132 manatdır. Görüləcək işlər cəmi 230 manat zəhmət haqqı təşkil edir və güzəştli məbləğ 1362 manatdır. İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hyundai Accent minik markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyana görə servisdə avtomobil təmir edildiyi müddətdə 500 manat azadolma məbləğinin, avtomobil təmirdə olan müddət üçün 577,5 manat, cavabdehə yazılmış protokol üçün ödənilmiş 126 manat, ümumilikdə 1203,5 manat (min iki yüz üç manat əlli qəpik) məbləğində vəsaitin, həmçinin ödənilmiş 32 manat 03 qəpik dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC şirkəti tərəfindən 013 nömrəli etibarnamə ilə xx.xx.2025-ci il saat 17:00 tarixdən xx.xx.2025-ci il saat 17:00 tarixədək İddiaçı MMC-yə məxsus olan Hyundai Accent markalı avtomobili Azərbaycan Respublikasının hüdudlarınd BB015717 nömrəli sürücülük vəsiqəsinin sahibi Cavabdeh verilmişdir. Cavabdeh ilə aralarında xx.xx.2025-ci il tarixdə 013 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqavilə bağlanmışdır. Müqavilənin predmetinə onun 1.1-ci maddəsinə əsasən, icarəyə verən mülkiyyət hüququ ilə ona məxsus olan 2019-cu il buraxılışlı **-TK-*** dövlət nömrə nişanlı Z94K241CBLRİS7220 BAN №-li HYUNDAİ ACCENT markalı avtonəqliyyat vasitəsini İcarədarın müvəqqəti istifadəsinə verir. İcarədar isə həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği İcarəyə verənə ödəyir. Həmin maddənin 1.2-ci maddəsinə əsasən, tərəflər avtonəqliyyat vasitəsini bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Təhvil-Təslim aktına əsasən bir-birlərinə təhvil verirlər. Həmin maddənin 1.3-cü maddəsinə əsasən, bu müqavilə üzrə İcarəyə verilən avtonəqliyyat vasitəsi Tərəflərin razılığına əsasən 19500( on doqquz min beş yüz) AZN dəyərində qiymətləndirilir. Müqavilənin 4.10-cu maddəsinə əsasən, avtomobilə dəyən ziyana görə servisdə avtomobil təmir edildiyi müddətdə İcarədar icarəyə götürdüyü avtomobilin qiymətinin hər günü üçün icarə haqqının 70%-i məbləğində İcarəyə verənə cərimə ödəyir. Müqavilənin icarə haqqı və hesablaşma qaydası adlanan maddəsinin 3.1-ci bəndinə əsasən, icarədar avtonəqliyyat vasitəsinin istifadəsinin hər 1 ( bir) günü üçün 55 AZN ödəyir. Qiymətlərə sığorta daxildir. Yol nəqliyyat hadisəsi zamanı könüllü ( Kasko) sığortada nəzərdə tutulan azad olma məbləği İcarədar tərəfindən ödənilir. Azad olma məbləği 500 AZN təşkil edir. Həmin maddənin 3.2-ci bəndinə əsasən, İcarədar icarə haqqından əlavə İcarəyə verənə avtonəqliyyat vasitəsini təhvil alan gün depozit ödəyir. Depozit məbləği AZN təşkil edir. Əgər avtonəqliyyat vasitəsinə heç bir ziyan dəyməyibsə və ödənilməmiş cərimə yoxdursa depozit tam olaraq İcarədara geri qaytarılır. Bildirmək istəyirlər ki, Cavabdeh 1( bir) günü üçün 55 AZN ödəmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhər DYPİ Polis kapitanı X4 tərəfindən tərtib olunan yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərara ( TP 2018201) əsasən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan zbarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2025 tarixli İXP ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir: Cavabdeh xx.xx.2025-ci il tarixində, saat 17:30da Bakı şəhəri Nəsimi rayonu 3-cü mkr dairəsi Hyundai Accent minik markalı, 99TK975 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 327.2-ci Cavabdeh tərəfindən maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsi rəhbər tutularaq qərara alınmışdır: Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində “ 100” manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilsin. Beləliklə, Cavabdeh ikinci günün icarə haqqısının ödənişini həyata keçirməmiş, həmçinin "xxxx" MMC-yə məxsus Hyundai Accent minik markalı 99TK975 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə inzibati xəta törətməklə zərər vurmuşdur. Cavabdeh ilə aralarında bağlanan xx.xx.2025-ci il tarixli, 013 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, avtomobilə dəyən ziyana görə servisdə avtomob il təmir edildiyi müddətdə İcarədar icarəyə götürdüyü avtomobilin qiymətinin hər günü üçün icarə haqqının 70%-i məbləğində İcarəyə verənə cərimə ödəməlidir. Bildirmək istəyirlər ki, Hyundai Accent minik markalı, 99TK975 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 15 gün müddətində təmirdə qalmışdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçın nümayəndəsi X2 bildirdi ki, Cavabdeh məhkəməyə çağırılması ilə bağlı zəng edib, cavabdeh ödənişi edəcəyini və iddiaçıya tələbini geri götürməsini bildirib, hazırkı prosesə kimi hissə-hissə ödəcəyini bildirsə də, lakin ödəməyib. Bundan əlavə iddiaçının nümayəndəsi bildirdi ki, avtomaşın təmir olunub, qəza xx.xx.2025-ci ildə baş verib, avtomaşını təmirdən götürəndə qəbz verilib. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)-2236/2025 saylı qərardadı ilə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materialları - DİN BDYPİ 1 saylı Asan xidmət mərkəzi tərəfindən verilən, BB015717 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci ildən xx.xx.2031-ci ilə qədər sürücülük lisenziyası var. - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı MMC xx.xx.2017-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. 31 may 2024-cü ildə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X5 bu surətin sənədin əsli ilə düzgünlüyünü təsdiq etmişdir. - "xxxx" ASC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 367881№-li zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, 2019-cu il buraxılışlı **-TK-*** dövlət nömrə nişanlı, HYUNDAİ ACCENT markalı avtonəqliyyat vasitəsinin cəmi təmir olunmalı ehtiyat hissələrinin dəyəri 1132 manatdır. Görüləcək işlər cəmi 230 manat zəhmət haqqı təşkil edir və ümumi məbləğ 1362 manatdır. - xx.xx.2025-ci il tarixli ödəniş hesabatından görünür ki, "xxxx" ASC tərəfindən 862 manat sığorta ödənişi olmuşdur. - İddiaçı MMC-nin direktoru X3 ( icarəyə verən) və Cavabdeh ( icarədar ) arasında bağlanan 013 nömrəli, xx.xx.2025-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin predmetinə onun 1.1-ci maddəsinə əsasən, görünür ki, icarəyə verən ( F.Mirzəyev) mülkiyyət hüququ ilə ona məxsus olan 2019-cu il buraxılışlı **-TK-*** dövlət nömrə nişanlı Z94K241CBLRİS7220 BAN №-li HYUNDAİ ACCENT markalı avtonəqliyyat vasitəsini İcarədarın müvəqqəti istifadəsinə verir. İcarədar isə həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği İcarəyə verənə ödəyir. Həmin maddənin 1.2-ci maddəsinə əsasən, tərəflər avtonəqliyyat vasitəsini bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Təhvil-Təslim aktına əsasən bir-birlərinə təhvil verirlər. Həmin maddənin 1.3-cü maddəsinə əsasən, bu müqavilə üzrə İcarəyə verilən avtonəqliyyat vasitəsi Tərəflərin razılığına əsasən 19500 (on doqquz min beş yüz) AZN dəyərində qiymətləndirilir.İcarədar avtonəqliyyat vasitəsinin istifadəsinin hər 1(bir) günü üçün 55 manat ödəyir. Qiymətlərə sığorta da daxildir. Yol nəqliyyat hadisəsi zamanı könüllü 9Kasko) sığorta nəzərdə tutulan azadolma məbləği icarədar tərəfindən ödənilir. Azadolma məbləği 500 AZN təşkil edir. - xx.xx.2025-ci il tarixdə, 013 №-li “Avto-103 MMC”-nin təhvil təslim aktı da icarədar ( X9) və icarəyə verən (X3) tərəfindən imzalanmışdır. - Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsi ərazisində Bakı şəhər DYPİ polis kapitanı X4 tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli, İXP 6888494, “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” protokoldan görünür ki, Cavabdeh İXM 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki,Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. - İddiaçı MMC tərəfindən Cavabdeh Talib oğluna verilən etibarnamədən görünür ki, bu etibarnamə ilə “Auto-103” şirkəti ona məxsus olan Hyundai Accent avtomobili Azərbaycan Respublikasının hüdudlarında BB015717 nömrəli sürücülük vəsiqəsinin sahibi Cavabdeh 08 fevral 2025-ci il saat 17:00 tarixdən 09 fevral saat 17:00 tarixinədək idarə etməyi həvalə etmişdir. - xx.xx.2025-ci il tarixli, 456325 №-li mədaxil qəbzinin kötüyündən görünür ki, X6 tərəfindən armatur işlərinin görülməsi ilə bağlı 150 manat pul ödənilmişdir. - xx.xx.2025-ci il tarixli, 299307 №-li kassa mədaxil orderindən görünür ki, X7 tərəfindən ön qabaq bamperin təmir və rənglənməsinə görə 250 manat pul ödənilmişdir. -xx.xx.2025-ci il tarixli, 456443 №-li mədaxil qəbzinin kötüyündən görünür ki, X8 tərəfindən avtonəqliyyatın qabaq hissəsinin bərpasına 400 manat pul ödənilmişdir. - **********№-li, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən AR DİNə cərimə üçün 126 manat pul Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilmişdir. -Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 32,03 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 684.2-ci maddəsinə əsasən kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir; 685.2-ci və 685.2.1-ci maddələrinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsin əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası «İcarə haqqında»Qanunu 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 25.1.3.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, tərəflərin arasında icarə müqaviləsindən irəli gələn öhdəli mnasibətləri yaranmış və cavabdehin təqsirli əməlləri nticəsində iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən icbari sığortası üzrə sığortalanaraq, Cavabdeh tərəfindən idarə olunan “HYUNDAİ ACCENT” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə xx.xx.2025-ci il saat 17:00 tarixdən xx.xx.2025-ci il saat 17:00 tarixədək icarə müqaviləsi bağlanaraq idarə etmək üçün istifadəsinə verilmiş xx.xx.2025-ci il tarixdə yol-hərəkət qaydalarını pozduğu üçün inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçı MMC məxsus “HYUNDAİ ACCENT” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Bu hal iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ YNH-nın xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında İXP ******* №-li protokolu və xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimələnmişdir. Mülki işin materialları ilə tədsdiq edilir ki, avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1362 manat təşkil edir. Bu məbləğin 862 manatı "xxxx" AS tərəfindən iddiaçıya ödənilmişdir. Tərəflərin arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən yol nəqliyyat hadisəsi zamanı könüllü sığortada nəzərdə tutulan azadolma məbləği icarədar tərəfindən ödənilir. Azadolma məbləği 500 manat təşkil edir. Göründüyü kimi, tərəflər icarə müqaviləsi ilə azadolunma məbləğinin ödənilməsini razılaşdırmışlar. Bu sbəbədən məhkəmə hesab edir ki iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Yenə də mülki işin materialları ilə müəyyənləşdirilir ki, avtomobilə dəymiş ziyan 10 fevral 2025-ci il tarixdə qiymətləndirilmiş, avtomobil təmir mərkəzindən 24 fevral tarixində təhvil alınmışdır. Yenə də tərəflərin arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən, avtomobilin 1 günlük icarə haqqə 55 manat təşkil edir. Məhkəmə hesab edir ki, belə olan təqdirdə avtomobil təmirdə olduğu müddət ərzində iddiaçının əldən çıxmış faydanı tələb etməsi əsaslıdır. İddia tələbi bu hissədə də təmin edilməlidir. İnzibati xəta cavabdeh tərəfindən törədilməsinə baxmayaraq, cərimə iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 126 manat məbləğində ödənilmiş cərimə pulunu tələb etməyə haqlıdır. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu üzrə 113 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 500 manat azadolma məbləği, 577.5 manat əldən çıxmış fayda, inzibati tənbeh barədə protokol üçün ödənilmiş 126 manat olmaqla, ümumilikdə 1203,5 (min iki yüz üç manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Mülki iş üzrə ödənilmiş 32,03(otuz iki manat 03 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq ödənilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2236/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2236/2025
24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver