Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2289/2020 01.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunun, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı “hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunun, ödənilmiş dövlət rüsumunun tutulması tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehiddiaçı X3 xeyrinə ümumilikdə 2.466 (iki min dörd yüz altmış altı) manat məbləğində borc, 210 (iki yüz on) manat məbləğində faiz borcu, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.706 (iki min yeddi yüz altı) manat məbləğində borc vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən, Sumqayıt şəhərində yerləşən “Beko” mağazasının sahibi, fiziki şəxs X5 ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixdə “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh xx xxxx 2019-cu il tarixli ******* nömrəli müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 3.069 (üç min altmış doqquz) manat məbləğində olan “LG” markalı televizor almış, nəticədə 2.466 (iki min dörd yüz altmış altı) manat məbləğində borc yaranmışdır. Bugünədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş vəalqı-satqı qiyməti 3.069 (üç min altmış doqquz) manat məbləğində olan “LG” markalı televizor üçün ümumilikdə 2.466 (iki min dörd yüz altmış altı) manat ödənilməmiş hissə, 210 (iki yüz on) manat faiz borcu (yəni 1 manat x 7 ay x 30 gün), (hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında faiz) yaranmışdır. Borclu axrıncı ödənişi xx xxxx 2019-cu il tarixdə 603 (altı yüz üç) manat məbləğində olmaqla, cəmi 603 (altı yüz üç) manat məbləğində ödəniş etmişdir. Qeyd edilən müqaviləyə əsasən, göstərilən ödənilməmiş hissəsi, “Alıcı” tərəfindən və ya “Alıcı”nın müvəkki etdiyi şəxs tərəfindən, birmənalı şəkildə “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. Müqavilənin 2.4-cü maddəsinə əsasən “Alıcı”, ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% həcmində “Satıcı”nın xeyrinə gecikmə faizi ödəyir. Həmin Müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər birbirinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Yenə həmin Müqavilənin 4.1-ci maddəsinə əsasən bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll ediləcəkdir. İddiaçı X5 ərizə ilə məhkəməyə müraciət edərək, onun iştirakı olmadan mülki işə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçı X3 işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və Cavabdeh lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəl-lə-sinin 238.1-ci mad-də-sinə əsasən işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən Sumqayıt şəhərində yerləşən “Beko” mağazasının sahibi olan fiziki şəxs X5 ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Hissə-hissə ödənişlə alqı-satqı” müqaviləsinin məzmunundan görünür ki, cavabdeh müvafiq müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 3.069 (üç min altmış doqquz) manat məbləğində olan “LG” markalı televizor almışdır; xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Hissə-hissə ödənişlə alqı-satqı” müqaviləsinin əlavə olan ödəniş cədvəlindən görünür ki, müvafiq müqavilə əsasında Cavabdeh ilkin ödəniş 603 (altı yüz üç) manat olmaqla 18 ay ərzində hər ay 137 (bir yüz otuz yeddi) manat olmaqla aylıq ödəniş etməyi öz üzərinə götürmüşdür; xx xxxx 2019-cu il tarixli ******* nömrəli qaimənin məzmunundan görünür ki, ümumi dəyəri 3.069 (üç min altmış doqquz) manat məbləğində olan 1 ədəd “LG” markalı televizor Cavabdeh tərəfindən qəbul edilmişdir; xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx xxx 2020-ci il tarixə xx xxxx 2019cu il tarixli ******* nömrəli “Hissə-hissə ödənişlə alqı-satqı” müqaviləsinə əsasən 2.466 (iki min dörd yüz altmış altı) manat məbləğində əsas borcu və 210 (iki yüz on) manat məbləğində faiz borcu qalmışdır; xx xxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, fiziki şəxs X5 ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Hissə-hissə ödənişlə alqı-satqı” müqaviləsinin şərtləri sonuncu tərəfindən pozulduğundan ödənilməmiş borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi ilə bağlı cavabdeh şəxs xəbərdar edilmişdir; xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, fiziki şəxs X5 müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeydolunanxüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdehiddiaçı ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən Sumqayıt şəhərində yerləşən “Beko” mağazasının sahibi olan fiziki şəxs X2 aldığı “Hissə-hissə ödənişlə alqı-satqı” müqaviləsi ilə müəyyən edilmişmüddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Hissə-hissə ödənişlə alqı-satqı” müqaviləsinin şərtlərinə əsasən yuxarıda qeyd edilən ödənilməmiş hissə, “Alıcı” tərəfindən və ya “Alıcı”nın müvəkki etdiyi şəxs tərəfindən, birmənalı şəkildə “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. Müqavilənin 2.4-cü maddəsinə əsasən “Alıcı”, ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% həcmində “Satıcı”nın xeyrinə gecikmə faizi ödəyir. Həmin Müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Yenə həmin Müqavilənin 4.1-ci maddəsinə əsasən bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll ediləcəkdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müvafiq müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı X4 olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən Sumqayıt şəhərində yerləşən “Beko” mağazasının sahibi olan fiziki şəxs X3 hazırkı iddiası əsaslıdır, iddiaçı şəxs iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmiş və ümumiyyətlə məhkəmə araşdırması zamanı təyin edilmiş müvafiq iclaslar barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq həmin iclaslarda iştirak etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Hissə-hissə ödənişlə alqı-satqı” müqaviləsinə əsasən iddiaçı X5 tərəfindən hesablanmış borcun tutulması hissəsində tam təmin edilməli, 2.466 (iki min dörd yüz altmış altı) manat məbləğində əsas və 210 (iki yüz on) manat məbləğində faiz borcu Cavabdeh tutularaq iddiaçı şəxsin xeyrinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı X3 xeyrinə tutulmalıdır. QeydolunanlaraəsasənvəAzərbaycanRespublikasıMülki Prosessual Məcəlləsinin 216-220cimaddələrini rəhbərtutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2.466 (iki min dörd yüz altmış altı) manat məbləğində əsas və 210 (iki yüz on) manat məbləğində faiz borcu, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.706 (iki min yeddi yüz altı) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2289/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2289/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver