Məhkəmə qərarları › İş №2(005)-2262/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2262/2024

13.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2262/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdeh X8 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh X8 qarşı “aliment məbləğinin artırılması tələbinə dair” iddia tələbinin təmin edilməsi, yetkinlik yaşına çatmamış xx.xx.2009-cu il təvəllüdlü X1 üçün cavabdeh tərəfdən ödənilən aliment məbləğinin artırılması və cavabdehdən hər ay 235 manat aliment məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)- 2615/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X8 qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanması, və aliment tutulması” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, nikah pozulmuş, uşaq, yəni xx.xx.2009-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılması və onun saxlanması üçün İddiaçı hər ay 70 manat aliment ödənilməsi qət edilmişdir. Sonralar aliment məbləği artırılmışdır. Hazırda cavabdeh X11 tərəfindən İddiaçı hər ay 154 manat ödənilir, lakin mövcud bahalaşmaların səbəbindən İddiaçı ödənilən həmin məbləğ uşağın qayğılarının normal qaydada çəkilməsi işi üçün həddindən artıq azlıq təşkil edir deyə, uşağın müalicə, təhsil, geyim və sair xərclərinin həlli məsələsində uşaqla birgə xeyli maddi çətinliklər çəkir. Digər tərəfdən də, hal-hazırda Respublika üzrə uşaqlar üçün yaşayış minimumu 235 manatdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh ötən məhkəmə iclaslarında iştirak etmiş və bildirmişdir ki, o iddia tələbini qəbul etmir. Aliment məbləği artırılsa, onun bunu ödəməyə maddi imkanı çatmayacaq. Hazırda ikinci dəfə ailə qurmuşdur və ikinci nikahdan iki qız övladı var. Əmək haqqısı 589 manat təşkil edir. Əlavə gəlir yeri yoxdur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları

1. İş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2615/2013 saylı, xx.xx.2013-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X4 cavabdeh X8 qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və alimentin tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, Nağıyeva (Tağıyeva) Gülşən Arzu qızı ilə X10 arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 716 nömrəli akt ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2009-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 anası Nağıyeva (Tağıyeva) Gülşən Arzu qızının himayəsində qalması, xx.xx.2009-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq, X12 (Tağıyeva) Gülşən Arzu qızının xeyrinə hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir;

2. İddiaçı cavabdeh X8 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X10 tərəfindən uşağın saxlanılması üçün ona ödənilən aliment məbləğinin 2018-ci il aprel ayından başlayaraq, hər ay 154 manat müəyyən edilməklə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir;

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2217/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamə ilə iddia təmin edilməsi, iddiaçı Tağıyeva (Nağıyeva) Gülşən Arzu qızının və cavabdeh X6 birgə nikahından xx.xx.2009-cü il tarixdə Bakı şəhərində doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2615/2013 saylı, xx.xx.2013-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh X5 iddiaçı Tağıyeva (Nağıyeva) Gülşən Arzu qızının xeyrinə, hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. - “AZEMİS” elektron məhkəmə informasiya sistemində şəxsin gəlir məlumatlarından müəyyən edilir ki, X10 "Bakı 4 №-X16" Məhdud Məsuliyyətli Cəmiyyətində usta, tikinti üzrə” vəzifəsində işləyir və aylıq əmək haqqı 589 manat təşkil edir. “AZEMİS” elektron məhkəmə informasiya sistemində X10 barəsində qohumluq məlumatlarından müəyyən edilir ki, onun başqa nikahdan Emiliya və Almina adlı uşaqları var.

b)Məhkəmə tərəfindən müəyyən edilən hallar:

Tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2009-cü il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2615/2013 saylı, xx.xx.2013-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, xx.xx.2009-cü il təvəllüdlü X2 Gülşən Arzu qızının yanında saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 70 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Sonradan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təyin edilmiş aliment məbləğinin artırılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2217/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamə ilə alimentin məbləği dəyişdirilərək 154 manat müəyyən edilmişdir. Hazırda İddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu məbləğin uşağın saxlanılmasına yetərli olmadığını bildirir və aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay uşağa görə 235 manat sabit aliment tutulmasını xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Mülki iş materiallarında cavabdehin gəlirləri barədə hər hansı sübutun olmamasını və iddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2217/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hər uşağa görə tutulan alimentin məbləği artırılaraq 154 manat müəyyən olunan zaman müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu 2024cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə iddiaçı tərəfindən tutulması tələb olunan aliment məbləği ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçı tərəfindən cavabdehin daha yüksək məbləğdə aliment ödəməsi imkanına dair sübutlar təqdim etməməsini nəzərə alaraq artırılan aliment məbləğinin uşaqlar üçün yaşayış minimumu həddində deyil, qismən az müəyyən edilməklə 200 manat həddində olmasını daha ədalətli hesab edir. Məhkəmə aliment məbləğini müəyyən edərkən nəzərə alır ki, X10 artıq başqa nikaha daxil olmuş və onun həmin nikahdan 2 övladı vardır, təyin olunan aliment məbləği digər uşaqların da yaşayış səviyyəsinə mənfi təsir etməməlidir. Məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndində qeyd edildiyi kimi, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, cavabdeh X5 xx.xx.2009-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2217/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2009-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 hər ay 200 (iki yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar