Məhkəmə qərarları › İş №2(005)-2289/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2289/2023

22.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2289/2023 22.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinin ("xxxx" ASC) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinə ("xxxx" ASC) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinə ("xxxx" ASC) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində “AUDİ A5” minik markalı, ** EA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın əvəzi olaraq, 5189.60 (beş min yüz səksən doqquz manat altmış qəpik) məbləğində nağd pulun, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat və dövlət rüsumu olan 121 (yüz iyirmi bir) manat məbləğində pulun cavabdeh "xxxx" ASC və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində iddiaçının idarə etdiyi “AUDİ A5” minik markalı, ** EA *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Mercedes” markalı nəqliyyat vasitəsi arasında yol nəqliyyat hadisəsi baş vermişdir. Bu zaman idarə etdiyi “AUDİ A5” minik markalı, ** EA *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə xeyli ziyan dəymişdir. Lakin buna baxmayaraq, "xxxx" ASC iddiaçıya avtomobilinin təmiri ilə bağlı nağd pulun ödənilməsindən boyun qaçıraraq avtomobilinə dəymiş zərərlə bağlı keyfiyyətli təmir olunacağına vəd verərək özlərinin təqdim etdiyi (VÖEN **********) üzrə fərdi qaydada fəaliyyət göstərən Cavabdeh1 tərəfindən təmir işləri aparılmışdır. X13na əsasən, dəmirçi tərəfindən:arxa baqaj, panel arxa, ehtiyat təkərin döşəməsi, rəngsaz tərəfindən: baqaj arxa, panel arxa, ehtiyat təkərin döşəməsi bufer arxa üst və alt hissə, armaturçu tərəfindən: bufer arxa üst və alt hissə ehtiyat təkərin yeni baqaj arxa, mexanik tərəfindən: arxa səsboğucu sökülüb-yığıması, plastmas bufer arxa üst və alt hissə, arxa səsboğucu təmir görülən işlər kimi qiymətləndirilmiş, arxa səsboğucu kronşteyn sol və düymə dəyişdirilmiş və 858 (səkkiz yüz əlli səkkiz) manat məbləğində vəsait müəyyən edilmişdir. İddiaçı bildirir ki, o, təmirin keyfiyyətli realizə ediləcəyini zənn etdiyindən təmirin onlar tərəfindən həyata keçirilməsinə razılıq vermişdir. Təmir işləri isə 3 ay müddətində yekunlaşmışdır. İddiaçı hər dəfə ona məxsus nəqliyyat vasitəsinə baxış keçirir, mövcud qüsurların aradan qaldırılmadığını, təmirin düzgün aparılmasını tələb etmişdir. Yekunda isə iddiaçıya nəqliyyat vasitəsi təhvil verilən zaman keyfiyyətsiz və qüsurlu olduğunu aşkar etmiş, təhvil-təslim aktında da öz iradını, işin keyfiyyətli icra edilməməsini qeyd etmişdir. Bundan sonra, iş keyfiyyətsiz şəkildə həyata keçirildiyindən “Sərraf-M” Qiymətləndirmə və konsaltinq şirkətinə müraciət etmişdir. Qiymətləndirici mütəxəssis tərəfindən avtomobilə vizual baxış keçirilmiş xx.xx.2023-cü il 0097/23 nömrəli rəyə əsasən, “AUDİ A5” minik markalı, ** EA *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi baqaj arxa, panel arxa, ehtiyat təkərin döşəməsi və arxa səsbəğucu keyfiyyət tələblərinə cavab vermir. Belə ki, arxa səsboğucu yararsız halda olduğu (dəyişdirilməli olduğu) halda, onun üzərində təmir işləri aparılmış, arxa bufer yararsız halda olduğu (dəyişdirilməli olduğu) halda, onun üzərində təmir işləri aparılmış və alt spoleri yararsız, halda olduğu (dəyişdirilməli olduğu) halda, onun üzərində təmir işləri aparılmışdır. Həmçinin mütəxəssisin rəyinə əsasən, arxa bufer üzərində aparılan armatur işləri də qüsurlu aparılmışdır. Nəticə hissəsində, “AUDİ A5” minik markalı, ** EA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı vurulmuş ziyanın və üzərində aparılmış təmir-bərpa işləri nəticəsində meydana gələn qüsurların aradan qaldırılması üçün rəyin verilən günə olan xərclərin ümumi məbləği 5189.60 (beş min yüz səksən doqquz manat altmış qəpik) olduğu göstərilmişdir. Göründüyü kimi, nəqliyyat vasitəsinə dəymiş zərər Cavabdeh1 tərəfindən olduqca az məbləğdə dəyərləndirilmiş, təmir işi keyfiyyətlə başa çatdırılmamışdır. Həmçinin, nəqliyyat vasitəsi İddiaçı təhvil verildikdən sonra yararsız təmir edilməsi səbəbindən idarə etmə zamanı nəqliyyat vasitəsinin arxa bufer hissəsi küləyin təsiri nəticəsində yerindən çıxmış və buferin arxa spoiler hissəsi itmişdir. Hətta nəqliyyat vasitəsi iddiaçıya təhvil verilən zaman vintlər belə bağlanılmamışdır. İddiaçı qeyd edir ki, avtomobilinə dəymiş ziyanın ödənilməsini və ya avtomobilin təmir olunmasını cavabdeh "xxxx" ASC və Cavabdeh1 ilə məhkəmədən kənar həll etmək istəsə də, heç bir nəticə verməmişdir. Bundan başqa, bir-neçə dəfə cavabdehlərin yanına getmiş və onların qanunsuz əməlləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsini bildirmişdir. Belə ki, təmir işlərinin uzun müddət ərzində yekunlaşmaması, 3 aydan artıq bir müddətdə nəqliyyat vasitəsinin ona qaytarılmaması səbəbindən nəqliyyat vasitəsiz işləməyi iddiaçının maddi və mənəvi zərərə məruz qalmağına səbəb olmuşdur. Beləliklə, əlavə iddiaçıya dəymiş maddi və mənəvi zərər 5000 (beş min) manat təşkil edir. Bütün yuxarıda göstərilənləri əsas götürərək, iddiaçı, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edir, avtomobilə dəymiş 5189.60 (beş min yüz səksən doqquz manat altmış qəpik) məbləğində maddi ziyanın, 5000 (beş min) manat məbləğində mənəvi zərər və eyni zamanda, iddiaçı tərəfindən 121 (yüz iyirmi bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər "xxxx" ASC və Cavabdeh1 tərəfindən iddiaçıya ödənilməsini məqsədəmüvafıq hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, avtomobilinə dəymiş ziyanın ödənilməsini və ya avtomobilin təmir olunmasını cavabdeh "xxxx" ASC və Cavabdeh1 ilə məhkəmədən kənar həll etmək istədiyini, lakin heç bir nəticə vermədiyini bildirdi. Belə ki, Cavabdeh1 təmirindən sonra avtomobilini başqa servisdə təmir etdirmiş, bundan sonra avtomobilini satmışdır. Avtomobilinin təmiri üçün çəkiləcək xərclərə dair qiymətləndiriciyə müraciət etmiş, qiymətləndiricinin rəyinə əsasən, təmir-bərpa işləri nəticəsində meydana gələn qüsurların aradan qaldırılması xərcinin 5189 manat təşkil etdiyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, hazırki iddia tələbinə cavab verməli olmayan şəxs olduğunu, tələbin sığorta şirkətinə yönəlməli olduğunu, digər cavabdehlə aralarında bağlanmış xidmət müqaviləsinin 1.2.3-cü bəndinə əsasən, onun detalları müstəqil dəyişdirmək səlahiyyətinin olmadığını, onun tərəfindən sadəcə təmirin həyata keçirildiyini, onun sifarişçi kimi qüsur aktını qəbul etdiyini, daha sonra sığorta şirkətinə göndərdiyini, əgər sığorta şirkəti tələb edirsə, ehtiyat hissələrinin bu zaman dəyişdiyini bildirib, məhkəmədən iddianın ona aid hissədə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, sığorta şirkətlərinin dəymiş ziyanı ağlabatan məbləğdə ödədiyini, hazırda iddiaçının digər cavabdehin təmirindən narazı olduğunu, sığorta şirkəti tərəfindən dəymiş ziyana görə 858 manat ödəniş edildiyini bildirib, iddianın Sığorta Şirkətinə aid hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan AC seriyalı 634233 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, “AUDİ A5” minik markalı, ** EA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. İş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 28 oktyabr 2022-ci il tarixli Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, “AUDİ A5” minik markalı, ** EA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi X8 tərəfindən xx.xx.2023-cü il tarixədək İddiaçı etibarnamə ilə istifadəsinə verilmişdir. İş materiallarında olan “Sərraf-M” Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli 0097/23 №-li rəydən görünür ki, X4 məxsus olan “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı vurulmuş ziyanın və üzərində aparılmış təmir-bərpa işləri nəticəsində meydana gələn qüsurların aradan qaldırılması üçün rəyin verilən günə olan xərclərin ümumi məbləği 5.189,60 (beş min yüz səksən doqquz manat, altmış qəpik) manat təşkil edir. İş materiallarında olan fiziki şəxs Cavabdeh1 (Grand Servis) tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli X13ndan görünür ki, “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 858,00 manat müəyyən edilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi törədilən vaxt “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuş, avtomobilin mülkiyyətçisi X8, hadisə zamanı sürücü isə İddiaçı olmuşdur. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə **-TX-*** dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ 220 minik" markalı avtomobilin sürücüsü X9 hərəkət edərkən yol-hərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 00390/2023 nömrəli ödəniş aktından və xx.xx.2023-cü il tarixli, 842491 nömrəli elektron qaimədən görünür ki, “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 858,00 manat müəyyən edilmiş, sığorta ödənişi avtomobilin təmiri üçün Cavabdeh1 bank hesabı vasitəsilə ödənilmişdir. İş materiallarında olan şəhadətnamənin surətindən görünür ki, “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan 04 aprel 2023-cü il tarixli təhvil təslim aktından görünür ki, Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinin ("xxxx" ASC) servis nümayəndəsi İddiaçı məxsus “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə gətirilmiş və xx.xx.2023-cü il tarixdə avtomobil tam təmir olunmuş və təhvil verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinə ünvanlanan 04 aprel 2023-cü il tarixli ərizədən görünür ki, “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər, Sığorta şirkətinin müqavilə bağladığı Cavabdeh1 tərəfindən təmir olunduğundan sözügedən avtomobilin təmiri üçün nəzərdə tutulmuş vəsaitin Cavabdeh1 Bank hesabına köçürülməsi üçün sərəncam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan 07 dekabr 2022-ci il tarixli Xidmət müqaviləsinin surətindən görünür ki, "xxxx" Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkəti ilə “İcraçı” Cavabdeh1 arasında xidmət müqaviləsi bağlanmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 9/6150 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli zərər aktı məlumatlarına əsasən zərər aktı (cild i.v 104) əsasən 2012-ci il buraxılışlı “Audi A5” minik markalı, mühərrik həcmi 2000 sm3 **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 858,00 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti - 68,00 manat; - təmir- bərpa işlərinin qiyməti - 790,03 manat Nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə (cild i.v 9-12) əsasən 2012-ci il buraxılışlı “Audi A5" minik markalı, mühərrik həcmi 2000 sm3 **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3700,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 3400 manat; Təmir-bərpa işlərinin qiyməti – 300,00 manat.

2. Dəyişilməli hissələrin qiymətinə - aşınma tətbiq edilməklə 2732,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 2432,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 300,00 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2012-ci il buraxılışlı “Audi A5” minik markalı, mühərrik həcmi 2000 sm3 **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(005)-2289/2023 №-li mülki iş materiallarında olan zərər aktları əsasında hesablanır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında iddiaçının sahibliyi və istifadəsində olan “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilini X9 tərəfindən idarə olunan **-TX-*** dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ 220 minik" markalı avtomobil vuraraq qəza törətmiş və nəticədə sığorta hadisəsi baş vermişdir. “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Avtomobilinə dəymiş zərər hesablanmış, ödəniş aktına əsasən zərərin miqdarı 858,00 manat təşkil etmişdir. Həmin məbləğ Sığorta şirkəti tərəfindən sözügedən avtomobilin təmiri üçün nəzərdə tutulmuş vəsait Cavabdeh1 Bank hesabına köçürülmüşdür. 04 aprel 2023-cü il tarixli təhvil təslim aktına əsasən “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə tam təmir olunduğu qeyd olunmuş və İddiaçı təhvil verilmişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 9/6150 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli zərər aktı məlumatlarına əsasən zərər aktına əsasən 2012-ci il buraxılışlı “Audi A5” minik markalı, mühərrik həcmi 2000 sm3 **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 858,00 manat olduğu, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən 2012-ci il buraxılışlı “Audi A5" minik markalı, mühərrik həcmi 2000 sm3 **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3700,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 3400 manat; Təmir-bərpa işlərinin qiyməti – 300,00 manat, 2. Dəyişilməli hissələrin qiymətinə - aşınma tətbiq edilməklə 2732,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 2432,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 300,00 manat. Olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehlərdən vurulmuş ziyanın əvəzi kimi 5189.60 məbləğində nağd pulun, mənəvi zərərin əvəzi olaraq 5000 manat və dövlət rüsumu olan 121 manat məbləğində pul tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 07 dekabr 2022-ci il tarixli Xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, Bu Müqaviləyə görə İcraçı ünvan 1 ünvanında yerləşən servis yerində "Sifarişçi” tərəfindən sığorta olunmuş və sığorta hadisəsi nəticəsində zədələnmiş nəqliyyat vasitələrinə, həmçinin sığorta olunmuş nəqliyyat vasitələrinin zərər vurmuş olduğu digər zədələnmiş nəqliyyat vasitələrinə 1.2-ci bənddə qeyd olunan xidmətləri göstərməyi, "xxxx" isə göstərilən xidmətləri qəbul edib xidmət haqqını ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.2.2-ci və 2.2.3-cü bəndlərinə əsasən, göstərdiyi xidmətin keyfiyyətinə təminat vermək və təhvil verdiyi xidmət tam və keyfiyyətli olmadıqda həmin nöqsanları aradan qaldırmaq icraçının vəzifəsidir. Həmin Müqavilənin 2.2.8-ci bəndinə əsasən, "İcraçı” xidmətlərini həyata keçirən zaman vurduğu zərərə görə məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasını mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəaları çıxış edir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsaslıdır. Belə ki, tərəflərin izahatlarından və mülki işin materiallarından görünür ki, iddiaçının sahibliyi və istifadəsində olan avtomobil məhz Cavabdeh1 məxsus servisdə təmir edilmiş, sığorta şirkəti tərəfindən 858,00 manat məbləğində pul Cavabdeh1 ödənilmişdir. Məhkəmə işin faktiki hallarını əsas götürüb qeyd edir ki, xx.xx.2023-cü il tarixli X13 Cavabdeh1 tərəfindən tərtib edilmiş və “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri də sonuncu tərəfindən icra edilmişdir. Göründüyü kimi, Cavabdeh1 avtomobilin təmirini qüsurlu icra etmiş, bu səbəbdən də iddiaçı əlavə xərclərə məruz qalmışdır. Belə ki, məhkəmə, iddiaçının mülki işin materiallarına əlavə etdiyi təhviltəslim aktında iddiaçının aparılmış təmirdən narazı qalması, həmin təmirin keyfiyyətsiz olması, bununla bağlı Cavabdeh1 ilə aralarında mübahisənin olması barədə qeydləri olduğundan hesab edir ki, iddiaçının tələbləri Cavabdeh1 münasibətdə əsaslıdır, qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyində iddiaçının istifadəsi və sahibliyində olan “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın məbləği 5189,60 manat, fiziki şəxs Cavabdeh1 (Grand Servis) tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli X13nda “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 858,00 manat müəyyən edilmişdir. Göründüyü kimi, yuxarıda əks etdirilən aktlar üzrə hesablanmış məbləğlər arasında böyük fərq vardır. Bu halda məhkəmə hesab edir ki, 858 manat vəsait avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyindən ümumi ağlabatan məbləğ müəyyən edilməli, həmin məbləğ isə xx.xx.2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq rəyində əks edilmiş dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2732,00 manat məbləğlər həddində olmalıdır. Beləliklə məhkəmə, 9/6150 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyini əsas götürərək qeyd edir ki, “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin aşınma tətbiq edilməklə 2732,00 manat təmir-bərpa xərci ilə bağlı həmin məbləğ əsas götürülməli və həmin məbləğə əsasən zərərin dəyəri müəyyən olunmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş 2732 manat məbləğində maddi ziyanın əvəzi Cavabdeh1 tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, digər cavabdeh "Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı tələbin təmin edilməsi də əsassızdır. Belə ki, Sığorta şirkəti öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, iddiaçının avtomobilinin təmiri xərclərini Cavabdeh1 ödəmişdir. Məhkəmə, iddia tələbinin “mənəvi zərərin əvəzi olaraq 5000 manat tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanı təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Hazırki işdən göründüyü kimi, avtonəqliyyat vasitələrinin sığorta hadisəsi xx.xx.2023cü il tarixdə olmasına baxmayaraq, Cavabdeh1 hazırki vaxtadək sığorta hadisəsi zamanı vurulmuş ziyanın aradan qaldırılmasını qanunauyğun şəkildə icra etməmişdir. İddiaçı hüquqlarının müdafiəsi üçün tez-tez sığorta şirkətinə və servis xidmətinə gedib-gəlməsi, onlardan müsbət cavab ala bilməməsi, daha sonra məcbur qalaraq məhkəməyə müraciət etməsi, onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin müqabilində tələb edilən 5000 manatın iddiaçı xeyrinə tutulması, onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. Məhkəmə mənəvi zərər həddinin iddiaçıya 150 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı xeyrinə 150 manat məbləğində mənəvi zərərin əvəzi tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan kimi Cavabdeh1 maddi ziyanın əvəzi olaraq 2732 manat, 150 manat mənəvi zərər İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən yaxud əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 57 manat hissəsi özünə aid edilməli, cavabdehdən 64 manat iddiaçının xeyrinə tutulmalı, habelə iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2732 manat maddi ziyanın əvəzi, 150 manat mənəvi zərər və 64 manat dövlət rüsumu olmaqla cəmi 2946 (iki min doqquz yüz qırx altı) manat İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Məhkəmə X6.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar