Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2267/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı2, onun və digər İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurduğu maddi zərərə görə 24420 manat, mənəvi zərərə görə 5000 manat, məhkəmə xərclərinə görə 265,50 manat və eyni zamanda iddia ərizəsini məhkəməyə verilməyə görə 179,5 manat məbləğində dövlət rüsumunun və müvəqqəti təminat tədbirinə görə 17,95 manat, cəmi 29882,50 manat məbləğində pulun Cavabdeh tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdılar ki, Cavabdeh ilə qohumluq əlaqəri vardır. 2021-ci ilin may ayının 03-də cavabdeh, İddiaçı1 zəng edərək 15-20 günlüyə ******* rus pulu istəmişdir. Həmin vaxt işi ilə bağlı Rusiya Federasiyasının Kazan şəhərində idi. Cavabdehə pulunun olduğunu, lakin yaxın 10-15 günə İddiaçı2 üçün Abşeron rayonunun Saray qəsəbəsində ev tikməyə başlayacağını və bu səbəbdən ona istədiyi pulu verə bilməyəcəyini demişdir. Cavabdeh isə Bakı şəhərində çoxlu tanışları olduğunu, əli haraya desə çatdığını, istədiyi pul ona verilərsə, İddiaçı2 üçün nəzərdə tutulan evin tikintisinə başlayanda həmin pulun əvəzində lazım olan bütün tikinti materiallarını özünün dost və tanışlarından alıb verəcəyini və evin tikintisi ilə bağlı heç bir problemin olmayacağını bildirmişdir. Cavabdehin dediklərini səmimi qəbul edərək, tam inanmışlar və deyilən şərtlə, yəni istədiyi pulu borc kimi yox, yalnız dediyi şərtlə, yəni İddiaçı2 üçün evin tikintisinə başlayanda pulun əvəzinə lazım olan bütün tikinti materialları alıb verəcəyi şərti ilə pul verməyə razılaşmışlar.Cavabdeh zəng edib ******* rus pulu istəyəndə həmin vaxt İddiaçı2 anası Solmaz Qurbanova ilə birgə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış səhəsində olan evdə olmuşlar. İddiaçı1 Solmaz Qurbanovaya zəng edərək oğlu İddiaçı2 vasitəsilə Cavabdeh ******* rus pulu verməyi tapşırmışdır. Ondan sonra İddiaçı2 atası İddiaçı1 tapşırığına əsasən Abşeron rayonunun Saray qəsəbəsində tikmək istədiyi evə görə saxladıqları ******* rus pulunu azərbaycan manatına dəyişərək, cəmi 22200 manat məbləğində pulu xx.xx.2021-ci ildə Cavabdeh dediyi kimi ona çatdırılması üçün tam şəkildə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən “Fərid” marketdə həmin marketin sahibinə vermişdir ki, Cavabdeh çatdırsın. Pulu “Fərid” marketin sahibinə verən zaman da, Cavabdeh zəng edib həmin marketdə olduğunu və pulu dediyi adama verdiyini bildirmiş və market sahibi yanında Cavabdehla danışıb pulu qəbul etdiyini demişdir. Market sahibi sonra həmin pulu tam şəkildə Cavabdeh çatdırmışdır. Bütün bu faktları Cavabdeh Abşeron rayon polis İdarəsində X3 və Binəqədi rayon polis idarəsində X10a izahatlar verən zaman tam şəkildə təsdiq etmişdir. 22200 manat pulu Mübariz Qurbanova verəndən 15 gün sonra Abşeron rayonu, Saray qəsəbəsində planlaşdırdıqları evi tikməyə başlamışlar. Evin tikintisinə başlayandan sonra Cavabdeh zənglər edərək lazım olan tikinti materiallarını göndərməyi demişlər. Lakin Cavabdeh dediklərinin heç birinə əməl etməmiş, dediyi tikinti materiallarını alıb göndərmək əvəzinə qaçıb gizlənməyə başlamış və telefon zənglərinə cavab verməmişdir. Vəziyyəti belə görəndə İddiaçı1 Rusiyada olan işlərini yarımçıq qoyub verdiyi 22200 manat məbləğində pulu Cavabdeh almaq üçün çıxıb Bakı şəhərinə gəlmişdir. Ondan sonra dəfələrlə həyat yoldaşı Solmaz Qurbanova, baldızı və digər qohumları ilə Cavabdeh Binəqədi rayonu, Novxanı qəsəbəsi, Adil Eyyubov küçəsində yerləşən evinə getmiş, Cavabdeh və ailəsi ilə görüşərək ona verdikləri pulun qaytarılmasını xahiş və tələb etmişlər. Cavabdeh isə hər dəfə qısa vaxtda aldığı 22200 manat pulu tam şəkildə qaytaracağını desə də, lakin dediklərinin heç birinə əməl etməmiş, aldığı 22200 manat məbləğində pulu qaytarmağa hər cür imkanı olmasına baxmayaraq indiyə kimi aldığı pulu qaytarmaqdan qəsdən boyun qaçırır. Hər dəfə pulu tələb etdikdə, aldadır, ələ keçirdiyi və mənimsədiyi 22200 manat pulu qaytarmaqdan qəsdən boyun qaçırır. İddiaçı1 həyat yoldaşı Solmaz Qurbanova ilə birgə Cavabdehla xx.xx.2021-ci ildə görüşən zaman o, qəbz yazıb verərək aldığı 22200 manat məbləğində pulu 2022-ci ilin fevral ayında tam şəkildə qaytaracağını verdiyi qəbzdə qeyd etmişdir. Lakin ondan sonra da indiyə kimi Cavabdeh ələ keçirib mənimsədiyi 22200 manat məbləğində pulu qaytarmamış və qaytarmaqdan qəsdən boyun qaçırır. Vəziyyəti belə görəndən sonra İddiaçı1 Cavabdeh inam və etibarından sui-istifadə edib aldadaraq, dələduzluq edib 22200 manat məbləğində pulu ələ keçirib mənimsəməsi barədə 2022-ci ilin iyul ayında Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti əsasında Abşeron rayon Polis İdarəsində X3 tərəfindən araşdırma aparıİmağa başlanmışdır. Araşdırma zamanı Cavabdeh həqiqətən 22200 manat məbləğində pul aldığını tam etiraf etmiş və qısa vaxtda pulu qaytarmaq barədə X3ə və onlara söz versə də dediyinə əməl etməmişdir. X3 araşdırma nəticəsində hadisənin Abşeron rayonu ərazisində deyil, Nərimanov rayonu ərazisində törədildiyini əsas götürürərək toplanmış materiallar aidiyyatı üzrə Nərimanov rayon Polis İdarəsinə göndərmişdir. Toplanmış materiallar Nərimanov rayon Polis İdarəsinə daxil olandan sonra araşdırılması üçün 16-cı polis bölməsinə göndərilmiş və təhqiqatçısı Rəşad Əhmədov tərəfindən araşdırma davam etdirilmişdir. Araşdırma zamanı “Fərid” marketin Binəqədi rayonu ərazisində yerləşməsi müəyyən edildiyinə görə toplanmış materiallar araşdırmanın davam etdirilməsi və qanunamüvafıq tədbirlərin görülməsi üçün Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. Binəqədi rayon Polis İdarəsi də, hadisənin 5-ci bölmənin ərazisində baş verməsini nəzərə alıb toplanmış materialları araşdırmanın aparılması üçün 5-ci polis bölməsinə göndərmişdir. Toplanmış materiallar 5-ci polis bölməsinə daxil olandan sonra xx.xx.2022-ci il tarixdə X9in icraatına verilmişdir. X9 isə heç bir iş görmədən xx.xx.2022-ci il tarixdə sadəcə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” tam qanunsuz və əsassız bir qərar qəbul etmiş, məsələnin mülki xarakterli olmasını və mülki qaydada məhkəməyə müraciət etməsini qərarında qeyd etmişdir. Həmin qərarla razılaşmadıqlarına görə onun ləğv edilməsi üçün Binəqədi rayon prokuroruna şikayət etmişlər. Binəqədi rayon prokuroru Fuad Məmmədov tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli qərarla X9in xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və təkrar araşdırmaya göndərilmişdir. Təhqiqat materialları xx.xx.2022-ci il tarixdən Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə daxil olmuşdur. xx.xx.2022-ci ildən etibarən toplanmış materiallar Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Nicat Nayibovun icraatına verilmişdir. X10 xx.xx.2022-ci ildə İddiaçı2 və Cavabdeh çağırıb izahatlarını almışdır. Cavabdeh izahat verən zaman hər şeyi ərizədə qeyd etdiyi kimi olduğunu tam etiraf etmiş və qısa vaxtda aldığı 22200 manat məbləğində pulu tam şəkildə qaytaracağına söz vermişdir. Lakin indiyə kimi Cavabdeh 22200 manat puldan bir manat da olsa qaytarmamış və qaytarmaq istəmir. Mənimsədiyi 22200 manat məbləğində pulu hər cür imkanı olmasına baxmayaraq qaytarmaqdan boyun qaçırır. Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Nicat Nayibov xx.xx.2022-ci ildə “cinayət işinin başlanmasının rədd edilməsi haqqınıda qərar qəbul etmiş, məsələnin mülki xarakterli olduğu üçün mülki qaydada məhkəməyə müraciət etməyi qəbul etdiyi qərarda göstərmişdir. Həmin qərar uzun müddət gizlədilmişdir. Etdiyi şikayətlər əsasında X10un qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar Binəqədi rayon prokurorunun müavini Ramin Nağdəliyev tərəfindən xx.xx.2023-cü ildə ləğv edilmiş və əlavə araşdırmanın aparılması üçün X10a qaytarılmışdır. X10 isə yenə heç bir araşdırma aparmadan toplanmış materiallar üzrə xx.xx.2023-cü ildə “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərar qəbul etmiş və mülki qaydada məhkəməyə müracət etməyi bildirmişdir. Ona görə də, başqa çıxış yolu olmadığına görə mülki qaydada məhkəməyə müraciət edirlər. Cavabdeh inam və etibardan sui-isfadə edərək, onları aldadaraq 22200 manat məbləğində pulu ələ keçirib mənimsəməsi ilə bağlı onlara qarşı etdiyi qanunsuz hərəkətlər üzündən neçə aylardır ki, polis idarələrinə və bölmələrinə ayaq döyməkdən yorulmuşlar. Aldadıb 22200 manat məbləğində pulu ələ keçirib mənimsəməsi və həmin pulu qaytarmaqdan qəsdən boyun qaçırması mənəvi cəhətdən ailəlikcə böyük sarsıntalara məruz qoymuşdur. Cavabdeh isə öz kefindədir, heç bir şey olmamış kimi əlini-qolunu sallayıb öz işində və gücündədir. Hər dəfə zəng edib və ya evinə gedib pulu istəyəndə isə şantaj edir, hədələyir və meydan oxuyaraq açıq-aşkar deyir ki, aldığı 22200 manat pulu qaytarmayacaq. Cavabdeh maddi zərərlə bərabər, eyni zamanda bizə ən azından 5000 manat məbləğində mənəvi zərər də vurmuşdur. Bu mənəvi zərərin də ödənilməsini istəyirlər. Cavabdeh xx.xx.2021-ci ildə verdikləri 22200 manat məbləğində pulu xx.xx.2021-ci ildən başlayaraq indiyə kimi, yəni xx.xx.2023-cü ilə kimi dəfələrlə tələb etməklərinə baxmayaraq qaytarmamış və qaytarmaqdan qəsdən boyun qaçırır. Cavabdehdən 22200 manat məbləğindəki puldan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən cavabdehdən tutulub bizə ödənilməli olan 22200 manat pulun illik məbləğinin 5%-i, yəni xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə kimi olan dövr üçün tutulub ödənilməlidir. Cavabdeh 22200 manat pulu qaytarmağı xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə kimi, yəni 2 il, başqa sözlə 24 ay gecikdirmişdir. Üzərinə götürdüyü öhdəliyin şərtlərini kobud şəkildə pozub 24 ay müddətində qaytarmamış, 24 ay gecikdirdiyinə görə əlavə olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən həmin məbləğin illik 5% miqdarını təşkil edən 2220 manat pul (22200 manat x 5% = 1110 manat: 12 ay = 92.50 manat (aylıq faiz) x 24 ay (öhdəliyin icra olunmadığı müddət) = 2220 manat) tutulub onlara ödənilməlidir. Müvəqqəti təminat tədbirinə görə isə 17,95 manat ödənilmişdir. 9 saylı Vəkil Bürosunun vəkili Vəkil hesabına 200 manat pul ödənilmişdir. Vəkilə etibarnamələr verməyə görə cəmi 34,50 manat məbləğində notariusa pul ödənilmişdir. Bundan başqa AR İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlər Kadastrı və Dövlət Reyestr xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə verilən vəkil sorğusuna görə 31 manat məbləğində pul ödənilmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlamış və etiraz ərizəsini onunla əsaslandırmışdır ki, guya ,o, ******* rus rublunu, yəni 22200 manat məbləğində borcu İddiaçı2 üçün Abşeron rayonu Saray qəsəbəsində ev tikmək üçün almışdır. Bu tamamilə yalandır, o tikinti fəaliyyəti ilə məşğul olmur, iddiaçılarla İddiaçı2 üçün ev tikmək barədə heç bir razılığı olmamışdır. O, Xaçmaz rayonunda balıq yetişdirmə müəssisəsində çalışmış və bununla bağlı iş qurmaq üçün İddiaçı1 qohum kimi borc pul götürmüşdür. İddiaçı1 özü sonradan onunla birlikdə balıq yetişdirmə fəaliyyəti göstərməyi təklif etmiş, verdiyi pulu balığa yatırmağı demişdir. Qohum kimi onunla razılaşmış və götürdüyü pulla balıq almış, bu barədə də Sabirə məlumat vermişdir. Sabir balıqları yetişdirib satmağı, əldə olunan gəliri isə bölməyi təklif etmiş, onunla razılaşmışdır. Bir müddət Xaçmaz rayonunda balıqlara qulluq etdikdən sonra balıq gölündən oğurluqlar olmuş, bununla bağlı polis orqanına şikayətlə müraciət etmiş, polis şöbəsində iki oğurluq faktına görə cinayət işi başlanılmışdır. Hazırda da bununla bağlı araşdırma aparılır. Balıq işinin alınmadığını görən iddiaçı isə birdən-birə pulunun hamısını geri qaytarmağı tələb edir. Halbuki, balıq işini yenidən normaya salır və yəqin ki, yaxın vaxtlarda ondan gəlir əldə olunacaqdır. Gəlir əldə olunduqda isə mütəmadi olaraq İddiaçı1 gəlirdən haqq ödəyəcəkdir. İddia tələbinin hüquqi əsası işin faktiki hallarına uyğun deyil, bir-biri ilə uzlaşmır. Məhkəmə iclasında iştirak edən İddiaçı2, onun və digər İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizədsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun və digər iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahidin ifadəsini, cavabdehin etiraz ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı2 onun bacısının əridir. xx.xx.2021-ci il tarixdə Cavabdeh 22200 manat pul verilmişdir, cavabdeh isə evin təmirində yardım edəcəkdir. Pulu “Fərid” martketin sahibinə onun yanında vermişdir ki, cavabdehə versin. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı1 22200 manat borc pul aldığını və 2022-ci ilin fevral ayının axrınadək qaytaracağını bildirmişdir; Binəqədir RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, İddiaçı1 borc olaraq 22200 manat məbləğində pul almışdır. Bu pulu balıqçılıq təsərrüfatı üçün almışdır. Su problemi olduğu üçün balıqlar tələf olmuş, ona külli miqdarda ziyan dəymişdir, ona görə də, borcu qaytara bilməmişdir. Aldığı borcdan imtina etməmişdir. Pulu düzəldib yavaş-yavaş qaytaracağına söz vermişdir. O, sözü gedən 22200 manat məbləğində pulu onlardan borc olaraq almış, heç bir tikinti materialı söz verməmişdir; Binəqədir RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, İddiaçı1 borc olaraq 22200 manat məbləğində pul almışdır. Bu pulu balıqçılıq təsərrüfatı üçün almışdır. Su problemi olduğu üçün balıqlar tələf olmuş, ona külli miqdarda ziyan dəymişdir, ona görə də, borcu qaytara bilməmişdir. Aldığı borcdan imtina etməmişdir. Pulu düzəldib yavaş-yavaş qaytaracağına söz vermişdir. O, sözü gedən 22200 manat məbləğində pulu onlardan borc olaraq almış, heç bir tikinti materialı söz verməmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı2 tərəfindən Bakı şəhəri 9 saylı vəkil bürosunun hesabına Vəkil hüquqi yardımına görə 200 manat pul ödəmişdir; xx.xx.2023-cü il tarixli, AR-İİ seriyalı, 949359 etibarnamədən görünür ki, İddiaçı1 Vəkil səlahiyyətləri vermək üçün 17,25 manat dövlət rüsumu ödəmişdir; xx.xx.2023-cü il tarixli, AR-İİİ seriyalı, 000395 etibarnamədən görünür ki, İddiaçı2 Vəkil səlahiyyətləri vermək üçün 17,25 manat dövlət rüsumu ödəmişdir; "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qəbzlərinin surətindən görünür ki, İddiaçı2 tərəfindən Nərimanov Rayon Məhkəməsinin hesabına 179,50 manat və 17,95 manat məbləğində pul ödənilmişdir; Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh İddiaçı1 ******* rus rublu borc pul istəmiş və sonuncu həmin məbləği manat məzənnəsi ilə oğlu, yəni digər İddiaçı2 vasitəsi ilə 22200 manat pulu cavabdehə göndərmişdir. Cavabdeh götürdüyü pulun əvəzində iddiaçıların təmir etdiyi evin tikinti materiallarını verəcəyini vəd etsə də, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Hazırda iddiaçılar qeyd edilən 22200 manat borc məbləğində pulun tutulmasını xahiş edir. Cavabdeh isə buna etiraz edir. Qeyd edilən məbləğdə pulun cavabdehin mülkiyyətinə verilməsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda öz təsdiqini tapmışdır. Bununlada, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Sadalanan mülki qanunvericiliyin normalarına əsasən müəyyən etmək olar ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borcun etirafı müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 882.1 və 882.5-ci maddələrinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Hazırki iş üzrə Cavabdeh İddiaçı1 22200 manat borc pul almağına və 2022-ci ilin fevral ayının axrınadək qaytaracağına dair xx.xx.2021-ci il tarixdə yazılı iltizam vermiş, bununla da borcunu etiraf etmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. xx.xx.2021-ci il tarixli borcun etirafına dair iltizam subyekt tərkibinə, məzmununa, formasına və iradə ifadəsinə görə iş materiallarında mövcud olan sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğundur və əqdin etibarsızlığına səbəb olan hər hansı bir hal müəyyən olunmamışdır. Beləliklə, əqdin məzmunundan və işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, onun bağlanması ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi Binəqədir RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarında və Binəqədir RPİnin İŞ-nin müstəntiqi, polis mayoru X5 “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarında Cavabdeh İddiaçı1 22200 manat pulun almasını etiraf etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, pulun cavabdehdən alınıb onlara verilməsini xahiş etsələr də, iddia İddiaçı2 münasibətdə rədd edilməlidir. Belə ki, iddia ərizəsindən və işin məhkəmə tərəfindən araşdırılmış hallarından aydın olur ki, cavabdeh pulu İddiaçı1 istəmiş və pulu sonuncu vermişdir. Digər İddiaçı2 isə atasına məxsus pulu, yəni İddiaçı1 pulunu cavabdehə çatdırmışdır. Göründüyü kimi İddiaçı2 cavabdehdən pul tələb etmək hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi 22200 manat hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı1 tərəfindən Cavabdeh 22200 manat məbləğində pulun verilməsi həm cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarla, həmçinin cavabdehin yazdığı xx.xx.2021-ci il tarixli iltizamla öz təsdiqini tapır və sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda qismində 2220 manat pulun cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olmasını iddia ərizəsində və məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat pulun və etibarnamələrə görə ödənilmiş cəmi 34,50 manat dövlət rüsumunun, sorğuların göndərilməsi üçün xərclənmiş 31 manat pulun, həmçinin müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 17,95 manat pulun cavabdehdən tutulması hissələrində də iddia tələbi əsaslıdır. Məhkəmə vəkilə ödənilmiş 200 manat pulun ağlabatan məbləğ olduğunu və cavabdehin öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissələrdə də təmin edilməlidir. Həmçinin etibarnamələrə görə ödənilmiş cəmi 34,50 manat dövlət rüsumu, sorğuların göndərilməsi üçün xərclənmiş 31 manat pul, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 17,95 manat pul iş materiallarına əlavə edilmiş qəbzlərdə öz əksini taparaq sübuta yetirilmiş və hazırki işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan cavabdehdən tutularaq İddiaçı1 ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22200 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində pul, etibarnamələrə görə ödənilmiş cəmi 34,50 manat məbləğində pul, sorğuların göndərilməsi üçün xərclənmiş 31 manat məbləğində pul, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 17,95 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 179,5 manat pulun 135,10 manatı tutularaq İddiaçı1 ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22200 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində pul, etibarnamələrə görə ödənilmiş cəmi 34,50 manat məbləğində pul, sorğuların göndərilməsi üçün xərclənmiş 31 manat məbləğində pul, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 17,95 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 179,5 manat pulun 135,10 manatı tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2267/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2267/2023
03.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver