Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2265/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər rayon məhkəməsinin 30 dekabr 2019-cu ıl tarixli, 2(061)-1272/2019 saylı qətnaməsi ilə 21 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 avqust 2019-cu il tarixdən hesablanmaqla hər ay 100 manat qət edilmiş alimentin ödənilməsinin dəyişdirilərək, hər ay 175 (bir yüz yetmiş beş) manat və 26 yanvar 2011-ci il təvəllüdlü X3 da himayəsində qalmasını nəzərə alıb, onun da yetkinlik yaşına çatanadək saxlaılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat, cəmi iki uşaq üçün hər ay 350 (uç yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Tərtər rayon məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(061)-1272/2019 saylı qətnaməsi ilə 21 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 avqust 2019-cu il tarixdən hesablanmaqla hər ay 100 manat qət edilmiş alimentin ödənilməsinin dəyişdirilərək, hər ay 175 (bir yüz yetmiş beş) manat pul məbləğində alimentin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 27 avqust 2010-cu ildə rəsmi nikaha girməklə ailə qurub. Birgə nikah mızdan iki övladı- 26 yanvar 2011-ci il təvəllüdlü X5 və 21 aprel 2012-ci il təvəllüdlü X6 anadan olmuşdur. Tərtər rayon məhkəməsinin 30 dekabr 2019-cu il tarixli. 2(061 )-1272/2019 saylı qətnaməsi ilə nikahı pozulmuş, X3 atasının yanında, X4 isə (onun), anasının yanında saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə, cavabdehin razılığı əsasında 21 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 avqust 2019-cu il tarixdən hesablanmaqla alimentin 100 manat məbləğində tutularaq xeyrinə ödənilməsi qərara alınmışdır. Cavabdeh ilk əvvəllər alimentin ödənilməsini təmin etsə də, sonradan, bilərəkdən, özündən razı halda, ona və övladına qarşı qərəzli münasibət göstərmiş, nəzərdə tutulmuş aliment miqdarını vaxtlı-vaxtırda ödəməmiş və nəticədə müəyyən qədər də borcu yaranmışdır. Uşağın ehtiyacları isə çoxalmaqda davam etməklə bərabər, ikinci övladı, 26 yanvar 2011-ci il təvəllüdü X5 da 3 ay bundan öncə onun yanında qalmaqdadır və qardaşı ilə bir yerdə olacağını bildirmişdir. Bununla bərabər, cavabdehə ikinci uşağın da onun yanında qalmasını nəzərə alınmasını, ona da maddi dəstək durmasını desə də, heç bir nəticəsi olmamışdır. Milli qanunvericilik nəzərə alınmaqla uşaqların normal şəkildə qayğılarını təmin etmək üçün Respublikada hər il yaşayş minimumu dəyişməkdə davam edir. Ehtiyac meyarı bir uşaq üçün 2021-ci ilə görə 175 manat müəyyən edilmişdir. Cavabdeh uşaqların problemlərini həll etmək, onların qayğılarını təmin etmək üçün könüllü olraq maddi dəstək göstərmir və alimenti ödəməkdən yayınır. O isə çətinliklərlə rastlaşır, uşaqların ehtiyaclarını lazımi səviyyədə təmin edə bilmir. Bu baxımdan, alimentin miqdarının dəyişdirilməsi ilə əlaqədar məhkəməyə müraciət edirəm. Cavabdeh kifayət qədər qazanc əldə edir, onun maddi durumumda dəyişiklik baş verməsinə baxmayaraq, 2ci uşağın da yanında qalmasına baxmayaraq, sonda, yalnız məhkəmə qərarı ilə kəsilmiş aliment pulunu ödəyəcəyini bildirməkdə davam edir. Məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləği isə hazırki durumda iki uşağın saxlanılması üçün yetərli deyildir. Bu baxımdan hesab edir ki, ikinci uşağın da onun yanında qalması nəzərə alınmaqla məhkəmə tərəfindən aliment miqdarının artırılmasına dair 2021-ci il üçün uşaqların saxlanılması üçün Respublikada müəyyən edilmiş ehtiyac meyarı məbləğində, yəni ki, hər uşaq üçün hər ay 175 (bir yüz yetmiş beş) manat, cəmi iki üşaq üçün hər ay 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Tərtər Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(061)-1272/2019 saylı, 30.12.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında olan 27 avqust 2010-cu il tarixdə Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 151 sayla qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 26.01.2011-ci il təvəllüdlü X5 atası ilə, 21.04.2012-ci il təvəllüdlü X4 anası ilə saxlanılması, 21.04.2012-ci il təvəllüdlü X1 üçün onun yetkinlik yaşınadək 100 manat 22 avqust 2019-cu il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından 26.01.2011-ci il təvəllüdlü X5 və 21.04.2012-ci il təvəllüdlü X6 doğulmuşdur, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, 26.01.2011-ci il təvəllüdlü X5 nikah pozulduqdan sonra rəsmi olaraq hazırda atasının himayəsindədir, tərəflər faktiki olaraq ayrı yaşayırlar, lakin 21.04.2012-ci il təvəllüdlü X6 anasının yanında qalır və onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Hazırda iddiaçı uşağın saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırda tələb olunan aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 175 manat olmasını nəzərə alaraq, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahından olan 21.04.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.03.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-1272/2019 saylı, 30.12.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 21.04.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 175 manat sabit pul məbləğində İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2265/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2265/2021
04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver