Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2269/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Ghasemian Mahdının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Ghasemian Mahdının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ghasemian Mahdı Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9500 manat pulun alınaraq iddiaçı Ghasemian Mahdiyə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Mahdi Ghasemian keçmiş iş yoldaşı, Cavabdeh özünə məxsus olan qeydiyyat nömrəsi WW 718 WW gürcü dövlət nömrəli LEXUS CT 200 markalı nəqliyyat vasitəsini etibarnamə əsasında Gürcüstan ərazisindən keçirdərək, qeydiyyatdan çıxararaq Azərbaycan sərhədini keçib qeydiyyata salmaq üçün verib. Nəqliyyat vasitəsi Azərbaycana gətirildikdən sonra cavabdehə satılacaqdı. Bu işlərin görülməsi üçün iddiaçı cavabdehə etibarnamə pul vermişdir. Cavabdeh 10 mart 2020-ci ildə yazılı qəbz yazaraq nəqliyyat vasitəsinə görə 9500 manat pulun 8500 manatını mart ayının sonuna qədər, qalan 1000 manatı isə iyul ayının 1-də ödəməyi öhdəsinə götürmüşdür. Lakin indiyə qədər cavabdeh həmin pulu iddiaçıya ödəməmişdir. Bununla bağlı iddiaçı Bakı şəhər Yasamal rayon Polis İdarəsinə şikayət etsə də, 03 sentyabr 2020ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh nəqliyyat vasitəsinə görə 9500 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürsə də, o, həmin pulu iddiaçıya ödəməkdən boyun qaçırır. İddiaçı Ghasemian Mahdının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh 05 may 2021-ci il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə razılaşmasına əsasən ona WW 718 WX Gürcüstan dövlət nişanlı LEXUS CT 200 markalı olan maşını Gürcüstandan Bakı şəhərinə gətirmiş, maşının yol xərclərini şəxsən özü çəkmişdir. Maşını gətirəndən sonra Mehdi ona maşını satmağı və maşının dəyərinin 9500 manat olduğunu bildirmişdi. Onların razılaşmasına əsasən maşının pulunu yəni 9500 manatı o, hissə-hissə ödəyəcəkdir. O, 9500 manatdan 3892,21 manatını iddiaçıya ödəmişdir. Qeyd edir ki, o maşını gömrükdən keçirib Azərbaycana gətirmiş və avtomaşına yeni **-ZM-*** dövlət nömrə nişanı almışdır. Gömrük xərcləri ilə əlaqədar olaraq xərc çəkmişdir. İddiaçı isə həmin maşını ona satsa da, həmin çəkdiyi xərcləri çıxmaq istəmir. Onun çəkdiyi xərclər çıxılsa, onun maşına görə iddiaçıya 9500 manatdan çox daha az borcu qalmışdir. Lakin iddiaçı bununla razılaşmır və pulun hamısını yaxud maşını tələb edir. İddianın rədd edilməsini xahiş etdi. Cavabdehə 14 iyul 2021-ci ildə keçirilmiş məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmyaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan qəbzdən görünür ki, Ghasemian Mahdi ona məxsus olan qeydiyyat nömrəsi WW 718 WX” Gürcü dövlət nömrəli LEXUS CT200 markalı avtomobili 02.0770 nömrəli etibarnamə ilə Cavabdeh etibar edir ki, Cavabdeh maşını Gürcüstan Respublikası ərazisindən keçirib, Gürcü qeydiyyatından çıxardıb, Azərbaycan Respublikasında ona satmağı həvalə edib. Cavabdeh razılaşdırılmış 9500 manat pul məbləğindən 8500 manat pulu mart ayının sonunadək, qalan 1000 manat pulu isə iyul ayında ödəməyi öhdəsinə götürmüşdür. Maşının bütün xərcləri, Gürcüstan Respublikasına gedib-gəlmək xərcləri də daxil olmaqla qeyd edilən məbləğdən çıxılacaq. İş materiallarında olan Dövlət gömrük Komitəsi tərəfindən 12 mart 2020-ci il tarixində verilmiş bildirişdən görünür ki, **********18036 kodlu,7261İH dövlət nömrə nişanlı LEXUS CT 200 markalı nəqliyyat vasitəsi 15 ABŞ dolları vergi tutulmaqla Gürcüstən ərazisindən öləkəyə idxalçı Cəbrayılov Babək tərəfindən gətirilmişdir. İş materiallarında olan 12 mart 2020-ci il tarixli 87523 nömrəli satış çekindən görünür ki, "xxxx" MMC yanacaqdoldurma məntəqəsindən alınan 28.467 litr yanacaq doldurulmasına görə 42.7 manat ödəniş edilmişdir. İş materiallarında olan avtonəqliyyat terminalı tərəfindən verilmiş 00256605 nömrəli qəbzdən görünür ki, 15 mart 2020-ci il tarixdə Cəbrayılov Babək tərəfindən avtomobilin parkda saxlanılmasına görə 50 AZN ödəniş edilmişdir. İş materiallarında olan 16 mar 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cəbrayılov babək tərəfindən "xxxx" ASC-nin 3 saylı şöbəsinə 25.90 manat ödəniş etmişdir. İş materiallarında olan Avtonəqliyyat terminalı tərəfindən verilmiş ******* nömrəli qəbzdən görünür ki, 19 mart 2020-ci il tarixdə Cəbrayılov Babək tərəfindən avtomobilin parkda saxlanılmasına görə 40 AZN ödəniş edilmişdir. İş materiallarında olan “Optimal servis” tərəfindən 15 aprel 2020-ci il tarixdə verilmiş qəbzdən görünür ki, ** ZM *** dövlət qeydiyyat nişanlı LEXUS markalı minik maşınına servis xidmətlərinin göstərilməsi ilə əlaqədar 495 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 04 may 2020-ci il tarixdə verilmiş qəbzdən görünür ki, X1 ilə 99ZM745 dövlət nömrə nişanlı LEXUS CT 200 markalı avtomobilə servis xidmətinin göstərilməsi ilə əlaqədar 72.50 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 iyul 2020-ci il tarixli X3 məxsus LEXUS CT200H (HİBRİD) minik markalı ** ZM *** dövlət nömrə nişanlı avtomobilin ehtiyat hissələri və təmir işləri üçün cəmi 3685 manat xərc tələb olunur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 iyul 2020-ci il tarixli X3 məxsus LEXUS CT200H (HİBRİD) minik markalı ** ZM *** dövlət nömrə nişanlı avtomobilin ehtiyat hissələri və təmir işləri üçün cəmi 1060 manat pul məbləği ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 14 iyul 2020-ci il tarixdə verilmiş qəbzdən görünür ki,X1 ilə 99ZM745 dövlət nömrə nişanlı LEXUS CT 200 markalı avtomobilə servis xidmətinin göstərilməsi ilə əlaqədar 107 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 06 avqust 2020-ci il tarixdə verilmiş qəbzdən görünür ki,X1 ilə 99ZM745 dövlət nömrə nişanlı LEXUS CT 200 markalı avtomobilə servis xidmətinin göstərilməsi ilə əlaqədar 70.50 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 12 avqust 2020-ci il tarixdə verilmiş qəbzdən görünür ki,X1 ilə 99ZM745 dövlət nömrə nişanlı LEXUS CT 200 markalı avtomobilə servis xidmətinin göstərilməsi ilə əlaqədar 30 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 14 oktyabr 2020-ci il tarixdə verilmiş qəbzdən görünür ki, X1 ilə 99ZM745 dövlət nömrə nişanlı LEXUS CT 200 markalı avtomobilə servis xidmətinin göstərilməsi ilə əlaqədar 177 manat ödəniş edilmişdir. Mülki işin araşdırılmış hallarından görünür ki, iddiaçı ona məxsus avtomobili cavabdehin adına keçirmiş, cavabdeh həmin əmlaka görə hissə-hissə pul ödəməsi öhdəliyini öz üzərinə götürmüş, lakin öhdəliyi icra etməməklə iddiaçıya maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Ghasemian Mahdının Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, 9500 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9500 manat iddiaçı Ghasemian Mahdinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2269/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2269/2021
17.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver