Məhkəmə qərarları › İş №2(005)-2254/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2254/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2254/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı BOKT “xxxx” QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT “xxxx” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 01 may 2019-cu il tarixli 005-NBK-0060-19 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 3610.86 (üç min altı yüz on manat 86 qəpik) manat, faiz borcu 323.74 (üç yüz iyirmi üç manat 74 qəpik) manat, həmçinin 30.40 manat dövlət rüsumunun, ümumilikdə 3965 (üç min doqquz yüz altmış beş) manat borcun İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirirlər ki, Cavabdeh1 18 (on səkkiz) ay müddətinə 10 000 (on min) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 01 may 2019-cu il tarixli, 005-NBK-0060-19 saylı Kredit Mücaviləsi bağlanmışdır. Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklərini lazımınca icra edə bilməməsi səbəbindən Ödəniş cədvəli üzrə 2020-ci il ilin aorel və may aylarının əsas borc və faiz borcunun ödənişini ödəniş cədvəlində nəzərdə tutulmuş son ödəniş gününə keçirilməsi üçün BOKT “xxxx” QSC-nə müraciət etmişdir. Bununla əlaqədar olaraq Cavabdeh1 ilə Bank Olmayan Kredit Təşkilatı «xxxx” QSC arasında 01 may 2019-cu il tarixli 005-NBK-0060-119 saylı Kredit Müqaviləsinə 03 iyun 2020-ci il tarixli 2 saylı Əlavə imzalanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 01 may 2019-cu il tarixli 005-NBK-0060-19 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank Kredit Müqaviləsinin şərtlərinə əsasən, hal-hazırda X2 08 02 2021-cı il tarixə əsas borcu 3610.86 AZN (uç min altı yüz on manat 86 qəpik), faiz borcu 323.74 AZN (üç yüz iyirmi üç manat 74 qəpik), cərimə borcu 0.00 AZN (sıfır manat 00 qəpik) olmaqla umumi borcu 3934.60 AZN (üç min doqquz yüz otuz dörd manat 60 qəpik) təşkil edir ki. bu borcunda cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq. Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş 05.10.2020-ci il tarixli 11691/20 saylı, 05.10.2020-ci il tarixli 11677/20 saylı pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Məhkəmə iclasında iddiaçı BOKT “xxxx” QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan BOKT “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 may 2019-cu il tarixli, 005-NBK-0060-19 saylı Kredit Müqaviləsinə əsasən, “Borcverən” “Borcalana”a illik 30 faiz olmaqla, 18 ay müddətinə 10000 manat (on min) məbləğində istehlak krediti verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.06.2020-ci il tarixli “005-NBK-0060-19 saylı Kredit Müqaviləsinə 2 saylı Əlavə”dən görünür ki, Bu Əlavəyə əsasən tərəflər «Borc verənlə «Borcalan arasında 01 may 2019-cu il tarixdə bağlanmış 005-NBK-0060-19 saylı kredit müqaviləsinin 2.4.2-ci bəndində qeyd edilmiş. 1 saylı Əlavə (Ödəniş cədvəli) qüvvədən düşmüş hesab edilsin və 3 saylı Əlavə ilə əvəz edilsin. (1.1-ci bəndi) İş materiallarında olan 03.06.2020-ci il tarixli “ 01.05.2019-cu il tarixli 005-NBK-0060-19 saylı Kredit Müqaviləsinə 3 saylı Əlavə”nin surətindən görünür ki, Cavabdeh1 10000 manat məbləğində vəsaiti, illik 30 faiz olmaqla, 18 ay müddətinə 697 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 01 may 2019-cu il tarixli, 005-NBK-0060-19 saylı Kredit Müqaviləsinə 1 saylı Əlavənin surətindən görünür ki, X4 10000 manat məbləğində vəsaiti, illik 30 faiz olmaqla, 18 ay müddətinə 697 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 01 may 2019-cu il tarixli 005-NBK-0060-19 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, “Zamin” Cavabdeh2 “Borcverən” qarşısında “Borcalanın” kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 08.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X4 01.05.2019-cu il tarixli, 005-NBK-0060-19 saylı müqaviləsi üzrə 08.02.2021-ci il tarixə ödənilməmiş əsas borc 3610.86 manat, hesablanmış faiz üzrə 323.74 manat, cərimə borcu 0.00 manat, ümumilikdə 3934.6 manat borcu yaranmışdır. İş materiallarında olan 05.10.2020-ci il tarixli BOKT “xxxx” QSC tərəfindən Acıyev İsmixan Musa oğluna və Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, borcunun tam olaraq 3 iş günü müddətinə ödəməyi əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncular zaminlik müqavilələrini imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas və faiz borcu onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış və maliyyə arayışından da görünür ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 3610.86 manat, faiz borcu 323.74 manat olmaqla, ümumilikdə borcu 3934.6 manat təşkil edir və cavabdeh 01 may 2019-cu il tarixli, 005-NBK-0060-19 saylı müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən də tələb olunan məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalı, cavabdehlərdən iddiaçının xeyrinə əsas borcu 3610.86 manat, faiz borcu 323.74 manat faiz borcu tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. BOKT “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 may 2019-cu il tarixli, 005- NBK-0060-19 saylı müqavilə ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3610.86 manat məbləğində əsas borc, 323.74 manat məbləğində faiz borcu, cəmi 3934.6 manat borc və 30 manat dövlət rüsumu BOKT “xxxx” QSC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar