Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-228/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş ziyanın və eləcə də gələcəkdə əməliyyatının həyata keçirilməsi üçün tələb olunan vəsaitin, cəmi 30000 manat pulun "X19" Klinikanın hesabından tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən "X19" Klinikaya müraciət edərək üzündəki problemin plastik əməliyyat yolu ilə bərpa edilməsini xahiş etmiş və bu əməliyyatın aparılması üçün 5000 manat pul ödəmişdir. Qeyd edilən klinikanın həkimləri tərəfindən aparılmış plastik əməliyyat uğursuz alındığına görə təkrarən ikinci dəfə əməliyyat edilmişdir. Lakin ikinci dəfə əməliyyat edilməsinə baxmayaraq yenə də əməliyyat uğursuz alınmış və sifəti daha da pis vəziyyətə salınmışdır. Üzünün normal hala salınması üçün təkrarən başqa bir klinikada əməliyyat aparılması zərurəti yaranmışdır. Həmin əməliyyatın aparılması və dəymiş mənəvi ziyanın ödənilməsi üçün 30000 manatdan yuxarı vəsait tələb olunur. Klinikanın həkimi Elçin Məmmədov tərəfindən uğursuz əməliyyat aparılaraq sifətinin çox pis vəziyyətə salınmasına görə Bakı şəhər Nərimanov Rayon Prokurorluğuna müraciət etmişdir. Prokurorluq tərəfindən aparılmış araşdırma zamanı onun hərəkətlərinə hüquqi qiymət verilərək əməlində cinayət tərkibi olmadığına görə 17 avqust 2023-cü il tarixdə onun haqqında cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərar qəbul edilmiş və vurulmuş ziyanın ödənilməsini mülki qaydada məhkəmədə iddia qaldırma hüququ izah edilmişdir. Bununla bağlı klinikaya dəfələrlə müraciət etsə də, ona vurulmuş ziyan ödənilməmiş və gələcək əməliyyatlarının ödənilməsi üçün vəsaitin verilməsindən imtina edilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12”nin rəyi tam əsaslıdır və hüquqi sənədlərlə təsdiq olunur. Bundan öncə prokurorluğa etdiyi şikayət zamanı iddiaçı orada da ekspertizadan keçirilib və hazırki komissiyon tibbi ekspertiza rəyidir. Cərrahın ona verdiyi məlumata görə birinci görüş zamanı əməliyyat sonrakı çənə ucunun önə çəkilməsi ilə bağlı məlumat verilib, lakin iddiaçı qəbul etməyib. Birinci əməliyyatdan sonra artıq bu zərurət yarananda və iddiaçının təkidlərini nəzərə alaraq, həkim bu əməliyyata getməyə məcbur qalıb. xx.xx.2022-ci ildə çənə ucunun önünü önə çəkməklə bağlı diaqnoz qoyulur və həmin diaqnoz əsasında bu əməliyyat həyata keçirilir. Eskpertizanın rəyinin sonunda bilavasitə göstərilir ki, iddiaçının dediyi kimi hər hansı bir qüsurların aradan qaldırılması məsələsi deyil, həmin əməliyyatların taktiki ardıcıllıqla keçirilməsi idi. Keçirilən bu əməliyyatların yalnız birinin haqqı ödənilməsinə baxmayaraq həkim tərəfindən iddiaçıya insanı rəftar nümayiş olunub ki, həmin əməliyyatları yerinə yetirilib. Əməliyyatdan sonra dəri sallanması və digər əməliyyatların aparılması barədə məlumat verilib və iddiaçı bununla razılaşıb. Bununla bağlı iddiaçı tibbi sənədləri imzalamış və həmin o sənədlərdə əməliyyatdan sonra yaranmış proseslər barədə iddiaçıya izahlar verilib. III. İşin faktiki halları: İş materiallarında olan: - 22 oktyabr 2019-cu il tarixli lisenziyanın surəti ilə müəyyən olunur ki, Cavabdeh MMC-yə özəl tibb fəaliyyəti aparması üçün lisenziya verilmişdir. - 1968-ci il təvəllüdlü X1 adına “X19”da tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 08-da “Çənənin estetik deformasiyası” diaqnozu ilə stasionara qəbul edilmişdir. Anamnez morbi: anadagəlmə qüsur. Daxil olarkən şikayətləri üz və çənə deformasiyasından və görünüşün qənaətbəxş olmamasındandır. Aparılan klinik, laborator və instrumental müayinələrdən sonra xəstəyə “Üz və çənə deformasiyası” diaqnozu qoyulmuşdur. Xəstədə cərrahi-plastik əməliyyatın icra edilməsi planlaşdırılır. Əməliyyata əks göstəriş yoxdur. Xəstəyə anestezioloq tərəfindən baxılmışdır. Xəstənin özü və ailə üzvləri əməliyyatın aparılmasına razıdırlar. Pasientə əməliyyatdan sonra üz və çənə nahiyəsində yarana biləcək estetik dəyişikliklər haqda, yumşaq toxumaların sallana və asimmetrik olaraq toplana biləcəyi və bununla bağlı olaraq üzün daha yaşlı görünə biləcəyi haqda məlumat verilmişdir və pasient razılıq vermişdir. Diaqnoz: “Üz və çənə deformasiyası”. xx.xx.2022-ci il tarixdə “Üst və alt çənə plastikası. Sagital split mandibula osteotomiyası. Maxsillary advancement impaction” cərrahiyyə əməliyyatı icra edildi. Əməliyyatın gedişi: Ortodontik planlama əsasında ilk öncə üst çənə anterior impaction - 5.5 mm və posterior impaetion-2.5 mm icra edildi və ilk splint fiksə edildi. Daha sonra əməliyyatın ikinci mərhələsində alt çənə assimmetrik olaraq önə (setback) götürülmüş (sağ tərəf İ mm, sol tərəf isə 2.7 mm) və final splint yerləşdirilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçdi. Xəstə ambulator müalicə almaq üçün xx.xx.2022-ci il tarixdə kafi vəziyyətdə evə yazıldı. Klinik diaqnoz: “Çənənin estetik deformasiyası’'. - X1 adına “X16 tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 09ls-da “Çənənin estetik deformasiyası” diaqnozu ilə stasionara qəbul edilmişdir. Daxil olarkən şikayətləri üz və çənə deformasiyasından, görünüşün qənaətbəxş olmamasındandır. Aparılan klinik, laborator və instrumental müayinələrdən sonra xəstəyə “Üz və çənə deformasiyası” diaqnozu qoyulmuşdur. Xəstədə cərrahi-plastik əməliyyatın icra edilməsi planlaşdırılır. Əməliyyata əks göstəriş yoxdur. Xəstəyə anestezioloq tərəfindən baxılmışdır. Xəstənin özü və ailə üzvləri əməliyyatın aparılmasına razıdırlar. Diaqnoz: “Çənənin estetik deformasiyası”. xx.xx.2022-ci il tarixdə “Genioplastika” cərrahiyyə əməliyyatı icra edildi. Əməliyyatın gedişi: aşağı damaq keçid xətti boyu aşağı sağ İV dişdən, aşağı sol İV dişə qədər kəsik aparıldı. Daha sonra alt çənə nahiyəsi subperiostal motilizasiya edildi. Mental sinirlər görüldü. Alt çənənin mərkəzi hissəsində mental dəliklərdən 5 mm kaudal olmaqla osteotomiya icra edildi. Alt çənənin kaudal hissəsi önə doğru 4 mm çəkilərək miniplastinka və minişruplar vasitəsi ilə fıksasiya olundu. Əməliyyatdan sonrakı dövr fəsadsız keçdi. Xəstə ambulator müalicə almaq üçün xx.xx.2022-ci il tarixdə kafi vəziyyətdə evə yazıldı. Kliniki diaqnoz: “Çənənin estetik deformasiyası”. - X1 adına “X17 tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, o, xx.xx.2023-ci il tarixdə saat 08""-da “Uz və çənə skeletinin estetik deformasiyası” diaqnozu ilə stasionara qəbul edilmişdir. Daxil olarkən şikayətləri əvvəl keçirdiyi alt üst çənə plastikası əməliyyatından sonra üz və çənə nahiyəsində olan estetik dəyişikliklərdən, yumşaq toxumaların sallanmasından və yumşaq toxumaların asimmetrik olaraq toplanmasından və bununla bağlı olaraq üzün daha yaşlı görünməsindəndir. Xəstə əməliyyatdan öncə bu haqda məlumatlandırılmışdır. Buna baxmayaraq əməliyyatdan sonra xəstə yuxarıda sadalanan şikayətlərlə müraciət etmiş və xəstəyə dəfələrlə bu vəziyyətin ortoqnatik əməliyyatdan sonra normal hal olduğu bildirilmişdir. Lakin xəstə qane olmamışdır. Xəstə vəziyyətlə qane olmadığı üçün, üz və çənə skeletinin yerini dəyişməklə yumşaq toxumaların balanslaşdırılması məqsədi ilə pasientə alt və üst çənənin Reəməliyyatına qərar verilmişdir. Əməliyyatdan sonra yumşaq toxumalarda qalan sallanmaları aradan qaldırmaq üçün gələcəkdə üz gərmə, SMAS plastikası lazım olacağı barədə pasientə məlumat verilmiş və pasient razılaşmışdır. Aparılan klinik, laborator və instrumental müayinələrdən sonra xəstəyə “Üz və çənə skeletinin estetik deformasiyası” diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə “Üst və alt çənə plastikası. Sagital splint ramus osteotomivası. Maxsillary advancement” cərrahivvə əməlivvatı icra edili. Əməliyyatın gedişi: üst çənə subperiostal mobilizasiya olundu. Minişruplar və miniplastinkalar xaric edildi. Lefort-1 osteotomivası icra olundu. Daha sonra ortodontik planlama əsasında üst çənənin ön hissəsi 3 mm kaudal olaraq rotasiya olundu və ilk splint fiksə edildi. Üst çənə 4 ədəd miniplastinka ilə fiksasiya olundu. Alt çənə mobilizasiya olundu. Minişruplar və miniplastinkalar xaric ecildi. Sagital osteotomiya icra edildi və alt çənənin arxa hissələri 3 mm kaudal olaraq rotasiya olundu və alt çənənin ön hissəsi 3 mm önə doğru çəkildi və son splint fiksə edildi. Alt çənə 4 ədəd miniplastinka ilə fiksasiya olundu. Hemostaz. Ağız içindəki kəsiklər sorulan saplarla qapatıldı. Əməliyyatdan sonrakı dövr fəsadsız keçdi. Xəstə ambulator müalicə almaq üçün xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazıldı. Kliniki diaqnoz: “Üz və çənə skeletinin estetik deformasiyası”. - İddiaçı adına “X24”da tərtib edilmiş tibbi sənəddən görsənir ki, o, xx.xx.2024-cü il tarixdə Aksiyal. Koronal və Sagittal proeksiyalarda paranazal sinusların KT müayinəsində olmuşdur. Nəticə: Hər iki maksillar sinuslarda incə selikli qişa qalınlaşmalar. Maksillar və mandibulyar sümüklərdə köhnə postop metalik fiksatorlaı* izlənilir. Özəlliklə sol madibulyar kondilin madibulyar sümüklə birləşmə səviyyəsində minimal dərəcədə ayrışmış köhnə sınıq xəttivə bu səviyyədə bir neçə ədəd internal metalik fiksatorlaı*. Sağ mandibulyar kondilin də mandibulyar sümüklə birləşmə səviyyəsində bir-iki ədəd internal metalik fiksator (köhnə postravmatik və ya maksillomandibulyar assimetriya cərrahiyyəsinə bağlı dəyişikliklər?). - Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, həkim-plastik cərrah X9 və həkim-ortodont X6 əməllərində cinayət tərtkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. - “X8” Publik Hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanmış 10 aprel 2023-cü il tarixli məktubla müəyyən olunur ki, iddiaçının müraciətinə baxılmış və müraciət əsasında xx.xx.2023-cü il tarixdə özəl tibb müəssisəsində Mərkəzin əməkdaşları tərəfindən plandankənar yoxlama aparılmışdır. Yoxlama zamanı müəssisənin rəhbərliyi və müalicə həkimi Elçin Məmmədovun iştirakı ilə aidiyyəti üzrə sənədləri üzrə araşdırma aparılaraq izahatlar alınmışdır. Müəyyən edilmişdir ki, aparılmış cərrahi əməliyyatların nəticəsi qənaətbəxş olmadığından müəssisə tərəfindən ödənişsiz əsasda təkrar cərrahi əməliyyatlar icra olunmuş, həmçinin ilk cərrahi əməliyyatın məbləği geri qaytarılmışdır. Müəssisə rəhbərliyi tərəfindən hazırda müalicələrin davamına hazırlıq bildirilmişdir. Eyni zamanda mərkəzdə müraciətdə adı qeyd olunan və yoxlama keçirilən müəsissədə çalışmayan həkim-ortodont Süleyman Xəlilin iştirakı ilə müvafiq sənədlərə baxılmış izahatı alınaraq sağlamlığında yaranmış problemlər və dəymiş zərər barədə məlumat verilmişdir. - "xxxx" MMC-nin 19 dekabr 2024-cü il tarixli ƏEM/D 33-771/24 saylı ekspert rəyi ilə müəyyən olunur ki, üz çənə deformasiyasının estetik quruluşunun pozulmasını bərpa etmək üçün əməliyyat 12000 (on iki min) manat, dişləmə, çeynəmə funksiyasını qismən bərpa etmək üçün otognatik əməliyyatı 7000 (yeddi min) manat, ortodont və fizioterapevtik müalicə və izləmə üçün 1 illik 2000 (iki min) manat təşkil edir. Əməliyyat qiymətləri digər xərclərə görə 3 % nisbətdə müsbətə doğru dəyişə bilər. - Məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1982-ci il təvəllüdlü X15 bildirmişdir ki, bu əməliyyat özü və Elçin həkim tərəfindən icra olunub. Əməliyyatda şəxsən iştirak etmişdir. Əgər iştirak etmirdisə onun səhər-səhər sarğısına gəlməzdi. Əməliyyatı etməmişdən əvvəl üçüncü etap kimi 6 ay gözləmişlər, kompyuter tomoqrafiyası olundu və müayinənin nəticələrinin alınması üçün Türkiyə Respublikasına göndərilmişdir. Oradan çənələrin uyğunluğu gəldi və buna əsasən üçüncü etapda da tamamlamışdırlar. İddiaçının etirazı ondan ibarət idi ki, hansı səbəbdən ona sümük köçürməmişlər. İlk öncə qeyd edir ki, həmin əməliyyatlarda sümük köçürülməsi əməliyyatını etmək olmaz, çünki infeksionallaşma halları ola bilər. Həmin anda qidalanma olmadığına görə sümüklərdə sovrulma olur və buna kontur plastika deyilir. Həmin əməliyyat sonrakı etaplarda olur və xəstənin hansı simmetriyaya düşəcəyindən aslıdır. İddiaçı istəyir ki, hamısı birlikdə olsun, lakin bu mümkün deyil. Özü tərəfindən bir dəfə, Elçin həkim tərəfindən isə iki dəfə əməliyyat olunub. Birinci dəfə Elçin həkim tərəfindən aşağı-yuxarı asetamiyalar olunub, ikinci dəfə çənənin ucundan xoşu gəlmədiyinə görə əməliyyat olunub. - Məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1986-cı il təvəllüdlü X7 bildirmişdir ki, iddiaçı kimi Elçin Məmmədovun qəbulunda olmuş və 2023-cü ildə Zaur Baxşəliyevin aparıcılıq etdiyi teleproqram vasitəsilə onu tanımışdır. İddiaçının paylaşımları əsasında onu tanımış və həkimin digər xəstələrini də tapmışdır. - Məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1961-ci il təvəllüdlü X2 bildirmişdir ki, iddiaçının qardaşıdır. Ailəlikcə iddiaçını qınamışdırlar. Çünki ona bu əməliyyat lazım deyildi. O, onlarla məsləhət etmədən belə bir əməliyyat etdirmiş, nəticədə üzü tamam fərqli forma almışdır. Hazırda iddiaçının əvvəlki vəziyyətindən əsər-əlamət yoxdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı üzərində iddiaçı “X19” MMC-də 3 dəfə - xx.xx.2022-ci il tarixdə “Üst və alt çənə plastikası. Sagital split mandibula osteotomiyası. Maxsillary advancement impaclion”, xx.xx.2022-ci il tarixdə “Gcnioplastika" və xx.xx.2023-cü il tarixdə “Üst və alt çənə plastikası. Sagital splint ramus osteotomiyası. Maxsillary advancement" cərrahiyyə əməliyyatları icra edilmişdi. Hazırda iddiaçı sözügedən əməliyyatın uğursuz keçdiyini bildirərək, vurulmuş maddi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. İddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. -1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında» Qanun: -59-cu maddəsinə əsasən, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. «Özəl tibbi fəaliyyət» haqqında Qanun: - 9-cu maddəsinə əsasən, özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. - 16-cı maddəsinə əsasən, tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır:
1. zərərin mövcud olması;
2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması;
3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İddiaçı AR Mülki Məcəlləsinin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni əməliyyatını cavabdeh xəstəxananın həkiminin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi və səhhətində yaranmış problemlərin həkimin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçıya göstərilmiş tibbi xidmətlərin keyfiyyətinin müəyyən edilməsinin xüsusi bilik tələb edən sahəyə aid olduğunu nəzərə alaraq, mübahisənin düzgün və ədalətli həlli üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin olunmuşdur (mülki iş v. 68-77). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 673/KEŞ saylı rəydən görünür ki; - Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Şəfəq Azadəiiyevanın xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə “X18 müraciətləri zamanı o, stasionar müalicələrdə olmuş və cərrahi müdaxilələrə məruz qalmışdır. İddiaçı “Çənənin estetik deformasiyamı diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq onun üzərində “X14 3 dəfə, yəni xx.xx.2022-ci il tarixdə “Üst və alt çənə plastikası. Sagital split mandibula osteotomiyası. Maxsillary advancement impaclion”, xx.xx.2022-ci il tarixdə “Gcnioplastika" və xx.xx.2023-cü il tarixdə “Üst və alt çənə plastikası. Sagital splint ramus osteotomiyası. Maxsillary advancement" cərrahiyyə əməliyyatları icra edilmişdir. Aparılmış əməliyyatlar tibbi göstəriş əsasında etaplı şəkildə icra edilmişdir. Hər bir əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. - İddiaçı üzərində xx.xx.2022-ci il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatından sonra növbəti etapda “Alt çənənin ucunun irəli çəkilməsi" cərrahiyyə əməliyyatı icra edilmişdir. İcra edilmiş 2-ci cərrahiyyə əməliyyatı 1-ci cərrahiyyə əməliyyatın qüsuru kimi deyil, etaplı əməliyyat taktikası kimi qiymətləndirilir. - İddiaçı mütəxəssis müayinəsi zamanı onun üzərində aparılmış ortoqnatik cərrahiyyə əməliyyatları ilə əlaqədar hal-hazırda hər hansı bir ağırlaşma və ya patologiya müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, göstərilmiş tibbi xidmətlərin keyfiyyətinin müəyyən edilməsi, əməliyyatların uğurlu və ya uğursuz keçməsi kimi halların aydınlaşdırılması daha çox tibbi sahədə xüsusi biliyə malik ixtisaslı mütəxəssislərin – həkimlərin köməyi ilə mümkün olduğundan, keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməli və mübahisənin həllində nəzərə alınmalıdır. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı qeyd olunan ekspert rəyinin verilməsində komissiyada iştirak etmiş, ATU-nun X3 üz çənə cərrahı Bilal Əliyev və məhkəmə-tibbi eksperti Cavid Cahangirli məhkəmə iclasına dəvət olunaraq dinlənilmişdirlər. Məhkəmə iclasında X10 bildirmişdir ki, özü üz-çənə cərrahı, Tibb Universitetinin üzçənə cərrahı kafedrasının əməkdaşıdır. Hal-hazırda X5 üz-çənə cərrahıdır. 21 ildir işləyir. Özü iddiaçını hazırki vəziyyətdə görmüş, əvvəlki vəziyyətini görməmişdir. Özü həkimdir və idarədə çalışıb ekspert olaraq rəy yazmır. Mütəxəssis olaraq insanlara şəfa verir və əməliyyat icraçısıdır. Lakin iddiaçıda olan deformasiya ilə əlaqədar məhkəmə-tibbi ekspertizasına şikayət verilib. Üz-çənə cərrahları plastik əməliyyatların hazılaşmasına rəy verən bir qurum kimi onlara göndərirlər və ümumiyyətlə iddiaçıda etap-etap plastik rekonstruktiv əməliyyat tələb olunmalıdır. İddiaçını cərrahiyə əməliyyatından sonraki vəziyyətdə görmüşdür. Qeyd edir ki,dünya miqyasında plastik əməliyyatlarda həmişə qüsur olur və qazanılma deformasiyalarında qüsurları bir etapla aradan qaldırmaq olmur. Buna görə etap-etap əməliyyat tələb olunur və bir etapa nəticəni əldə etmək çətin məsələdir. İddiaçını müayinə etmiş, qeyd etməmişdir ki,”sağlamdır və əməliyyata ehtiyac yoxdur”. Etaplı əməliyyata ehtiyac duyulur və bunu plastik cərrah etməlidir. Ümumiyyətlə əng və çənə sümüyündə plastik-rekanstruktiv əməliyyatlar qazanılmış və anadangəlmə deformasiyalarda bir etapa qurtarmaq olmadığına və etap-etap olduğuna görə əməliyyat səhv qiymətləndirilə bilməz. Əməliyyat zamanı aparılmış etaplar düzgün aparılıb. Əng və çənə sümüyündə deformasiyanı götürəndə burunda problemlər yaşana bilir və bu hal tibbi ağırlaşma deyil. Bundan sonra plastik cərrah şikayətləri nəzərə alaraq etaplı rekanstruktiv rinoplastika əməliyyat etməlidir. Məhkəmə iclasında X11 bildirmişdir ki, “Məhkəmə-Tibbi Ekspertiza və X12”-nin komisyon ekspertizaları şöbəsinin rəisi vəzifəsində işləyir və 15 illik iş təcrübəsi var. İddiaçı şöbədə olub. Şöbə olaraq vətəndaşı mütəxəssisə göndərir və onların fikri əsasında rəy tərtib edirlər. İddiaçıya mütəxəssis baxıb və rəy verilib. İddiaçının üzərində iki dəfə cərrahiyə əməliyyatı icra ediblər və ümumiyyətlə cərrahiyə əməliyyatı etaplı şəkildə icra olunmalıdır. İkinci cərrahiyə əməliyyatı nəzərdə tutulan birinci cərrahiyə əməliyyatına uyğun olaraq icra olunub. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” Publik hüquqi şəxsi tərəfindən verilmiş rəy yaranmış hüquq münasibəti zamanı iddiaçıya qarşı cavabdehin fəaliyyəti ilə bağlı təqsirli (hüquqa zidd) əməlini istisna edir. Məhkəmə iş üzrə təqdim edilən sübutları nəzərdə keçirərək hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” Publik hüquqi şəxsi tərəfindən verilmiş rəy mötəbər sübut kimi qəbul edilməli və həmin rəy üzrə gəlinən nəticə nəzərə alınmalıdır. Rəydən görünür ki, 2011-ci ildən iş təcrübəsinə malik məhkəmə-tibbi eksperti Cavid Cahangirli, ATU-nun X3 üz çənə cərrahı Bilal Əliyev və 2014-cü ildən iş təcrübəsinə malik məhkəmə-tibbi eksperti Aynur Fərzəliyevadan ibarət tərkibdə iddiaçının məhkəmə-tibbi ekspertiza müayinəsi keçirilmiş, İddiaçı mütəxəssislər tərəfindən ətraflı şəkildə müayinə olunmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə onun “Komisyon ekspertizalar şöbəsi”ndə məhkəmə-tibbi müayinəsi keçirilmiş, mütəxəssis tərəfindən müayinə olunmuşdur. Nəticədə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, aparılmış tibbi və mütəxəssis müayinələrinə əsasən qərardad üzrə qoyulan bütün suallara aydın şəkildə cavab verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia tələbi əsaslı deyildir və bu səbəbdən məhkəmə tərəfindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddiaçıdan 300 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD:805711; SWİFT: İBAZAZ2X) ödənilməlidir. Məhkəmə sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “30000 manat pulun National Primehospital klinikadan tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli. Eyni zamanda ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, İddiaçı ekspertiza tədqiqatının dəyəri kimi 300 manat tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD:805711; SWİFT: İBAZAZ2X) ödənilməlidir.
V. Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 124, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı “30000 manat pulun National Primehospital klinikadan tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri kimi 300 (üç yüz) manat tutularaq "xxxx" MMCnin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD:805711; SWİFT: İBAZAZ2X) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səbinə Nuriyeva